Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

55 
 
Səs-küyün  əsas  yaranma  mənbəyi  nəqliyyat  (avtomobil  dəmiryol  və 
hava  nəqliyyatı)  və  sənaye  müəssisələridir.  Ətraf  mühitə  ən  çox  səs-küy 
təsiri avtomobil nəqliyyatı vasitəsilə edilir (ümumi səs-küyün 80%-i). 
Aviasiya  nəqliyyatı  tərəfindən  yaradılan  səs-küydən  milyonlarla  insan 
əziyyət çəkir. Müəyyən edilmişdir  ki, İL-76  və İL-86 təyyarələrinin havaya 
qalxması zamanı aeroportdan 11 km məsafədə səs-küyün səviyyəsi 75 dB-ə 
çatır. İri sənaye şəhərlərində səs-küy kəskin ekoloji problemlərdən biri hesab 
olunur. Tədqiqatlar göstərir ki,  Qərbi  Avropa  əhalisinin yarıdan  çox hissəsi 
səviyyəsi  55-70  dB  olan  ses-küy  rayonunda  yaşayırlar.  Uzunmüddətli  səs-
küy təsiri insan ömrünün qısaldılmasına səbəb olur. 
Məlumdur  ki,  elektromaqnit  şüaları  insan  orqanizmiınə  mənfı  təsir 
göstərir.  Yapon  alimləri  müəyyən  etmişlər  ki,  radio  və  televiziya  verici 
antenalar  əhatəsində  yaşayan əhalidə  gözün  mirvari  suyu  ilə  xəstəliyi  geniş 
yayılmışdır.  Odur  ki  göstərilən  sahələrdə  şəhər  əhalisinin  yerləşdirilməsi 
sanitar norması hüdudunda olmalıdır. 
Şəhərlərdə ekoloji təhlükəsizliyin təmini və ətraf aləmin mühafizəsinin 
təşkili üçün Respublikanın regional siyasəti aşağıdakı istiqamətlərdən  ibarət 
olmalıdır: 
litehsalatın  hər  hansı  bir  sahədə  yerləşdirilməsinin  ekoloji  baxımdan 
əsaslandırılması; 
sənaye,  kənd  təsərrüfatı,  energetika,  nəqliyyat,  kommunal  təsərrüfat 
sahələrinin inkişaf etdirilməsi və genişləndirilməsində ekoloji təhlükəsizliyin 
gözlənilməsi; — təbii ehtiyatlardan səmərəli istifadə; 
fövqalədə  halların  yaranmasının  xəbərdarlığı  və  onların  ləğvi  əlqədar 
tədbirlərin hazırlanması; 
ərazi  problemlərinin  həlli  zamanı  ekosistemin  təbii  inkişafının  təmini 
və nadir təbii komplekslərin bərpası; 


56 
 
ətraf  mühitin  mühafizəsi  və  təbiətdən  istifadə  sahələrinin  idarə 
edilməsinin təkmilləşdirilməsi. 
5.2. Şəhərsalmaya ayrılan ərazinin zonalara bölünməsi 
Şəhərsalma  fəaliyyəti  əsasən  Respublikada  bu  sahə  üzrə  mövcud  olan 
qanunvericilik  əsasında  təşkil  olunur.  Şəhərsalma  fəaliyyəti    üçün  sahələr 
zonalara ayrıldıqda əhalinin səməli həyat fəaliyyətinin təmini, sahələrin təbii 
və texnogen  təsirlərdən  mühafızəsi, ətraf mühitin çirklənmədən  mühafızəsi, 
əhali və istehsal sahələrinin vahid sahədə sıx yerləşməməsi, təbii və mədəni-
tarixi sahələrin qorunması və s. əsas götürülməlidir. 
Şəhər  tikintilərinin  aparılması  zamanı  aşağıdakı  sahələrdən  istifadə 
məhdudlaşdırılır: 
-  mədəni  abidələrin,  tarixi-mədəni  komplekslərin  və  obyektlərin, 
şəhərətrafı qoruq zonalarının;  
- xüsusi təbii qoruq sahələrinin;  
- su mühafizə sahələrinin və sahil mühafizə zolağının; 
-  su təchizatı sahələrinin; təbii sərvətlər yataqlarının; 
- fövqəladə və texnogen təsirə məruz qalan sahələrin;  
- ekoloji təhlükəli zonaların; 
— mürəkkəb təbii iqlim şəraiti sahələrinin. 
Şəhərdə aparılan tikintilər şəhərin «Baş planı»na uyğun aparılır. 
Tikinti zonalarının aşağıdakı növləri mövcuddur: 
— yaşayış zonası; 
— ictimai fəaliyyət zonası; 
— istehsalat zonası; 
— mühəndisi və nəqliyyat infrastrukturu; 
— istirahət zonaları; 
— xüsusi təyinat zonaları; 


57 
 
— xüsusi rejim zonaları və hərbi obyektlər 
Hər  bir  zona  altzonalara  bölünə  bilər.  Lakin  bu  zaman  Respublika 
qanunvericiliyində ətraf mühitin mühafızəsi, tarixi abidələr və digər sahələrə 
qoyulmuş məhdudiyyətlər nəzərə alınmalıdır. 
Yaşayış  zonalarında  müxtəlif  mərtəbəli  evlərlə  yanaşı  sanitar 
qoruyucu zona tələb olunmayan sosial, mədəni-məişət, kommunal təsərrufat 
obyektlərinin  yerləşdirilməsinə  icazə  verilir.  Adətən  bu  obyektlər  ətraf 
mühitə  zərərli  təsir  (səs-küy,  titrəyiş,  maqnit  sahəsi,  radiasiya  təsiri  və  s.) 
göstərməyən obyektlər hesab edilir. 
İctimai fəaliyyət zonası tibbi, ticarət, mədəni, ictimai-iaşə, təhsil, elmi 
tədqiqat,  avtomobil  dayanacaqları,  maliyə  və  iş  mərkəzləri  və  s.  sahələrinə 
məxsus zonalardır. 
İstehsalat  zonaları  sənaye,  kommunal,  mühəndisi  və  nəqliyyat 
infrastrukturlarından və sanitar qoruyucu zonalardan ibarətdir. 
İstirahət zonaları əhalinin istirahətini təmin edən parklar, bağlar, şəhər 
meşələri, çimərliklər və digər obyektlərdən ibarətdir. 
Təbii qoruq sahələrindən istirahət zonası kimi istifadə etmək olar. 
Xüsusi  təyinat  zonalarına  qəbiristanlıqlar,  məişət  tullantıları 
obyektləri  aid  edilir.  Bu  zonaların  sahəsi  şəhərsalma  normativləri  əsasında 
müəyyən edilir. 
Şəhər  əhatəsində  göstərilən  zonaların  yerləşdirilməsi,  şəhərtikinti  və 
şəhərqurma normativləri əsasında Respublika İcra orqanı  və yerli idarəetmə 
orqanları tərəfindən müəyyən edilir. 
5.3. Şəhərlərin yaşıllıq sahələri 
Şəhərlərdə yaşıllıq sahələrinə ağaclar, güllər və otlar əkilən sahələr aid 
edilir.  Yaşıllıq  sahələri  şəhəri  ekoloji  cəhətdən  mühafızə  etməklə  yanaşı 
komfortluğu artırır və şəhərə estetik gözəllik verir. 


58 
 
Yaşıllıq  sahələri  müntəzəm  və  ardıcıl  olmalıdır.  Ümumi  istifadə 
yasıllıqlarına  meşətipli  parklar,  təbiət  parkları,  bulvarlar,  küçə  əkinləri  aid 
edilir. 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2001-ci  il  4  yanvar 
tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan respublikasının təbiət 
parklarının  ümumi  əsasnaməsi»ndə  deyilir    ki,  «Təbiət  parkları  xüsusi 
ekoloji və estetik dəyərə malik olan, təbiəti mühafizə və istirahət məqsədləri 
üçün ayrılmış  təbiət  komplekslərinin  yerləşdiyi  təbiəti  mühafızə  idarəli sta-
tuslu ərazilərdir». 
Təbiət parkları respublika, bölgə və yerli əhəmiyyətli xüsusi  mühafizə 
olunan  təbiət  ərazilərinə  aid  edilə  bilər.  Yerli  əhəmiyyətli  təbiət  parkları 
bütövlükdə  və  ya  qismən,  məqsədli  təyinatı  üzrə,  qanunvericilikdə  nəzərdə 
tutulmuş  qaydada  fiziki  və  hüququ  şəxslərin  idarəçiliyinə,  istifadəsinə  və 
icarəsinə verilə bilər. Təbiət parklarının hər biri üçün hər 10 ildən bir pasport 
hazırlanır  və  bu  ərazilərin  pasportu  Azərbaycan  Respublikasının  Dövlət 
Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınır. Hər bir 
təbiət  parkının  əsasnaməsi  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və 
Təbii  Sərvətlər  Nazirliyi  tərəfındən  təsdiq  edilir.  Parklar  təbii  mühiti  təbii 
landşaftları  və  rekreasiya  resurslarını  mühafizə  edir,  istirahət  (rekreasiya) 
üçün  şərait  yaradır,  təbiəti  mühafızənin  effektliliyini  artırır,  rekreasiya 
şəraitində ekoloji tarazlığı qoruyub saxlayır. 
Təbiət  parklarının  ərazilərində  rejim  xüsusiyyətlərini  nəzərə  alaraq 
aşağıdakı fəaliyyət zonaları müəyyən edilir: 
— istirahət (rekreasiya) zonaları; 
—  tarixi  mədəniyyət  komplekslərinin  və  obyektlərinin  mühafizə 
zonaları; 
— rekreasiyaya xidmət göstərilən zonalar; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə