Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

52 
 
5.1. Ətraf mühit və şəhərlərdə əhalinin sağlamlığı 
İri  şəhərlərdə  ekoloji  vəziyyətin  gərgin  olması  oraya  olan  antropogen 
təsirin  yüksək  olması  və  əhalinin  sıxlığı  ilə  əlaqədarır.  Bir  çox  şəhərlərdə 
əhalinin sıxlığı optimal həddi aşaraq 3000 adam / hektara çatmışdır. Bu say 
hələ  artmaqda  davam  edir.  İstehsalın,  energetika  və  kommunal  təsərrüfat 
sahələrinin inkişafı texnogen təsirin artmasına səbəb olur.İstehsal sahələri ilə  
yaşayış  məntəqələri  arasında  yerləşdirilməsi  vacib  olan  sanitar    qoruyucu 
zonaların olmaması şəhər mühitinin çirklənmə səviyyəsinin artmasına səbəb 
olur.»  Sanitar  qoruyucu  zonalar  istehsalatm  məhsuldarlığından  və  emal 
edilən  məhsulun  xüsusiyyətindən  asılı  olaraq  beş  sinifə  bölünur.  Birinci 
sinifdə  istehsalatla  yaşayış  məntəqəsi  arasında  olan  zonanın  eni  1000  metr 
götürülür.  İkinci  sinifdə  500,  üçüncü  sinifdə  300,  dördüncü  sinifdə  100  və 
beşinci sinifdə 50 metr nəzərdə tutu-lur. Bu məsafələr yaşayış məntəqələrini 
istehsalatın  tullantılarından  qoruya  bilmədiyi  halda  onlar  3  dəfədən  artıq 
olmamaq  şərtilə  müəyyən qədər artırıla bilər.  Qoruyucu sanitar zonalarında 
abadlıq 
və 
yaşıllaşdırma 
işləri 
aparılmadıqda 
onların 
şəhərlərin 
çirkləndirilmədən mühafızə effekti aşağı olur. 
Şəhərlərin sənaye tullantıları  ilə çirkləndirilməsinin  əsas  səbəblərindən 
biridə  istehsal  müəssiələrinin  şəhər  ətrafnda  yerləşdirilməsi  zamanı  hakim 
küləyin  istiqamətinin  və  gücünün  nəzərə  alınmamasıdır.Küləyin  istiqaməti 
istehsalat  tullantılarının  yayılmasında  (səpələnməsində),  gücü  isə  bina  və 
tikintilərin uçub dağdmasında təsirini göstərir. 
Küləyin gücü və istiqaməti meteoroloji tədqiqatlar nəticəsində toplanan 
statistik  materiallar  əsasında  qurulan  qrafık  və  cədvəllərdən  götürülür. 
Çoxillik  materiallar  əsasında  əldə  olan  məlumatlar  həmin  rayon  üçün 
dəyişməz  hesab  olunur.  Küləyin  istiqaməti  üzrə  qurulmuş  qrafık  onun 
formasına görə «Külək gülü» adlandırılır. 


53 
 
İri  şəhərlərdə  nəqliyyat  vasitələrinin  hədsiz  çox  olması  çirkləndirmə 
dərəcəsinin artmasına səbəb olur. Avtomobil nəqliyyatı tərəfındən atmosferə 
atılan  çirkəlndiricilərin  miqdarı  ümumi  çirkləndiricilərin  40-50%-ni  təşkil 
edir. Avtomobil nəqliyyatının gələcəkdə kəskin artması ətraf mühitin dahada 
çox çirkəlndirilməsinə səbəb olacaqdır. Avtomobil nəqliyyatı hərəkətinin sıx 
olduğu sahələrdə, xüsusilə mərkəzi küçələrdə tullantıların əsas tərkib hissəsi 
azot oksidi, benz(a)piren, karbon oksidindən ibarətdir. 
Qeyd etmək lazımdır ki, əksər hallarda istehsalın azaldılması mütənasib 
olaraq ətrafa olan texnogen təsirin azalmasına səbəb olmur.  Bu onunla  izah 
olunur  ki,  istehsalçılar  çox  hallarda  təbiətin  mühafızəsi  tədbirlərinin  və 
təmizləyici qurğuların istifadəsini məhdudlaşdırırlar. 
Zərərli  maddələrin  atmosferə  atılmasının  başlıca  səbəblərındən    biridə 
köhnəlmiş və ekoloji cəhətdən təhlükəli olan texnologiya və avadanlıqlardan 
istifadədən ibarətdir. Qaz təmizləyici qurğuların tətbiq edilməməsi və yaxud 
effektiv olmaması şəhər havasını çirkləndirən əsas səbəblərdən biridir. 
Sənaye  tullantı  suları  vasitəsilə  şəhərətrafı  təbii  su  mənbələrinin 
çiıkləndirilməsi baş verir. Tullantı suları küçə və meydanlara çökmüş sənaye 
və  nəqliyyat  vasitələrinin  tullantılarını  yuyaraq  su  hövzələrinə  aparır. 
Şəhərlərdə  mövcud  olan  kanalizasiya  vasitələri  əksər  hallarda  bu  növ 
mllantıların  təmizlənməsini  təmin  edə  bilmirlər.  Şəhərlərdə  yaranmış  belə 
bir  ekoloji  vəziyyət  əhalinin  sağlamlığının  pisləşməsinə  səbəb  olur.Ekoloji 
vəziyyətin  pisləşməsi  yaşlı  adamlarda,  qan-damar,  nəfəs
I
  yolları,  böyrək 
xəstəliklərinin  artmasına  səbəb  olur,  onkoloji  xəstəlik  nəticəsində  ölüm 
hallarının artması baş verir. 
1999-cu  ildə  BMT-nin  ekspertləri  tərəfindən  Çelyabinski  vilayətinin  
Karabaş şəhəri planetin ən çirkli yeri olduğu müəyyən edilmişdir. Bu əsasən 
Karabaş  şəhərində  yerləşən  mis  emalı  zavodunun  fəaliyyəti  ilə  əlaqədardır. 


54 
 
Misin  əridilməsi zamanı atmosferə atılan  kükürd oksidi havada olan su bu-
xarları  ilə  birləşərək  «turş  yağışlar»ın  yaranmasma  və  bitkilərin  məhhvinə 
səbəb olur. 
Ətraf mühitə zərərli fıziki təsir göstərən amillərdən biri də səs- küydür. 
İnkişaf  etmiş  ölkələrin  şəhər  zonalarında  on  milyonlarla  insan  səs-küydən 
əziyyət çəkirlər. 
Normal  insan  16  hs-dən  20000  hs-ə  qədər  tezliyə  malik  olan  səs 
dalğalarını qavrayır. 16 hs-ə qədər olan səs dalğaları infra səslər, 20000 hs-
dən çox tezliyə malik olan səs dalğaları ultra səslər adlandırılır. İnfra və ultra 
səs dalğaları adi səs kimi eşidilmir. Bu dalğalar insan orqanizminə ehtisaz və 
titrəyiş  kimi  təsir  edirlər.  Səs-küyün  insan  orqanizminə  təsiri  onun 
xarakterindən,  səviyyəsindən,  təsiretmə  müddətindən  və  insanın  fərdi  
xüsusiyyətindən  asılıdır.  Bu  təsir  mürəkkəb  fızioloji  proses  olub,  insan 
orqanizmində  müxtəlif xroniki xəstəlikləri  əmələ  gəlməsinə  səbəb  ola bilir. 
Mərkəzi əsəb sisteminin karlığın, ürək-damar, mədə-bağırsaq xəstəliklərinin 
əmələ  gəlməsinə  və  qanda  şəkərin  artmasında  səs-küyün  aktiv  rolu  qeyd 
olunur.  Səs-küy  nisbətən  zəif  olduqda  belə  insanın  əsəb  sistemini 
gərginləşdirir, ona psixoloji təsir göstərir. 
Qeyd  etmək  lazımdır  ki,  səs  səviyyəsi  70  dB-dən  yüksəl  olan  səs-küy 
insana  müəyyən  fizioloji  təsir  göstərərək  orqanizmdə  müəyyən  mənfi 
dəyişikliklərə  səbəb  olur.  85-90  dB  səviyyəsində  olan  səs-küy  ilk  növbədə 
insanın  eşitmə  orqanının  həssaslığının  azalmasına  səbəb  olur.  110-120  dB 
səs  səviyyəsi  onun  ağrı  astanası  adlandırılır  və  eşitmə  orqanlarını  dağıdıcı 
təsir  edir.  Müəyyən  edilmişdir  ki,  180-190  dB  səs  pərçim  və  qaymaq 
birləşməsini dağıtmaq qabliyyətinə malikdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə