Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53


 
Tətbiqi ekologiya — dövlət səviyyəsində təsərrüfat fəaliyyətinin əsas 
elementi sayılır  və  təsərrüfat sahələrinin ekoloji təhlükəsizliyinin təminatını 
tələb edir. 
Xüsusi  ekologiya  —  ayrı-ayrı  növlərə,  taksonlara,  bioqeo-senozlara 
ümumi ekologiya qanunlarının tətbiqini öyrənən elmdir. 
Təbiətin  mühafizəsi  —  canlı  orqanizmlərin  məskun  olduğu  mühitin 
və  təbii  sərvətlərin  texnogen,  aqrogen  və  digər  antropogen  təsirdən 
mühafızəsi üçün fəaliyyət nəzərdə tutulur. 
Ətraf  təbii  mühit  —  bu  litosfer,  hidrosfer,  atmosfer,  biosfer  və 
yerətrafı  kosmik  fəza  da  daxil  olmaqla  insanların  və  digər  canlı 
orqanizmlərin məskun və fəaliyyət sahəsidir. 
Təbiət  dedikdə  insanların  təsirinə  məruz  qalmayan  və  ya  cüzi 
ıniqdarda məruz qalan təbii bir kompleks başa düşülür. 
Ətraf  təbii  mühiti  xarakterizə  edən  göstəricilərin  məcmuu  ümumi 
keyliyyətini  göstərir.  Ətraf  mühitin  keyfiyyəti  canlı  aləmin  mövcudluğu  və 
yaşayışına təsir edən əsas amildir. 
'l'ətbiqi  ekologiyada  ətraf  mühit  dedikdə  insanı  əhatə  edən  atmosfer 
havası, su və torpaq başa düşülür. Təbii mühitin  vəziyyətinə nəzarət əsasən 
insanların  və  bütün  canlıların  səmərəli  yaşayışının  təmin  olunması  üçün 
aparılan  analiz  və  tədqiqatlar  nəticəsində  standartlar  hazırlamaq  və  onların 
göstəricilərinə əməl etməkdən ibarətdir. 
Beləliklə  ətraf  təbii  mühitin  mühafızəsi  dedikdə  təbii  sərvətlərdən 
səmərəli istifadəyə, təbii mühitin vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən 
dövlət və ictimaiyyət tərəfindən təşkil olunmuş bir sistem başa düşülür. 
«Təbiətin mühafizəsi» daima öz aktuallığını saxlayır. Bütün dünya bu 
termini  işlədir.  Beynəlxalq  Təbiəti  və  Təbii  Sərvətlərin  Mühafizəsi 
İttifaqının (BTSMİ) təlimatında qeyd olunur ki, "Təbiətin və təbii sərvətlərin 



 
mühafızəsi  dedikdə  insanların  yaşadığı  və  təbii  sərvətlərin  yarandığı  üzvü 
aləmin (təbii mühitin) mühafızəsi nəzərdə tutulur». 
Bundan  başqa  vaxt  faktoru  baxımından  ekologiyanın  tarixi  və 
evalyusiya hissələrinə ayırırlar. 
Son zamanlar  ekologiyada  insanlar  və onlarm ətraf  mühitlə  qarşılıqlı 
əlaqəsi  problemi  geniş  müzakirə  olunur.  Bu  elmi-texniki  tərəqqinin  ətraf 
mühitdə yaratdığı neqativ hallarla əlaqədardır. 
Beləliklə  müasir  ekologiya  biologiya  fənni  daxilində  məh-
dudlaşmayaraq  insan  və  ətraf  mühit  arasında  yaranmış  mürəkkəb 
problemlərin  həllinə  yönəlmiş  fənlər  arası  bir  elmə  çevrilmişdir.  Bu 
problemlərin  aktuallığı  və çoxşaxəliliyi  bir çox  təbiət, texniki  və humanitar 
elmlərin 
«ekologiyalaşmasına» 
gətirib 
çıxarmışdır. 
Bunlara 
misal 
«mühəndisi  ekologiya»,  «geo-ekologiya»,  «riyazi  ekologiya»,  «kənd 
təsərrüfatı ekologiyası», «kosmos ekologiyası» və s. göstənnək olar. Müasir 
ekologiya  siyasət,  iqtisadiyyat,  hüquq,  psixologiya  və  pedaqogika  ilə  sıx 
əlaqədə  olaraq  insanlarda  yeni  məzmunda  ekoloji  təfəkkürün  yaranmasına 
və onlarda təbiətə qarşı olan münasibətin dəyişməsinə səbəb olmuşdur. 
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri 
və tətbiqi məsələləri göstərmək olar: 
—  ekoloji  sistemlərin  dayanaqlığı  üzrə  ümumi  nəzəriyyənin 
işlənməsi; 
— mühitə alışmanm mexanizminin öyrənilməsi; 
— bioloji müxtəlifiiyin və onun mühafızə mexanizminin öyrənilməsi; 
— biosferdə gedən proseslərin tədqiqi; 
—  insanların  təsiri  ilə  ətraf  mühitdə  yaranan  neqativ  dəyişiklərin 
proqnozlaşdırılması və qiymətləndirilməsi; 
— ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması; 



 
— təbii resurslardan səmərəli istifadə; 
—  ekoloji  qeyrisəmərəli  mühitlərdə  təhlükəsizliyin  təmini  üçün 
mühəndisi,  iqtisadi,  təşkilati-hüquqi  və  sosial  məsələlərin  həllinin 
optimallaşdırılması. 
Ekologiyanın strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri 
qarşılıqlı  fəaliyyətin  inkişaf  etdirilməsindən  ibarətdir.  Bu  zaman  insan  və 
cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir. 
1.2. Ekologiyamn inkişaf tarixi 
Canlı  orqanizmlərin  ətraf  mühitlə  münasibəti  və  onların  qarşılıqlı 
fəaliyyətinin öyrənilməsi tarixi uzaq keçmişə gedib çıxır. Hələ bizim eradan 
əvvəl Aristotel (384-322) və onun tələbəsi Teofast (371-280), Böyük Pliniya 
(23-79)  məskun  yerinin  orqanizmlərin  həyatına  olan  təsiri  məsələsi  ilə 
məşğul olmuşlar. 
Ümumiyyətlə ekologiya elminin inkişaf tarixini üç mərhələyə bölmək 
olar. 
Birinci  mərhələ  ekologiyanın  bir  elm  kimi  yaranması  və  təşəkkül 
tapması  (XIX  əsrin  60-cı  illərinə  qədər)  adlandırılır.  Bu  dövrə  qədər  canlı 
orqanizmlərin  məskun  mühiti  ilə  qarşılıqlı  əlaqələri  üzrə  mövcud  olan 
göstəricilər toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir. 
XVII-XVIII  əsrlərdə  A.Remyar  (1734),  A.Tamble  (1744)  və  s. 
bioloqların  əsərlərində  ekoloji  məlumatlar  verilmişdir.  Rus  alimlərindən 
İ.İ.Lepexina,  A.F.Middendorf,  S.P.Kraşennikov,  Fransız  alimi  İ.Büffon, 
Alman alimi Q.Yeger öz tədqiqatlarında ekoloji problemlərə toxunmuşlar. 
Bu dövrdə İ.B.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə 
olaraq insanların təbiətə neqativ təsiri üzrə bəşəriyyəti xəbərdar etmişlər. 
İkinci  mərhələ  ekologiyanın  sərbəst  elm  kimi  formalaşması 
adlandırılır  (XIX  əsrin  60-cı  illərindən  sonrakı  dövr).  Bu  dövrün 



 
başlanğıcında  rus  alimləri  K.F.Rulye  (1814-1858),  N.A.Seversov  (1827-
1885),  V.V.Dokuçayev  (1846-1903)  öz  əsərlərində  bir  neçə  ekoloji  prinsip 
və anlayışlar  vermişlər.  Bu prinsip  və anlayışlar  öz  məna  və  qiymətini hal-
hazırda  da  itirməmişlər.  Bu  heç  də  təsadüfi  deyil  ki,  Amerika  ekoloqu 
Y.Odum  (1975),  V.V.Dokucayevi  ekologiya  elminin  yäradıcılarından  biri 
hesab etmişdir. 
Canlı  və  bitki  aləminin  sistemli  qeydiyyatı  ilə  müxtəlif  naturalist 
alimlər  məşğul  olmuşdur.  Bu  baxımdan  Ç.Darvinin  «Növlərin  mənşəyi» 
(1859)  əsərini  xüsusi  qeyd  etmək  lazımdır.  Ç.Darvin  bu  əsərində 
orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi yer vermiş və bunu «yaşayış 
uğrunda mübarizə» adlandırmışdır. 
Alman  bioloqu  E.Hekkel  (1834-1919)  ilk  dəfə  olaraq  biologiyanm 
çox vacib və sərbəst bir sahəsi olmasmı və onun ekologiya adlandırılmasını 
göstərmişdir (1866). 
Ekologiya  sərbəst  bir  elm  kimi  öz  təşəkkürünü  XX  yüzilliyin 
əvvəlində  tapmışdır.  Bu  dövrdə  amerikalı  alim  Ç.Adams  (1913)  ilk  dəfə 
olaraq  ekologiya  üzrə  məlumatları  nəşr  etdirmişdir.  Məşhur  Rus  alimi 
V.İ.Vernadski  (1843-1945)  geoloji  hadisələrdə  və  onlarm  inkişafında  canlı 
orqanizmlərin  və  onların  həyat  fəaliyyətinin  məhsullarının  böyük  rolunu 
qeyd  etmiş  və  biosfer  anlayışının,  onun  mövcudluğunun,  qanu 
nauyğunluğunun möhkəmliyi və inkişafı haqqında elmin banisi olmuşdur. 
İngilis alimi A.Tensli (1935) elmə «Ekosistem» terminini gətirmişdir. 
Hal-hazırda bu anlayış ekologiyanın müəyyənedici anlayışıdır. 
XX  əsrin  ikinci  yarısında  ətraf  mühitin  kəskin  çirkləndirilməsi  və 
insanların  təbiətə  neqativ  təsirinin  yüksəlməsi  ilə  əlaqədar  ekologiyaya 
xüsusi bir tələbat yaranmışdır. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə