Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

42 
 
Reduksion  yanaşmanın  daha  dəqiq  dərk  edilməsi  üçün  bir  neçə 
məsələyə baxaq: 
Müəyyən  edilibdir  ki,  su  hövzələrinə  axıdılan  üzvü  birləşmələr  suyun 
tərkibində olan oksigenin azalmasına, onun istifadə xasssəsinin  itirilməsinə, 
yosunlarm  yaranmasına səbəb olur. Bu halların baş verməməsi üçün sadəcə 
olaraq su hövzələrinə üzvi  maddələrin atılmasını dayandırmaq qərara alınır. 
Hövzəyə  su  üzvü  maddələrdən  təmizləndikdən  sonra  axıdılır.  Lakin  bir 
müddət  keçdikdən  sonra  əvvəlki  proses  yenidən  baş  verir.  Sonradan 
müəyyən  olunub  ki,  suda  yosunların  əmələ  gəlməsinə  üzvü  maddələrin 
təmizlənməsi  zamanı  onlardan  ayrılan,  azot  və  fosfor  səbəb  olub.  Əmələ 
gəlmiş  su  bitkiləri  müəyyən  müddətdən  soraa  məhv  olaraq  tərkibində  üzvü 
maddələr  olan  tullantı  suların  vəzifəsini  ifa  edirlər.  Deməli  tullantı  sularını 
tək  üzvü  maddələrdən  yox,  eyni  zamanda  mineral  maddələrdən  də 
təmizləmək lazımdır. 
Reduksion  yanaşma  materialların  alınması  üçün  texniki  məsələlərin 
həllində  tətbiq  olunur.  Bu  zaman  alınan  materialın  qiyməti  ekologiyaya 
mənfı  təsir  edən  maddələrin  neytrallaşdırılmasına  sərf  olunan  vəsaitin 
miqdarından asılı olur. 
Xolistik yanaşmada bir dəfəlik bioloji üsulla təmizlənmə aparılır. 
2.  Təbii  zəncir  reaksiya  prinsipi.  Təbii  zəncir  reaksiyası  dedikdə  elə 
təbii  hadisələr  nəzərdə tutulur  ki, hər  bir  hadisə  özü  ilə əlaqədar olan  digər 
hadisəyə  təsir  edərək  onda  müəyyən  dəyişiklik  yaradır.  Zəncir  reaksiyası 
ekosistemin  müxtəlif cür   təsiri  ilə də  yarana  bilər.  Onun  yaranma ehtimalı 
və  mənfı  nəticəsi  antropogen  faktorlar  təsirindən  kəskin  artır.  Yadda 
saxlamaq lazımdrr ki, təbii proseslərə kəskin müdaxilə zəncir reakksiyası ilə 
nəticələnir.  İnsanların  təbii  sistemlərdə  fəaliyyətlərinin  səmərəliliyi  onların 


43 
 
təbii  zəncir  reaksiyalarını  tam  dərk  etmələrindən,  onlara  qarşı  aparılan 
mübarizə üsullarının necə seçilməsindən asılıdır. 
Tətbiqi  ekologiyada  «təbii  zəncir  reaksiyası»nm  əhəmiyyəti  ümumi 
ekologiyada olduğu kimidir. 
Təbii zəncir reaksiyasına aid bir neçə misal göstərmək olar: 
—  Atmosferdə  yığılan  qazlar  iqlimin  istiləşməsinə  səbəb  olur.  Bunun 
nəticəsində daimi buzlaqlar əriyir, okeanlarda suyun səviyyəsi qalxır. Bu da 
öz  növbəsində  suların  quru  sahələrini  tutmasına,  biosferdə  hidrogeoloji  və 
başqa proseslərin fəaliyyətinin pozulmasına gətirib çıxarır. 
—  Azot  və  fosfor  nitrat  şəklində  orqanizmlərin  həyat  fəaliyyətində 
böyük rol oynayır. Lakin yuxarıda qeyd olunduğu kimi onlar suda göy-yaşıl 
bakteriyalar,  yosunlar  yaradırlar.  Üzvü  maddələrin  parçalanması  suda 
oksigenin  azalmasına  və  ümumilikdə  su  ekosisteminin  bataqlığa 
çevrilməsinə səbəb olur. 
—  Şimal  yanmkürəsində  meşələrin  qırılması  torpağın  kipliyinin 
artmasına  və onun  səthində su  yığılmasına səbəb olur.  Belə sahələrdə suyu 
özündə saxlayan bitkilər əmələ gəlir və həmin zona bataqlığa çevrilir. 
Meşələrin  qırılması  nəticəsində  torpağın  sıxlığının  artması  yağış 
sularının  torpağa  hopmasının  qarşısnıı  alır.  Nəticədə  bulaqların  itməsi, 
çayların quruması, sel sularının yaranması, torpaqda eroziya və s. proseslərin 
baş verməsi müşahidə olunur. 
3.  Daxili  dinamiki  müvazinət  qanunu.  Zəncir  reaksiyası  daxili 
dinamiki  muvazimətin  pozulmasına  səbəb  olur.  Bu  onunla  izah  olunur  ki, 
hər hansı bir maddə, enerji, informasiya, ayrı-ayrı təbii sistemlərin dinamiki 
keyfıyyətləri  bir-biri  ilə  o  qədər  sıx  əlaqədə  olurlar  ki,  onlann  hər  hansı 
birində  baş  vermiş  dəyişiklik  digərində  müəyyən  dəyişikliyin  yaranmasına 
səbəb olur. 


44 
 
4. Təbiətdən istifadənin enerji effektivliyinin azalması qanunıı. Hər 
hansı  bir  sistem  ekoloji  müvazinət  halından,  müəyyən  güc  təsirindən 
çıxarıldıqda  onun  bərpası  sərf  olunan  enerjidən  artıq  enerji  tələb  edir. 
Məsələn, meşələrin qırılması, suya kimyəvi təsir və s. ilk növbədə müəyyən 
effekt  versədə  belə  onların  əvvəlki  vəziyyətə  gətirilməsi,  bərpası  böyük 
qüvvə və vəsait tələb edir. 
5. Ekosistemdə informasiyaların tam olmaması prinsipi. Bu prinsipə 
müqabil  demək  olar  ki,  ümumiyyətlə  bizim  ekosistem  haqqında  biliyimiz 
kifayət  qədər  deyil.  Bu  əsasən  ekosistemin  çox  komponentli  olması, 
əlaqələrin  qarşılıqlı  asılılıqların  coxluğu  və  baş  verən  proseslərin  dinamiki 
olması ilə izah edilir. Bunların nəticəsində demək olar ki, hər bir ekosistem 
öz-özlüyündə fərdi xarakter daşıyır. Deməli ekosistem üçün  praktiki olaraq 
analogiya  prinsipi  yaraya  bilməz.  Hər    hansı  bir  layihənin  hazırlanması 
zamanı  hər  bir  ekosistemin  xarakterikk  xüsusiyyətləri  əlavə  olaraq  tədqiq 
olunmalıdır. 
6.  Yalançı  müvəffəqiyyət  prinsipi.  İnsan  təbii  proseslərə  müdaxilə 
etdikdə  öncə  onda  müvəffəqiyyət  yarana  bilər.  Lakin  müdaxilənin  sonu 
səmərəsiz ola  bilər.  Adətən belə bir  hal zəncirvari  reaksiyanın  sonunda baş 
verir. Məsələn, vəhşi heyvanların məhvi, kimyəvi maddələrlə məhsuldarlığın 
ilkin artımi vo s. müəyyən müddətdən sonra öz mənfı təsirini göstərir. 
7. Bir və on faiz qaydası. Bir faiz qaydasına görə insanın ətrafa verdiyi 
enerji fotosintezlə əlaqədar olan  1%-i  keçməməlidir.  Çiinki  fotosintezə sərf 
olunan enerji günəş enerjisinin yer kürəsinə gəlib çatdığı 1% enerjiyə yaxın 
olur.  Planetar  miqyasda  enerjinin  1%-dən  artıq  olması  orta  illik 
temperaturun  2-2,5  dərəcə  artmasına  səbəb  ola  bilər  ki,  bu  da  fəlakətlə 
nəticələnə bilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə