Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

 
44
yunan mifalogiyasında da tapmışdır. Belə ki, əfsanəvi obrazlar 
içərisində öz bənzərsizliyi ilə seçilən Orfey obrazı da məhz müğənni 
və lira ifaçısı olmuşdur. Bildiyimiz kimi yunan musiqisinin əsası xalq 
yaradıcılığından ibarət idi. Yunanıstanda üç növ musiqi aləti geniş 
yayılmışdı: simli, nəfəsli və zərb. Simli alətlərdən lira, kitara, arfa və 
s. nəfəsli alətlərdən avlos, zərb alətlərindən isə kimbal və timkanı 
göstərmək olar. Yunanlar simli musiqini insanın hisslərində 
ahəngdarlıq yaradan bir qüvvə, nəfəsli musiqini isə “barbar” musiqisi, 
hiddətləndirici bir qüvvə hesab edirdilər. 
Getdikcə musiqi müstəqü bir sənət sahəsinə çevrilirdi. Yunan 
sənətkarları musiqi tonları qammasını işləyib hazırlayırdılar. Filosof 
və riyaziyyatçı Pifaqor (e.ə. VI əsr) və görkəmli riyaziyyatçı Evklid 
(e.ə. III əsr) musiqiyə dair xüsusi əsərlər yazmışlar. 
Yunanlar yalnız  ədəbiyyat, teatr və musiqidə deyil, 
mədəniyyətin digər sahələrində də uğurlar qazanmışdılar Onların ən 
mükəmməl memarlıq əsəri Afina akropolunun başında tikilmiş İlahə 
Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı akropola gedən 
böyük yol və əfsanəvi Afina padşahı Erextey və Gefestə həsr olunmuş 
məbədlər yunan memarlıq sənətinin nadir incilərindəndir. 
Yunan memarlığında üç üslub-ən qədim və formaca lap sadə 
dori üslubu, qeyri-adi incəliyi ilə  məşhur olan ionı üslubu və 
mürəkkəb ornamentli Korinf üslubu xüsusilə nəzərə çarpır. Bəzən bu 
üç üslub bir abidədə cəmlənirdi. Fikrimizə, dori və ioni üslublarının 
birləşməsindən ibarət olan ilahə Afinanın məbədi Parfenonu misal 
göstərmək olar. 
Bizim e.ə. VI-V əsrlərdə Yunan heykəltəraşlığı da öz 
inkişafının  ən yüksək zirvəsinə çatmışdı. Yunan incəsənətinin  ən 
zəngin dövrü Fidinin (e.ə. V əsrin 432-431-ci illəri) adı ilə bağlıdır. 
Yalnız yunan mədəniyyəti deyil, o cümlədən bəşər mədəniyyəti 
tarixində silinməz iz qoymuş Fidi Afina 


 
45
Akropolunun tikilməsinə  rəhbərlik etmiş  və burada ucaldılan 
əsrarəngiz gözəlliyə malik heykəllərin müəllifi olmuşdur. Hellin 
xalqının qırılmaz birliyinin təsdiq edilməsi və yunan quldar 
demokratiyası  mədəniyyətinin mərkəzi olan Afinanın mədhi 
Akropolun əsas ideyasını təşkil edir. 
Bu dövrün görkəmli heykəltəraşları arasında Polikletin, 
Praksitelin və Lisippin də xüsusi yeri vardır. Onların  əsərlərində 
sağlam insan bədəninin gözəlliyi sənətkarlıqla əks olunurdu. Onu da 
qeyd etmək lazımdır ki, bu sənətkarlar insan bədəninin sağlamlığının 
səbəbini qədim Yunanıstanda tez-tez keçirilən idman məşqləri və 
yarışları ilə əlaqələndirirdilər. 
Yunanıstanda rəssamlıq heykəltəraşlıqla əlaqədə inkişaf edirdi. 
Yunan rəssamları içərisində b.e.ə. V əsrin I yarısında yaşamış 
Poliqnot və bu əsrin II yarısında yaşamış Apollodor məhşur 
olmuşdur. Rəssamlıqda diqqəti cəlb edən cəhətlərdən biri də qablar 
üzərində yunan əfsanələrindən götürülmüş mövzuların çəkilməsi idi. 
Rəssamlar bu sahədə böyük uğurlar qazanmışdılar. 
Ümumiyyətlə, K.Marksın qeyd etdiyi kimi, V-IV əsrlər yunan 
mədəniyyətindən danışarkən göstərmək lazımdır ki, bu dövrdə insan 
ətraf aləmin dərk olunmasmda, o cümlədən özünün bədiı düşüncə 
tərzinin inkişafı baxımmdan xeyli irəliyə getmışdir. Sinfi xarakter 
daşımasına baxmayaraq, kökləri xalqla bağlı oian yunan 
mədəniyyətinin tamlığı, harmoniyası, nikbinliyi onun bir çoxu 
indiyədək  əvəzsiz bir sənət nümunəsi kimi qalmaqda olan ən yaxşı 
abidələrini əbədiləşdirmişdir. 
Yunan mədəniyyəti Roma mədəniyyətinin, daha sonralar isə 
bütün Avropa mədəniyyətinin gələcək inkişafı üçün bir əsas təşkil 
etmişdir. 


 
46
 
§9. ROMA   MƏDƏNİYYƏTİ 
 
Roma Qədim Yunanıstandan sonra antik dünyanın  ən böyük 
quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası  və Kiçik 
Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma 
mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur. 
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının 
Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar 
olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq 
obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy 
cismlərini planlı  şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm 
də sferik həndəsə  və triqonometriyaya aid əsərlər yazdı. Onun 
həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi 
optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin 
yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur 
“Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat 
verdi. 
Eyni zamanda bu dövrdə  kənd təsərrüfatına, memarlığa, 
hidrotexnikaya, hərbi texnikaya və s. aid əsərlər yazıldı. botanika
tibb sahəsində mühüm nailiyyətlər qazanıldı. Dövrün məşhur 
təbiətşünaslarından Senekanın “Təbii-elmi məsələlər” adlandırdığı 7 
kitabında meteorologiya və s. məsələlər, Plininin 37 kitabdan ibarət 
“Təbii tarix” adlı əsərində bir çox ölkələrin heyvanat aləmi haqqında 
məlumat verilmişdir. 
Varronanın qramatika, məntiq, ritorika, həndəsə, hesab, 
astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlığa həsr edilmiş 9 
kitabdan ibarət külliyyatı da bu dövrün əhəmiyyətli elm və 
mədəniyyət nümunəsidir. Dövr haqqında tam məlumatı isə 
Strabonun “Coğrafiya”sından almaq mümkündür. 
 


 
47
Ptolemeyin “Coğrafiya”  əsəri isə bütünlüklə kartoqrafiyaya 
həsr olunmuşdur. Belə ki, bu əsərdə Kanar adalarından Çinə  qədər 
yer kürəsi səthinin bütün hissələrini izah edən iyirmi yeddi xəritə öz 
əksini tapmışdır. 
Qədim Romada tarix elmi isə öz başlanğıcını salnamələrdən 
götürmüşdür. 
Əsərlərini latın dilində yazmış ilk Roma tarixçisi Böyük 
Katondur. O, əfsanəvi zamanlardan başlamış yeni eradan əvvəl 149-
cu ilə qədər davam edən Roma tarixi haqqında “Mənşə” adlı əsərin 
müəllifidir. Katonun eyni zamanda “Kənd təsərrüfatı haqqında” adlı 
bir əsəri də vardır. 
Roma tarixşünaslığının daha mükəmməl, dolğun dövrünün ilk 
nümayəndəsi isə Polibidir. Əslən yunan olan Polibi Yunanıstan və 
Romanın ellinizm dövründən bəhs edən “Ümumi tarix” adlı çox 
qiymətli bir əsərin müəllifidir. 40 kitabı əhatə edən bu əsərdən yalnız 
beşi bizə gəlib çatmışdır. 
Roma tarixinin daha bir nümayəndəsi Tit Livi isə  bədii-
didaktik cərəyanın nümayəndəsi olmuşdur. Onun 142 kitabdan ibarət 
olan “Roma tarixi” adlı əsərinin yalnız 35-i bizə məlumdur. 
Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”, 
“Vətəndaş müharibəsı haqqında qeydlər”  əsərləri isə tarixi memuar 
ədəbiyyatı janrının nümunələridir. 
Tit Livinin əsasını qoyduğu bədii-didaktik cərəyanı imperiya 
dövründə Korneli Tasit (təqr. 55-120) daha da inkişaf etdirdi. O, öz 
əsərlərini tiranlığa və despotizmə nifrət ruhunda yazmışdı. III-II 
əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana 
çıxmağa başlayır. 
- IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi 
qoymuşdur. 
Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi 
Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını 
da latın dilinə çevirmişdir. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə