Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

70 
 
Tərkibindəki  duzların  miqdarına  görə  sular 3  qrupa  bölünur:  1)  içməli 
su (tərkibində  l  q/l-dən  az duz olur), 2) duzlaşmış  (25 q/l.- qədər) və duzlu 
(25 q/l -dən çox) su 
Okeanlarda  duzun  miqdarı  35q/l,  Baltik  dənizində  8-26  q/l,  Xəzər 
dənizində 11-13,5 q/l, Qara dənizdə 17-22 q/l təşkil edir. 
Sularda  mineral  duzların  miqdarı  daima  artır.  Bunun  səbəbi  meşələrin 
qırılmasında,  sahələrin  şumlanmasında,  örüş  sahələrin  artmasında  və  s-dir. 
Bu  işlərin nəticəsində  su  torpaqda  qalmayaraq onu nəmləndirmir,  çaylar  və 
dənizlərə  yol taparaq oraya axır.  Belə  proseslərin qarşısını almaq üçün süni 
meşəsalmadan istifadə edilrlər. 
Süni sututarlar mürəkkəb bir ekoloji sistem hesab edilir. Bu tutmalarda 
ardıcıl  olaraq  hissəciklərin  dəyişmə  prosesi  gedir.Müxtəlif  hissəciklərin 
yaranması  hövzədə  qeyri  müvazinətlik  yaradır.Bunun  nəticəsində  də  suda 
olan  orqanizmlərin  məhvi  baş  verir.  Suda    hissəciklərin  tarazlığının 
pozulması  ekosistemin  məhvinə  gətirib  çıxara  bilir.  Ekosistemin  öz  ilk 
vəziyyətinə    özünü  təmizləmə  prosesi  adlandırılır.  Bu  proseslərdən  ən 
vaciblərinə aiddir: 
-İri dispers hissəciklərin çökməsi və kolloidlərin kooqulyasiyası; 
-Üzvi hissəciklərin oksidləşməsi (minerallaşma); 
-Mineral hissəçiklərin oksidləşməsi;  
-Turşuların neytrallaşdırdması;  
- Ağır metalların duzlarının hidrolizi.  
Su  hövzələrinə  axıdılan  tullantı  suları  özünün  temperaturu,  mineral 
tərkibi,  oksigenin  miqdarı,  PH  və  zərərli  hissəciklərin  doyma  dərəcələri  ilə 
xarakterizə  edilir.  Su  hövzələrinin  özünün  hövzənin  oksigen  rejimindən 
asılıdır. Tullantı suları  göstəricilər ilə xarakterizə edilir: 


71 
 
-Suyun  bulanıqlığı bu mutnometr vasitəsilə təyin edilir. Müqayisə üçün 
etalon maye kaolinin suda həll olmuş məhlulu götürülür q/l -lə ölçülür. 
Suyun  rəngi.  Bu  dərəcə  ilə  ölçülür.  Kobalt  duzundan  hazırlanmış 
məhsulun rəngi əsasında təyin edilir; 
Quru  çöküntülər.  Tam  buxarlandıqdan  soraa  yerdə  qalan  duz  və  digər  
bərk maddələrdən ibarətdir;  
Suyun  turşuluğu.  PH  sayı  müəyyən  edilir.  Ph<7  olduqda  mühit 
turşuludur; 
Suyun  codluğu.  Tərkibdə  olan  Ca
2+
  və  Mg
2+
  duzlarrının  miqdarından 
asılıdır.  Codluq  üç  növdən  ibarət  olur.  Birinci,ümumi  codluq  -  tərkibdəki 
ionların  sayından  asılı  olmayaraq  kalsium  və  maqnezium  duzlarının 
miqdarından  asılıdır.  İkinci  daimi  codluq  -  1  saat  qaynadıldıqdan  sonra 
tərkibdə  qalan  Cl  və  SO
2-
4-
  müəyyən  edilir  (bunlar  ayrılmırlar).  Üçüncü, 
codluq - müvəqqəti codluqdur ki, bu qaynadıldıqdan sonra aradan qaldırılır: 
 
                   
 
—  Həll  olmuş  oksigen.  Suyun  temperaturundan  və  barometrik 
təzyiqdən asdıdır, mq/l; 
—  Oksigenə  olan  bioloji  tələbat.  Tullantı  sular  tərkibində  olan 
mikroorqanizmlər tərəfindən udulan  oksigendir. Bunun üçün kriteriya 20°C 
temperaturda  suda  həll  edilmiş  oksigenin  miqdarının  5  və  ya  20  sutkadan 
sonra azalma miqdarı götürlür. 
 Mənşəyinə  görə  tullantı  suları  3  qrupa  bölünür:  məişət  tullantı  suları, 
atmosfer və sənaye tullantı suları. 
Su  hövzələrində  biokimyəvi  proseslərin  düzgün  getməsi  və  suyun 
özünü  normal  təmizləməsi  üçün  onda  həll  olmuş  formada  olan  oksigenin 


72 
 
miqdarı kifayət qədər olmalıdır. Əks halda suda olan orqanizmlər məhv olar, 
üzvü maddələr parçalanar və suyu cirkləndirən yeni maddələr əmələ gələr. 
Sanitar  normasına  görə  təbii  su  hövzələrində  oksigenə  olan  bioloji 
tələbat 3-6 mq O
2
/l H
2
O-dan artıq olmamalıdır. Tullantı sularında bu rəqəm 
200-300  mq/1  həddində  olur.  Bu  hal  belə  suların  təmizlənməsi  və  ya  ona 
həlledicilərin əlavə edilməsin tələb edir. 
Su  hövzələrinə  axıdılan  tullantı  suların  yarısından  çoxı  demək  olar  ki, 
təmizlənməmiş axidılır. Onların təmizlənməsi təmiz suyun əlavə edilməsi və 
özünü  təmizləmə  prosesi  ile  baş verir. Məsələn, poluistrol  emalı  ilə  məşğul 
olan  müəssisələrin  tullantı  suların  zərərsizləşdirmək  üçün  ona  30  dəfədən 
çox  təmiz  su  qatmaq  lazımdır.  Sintetik  kauçuk  tullantı  suları  üçün  isə  185 
dəfə artıq təmiz su qatmaq lazımdır. 
Onsuzda  çatışmayan  icməli  suyun  bu  məqsədlə  işlədilməsi  böyük  bir 
problem yaradır.  Dəniz və okeanların çirkləndirilməsi neft-qaz quyularının 
qazılması  və  istismarı  zamanı  baş  verir.  Dəniz  neft  və  qaz  yataqlarının 
işlənməsi  zamanı  neftlə  dənizi  çirkləndirmə  mənbəyini  iki  yerə  — 
«istismar»  və  «qəza  mənbələrinə  ayırırlar.  Qazma,  istismar,  neftin  nəqlə 
hazırlanması zamanı dənizə axıdılan cüzi miqdarda neft «istismar», tullanış, 
açıq  fantan,  sualtı  boru  kəmərlərinin  partlaması  zamanı  dənizə  axıdılan 
neftin mənbəyi «qəza» mənbəyi adlandırılır. 
Məlumdur ki, dəniz neft yataqlarının kəşfı və işlənməsi zamanı kimyəvi  
birləşmələrin  tətbiqilə  aparılan  müxtəlif  əməliyyatlar  dənizi  çirkləndirən 
mənbələr  rolunu  oynayırlar.  Bu  hal  xüsusilə  quyuların  qazılması 
prosesinə
#
aid  edilə  bilər.  Bioloji  cəhətdən  mürəkkəb  olan  yataqlarda 
kəşfiyyat  və  istismar  quyuları  qazan  zaman  yuyucu  məhlulun  keyfiyyətinə 
xüsusi  tələb  irəli  sürülür.  O,  müxtəlif  kimyəvi  maddələrlə  işlənilir  və 
hazırlaşdırılır. 


73 
 
Yuyucu  mayenin  struktur-mexaniki  xassəsini  tənzim  etmək  üçün  üzvi 
və qeyri-üzvi kimyəvi birləşmələrdən  istifadə edilir. Bunlardan okzil, sunil, 
nitroliqnin,  KMS,  PFLX,  sulfanol,  qrafit  kaustik  soda,  paltar  sodası, 
kalsium-xlor, xrompik, gips alebastr və s. göstərmək olar. Yuyucu mayeləri 
ağırlaşdırmaq  üçün  əsasən  baritdən  istifadə  edilir.  Baritin  miqdarı  yuyucu 
mayenin  lazım  olan  sıxlığından  asılı  olaraq  götürülür  və  bu  zaman  35%-ə 
qədər çatır. 
Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  edilmişdir  ki,  kimyəvi 
işlənmiş  və  ağırlaşdırılımş  yuyucu  mayelər  və  həmçinin  onların  tərkibinə 
daxil  olan  kimyəvi  reagentlər  və  barit  balıqlara  və  onların  yem  bazası  olan 
onurğasızlara məhvedici təsir göstərir. 
Laboratoriya  tədqiqatı  nəticəsində  müəyyən  edilmişdir  ki,qazılmış 
süxur  tərkibində,  kimyəvi  işlənmə  intervalında  30-90%  gil,  10-30% 
ağırlaşdırıcı,  8%-ə  qədər  üzvi  mənşəli  kimyəvi  reagent,  o  cümlədən  4  %-ə 
qədər  neft,  6%-ə  qədər  suda  həll  olan  duzlar  olur.  Bu  reagentlərin  BBQ-ı 
aşağıdakı hədd daxilində olmalıdır: 
Gilli məhlul,        q/1 0,5-1,0 
Qazıma şlamı,      q/1 0,5-dən az 
Barit, q/1                  0,5 
KMS, mq/1              0,3 - 0,4 
Nitroliqlin, mq/1      0,3 - 0,4 
PFLX, mq/1            0,05 - 0,07 
SSB m q/1              0,1-0,2 
Xrompik, q/1           0,01-0,02 
Əhəng, q/1          0,005-ə qədər 
Xörək duzu, q/1        0,005-ə qədər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə