Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

45 
 
On faiz qaydasına görə trofıki səviyyəyə 10%-dən artıq enerji 
 
keçmir. 
Bunu  belə  izah  etmək  olar  ki,  əgər  heyvan  100  kilokalorilik  enerjisi  olan 
qida qəbul edirsə onun 10%-i bədəndə qalır, qalan 90% ondan xaric olur. Bu 
qayda təbiətdən istifadə sahələrində nisbi xarakter daşıyır. 
8.  Optimallıq  prinsipi.  Başqa  sistemlər  kimi  ekoloji  sistem  də 
müəyyən zaman və məkan həddində effektiv fəaliyyət göstərir. Haşqa sözlə 
desək  heç  bir  sistem  sonsuzluğa  qədər  nə  kiçilə,  nədə  böyüyə  bilər.  Ölçü 
fəaliyyətə uyğun  olmalıdır. Belə bir  aforizm  mövcuddur: — «Hər  hansı  bir 
giqantizm məhvin əvvəlidir». 
9.  Adalarda  növlərin  xırdalığı  prinsipi.  Adalarda  yaşayan  hər  hansı 
bir növ materikdə yaşayan eyni növə nisbətən xırda ölçüyə malik olur. 
Buradan  belə  bir  nəticə  çıxarmaq  olar  ki,  növlərin  saxlanılması, 
çoxaldılması  sahələri,  qoruqlar  və  digər  mühafızə  sahələri  kifayət  qədər 
böyük sahəyə malik olmalıdırlar. 
10.  Qida  zəncirində  çirkləndiricilərin  toplanma  prinsipi.  Qeyd 
etmək  lazımdır  ki,  orqanizmlərin  bütün ömrü  boyu  və  ya  müəyyən  müddət 
ərzində  qəbul  etdikləri  qidanın  həcmi  orqanizmlər  həcmindən  çox  olur. 
Qəbul  olunan  qida  daxilində  olan  çirkləndirici  maddənin  hamısı 
orqanizmdən  xaric  olunur.  Bunlar  orqanizmdə  yığılaraq  çirkləndiricilərin 
qatılığını  artırırlar.  Orqanizmdə  gedən  bu  proses  «Toplama  effekti» 
adlandırılır.  «Toplama  effekti»  əsasən  dayanıqlılığı  olan  çirkləndiricilərlə 
əlaqədardır. Bunlara ağır metalları, üzvi birləşmələri və s. aid etmək olar. 
Trofıki  səviyyənin  artması  ilə  orqanizmin  ölçüsü  və  ömrü  artıq  olur. 
Bununla  yanaşı  orqanizmdə  maddələr  mübadiləsi  ləng  gedir  və  onların 
orqanizmdən  xaric  olma  surəti  azalır.  Bu  proses  «Bioakkumliyasiya» 
adlanır. 


46 
 
Məsələn «DDT» zəhərinin suda miqdarını vahid qəbul etsək orada olan 
bakteriyalarda  onun  miqdarı  20-100  vahid,  balıqlarda  5-12  min  vahid, 
balıqla qidalanan quşlarda 30-100 min vahidə bərabərdir. 
İnsan  qida  zənciri  vasitəsilə  qidalandığı  üçün  hər  qida  tərkibində  olan 
çirkləndiricilər onun bədənində toplanıb qalır. Deməli insan özü-özünü zərər 
vurduğu mühitdən aldığı qida ilə zəhərləyir. 
11. Ekosistemin öz-özünü təmizləmə sistemi. Ekoloji sistem və onun 
ayrı-ayrı mühitləri özünü təmizləmə xassəsinə malikdirlər. 
Suda,  havada  və  torpaqda  baş  verən  özünütəmizləmə  mexanizmi  bir-
birindən kifayət qədər fərqlənir. 
Atmosferin  özünütəmizləmə  qabiliyyəti  onun  surətlə  hərəkət  etməsi, 
sıxlığa  malik  olması,  torpaq  və  su  muhitlərilə  kontaktda  olması  ilə 
əlaqədardır.  Bu  xüsusiyyətinə  görə  atmosferə  daxil  olan  çirkləndiricilər 
cazibə  qüvvəsinin  təsiri  ilə  ya  suya,  ya  da  torpağa  düşərək  dövri  sistemə 
qoşulurlar. 
Atmosfer 
ozonun, 
ulturabənövşəyi 
şuaların, 
atmosfer 
çöküntülərinin, fotokimyəvi proseslərin  və digər  mexanizmlərin təsiri  ilə də 
zərərli  maddələrdən  təmizlənmə  xüsusiyyətinə  malikdir.  Havada  yaranan 
durum bəzən onun özünü təmizləmə prosesinə mənfı təsir göstərir. 
Su  və  torpaq  mühitlərinin  özünütəmizləmə  qabiliyyəti  canlı 
orqanizmlərin  fəaliyyətləri  ilə  əlaqədardır.  Bu  orqanizmlər  çirkləndirici 
maddələri  sadə  kimyəvi  elementlərə  qədər  parçalayaraq  öz  bədənlərində 
toplayır və onları dövrü hərəkətə qoşurlar. 
Oliqotroflar (yoxsul həyat) alçaq parçalanma və aşağı özünütəmizləmə 
potensialına malikdirlər. 
Evtroflar  (varlı  həyat)  yüksək  parçalanma  və  özünü  təmizləmə 
potensialına malikdirlər. 


47 
 
Mühitin  çirklilik  dərəcəsi  onun  özünütəmizləmə  qabiliyyətinə  mənfı 
təsir göstərir. Su mühiti belə təsirə daha həssas olur. Bu hal suyun tərkibində 
olan  oksigenin  xarici  təsirdən  tez  müddətdə  asan  azalması  ilə  izah  edilir. 
Ona  görə  də  suyun  təmizlənməsi  zamanı  ilk  növbədə  onun  oksigenlə 
zənginləşdirilmə  prosesi  aparılır.  Suyun  özünütəmizləmə  prosesinə  mənfi 
təsir  edən  əsas  amillərdən  biri  də  onun  atmosfer  çöküntüləri  ilə 
turşululuğunun artmasıdır. 
Torpaq suya nisbətən yüksək özünütəmizləmə qabiliyyətinə malikdir. 
Torpağın  özünütəmizləmə  prosesinə  onun  sıxlığının  artması,  ağır 
metallarla  çirklənməsi,  tərkibindəki  suyun  və  turşunun  çox  olması  mənfi 
təsir göstərir. 
Süni yaradılan mühitlərdə özünütəmizləmə prosesinin surəti aşağı olur. 
Bu  əsasən  həmin  mühitlərin  kimyəvi,  bioloji,  səs-küy  və  digər 
çirkləndiricilərinin birgə təsiri ilə izah edilir. 
12. Mühitin çirkləndirilməsinin Buraxılabilən qatılıq həddi (BBQ). 
Müvafıq  bölmələrdə  Buraxüabilən  qatüıq  haqqında  məlumat  verilmişdir. 
BBQ həddində hər hansı bir zərərli maddə insana və onun nəslinə birbaşa və 
ya bilavasitə təsir etdikdə onlarda mənfı dəyişikliklər yaranmır. 
Suda,  torpaqda  və  qida  məhsullarında  çirkləndirici  maddələrin  BBQ 
aşağıdakı cədvəllərdə verilmişdir. 
Su hövzəsində, mq/m
3
 suda 
 
 
 
 
 
 


48 
 
                                                                     Cədvəl4.1 
Maddə 
Sanitar məişət 
Balıq təsərrüfatı 
Çivə 
0,0005 
0,001 
Qurğuşun 
0,03 
0,1 
Neft məhsulları 
0,001 
0,001 
Benzol 
0,5 
0,5 
Anilin 
o,ı 
0,1 
Xlorofos 
0,05 
0,0 
 
 
 
 
Torpaq və qida məhsullarında, mq/kq məhsulda 
                                                                                         Cədvəl 4.2. 
Maddələr 
Torpaq 
Dənli  
bitkilər 
Çörək 
Tərəvəz 
Çivə 
2,1 
0,03 
0,02 
0,05 
Mışyak 
2,0 
0,2 
0,2 
0,2 
Qurğuşun 
32,0 
0,3 
0,3 
0,3 
Sürmə 
4,5 
0,1 
0,1 
0,3 
Mıs 
3,0 
10,0 
10,0 
5,0 
Sink 
23,0 
50,0 
50,0 
10,0 
Nikel 
4,0 
0,5 
0,5 
0,5 
Xrom 
6,0 
0,2 
0,2 
0,2 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə