Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə6/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   59

 
19
Göy cisimlərinin hərəkətini öyrənən elmin, yəni 
astronomiyanın  əsası  Şumer və Babil kahinləri tərəfindən 
qoyulmuşdur. Onlar göydə ulduzların necə yerləşməsinə  və  hərəkət 
istiqamətlərinə yaxşı bələd olduqları üçün nə zaman daşqın olacağını 
müəyyənləşdirə bilirdilər. 
Babil ili 12 aydan, ay isə yeddi günlük 4 həftədən ibarət idi. 
Həftənin hər gününə göy allahlarından birinin adı verilmişdi. 
Sonralar  Şərq ölkələrini zəbt edən romalılar Babil təqviminin 
əsaslarını götürmüş  və bu əsaslar başqa xalqlara romalılardan 
keçmişdir. 
Qədim  şumerlərin təsərrüfata dair məlumatları  bəzi  əsərlərdə 
əks olunmuşdu. Bu əsərlərə nümunə olaraq, “Əkinçi təqvimi” və 
“Bağçılıq” kitablarını göstərə bilərik. Bu kitablarda əkin, suvarma və 
biçinin başlanması, bağların becərilməsi, suvarma kanallarının 
təmizlənməsinə dair məlumatlar verilir. 
Sənədlərə əsaslanaraq “Babil və Xald tarixi” əsərini yazan ilk 
İkiçayarası tarixçisi Bersol olmuşdur. O, e.ə. IV-III əsrlərdə Babil 
şəhərlərində yaşamışdır. 
İkiçayarasında başqa sahələr kimi, memarlıq və heykəltəraşlıq 
da inkişaf etmişdir. 
Yuxarıda  şumer yazılarından danışarkən göstərdiyimiz kimi, 
ikiçayarasında təbii ehtiyatlar çox az idi. Ona görə də, yazıda olduğu 
kimi, memarlıqda və heykəltaraşlıqda da gildən daha çox istifadə 
olunurdu. Tikinti işlərində çiy kərpic əhəmiyyətli rol oynayırdı. E.ə. 
III minillikdə  şumer  şəhər dövlətlərinin mərkəzində ibadət üçün 
tikililər -məbədlər inşa olunur və onların  ətrafına xüsusi divarlar 
çəkilirdi. Bununla yanaşı  İkiçayarası memarlığına məxsus olan 
qülləli məbədlər (zikkurat) də yaradılırdı. 
Qəbir memarlığı  əsasən hökmdar məqbərələrindən ibarət idi. 
Tədqiqatlar nəticəsində bu qəbirlərdə çoxlu incəsənət nümunəsi aşkar 
edilmişdir. 


 
20
İkiçayarasının e.ə. III minilliyə aid heykəltəraşlığına qısa, ağır 
çəkili fiqurlar daxildir. Bu üslubda hökmdar Qudeanın və 
Hammurapinin heykəlləri hazırlanmışdır. Belə heykəllər içərisində 
ucaboylu heykəllərə də təsadüf olunur. 
İkiçayarasında müxtəlif tətbiqi incəsənət növləri - zərgərlik, 
silahqayırma, daşdan  əşyalar hazırlama və s. geniş  tərəqqi etmişdi. 
Zərgərlikdə müxtəlif rəng çalarları  əks olunurdu. Bu çalarlar göy, 
açıq yaşıl, sarı, qırmızı rənglərdən ibarət idi. 
Ümumiyyətlə,  İkiçayarasında yaşayan xalqların yaratdıqları 
mədəniyyət nümunələri dünya mədəniyyətinin inkişafına müəyyən 
təsir göstərmişdir. 
 
 
§4. QƏDİM MİSİR MƏDƏNİYYƏTİ 
 
Misirdə yazı e.ə. IV minilliyin sonlarında meydana çıxmışdır. 
Müxtəlif dövrləri  əks etdirən Misir yazı abidələri indiyə  qədər 
qalmaqdadır. Misirdə  də ilk yazı növü şumerlərdə olduğu kimi 
piktoqrafiya, yəni şəkli yazı olmuşdur. 
Burada yazılar əsasən   papirus üzərində cızılırdı ki, bu da onlar 
üçün kağızı  əvəz edirdi. Yazı “lövhəsi” düzəltmək məqsədilə 
misirlilər papirusun qabığını hissə-hissə kiçik zolaqlarla kəsir, sonra 
onları sıra ilə bir-birinə yapışdırırdılar. 
Papirus hissələrinin uzunluğu bəzən 40 metrə çatırdı. Yazılmış 
papirusu burur və iplə bağlayırdılar. 
Misir yazısı qarışıq yazı hesab olunur. Bu yazıda 700 işarə ilə 
yanaşı, 21 heroqlif də vardır ki, onlar ayrı-ayrı hərfləri ifadə edirlər. 
Misir yazılarını ilk dəfə 1822-ci ildə fransız alimi Şampolon 
oxumuşdur. 
Misir yazısını öyrənmək olduqca çətin idi. Məktəbdə oxuyan 
şagirdlər sərbəst və asan yazmağı 5-6 il müddətinə öyrənirdilər. 
Təlim prosesində  şagirdləri müxtəlif  şəkildə  cəzalandırırdılar. 
Baxmayaraq ki, məktəblərdə oxuyanlar var- 


 
21
lıların və adlı-sanlı adamların övladları idi, mirzəlik çox hörmətli 
sənət hesab olunduğundan valideynlər bu münasibətə (övladlarının 
mirzələr tərəfindən cəzalandırılmasına) pis yanaşmırdılar. 
Papiruslardan olan Misir dəftərlərinin kənarlarında çox vaxt belə bir 
atalar sözü yazılırdı: “Uşağın qulaqları belindədir,  ancaq döyüldüyü 
zaman qulaq asır”. 
Misir yazı sistemi təkmilləşdikcə, onun dil quruluşu da 
minilliklər ərzində dəyişmişdir. III-VII əsrlərdə qədim Misir dili artıq 
ölü dillərdən hesab olunurdu. Həmin dövrdə Misirdə çipti dilindən 
istifadə olunurdu. 
Bildiyimiz kimi, VII əsrdən başlayaraq  ərəb dili yayılmağa 
başlanmışdır (İslamla bağlı). Hazırda Misir ərazisində dörd milyon 
yerli çipti yaşayır. Onlar xristian olsalar da, ərəb dilində danışır, 
ancaq öz ibadətlərini çipti dilində edirlər. 
Qədim Misirdə  bədii  ədəbiyyatın  əsasında  şifahi xalq 
yaradıcılığı dayanır. Ən qədim əsərlər e.ə. V minilliyə aiddir. Qədim 
misirlilər üç min il ərzində müxtəlif janrlarda zəngin bədii ədəbiyyat 
nümunələri yaratmışlar. Şifahi xalq yaradıcılığına daxil olan nağıllar 
əsasən  əkinçi həyat tərzini, dünyagörüşünü  əks etdirırdi. Belə 
nağıllarla yanaşı fironlar və  əyanlara həsr edilmiş nağıllar da geniş 
yayılmışdı. Fironlar üçün onların sevdiyi nağıllar yazılırdı və adətən 
mumiya ilə birlikdə sərdabələrinə qoyulurdu. Qədim misirlilər nağıl 
vasitəsilə müdrikliyi, humanistliyi tərənnüm edir, sadə insanların 
əqlini, mübarizliyini, dönməzliyini göstərməyə çalışırdılar. Belə 
nağıllardan “Gəmi qəzasına uğrayan adam”, “Düz və  əyri haqqında 
nağıl”, “Firon Xufu və cadugərlər”, “İki qardaş haqqında nağıl” və s. 
göstərmək olar. 
Qədim misirlilər təbiətdə  və insan həyatında olan hadisələri 
dini ideologiya ilə izah edirdilər. Misirlilərin ölən və yenidən dirilən 
təbiət allahı hesab etdikləri Osiris haqqında  əfsanə bu baxımdan 
səciyyəvidir. 
 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə