Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

74 
 
Tərkibində  kimyəvi,  işlənmiş  və  ağırlaşdırılmış  yuyucu  maye  olan 
qazılmış  süxur  dənizə  titrəyən  ələkdən  və  növ  sisteminin  təmizlənməsi 
zamanı  tökülə  bilər.  Kimyəvi  işlənmiş  yuyucu  maye  ilə  çirklənmiş  tullantı 
sularının  dənizə  tökülməsi  ələyin  torunun  və  döşəmənin  yuyulması  və 
həmçinin  qazma  nasosunun  ştokunun  soyudulması  zamanı  baş  verir.  Tul-
lantı suları tərkibində kimyəvi maddələrin miqdarı BBQ-dan yüksək olduqda 
dəniz canlılarına məhvedici təsir göstərə bilər. 
Dənizin  çirklənməsinə  başlıca  səbəb  təzahür,  tullanış  və  açıq  fantanla 
əlaqədar  olan  qəzalardır.  Təzahür  və  açıq  fantanın  qabağını  almaq  ətraf 
mühitin mühafızəsinin əsas şərtlərindən biridir. Quyuların qazılması zamanı 
təzahür,  lay  agentlərinin  yuyucu  məhlula  daxil  olaraq  yer  üzərinə 
qalxmasıdır. 
Açıq  fantan  quyuağzından  neftin,  qazın  və  suyun  idarə  olunmayan 
axınıdır. 
Qrifon,  məhsuldar  qatdan  neftin,  qazın  və  suyun  çatlar  və  kanallar 
vasitəsilə yer səthinə axmasıdır. 
Açıq fontanın ləğvi müddəti müxtəlif faktorlardan aslıı olaraq, bir neçə 
aya  qədər  davam  edir.  Bu  başlıca  olaraq  fantanın  mürəkkəbliyindən  və 
qrifon  yaranmasından  asılıdır.  Fontan  məhsulu  olan  neft  küləyin  və  dəniz 
dalğalarının  təsirilə  dəniz  səthində  yayılaraq,  geniş  sahəni  əhatə  edir.  Açıq 
fantan yer dərinliyinə və ətraf mühitə həddindən artıq ziyan vurur. 
Okean  və  dənizlərin  çirklənməsinin  başlıca  səbəblərindən  biridə  dəniz 
neft  nəqliyyat  vasitələridir.  60-cı  illərdən  neftin  dənizlə  nəqli  kəskin 
artmışdır.  1967-ci  ildə  «Torrey  Canion»  tankerində    baş  verimiş  qəzadan 
Böyük  Britaniyanın  Cənubi-qərb  sahilinə  min  ton  neft  axıdılmışdır.  Bu 
sahilkənarı  fauna  və  floraya  külli  miqdarda  ziyan  vurmuşdur.  Bu  qəzadan 
sonra  dəniz-neft-nəqli  sahəsinin  təhlükəli  olduğu  hamı  tərəfindən  qəhul 


75 
 
edilmişdir. Bununla əlaqədar 1973-cü ildə “ MARPOL-73/78” konvensiyası 
qəbul  edilmişdir.  Konvensiya  dənizdə  neftin  nəqli  üçün  tələblər  irəli 
surmüşdür.  
Sahil sularının AES tullantı suları vasitəsilə radioaktiv çirklənməsi baş 
verir. Radioaktiv izotoplar su biotopları və dib çöküntüləri  tərəfındən tez bir 
zamanda mənimsənilir. Bunun nəticəsində suyun özündə radioaktivlik azalır. 
Ancaq  su  fauna  və    floralarında  radioaktivlik  bir  neçə  dəfə  normadan  artıq 
olur.  
Radioakıiv  maddələrin  biotop  və  dib  coküntüləri  tərəfındən  udulma 
miqdarı  suyun  PH-dan,  dib  çöküntülərinin  xassəsindən,  ilin  fəslindən, 
temperaturdan və s. asılıdır. 
Məsələn  Co-60,  Sr-90,  Cs-197  su  otları  tərəfındən  udulma  dərəcələri 
işıqdan asılıdır.  
Bitkilərin canlı lifləri Fe-59-u özündə yaxşı saxlayır və s. 
6.3. Litosferin çirkləndirilməsi 
 
Yer  kürəsinin  quru  hissəsinin  sahəsi  149,1  mln  kvadrat  kilometrə 
bərabərdir.,Bu  sahənin  yalnız  129  mln  kvadrat  kilometri,  yəni  86,5%-i 
torpaq  sahəsidir.  Torpaq  sahəsinin  25%-i  otlaq,10  %-i  müxtəlif  bitkilər, 
qalan  faiz  isə  əkinçilik  üçün  istifadə  edilir  (25-32  mln  km
2
).  Torpaq  əsas 
qida  mənbəyidir.  O,  bərk,  maye  və  qaz  fazalarından  ibarətdir.  Dərinliyə 
getdikcə  torpaqda    olan  üzvü  maddələrin  və  canlı  orqanizmlərin  miqdarı 
azalır. 
Torpağın  bərk hissəsi mineral və üzvü maddələrdən ibarətdir.  Dispres
 
halına  görə  mineral  maddələr  iki  qrupa  bölünürlər:  diametri  0,001  mm-ə 
bərabər  və  ondan  kiçik  olan  mineral  maddələr.  Torpağın  bərk  hissəsinin 
hava və ya su dolmuş hissəsinə onun məsaməliliyi deyilir. Torpağın mineral 


76 
 
hissəsi oksidləşmiş və ya duz şəkilində olan Si, Al, Fe, K, Na, Mg, Ca, P, S 
və digər kimyəvi elementlərdən ibarətdir. 
Torpağın  tərkibinə  daxil  olan  üzvü  maddələr  əsasən  karbon,  oksigen, 
hidrogen,  azot,  fosfor,  kükürd  və  s.  birləşmələrdən  ibarətdirlər.  Əksər 
kimyəvi  elementlər  torpaq  məsamələrində  olan  sularının  tərkibində  həll 
olmuş  şəkildə  olurlar.  Məsaməliliyin  boş  qalan  hissəsində  hava  yerləşir. 
Torpağın səthinə yaxın olan hissəsində N
2
, O
2
, CO
2
 qazları toplanır. 
Yaşıl  bitkilər  atmosferdən  karbon  qazını,  torpaqdan  su  və  mineral 
maddələri  udaraq,  işıq  enerjisindən  istifadə  edərək  mineral  birləşmələr 
yaradırlar ki, bu da heyvanlar üçün əsas yem mənbəyi olur. 
Heyvanat,  bakteriya,  üzvü  maddələr  fiziki  və  kimyəvi  təisirdən 
parçalanaraq  torpaq  «humusuna»  çevrilir.  Parçalanmaya  məruz  qalmayan 
hissələr  torpağın  fauna  və  mikroorqanizmlərinin  hərəkətinə  şərait  yaradır 
(qaz mübadiləsi, istilik rejimi,  nəmlik). 
 Münbit torpağın əmələ gəlməsi bir neçə yüz və ya min illər ərzində baş 
verir.  İnsanların  fəaiiyyətinin  nəticəsində  münbit  torpaqlar  kəskin 
çirkləndirilir,  onların  məhsuldarlığı  xeylil  aşağı  düşür.  Torpağın 
məhsuldarhğının azalması əsasən aridləşmə və eroziya nəticəsində baş verir. 
Aridləşmə torpağın nəmliyinin azalması üzrə kompleks təsirlərin nəticəsidir. 
Eroziya  külək,  su,  texniki  təsir  nəticəsində  torpağın  dağıdılmasıdır. 
Şoranlaşma  əsasən  suvarma  prosesində  olan  pozuntuların  nəticəsində 
yaranır. 
Alimlərin  fıkrinə  görə  bir  nəfər  insanı  qidalandırmaq  üçün  0,1  hektar 
sahəni  əkmək  lazımdır.  Hal-hazırda  mövcud  torpaq  sahəsi  6  mlrq  insanı 
yedirtmək  iqtidarına  malikdir.  Torpağın  intensiv  çirklənməsi,  tullantılar 
vasitəsilə onun tutulması əkin sahələrinin azalmasına gətirib çıxarır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə