Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

91 
 
yaradan  qaz  hesab  edilir.  Qazların  H
2
S-dən  təmizlənməsi  üçün  vakuum-
karbonat  metodundan,  fosfat  prosesindən,  mərgümüş-qələvi  «stretford» 
prosesindən, qələvi hidroxinin və s. metodlardan istifadə edilir. 
Vakuum-karbonat metodunda H
2
S qaz tərkibindən natrium karbonat və 
ya kalium-karbonat məhlulları ilə udularaq ayrılrr. 
Fosfat prosesində H
2
S absorbsiyası 40-50 faiz kalium-fosfatla aparılır: 
                       
 
Mərgümüş qələvi metodunda absorbentdən asılı olaraq mərgümüş soda 
və ya mərgümüş ammoniyak götürülür. 
«Stretford»  üsulundan  absorbsiya  üçün  tərkibində  vanadium,  natri-
ammonium antroxinon olan qələvi tətbiq edilir. 
Qazları  CS
2
  və  RSH (merkaptan)-dan təmizləmək  üçün əvvəlcə  onları 
dəmir-xrom  katalizatorlarının  tətbiqi  ilə  400-500°C  qızdırıb  H
2
S-ə  çevirib, 
sonra 22°C-də H
2
S ilə təmizləyirlər. Merkaptan az miqdarda olduqda qələvi 
ilə onu təmizləmək mümkündür. 
                          
 
Neft-kimya  sənayesində  və  yanacağın  yanması  zamanı  ayrılan  qazlar 
tərkibində azot-oksidi mühüm yer tutur. Təcrübədə ən çox ayrılan qazlar NO 
və  NO
2
  qazlarıdır.  Azot-oksidini  qazdan  ayırmaq  üçün  su  və  qələvi  ilə 
absorbsiya metodlarından istifadə edilir. 
Kükürdlü yanacaqların yanmasından ayrılan qazların tərkibində kükürd 
iki  oksid  və  oksidlər  olur.  Bu  qazları  tutmaq  üçün  kompleks  metodlardan 
istifadə edilir. 
Ayrılan  qazları  adsorbsiya  üsulu  ilə  də  təmizləyirlər.  Bu  metod 
qazların  tərkibində  cüzi  miqdarda qazşəkilli  və  buxarşəkilli  qarışıq olduqda 
tətbiq  edilir.  Absorbsiya  metodundan  fərqli  olaraq,  adsorbsiya  metodu 


92 
 
qazlan  yüksək  temperaturda  təmizləmək qabiliyyətinə  malikdir.  Adsorbsiya 
metodu  fiziki  və  kimyəvi  metodlardan  ibarətdir.  Fiziki  adsorbsiyada  qazlar 
və buxarların molekulları Vander-Vaals qüvvəsilə, kimyəvi adsorbsiyada isə 
kimyəvi  qüvvə  ilə  tutulub  saxlanılır.  Adsor-bent  kimi  məsaməli 
materiallardan  istifadə  edilir.  Sənayedə  istifadə  edilən  adsorbemtlərə  misal 
aktiv kömürü, silkageli, alyumageli, seoliti və poniti göstərmək olar. 
Göstərilən  adsorbentİər  zəhərli  qarışıqları  aşağı  təzyiqlərdə  udmaqla 
onlarla reaksiyaya daxil olur. 
Məsələn,  etilbenzol  istehsalında  ayrılan  benzolu  və  hidrogen-xloridi 
tullantı  qazların  tərkibindən  ayırmaq  üçün  adsorbent  kimi  aktiv  kömür, 
absorbent  kimi  yeyici  qələvi  məhlulu  götürülür.  Benzol  buxarları  aktiv 
kömür  tərəfindən,  hidrogen-xlorid  qazı  isə  məhlul  vasitəsilə  udulur.  Sonra 
kömürlə  udulan  benzol  su  buxarı  ilə  desorbsiya  olunur,  qurudulur  və 
istehsalata qaytarılır. Yeyici qələvi ilə hidrogen-xloridin qarşılıqlı təsirindən 
əmələ  gələn natrium-xlorid məhlulu  isə xlor, kaustik soda  və s. istehsalında 
xammal  kimi  işlədilir.  Beləliklə,  həm  tullantı  qazlar  zərərsizləşdirilir,  həm 
də tullantıdan ikinci xammal kimi istifadə olunur. 
Adsorbsiya  prosesləri  həm  fasiləli,  həm  də  fasiləsiz  ola  bilər.  Fasiləli 
proseslərdə  işlənmiş  adsorbent  ya  yenisi  ilə  əvəz  edilir,  ya  da  su  buxarı  ilə 
onun aktivliyi bərpa olunur. 
Fasiləli  proseslərə  hipersorbsiya  da  deyilir.  Bu  halda  adsorbent  və 
təmizlənmiş qaz qarışığı aparatda əks axın prinsipi üzrə hərəkət edir. 
Katalitik  təmizləmə  üsulu  da  geniş  yayılmışdır.  Bu  üsul  qarışıqdakı 
komponentlərdən  birinin  digəri  ilə,  yaxud  hər  hansı  bir  komponentin 
katalizatorla qarşılıqlı təsirinə əsaslanır. Bu yolla əmələ gələn yeni maddələr 
zərərsiz  olmalı  və  qarışıqdan  asan  ayrılmalıdır.  Bu  üsul  heterogen-katalitik 
proseslə-rin qanunauyğunluqlarma əsaslamr. y 


93 
 
Əksər  hallarda  tullantı  qazlarda  olan  faydalı  qaz  qarışıqlarını  ayırmaq 
üçün  katalitik  oksidləşmə  metodundan  istifadə  olunur.  Bu  prosesdə  tətbiq 
olunan  katalizator  müxtəlif  amillər  nəzərə  alınmaqla  seçilir.  Məsələn, 
tullantı  qazlarda  karbohidrogenlər  olduqda  tətbiq  olunan  katalizatorları  üç 
qrupa bölmək olar: 
1.  Odadavamlı  daşıyıcı  üzərinə  hopdurulmuş  metal  katalizatorlar 
(platin, palladium, nikel, mis, gümüş). 
2.  Yarımkeçirici  katalizatorlar  (daşıyıcı  üzərinə  hopdurulmuş  kobalt, 
manqan,  vanadium  oksidləri,  manqan  4-  oksid,  mis  2  -oksid  qarışığı, 
hipkalit, kobalt, mis və maqneziumun xromatları - şpinellər və s.). 
3. Duzlar - sink-xlorid, bismut, qalay və kobaltın vanadatları. 
Tullantı  qazların  tərkibi  çoxkomponentli  olduğuna  görə  katalizatoru 
seçmək  çətin  olur.  Oksidləşdirici  katälizatorun  aktivliyi  əvvəlcədən  təyin 
edilir.  
Hazrrda 
təkmilləşdirilmiş 
təmizləmə 
üsulları 
tətbiq 
etməklə 
katalizatorun miqdarını azaltmaq mümkün olmuşdur. 
Katalitiv təmizləmə proseslərinin gedişinə bir sıra amillər təsir göstərir. 
Bunlardan  katalizatorun  təbiətini,  tullantı  qazların  tərkibini  və  temperaturu 
göstərmək  olar.  Temperaturun  artması  katalizatorun  aktivliyini  artırır  və 
təmizləmə prosesi daha dərin gedir. 
7.2. İstehsalat sularının təmizlənməsi və  
zərərsizləşdirilməsi  yolları 
Məlumdur ki, ətraf mühitin qorunması üçün həyata keçirilən sanitariya-
texniki  tədbirlər  arasında  istehsalat  sularının  təmizlənməsi  xüsusi  yer  tutur. 
Bu  sahədə  tətbiq  olunan  bioloji  təmizlənmənin  ən  müasir  metodları  belə 
çirkab  suların  tam  təmizlənməsini  təmin  etmir.  Müxtəlif  təmizləmə 
metodlarının  tətbiq  edilməsinə  baxmayaraq,  davamlı  çirkləndiricilər  sudan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə