Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

59 
 
— təbiət parkının fəaliyyətini təmin edən zonalar. 
 Təbiət  parkının  ərazisində  onun  ekoloji,  istirahət  və  estetik 
keyfiyyətinə mənfi təsir edən, tarixi-mədəniyyət abidələrinin,  nadir ağac və 
kolların  abidə  kimi  qorunub  saxlamlması  rejimini  və  həmin  abidələrin 
varlığına təhlükə  yaradan hər  bir  fəaliyyət  qadağan edilir.  Ümumi  balansda 
şəhər yaşılllıqlarının sahəsi 70%-dən az olmamalıdır. 
Şəhər  yaşıllıqları  şəhər  havasının  təmizliyinin  təmini  ilə  yanaşı 
sakinləri  səs  küydən  mühafızə  edir.  Botanik  alimlər  avtomobil  yolları 
boyunca  3  cərgədən  ibarət  ağac  əkilməsi  və  bu  zaman  səsi  udan  ağac 
növlərindən  istifadə  olunmasmı  təklif  edirlər.  Onların  fıkrincə  yaşayış 
massivində hündürlüyü 10 metri keçə biləcək ağaclar əkilməlidir. Bu ağaclar 
evləri tozdan qorumaq qabiliyyətinə malik olurlar. 
 
VI I ƏSİL. ƏTRAF MÜHİTİ ÇİRKLƏNDİRƏN MƏNBƏLƏR VƏ 
MADDƏLƏR  
6.1. Atmosferin çirkləndirilməsi 
 
Atmosfer yer üzərində yaşayış üçün əsas şərtlərdən biridir.  O planetdə 
iqlimin  yaranması,  onun  istilik  rejiminin  tənzim  olunmasında  iştirak  edir. 
Günəş  şüalarının  bir  hissəsi  atmosferdə  udulur.  Yerdə  qalan  hissəsi  yer 
üzərinə çataraq torpağa, su hövzələrinə  daxil olur. Daxil olan enrerjinin bir 
hissəsi  yer  üzərindən  atmosferə  əks  etdirilir.  Yer  kürəsində  cazibə  qüvvəsi 
nin mövcudluğu atmosferin onunla birgə hərəkət etməsinə səbəb olur. 
Yerin  atmosferi  temperatur  paylanmasından  asılı  olaraq  aşağıda 
göstərilən qatlara ayrılır: 


60 
 
         
 
Atmosferdə  ən  aktiv  qaz  oksigen  sayılır.  Onun  miqdarı  20,94%-ə 
bərabərdir.  Atmosfer  0,03  %-ə  qədər  karbon  qazı  (CO
2
),  0,934%  təsirsiz 
qazlar, 78,09% azot qazından ibarətdir. 
Atmosferdə  qazlarla  yanaşı  maye,  aerozol  və  ion  şəkilində  olan 
müxtəlif  maddələr  də  mövcüddür.  Atmosfer  həm  şaquli  və  həm  də  üfüqi 
istiqamətdə  yekcins  deyil.  Bu  xüsusiyyət  onun  yer  üzərində  hərəkət 
istiqamətinin  dəyişən  olmasına  səbəb  olur.  Atmosfer  müxtəlif  maddələrlə 
çirkləndirilə  bilir  Çirkləndiricilər  təbii  və  antropogen  mənşəli  olur. 
Bəşəriyyət  yarandığı  gündən  hal-hazıradək  onu  əhatə  edən  mühitdən  öz 
mənafeyi  üçün  istifadə  etmək  məqsədilə  ona  hər  cür  təsir  etməkdən 
çəkinməmişdir.  Bu  vəziyyət  elmi-texniki  tərəqqi  əsri  olan  müasir  dövrdə 
daha kəskin xarakter almışdır. 
Ətraf  mühiti  çirkləndirən  komponentlərə,  əsasən,  kükürd  oksidi, 
hidrogen  sulfıd,  azot  oksidi,  karbohidrogenlər,  dəm  qazı  və  mexaniki 
qarışıqları misal göstərmək olar. 


61 
 
Kükürd  qazları  ilə  ətraf  mühitin çirkləndirilməsi  yüksək  kükürdlü neft 
və  neft  məhsullarının  yanması  zamanı  baş  verir.  Qeyd  etmək  lazımdır  ki, 
SO
2
-nin  atmosferdə  paylanması  qeyri  müntəzəm  olur.  Bu  hal  onun 
atmosferdə  az  müddət  ərzində  asılı  vəziyyətdə  qalması  ilə  izah  edilir. 
Məsələn,  kontinental  sahədə  havada  olan  SO
2
  10  saatdan  soraa  tamamilə 
başqa maddəyə, adətən sulfat turşusuna çevrilir. Kükürd qazlarının sulfatlara 
çevrilməsi prosesi ammiakın iştirakı ilə getdikdə reaksiya daha sürətli gedir. 
Havadakı nəmliyin artması kükürq turşusunun artmasına səbəb olur. 
Hidrogen  sulfıdin  insan  orqanizminə  təsir  edən  konsentrasiyası  0,008 
mq/m
3
  təşkil  edir.  Havada  sulfatların  miqdarının  artması  kükürd  və  onun 
birləşmələrinin emalı zamanı da bas verir. 
Atmosferə  atılan  çirkləndirici  maddələrin  hava  ilə  qarşılıqı    təsiri 
onların  bir-birinə  olan  təsirlərindən  daha  çoxdur.  Müəyyən  edilmişdir  ki, 
işığı  udan  zərərli  maddələr  onun  təsirindən  parçalana  bilərlər.  Yer  səthinə 
çatan  günəş  şüalarının  radiasiya  dalğasının  uzunluğu  2900  A°-dan  az 
deyildir.  Bu  onu  göstərir  ki,  ilk  fotokimyəvi  reaksiya  o  maddələr  arasında 
gedə bilərki onların udulma sahəsi 2900 A° yuxarı olsun. Deməli, qaz emalı 
zavodlarında  kimyəvi  çevrilmələrdə  o  maddələr  iştirak  edə bilər  ki, onların 
udma  sahəsi  2900  A°  yuxarıdır.  Əldə  olunana  məlumata  görə  SO
2
  və  H
2

ozon  və  qısa  dalğalı  radiasiya  vasitəsilə  oksidləşerək  stratosferə  qalxır  və 
aerozol  hissəciklərini  yaradırlar.  Bu  aerozol  hissəciklərinin  stratosferdə 
ömrü 10-100 həftəyə qədər olur.  Stratosferdə  aerozol  nüvəsinin saxlanması 
troposferdən  stratosferə  yönəldilən  daimi  qaz  axınının  mövcudluğu  ilə  izah 
edilir. 
Kükürd
 
anhidridi  MnCL
2
  CuCI  və  s.  katalizatorlarının  təsiri  ilə 
atmosfer su buxarında həll olaraq yer səthinə çökürlər. 


62 
 
SO

və 
 
SO
3
  qaz  fazasında  otaq  temperaturunda  və  qaranlıqda  gec 
oksidləşir.İşıq  təsirindən  SO
2
  molekulları  aktivləşərək  oksidləşirlər. 
Oksidləşmə  spektrin  ultrabənövşəyi  zonasında  baş  verir.
 
Miiəyyən 
edilmişdir  ki,  S0
2
-nin  fotooksidləşməsi  intensiv  günəş  işığında  0,1-0,2%. 
saat  sürətlə  baş  verir.  Kükürd  iki  oksid  su  ilə  daha  sürətlə  reaksiyaya  girib 
sulfat  turşusu  yaradır.  Kükrd  qazı  günəş  radiasiyasını  dalğanın  uzunluğu 
2900-3000A° həddində  intensiv udur.  Lakin bu zaman  fotonların  enerjisi  o 
qədər kiçik olur ki, kükürd qazının mollekullarının dissosiasiyası baş vermir. 
Ancaq  bu  zaman  elektronların  həycanlaması  baş  verir.  Həyəcanlanan 
molekullar başqalarına nisbətən havadakı oksigenə daha həssas olurlar. 
  Müxtəliff  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  ağ 
ciyər,xərçəng,  dəri  və  digər  patoloji  xəstəliklər  atmosfer  havasının 
çirkləndirilməsi  ilə  sıx  əlaqədardır.  Məsələn,  havada  kükürd  qazının 
konsentrasiyası  0,13  mq/m
3
  olduqda  xroniki  bronxit  xəstəliyi  13%-ə,  0,78 
mq/m
3
 konsentrasiyasında isə26,5 %-ə  çatır. 
Kükürd  qazının  konsentrasiyasının  havada  artması  ilə  uşaq 
xəstəliklərinin miqdarının artması müşahidə olunur. Kansoregen maddələrin 
insan orqanizmi ilə təması  yeni hüceyrə sisteminin yaranmasına səbəb olur. 
Orqanizmin  belə  bir  sistemə  uyğunlaşması  müasir  zamanda  çətin  müalicə 
olunan xəstəliklərin yaranmasma səbəb olur. 
Atmosferdə  olan  çirkləndirici  maddələr  bitki  aləminə  də  böyük  təsir 
edir.  Adətən  bitkilər  SO
2
-
Ə 
çox  həssas  olur.  O  yarpaqların  xlorofilini 
dağıdaraq  fotosintez  prosesinin  getməsini  ləngidir.  Kükürd  qazlarının  bitki 
aləminə  təsiri  təkcə  onun  konsentrasiyasından  yox,  həmçinin  bitkinin 
özünün  xüsusiyyətindən  də  asılıdır.  S0
2
-nin  taxıla  təsiri  nəticəsində 
məhsuldarlıq 30-40% aşağı düşür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə