Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix07.11.2017
ölçüsü3,32 Kb.
#8761
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   59

 
22
Orta və Yeni səltənət dövründə ədəbiyyatda mövcud dövlət və 
ictimai quruluşu müdafiə edən nəsihətlərə  təsadüf olunur. Belə 
nəsihətlərdə sosial ziddiyyətlər, yuxarıların aşağıdakılara münasibəti, 
xalq üsyanlarının xoşagəlməz nəticələri və s. öz əksini tapır. Bu 
nəsihətlərə misal olaraq, “Heraklopol hökmdarı Axtoyun oğlu 
Merikaya nəsihəti”, “I Amenemxetin nəsihəti”, “Duauf oğlu Axtoyun 
nəsihəti”, “İpuserin kəlamı”, “Nefertifin nəsihəti” və s. göstərə 
bilərik. 
Sinifli cəmiyyətin meydana çıxması ilə bağlı incəsənət firon 
hakimiyyətinin güclənməsinə xidmət etməyə başladı. 
Qədim Misir memarlağlında dinin təsiri aydın hiss olunur. 
Ehramların klassik nümunəsi Sakkarada təmsil olunmuşdur. 
Buradakı pilləli ehram firon Coserə  həsr olunmuşdur. IV sülalə 
fironlarından Xufu (hündürlüyü 147 m.), Menkauha (hündürlüyü 6 
m.), Xafra (hündürlüyü 140 m.) gözəl ehramlar tikdirmişlər. 
Məbədlərin divarlarında ilahiləşdirilmiş firon həyatı ilə yanaşı sadə 
insanların, məsələn, dalaşan qayıqçılar, işləyən sənətkarlar, dəfn 
mərasimləri və s. təsvirlər həkk olunmuşdur. 
Yeni səltənət zamanında incəsənət və memarlıq özünün daha 
yüksək inkişaf dövrünü yaşayır. Belə ki, qayalar yarılıb yeraltı dəfn 
sərdabələri yaradılır. Məsələn, I Setinin yeraltı sərdabəsində yüzdən 
çox otaq vardır.  Ən  əzəmətli memarlıq nümunəsi Fivadakı (Karpak 
və Lüksorla) Ason məbədi hesab olunur. Bu məbədin böyük salonu 
16 cərgədə ucaldılmış 134 sütundan ibarət imiş. Həmin salonun 12 
mərkəz sütununun hündürlüyü 21 metr imiş. Salonun sahəsi isə 5 
min kv/m-dən çox imiş. 
Misir memarlığının  əsas sahəsini heykəltəraşlıq təşkil edirdi. 
Bütün məbəd və saraylar heykəllərlə dolu olmuşdur.  Əsasən misir 
allahlarından və fironlardan ibarət olan bu heykəllər içərisində sadə 
insanlara həsr olunmuş heykəllər də var idi. 
 


 
23
Dini təsəvvürlər Misirdə cəmiyyətin bütün təbəqələrində özünü 
göstərdiyi kimi, mədəniyyətdə də izini qoymuşdur. Qədim misirlilərin 
ideologiyasını din təşkil edirdi. Dini təsəvvürlərin sadə formaları-
fetişizm (əşyalara sitayiş) və totemizm (heyvanlara sitayiş) qədim 
Misir tarixində mövcud olmuşdur. Misirdə dini sistem getdikcə 
inkişaf edərək Yeni səltənət dövründə daha da mükəmməlləşdi. 
Allahlar haqqında təsəvvürlər müxtəlif təbiət qüvvələrinin və ictimai 
hadisələrin təcəssümü kimi yaranmışdı. Dini təsəvvürlərin  əsasında 
yerli, vilayət və ümummisir ibadətgahları möhkəmlənirdi. 
Misirin  ən qədim dövründə  əcdadlara və  mərhumlara ibadət 
mövcud olmuşdur. İbadətdə də təbəqələşmə özünü göstərirdi. Zaman 
keçdikcə Misirdə ibadətin məzmun və forması dəyişir. 
Qədim misirlilər fironun şəxsiyyətini ilahiləşdirmişdilər. 
Əvvəlcə onu allahın oğlu, daha sonra isə allah adlandırdılar. Firona 
kainatın allahı kimi sitayiş  və ibadət olunurdu. İncəsənətdə  də 
hökmdarın allah oğlu olması fikri təbliğ edilirdi. Firona ibadət üçün 
məbədlərdə xüsusi otaqlar təşkil olunmuşdu. Bu otaqlara “böyük ev” 
adı verilmişdi. XVIII sülalə zamanı “firon” sözü artıq hökmdar 
mənasında işlənirdi. 
Dinin bu şəkildə  təsirinə baxmayaraq, bu dövrdə insanlarda 
“bilik” haqqında təsəvvürlər də mövcud idi. Məktəblər fəaliyyət 
göstərir, verilən biliklər tətbiqi mahiyyət kəsb edirdi. Misirlilər hesab 
və  həndəsə sahəsində sadə biliklərə malik idilər. Biliklər zəruri 
təlabatdan yaranırdı. Riyaziyyatda ən böyük müvəffəqiyyət onluq 
say sisteminin yaradılması idi. Yazıda 1, 10, 100, 1000, 10000, 
1000000 kimi işarələrdən istifadə olunurdu. 
Astronomiyada da bəzi nailiyyətlər qazanılmışdı. Belə ki, artıq 
misirlilər planeti ulduzdan fərqləndirirdilər. Bu, onların ulduzlar 
haqda tərtib etdikləri ilkin xəritədən də  


 
24
görünür. Onlar xüsusi təqvim yaradaraq ili hər bir ayı 30 gündən 
ibarət olan 12 aya bölmüşdülər. İl 365 günə bərabər idi. Misir təqvim 
ili tropik ildən dörddə bir sutka geri qalırdı. Bu fərq 120 ildə bir aya 
bərabər olurdu. 
Su və günəş saatlarının ixtirası  da      misirlilərin nailiyyətləri 
sırasına daxil idi. 
Təbabət də digər elm sahələrindən geridə qalmırdı. Bəzi 
xəstəliklərin müalicəsi müəyyənləşdirilmişdi. Həkimlər insan 
anatomiyası ilə bağlı tədqiqatlar aparırdılar. 
Misir Qədim  Şərqin inkişaf etmiş  mədəniyyət mərkəzlərindən 
biri hesab olunurdu. Sivilizasiyaya uyğun dövlət sistemi, 
iqtisadiyyat, mədəniyyətin müxtəlif sahələri üç min il ərzində öz 
mövcudluğunu qorumuş  və digər ölkələrə  də  təsirini göstərmişdir. 
Misir Qədim Şərqdə ən uzunömürlü dövlətlərdən biri olmuşdur. 
 
§5. HETT MƏDƏNİYYƏTİ 
 
E.ə. 18-12-ci əsrlərdə Kiçik Asiyada Hett adlı  qədim dövlət 
mövcud olmuşdur. Bu e.ə. 20-19-cu əsrlərdə hettlər, hattilər və etnik 
qrupların təmsil olunduğu  şəhər dövlətlərinin (Kanes, Hattuşinaş və 
s.) birləşməsi nəticəsində yaranmışdır. E.ə. təqribən XVIII əsrdə 
Kussar padşahı Anittas Anadolunun bəzi vilayətlərini birləşdirmiş, 
e.ə. 17-ci əsrin əvvəllərində isə digər Hett sülaləsinin əsasını qoyan 
Labarna Hett dövlətinin ərazisini daha da genişləndirmişdir. E.ə. 17-
ci    əsrin ortalarında I Hattuşilis Kiçik Asiyanın    cənub-şərq 
vilayətlərinin işğalını sona çatdıraraq, paytaxtı Hatuşaş  şəhərinə 
köçürmüşdü. I Mursilis dövründə (e.ə. 17-ci əsrin sonunda) Hett 
dövlətinin hərbi qüdrəti ən yüksək səviyyəyə çatmışdı. 
Arxeoloji qazıntılar zamanı  əldə edilmiş  bəzi maddi-
mədəniyyət nümunələri, Boğazgöydə (Hattuşa) tapılmış Hett 
hökmdarlarına məxsus yazılı sənədlər Hett mədəniyyə- 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə