Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

63 
 
Dəm  qazı  (CO)  insan  həyatı  üçün  təhlükəli  qazlardandır.  Onun 
atmosferə atılan miqdarı təbii yolla 500 mln. ton, antropogen yolla 304 mln. 
ton təşkil edir. 
İnsan  həyatı  üçün  daha  təhlükəli  olan  CO  qazının  zəhərləyici  təsiri 
bununla  izah  olunur  ki,  o,  oksigenə  nisbətən  yüngül  olduğu  üçün  qanın 
hemoqlobini  ilə  əlaqəyə  girib  dayamqlj  karboksihemoqlobin  yaradır. 
Beləliklə, orqanizmin oksigen çatışmazlığına səbəb olur. CO həmçinin ürək-
damar  sisteminiııi  fəaliyyətinin  pozulmasına  səbəb  olur.  Ürək-damar 
xəstəliyi olan insanlar üçün CO öldürücü təhlükəyə malikdir. 
Atmosferi  çirkləndirən  əsas  qazlardan  biri  karbon  qazıdırl  (CO
2
).  XX 
əsrdə  onun  havada  olan  qatılığı  25%  artmışdır.  Son  10  il  ərzində  CO
2
 
miqdarı  atmosferdə  13%  artmışdır.  CO
2
  atmosferə  atılması  əsasən  enerji 
istehsalı  və  istehlakı  sahələrində  baş  verir.  Atmosferə  atılan  CO
2
  miqdarı 
azalmazsa  parnik  effektinin  təsirindən  yer  üzərində  temperaturun  artması 
böyül fəlakət törədə bilər. 
Temperaturun  artması  onunla  izah  edilir  ki,  günəşin  ultrabənövşəyi 
şüaları kifayət qədər CO
2
 və CH
4
 olan atmosfer qatını asanlıqla keçərək yer 
üzərinə  çatır.  Yer  səthində  əks  olunan  infraqırmızı  şüalar  CO
2
  yüksək  olan 
atmosferdə  saxlaınlıı  ki,  bu  da  temperaturun  artmasına  səbəb  olur.  Şimal 
yarımkürəsində  1950-1980-cı  illər  arasında  orta  illik  temperatur  0,4C

artmışdır.  Belə  artımın  2050-ci  ildə  2-4C°  olacağı  gözlənilir  Buna  görə  də 
Dünya okeanlarında suyun səviyyəsinin yaxın 25 ildə 10 sm artma ehtimalı 
vardır. 
Azot oksidləri (N
x
O
y
) təbiətdə  meşə yanğınlarından yaranır və sənaye 
müəssisələri ətrafında N
x
O
y
 yaranması insan fəaliyyəti nəticəsində baş verir. 
Küllü  miqdarda    azot  oksidləri  istilik  elektrik  stansiyalarından  və  daxili 


64 
 
yanacaq  mühərriklərindən  ayrılır.  Bunlardan  başqa  metaləritmə  və  azot 
turşuları ilə məşğul olan müəssisələrdəndə atmosferə azot oksidləri atılır. 
Azot  çirkləndirən  azot  oksidləri  bunlardır:  —  N
2
O  insanlara  praktik 
təsir edir, bu cərrahiyyə əməliyyatlarında istifadə olunur. 
NO  insanların    mərkəzi  sinir  sisteminə  təsir  edir,  onlarda  iflic 
yaranmasına, qanın qatılaşmasına təsir edir və oksigen çatışmazlığı yaradır. 
NO
2
N
2
H
4
 - su ilə birləşdikdə 4N0
2
+2H
2
0 = 4HN0

azot turşusu yaradır 
ki, bu da nəfəs yollarının zədələnməsinə və ağ ciyərin şişməsinə səbəb olur. 
Azot  oksidləri  fotokimyəvi  proseslərdə  iştirak  edir.  Havada 
fotokimyəvi   çirklənmənin səviyyəsi avtomobil nəqliyyatının  hərəkət rejimi 
ilə sıx əlaqədardır. Səhər və axşam nəqliyyatın intensiv işi zamanı atmosferə 
küllü miqdarda azot oksidi və karbohidrogen qazları atılır. Bunlar bir-biri ilə 
reaksiyaya  girərək  havanı  fotokimyəvi  çirkləndirirlər.  Ürək-damar  və  nəfəs 
yolları 
 
xroniki xəstəliyi olan insanlar azot oksidlərinə çox həssas olurlar. 
Atmosferə  atılan  tozların  mənbəyi  fırtınalar,  torpağın    eroziyası, 
vulkan püskürməsi və dəniz tullantıları hesab olunur. 
.....iNİbrə atılan tozlann və aerozollarm 10-20%-i insanlarm 
lllyyotinin  nəticəsidir.  Tozlar  əsasən  tikinti  materialları,  sement  
istehsalı, dağ-mədən işləri və tikinti işləri zamanı ətrafa atılır. 
Tozlar və aerozollar  təkcə  insanların nəfəsalmalarını çətinləşdirmir.
 
O, 
həmçinin 
yerdən 
istiliyin 
qayıtmasına 
maneçilik 
törədir, 
yerə 
istiqamətlənmiş  günəş  şualarını  əks  etdirir  və  bunlarda  iqlim  dəyişməsinə 
səbəb olur. 
 
Antropogen tullantılar yerətrafı ozon qatının dağılmasına səbəb olurlar. 
Bu  tullantıların  əsas  mənbəyi  sənayedə  və  məişətdə  istifadə  olunan 
soyuduculardan və kondisionerlərdən atmosferə atılan freon qazlarıdır. 


65 
 
Ozon stratosferin yuxarı və mezosferin aşağı qatında aşağıdakı reaksiya 
nəticəsində yaranır. 
                              
 
Burada M - atmosferdə olan hər hansı bir komponentdir (oksigen və ya 
azot). 
Ozon  və  atom  şəkilində  olan  oksigen  atmosfer  oksigeninin  təsirinə 
məruz qaldıqda aşağıdakı reaksiya baş verir.                         
                        
 
Bu reaksiya «Çepmen sikli» adlandırılır. Ozonun ümumi miqdarı 4,10
37
 
molekul  təşkil  edir.  Ozon  qatının  qalınlığı  normal  şəraitdə  2,5-5  mm 
arasında olur. Onun 40-50% azalması «Ozon yarığı» sahəsi adlandırılır. 
Ozon  qatının  dağılma  səbəbi  stratosferə  olan  xlorflorkarbon  (XFK) 
birləşmələrinin  təsiridir.  Bu  nəticəyə  birinci  dəfə  1974-cü  ildə  Amerikan 
alimləri  Ş.Roulend  ve  M.Molina  gəlmiş  və  buna  görədə  onlara  Nobel 
mükafatı  verilmişdir.  XFK  atmosferin  yuxarı  qatına  qalxaraq  ozon  qatını 
dağıdır.  Ozon  qatı  yer  kürəsini  ultrabənövşəyi  şualardan  mühafızə  edir. 
Ozon qatının dağıdan Freon F-ll və F-12-nin təsir müddəti 70-100 ildir. 
XFK  yüksək  stabilliyə  malik  olan  birləşmədir.  O,  atmosferin  aşağı 
qatında  günəş  şüalarının  uzun  dalğalarını  udmaq  və  onların  təsirinə  məruz 
qalmaq qabliyyətinə  malik deyillər. XFK  atmosferin yuxarı  qatına qalxaraq 
qısa dalğalı şualar təsirindən öz tərkibində olan xloru ayırır. Ayrılmış xlor və 
O

reaksiyaya  girir: 
                               
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə