Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə1/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   59


 
 
 
 
SƏDAQƏT MƏMMƏDOVA 
 
 
 
MƏDƏNİYYƏTŞÜNASLIQ 
 
 
(Ali məktəblərin bakalavr pilləsi üçün dərs vəsaiti) 
 
 
 
 
 
Dərs vəsaiti Azərbaycan Respublikası  
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının  
“Sosial-siyasi elmlər” bölməsi tərəfindən  
təsdiq edilmişdir. (12 oktyabr 2001-ci il  
tarixli iclasın 01 saylı protokolu) 
 
 
 
 
 
 
 
 
“Kooperasiya”nəşriyyatı 
Bakı-2001 


 
2
 
 
Elmi redaktoru:   
Alxan Bayramoğlu, 
 
   filologiya 
elmləri doktoru. 
Rəyçilər:
 
 
 
Nizami Cəfərov, 
 
   filologiya 
elmləri doktoru, əməkdar  
 
   elm 
xadimi, 
professor, 
Azərb.  
   
 
 
MEA-nın müxbir üzvü. 
 
   
 
 
Qoşqar Əliyev, 
   
 
 
fəlsəfə elmləri doktoru. 
 
S.K.Məmmədova. “Mədəniyyətşınaslıq”,(dərs vəsaiti)  
Bakı, “Kooperasiya” nəşriyyatı-2001, 202 səh. 
 
Filologiya elmləri namizədi Sədaqət Məmmədovanın bu kitabında 
“Mədəniyyətşünaslıq” fəlsəfə elminin müstəqil bir sahəsi kimi təqdim 
olunur. Kitabda mədəniyyətin formalaşma tarixinə  nəzər salınır, dünya və 
Azərbaycan filosoflarının irsinə istinadən Azərbaycanda milli-mədəni 
şüurun formalaşması, mədəniyyət və sivilizasiya, dövlət və  mədəniyyət, 
mədəniyyət və cəmiyyət problemlərinin ətraflı şərhi verilir. 
Dərs vəsaiti əsasən ali məktəblərin bakalavr mərhələsi üçün   nəzərdə   
tutulsa   da,   ondan   magistrlər,   aspirant   və doktorantlar,     ümumiyyətlə 
geniş oxucu kütləsi də istifadə edə  bilərlər. 
 
 
 
M
2001
124
03
03
0503020907


qrifli nəşr 
© “Kooperasiya”nəşriyyatı 
 


 
3
XALQLARIN MİLLİ  MƏNLİK 
SİMASI-MƏDƏNİYYƏT 
 
Ayinəsi işdir kişinin, lafə baxılmaz,  
Şəxsin göriiniir surəti-əqli əsərində. 
 
Ziya paşa. 
 
Mədəniyyət geniş anlayışdır. O, bəşər övladının yarandığı 
vaxtdan bəri yaratdığı  və getdikcə  təkmilləşdirdiyi maddi, mənəvi, 
ruhani, ideoloji, bədii-estetik və digər sərvətləri özündə ehtila edir. 
Yəni, insanlığı  şərtləndirən yaddaş, dünyagörüş, elm, davranış, 
ünsiyyət, incəsənət, məişət və s. bu kimi keyfiyyətlər mədəniyyətin 
komponentlərindəndir. Mədəniyyətşünaslıq isə, mədəniyyətin inkişaf 
xüsusiyyətlərini, hər xalqda onun təzahür formalarını, qarşılıqlı 
faydalanma və təsir vasitələrinin özgünlüklərini öyrənir. Bu öyrənmə 
yeni nəslin və bəşəriyyətin mədəni və intelektual səviyyəsinin inkişafı 
üçün zəruridir. 
Bütövlükdə  mədəniyyət  şəxsiyyətin və xalqların fərdi 
intelektinin, yaradıcılıq potensialının göstəricisidir. Təsadüfi deyil ki
hər bir xalqın və  şəxsiyyətin xarakterik xüsusiyyətlərinə, daxili 
dünyasının mənzərəsinə  və potensial imkaniarına bələd olmaq 
istəyənlər birinci növbədə onun yaratmış olduğu mədəni sərvətə, 
əsərlərinə və abidələrə müraciət edirlər. Çünki, mədəniyyəti yaradan 
xalq (şəxsiyyət) eyni zamanda bu prosesdə özü formalaşır. Ona görə 
də xalqın xarakteri onun öz əsərində-mədəniyyətində üzə çıxır, necə 
deyərlər, “şəxsin görünür surəti-əqli əsərində”. 
Mədəni sərvətlərin yaradılmasında məişət, qida, geyim, 
təşərrüfat, adət-ənənə və s. həyat səraiti, genetikyaddaşdan və tarixi 
inkişafdan gələn dünyabaxışı, qarşılıqlı əlaqələr və ünsiyyət bu və ya 
başqa  şəkildə  iştirak edir. Bir sözlə, onu yaradanların tanınması 
mədəniyyətin, mədəni sərvətin bütövlükdə  mənimsənilməsi  əslində 
insanlığın inkişaf və formalaşma prosesinin dərki (və idarə edilməsi) 
deməkdir. Odur ki, mədəniyyətşünaslıq fəlsəfənin mühüm ideya-
estetik tərkib hissəsidir. Məhz bu səbəbdən də  Sədaqət xanım 
Məmmədova onun elmi, dini, ideoloji, mənəvi və estetik
 


 
4
(incəsənət baxımından) komponentləri ilə yanaşı dil, məişət və sairlə 
bağlı  cəhətlərini  şərh edərkən, haqlı olaraq, mədəniyyətə, xalqların 
mədəni sərvətlərinə bütöv bir orqanizm kimi nəzər salmağa çalışır. 
Nəticədə xalqların mədəniyyət tarixlərinin, yaratmış olduqları 
mədəni sərvətlərin təsvir və  təqdimi onların milli mənliyinin  şərhi 
təsiri bağışlayır. Təbii ki, bu zaman bəşər mədəniyyəti sərvətinin 
yaradılmasında hər kəsin (xalqın) yeri, xidməti göz önündə canlanır. 
Mədəniyyətlərin qarşılıqlı  təsiri və  bəhrələnməsinə  həsr olunan 
səhifələr haqqında danışılan xalqların intelektual potensialı barədə 
oxucuda yaranmış təəssüratı daha da dərinləşdirir. 
Müəllif dünya mədəniyyətinin inkişafında ayrı-ayrı dövrlərin, 
tarixi proseslərin və xalqların rolunu   aydınlaşdırarkən diqqəti 
qürurla Azərbaycan xalqının dünya mədəni sərvətləri içərisindəki 
payına, verdiyi töhfələrə yönəldir. Bu qürur onun mənsub olduğu 
Azərbaycan xalqının istedad, qabiliyyət və  mədəni sərvət cəhətdən 
qabarıq fərdi siması ilə özünü göstərməsindən doğur. Yəni, bir daha 
təsdiqlənir ki, Azərbaycan xalqının mədəni-mənəvi potensiyası güclü, 
özü istedadlı olduğu üçündür ki, bəşər mədəniyyəti sərvətinə verdiyi 
töhfənin çəkisi də kifayət qədər tutumludur. 
Xalqın mənəvi sərvətcə  zənginliyi, potensial imkanının 
tükənməzliyi, haqlı olaraq, onun dövlət müstəqilliyinə etibarlı dayaq 
hesab edilir. Təsadüfi deyil ki, Azərbaycan xalqının dövlət 
müstəqilliyi  əldə etməsində özgün rol oynayan mədəni, mənəvi 
sərvətlərlə yanaşı milli dövlət atributları da kifayət qədər geniş şərh 
olunur. Bu şərh kulturoloji xarakter daşımayıb, ilk dəfə olaraq, məhz 
mədəniyətşünaslıq çərçivəsində  həyata keçirilir. Odur ki, dərs 
vəsaitinin gənc nəslin (təiəbələrin) milli ruhda, yüksək intellektual 
qürurda tərbiyə edilib formalaşmasına və inkişafına əhəmiyyətli təsir 
göstərəcəyi şəksizdir. 
Alxan Bayramoğlu 
 filologiya elmləri doktoru 
   
 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə