Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
13
edən  bu vəziyyət  Şərq sözlərinin qərb dilinə keçməsinə,  Şərq 
mədəniyyətinin qərbdə yayılmasına şərait yaratdı. 
“Böyük elm əsri adlandırılan XVII əsrdə şərqşünaslıq elminin 
əsası qoyulur, Qərb Şərqi öyrənməyə başlayır. XVIII əsrdən Avropa 
“1001 gecə nağılları”na heyran qalır. Bu nağıllar bitib-tükənməyən 
təqlidlər yaradır. Hindistanın möcüzəli aləmi Qərb qarşısında açılır, 
missionerlər həvəslə Çini öyrənir, Tibetdə Dalay Lamanı ziyarət 
edirlər. Qərb alimləri qədim fars dilini öyrənir, fransız entuziast-
tədqiqatçısı sayəsində “Avesta” məlum olur. 
XIX  əsrdə müqayisəli dilşünaslığın qələbəsi Asiya və 
Avropanın bir çox xalqlarının yaxın qohumluğunu aşkara çıxarır. 
Misir heroqlifləri və mixi yazılara aid edilən kəşflər qədim  Şərqin 
nəhəng yeni dünyasını açır və xalqların minillik tarixinə dair söz 
açmağa imkan yaradır (Bu barədə irəlidə ətraflı danışacağıq). Şərq və 
onun müxtəlif dilləri, xalqları sürətlə öyrənilir, illər keçdikcə bu 
sahədə yeni-yeni nailiyyətlər qazanılır. Araşdırmalar nəticəsində hər 
iki tərəfdə analogiyanın, oxşarlığın, bəzən isə eyniliyin olduğu 
aydınlaşır. Bütün bunlar isə  nəticəsi eyni hadisələrə, eyni inkişaf 
qanunlarına malik ümumbəşəri dünyadır. 
Yalnız mənəvi sahədə deyil, maddi mədəniyyətin-
sivilizasiyanın mükəmməlləşməsində  də yüksək səviyyə qazanmış 
Şərq mədəniyyətinin minillık inkişafına baxmayaraq, Şərqin 
qazandığı bütün uğurlar dəqiq və  təbiət elmlərinin zəif inkişafı 
şəraitində təzahür etmişdir. 
Mənəvi yaradıcılıq: fəlsəfə, incəsənət, hətta texnika sahəsində 
Şərqin əldə etdiyi qeyri-adi nailiyyətlərin mümkünlüyü üçün Şərqin 
nə  qədər nəhəng, demək olar ki, fövqəlbəşəri gərginlik çəkdiyi, 
müstəsna əhəmiyyətə malik olan intiusiyaya qadirliyi məlumdur. Bu 
sahədə o, zəif inkişaflı nəzəriyyəni böyük təcrübə ilə əvəzləmişdir. 
Maraqlıdır ki, elmi ədəbiyyatlarda çox vaxt sivilizasiyanı 
Qərblə bağlayır, Şərqin nailiyyətlərini  isə bir növ köl- 


 
14
gədə saxlayırlar. Biz bu mövzunu işləyərkən sivilizasiya və 
mədəniyyəti  Şərq-Qərb kontekstində araşdırmağa çalışdıq. Və 
məlum oldu ki, yuxarıda qeyd etdiyimiz sahələrdə  Şərqin uğurları 
Qərbin nailiyyətlərindən heç də az deyil, bəzən daha çoxdur. Lakin 
onu demək lazımdır ki, bu nailiyyətlərin əsasları müxtəlifdir. Çünki, 
hər hansı mədəni inkişaf, bu nailiyyətləri qazanmaq üçün göstərilən 
fəaliyyətlər bir-birindən müəyyən qədər fərqli olmuşdur. Yalnız 
mənəvi nailiyyətlərin çox az hissəsi eyni yollarla qazanılmışdır. 
Öz intellekti ilə öyünən Şərqlə elm yolunda qarşılaşan Avropa 
anladı ki, Şərq dünyasına qədim məftunluq  ədalətlidir, onun 
müdrikliyi bəşəriyyətə lazımdır. Eyni zamanda bəşəriyyətin sayca 
böyük hissəsini  Şərq təşkil edir. Odur ki, Qərb  Şərqi nə  qədər fəth 
etsə  də,  Şərq öz qədimliyini, adət-ənənəsini mühafizə edib saxlaya 
bilir.
 
 
XIX  əsrin sonu, XX əsrin  əvvəllərində elm və texnika 
sahəsində edilən kəşflər dünyanın dərk olunmasında, yenidən 
qurulmasında, istehsal və  həyatın maddi bazasının  əsaslı   
dəyişdirilməsi və  təkmilləşdirilməsində yeni dövrə keçidi 
zəruriləşdirdi.   Dəqiq və  təbiət  elmləri  sahəsində  böyük kəşflər, 
maye yanacaq, radio dalğaları, rentgen şüalarının alınması və istifadə 
edilməsində qazanılan uğurlar istehsalda ciddi elmi-texniki inqilaba 
imkan yaratdı. II Dünya müharibəsindən sonra bəşəriyyət elm, 
texnika və istehsalı intensiv şəkildə  əlaqələndirən ETİ dövrünə 
qədəm qoydu. Bu dövr elmi-texniki yaradıcılığı, mədəniyyəti, maddi 
istehsalı, tədavül və məişət sahəsini elektron avtomatlaşdırılmasını və 
ETİ-nin uğurlarının geniş tətbiqi nəticəsində    məhsuldar qüvvələrdə 
yeni inqilabi dəyişmə prosesini  keyfiyyətcə yeni səviyyəyə qaldırdı. 
Kosmik fəzanın fəthi və  atomun  sülh  məqsədləri üçün istifadəsi 
dövrümüzün fərqləndirici xüsusiyyətlərindən biri oldu. 
Dünyanın, o cümlədən  Şərq-Qərb  əlaqələrinin  əsas mühərriki   
olan   iqtisadi   mexanizm   dünya dövlətlərinin  


 
15
bir-birindən asılılığını daha da gücləndirmiş, dünya bazarı 
genislənmiş və yeni mərhələyə çatmışdır. Keçən əsrlərdə Qərbdə baş 
vermiş elmi-texniki və iqtisadi irəliləyişlər  Şərqin geridə qalmış 
ölkələrinin müstəmləkə  və yarımmüstəmləkəyə çevrilməsinə  şərait 
yaratmaqla bərabər, obyektiv surətdə dünya əlaqələrini daha da 
möhkəmləndirmiş,  Şərqlə  Qərbin iqtisadi baxımdan bir-birinə daha 
mükəmməl bağlanmasına gətirib çıxarmışdır. 
Elmi-texniki və iqtisadi cəhətdən belə  əlaqələr həm  Şərqdə, 
həm də Qərbdə həyatın digər sahələrinə də öz təsirini göstərmişdir. 
Avropanın keçən  əsrlərdə  Şərqdən və yunanlardan necə 
faydalanması, müasir dövrdə bizim onlardan faydalanmağımız üçün 
klassik nümunədir. 
Avropada çağdaş  tərəqqiyə  gətirən yol iki heyrətdən baş alıb: 
“rıtsar orta əsrləri” islam mədəniyyətinə, XVI əsrin intibah zirvələri 
isə antik mədəniyyətə “qayıdışın”  əlaməti altından keçib. Lakin 
Avropa hər iki mənbədən yalnız özünə faydalı  və doğma olan, 
Şərqdən və yunanlardan zirvələrə qalxmaqda ona kömək olan 
dəyərləri götürürdü. 
Dövrümüzün görkəmli filosoflarından olan Albert Kamyunun 
fikrincə, nəticə etibarilə ədəbiyyat, mədəniyyət “tarixi idarə edənlərə 
xidmət edə bilməz, o, bu tarixdən əzab çəkənlərə xidmət etməlidir”. 
Onun vəzifəsi: “birincisi-həqiqətə xidmət etməkdir, ikincisi-azadlığa 
xidmət etməkdir. Ümumiyyətlə, insani dəyərlərə xidmət etməyən 
sənət, əslində milli və bədii dəyərlərdən məhrumdur. 
Yalnız  şəxsiyyət və ziyalın deyil, dövrü də öncə  mənəvi-əxlaqi 
dəyərlər, sonradan isə “elm, texnika, kibernetika” və başqa texnogen 
atributlar səciyyələndirir.  Əgər bu axrıncılar nəticə etibarilə insan 
(bəşər) haqlarında humanitar kamilliyə, qlobal rifaha, təbiət-cəmiyyət 
çərçivəsində saflığa, təmizliyə xidmət göstərmirsə, sivilizasiyadan 
danışmaq mənasızdır. Məhz  Şərqdə sivilizasiya ilə mənəvi kamillik,  


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə