Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

100 
 
Aktiv  lilin  flokulyasiya  qabiliyyəti  yüksək  deyil  və  kimyəvi  emal  yolu  ilə 
onun  bu  xassəsini  yüksəltmək  mümkündür.  Sintetik  flokulyantların 
təmizləmə  effekti  bioflokulyantların  təmizləmə  effektindən  yüksək  olsa  da 
flokulyantlarla təmizləmə prosesi baha başa gəlir. Çünki, bu flokulyantların 
özlərini  almaq  üçün  xüsusi  istehsal  prosesi  tələb  olunur.  Ona  görə  də  təbii 
flokulyantlardan  —  mikro-orqanizmlərdən  istifadə  etmək  daha  səmərəli 
hesab edilir. 
Bəzən  biolflokulyant  almaq  üçün  aktiv  lil  fermentlərin  köməyilə 
hidroliz  edilir.  Hər  üç  mühitdə  (turş,  əsasi  və  neytral)  aparılan  proses  30-
50°C-də 5-50 saat davam edir. 
Aktiv  lilin  özünü  və  ondan  alınan  sintetik  bioflokulyantları  tətbiq 
etməklə  istehsalat  sularını  zərərli  maddələrdən  tam  təmizləmək  olmur. 
Suyun  tərkibində  olan  və  biokimyəvi  yolla  çətin  oksidləşən  çirkləndirici 
maddələri  sudan  ayırmaq  üçün  aktiv  lil  ilə  birlikdə  oksigen  də  iştirak  edir. 
Bu prosesə aeroten təmizləmə deyilir. 
Çirkləndirici maddə aktiv lil ilə oksigen iştirakında da oksidləşməyəndə 
oksigen əvəzinə qüvvətli oksidləşdiricilərdən istifadə edilir. Bu halda proses 
oksiten  təmizləmə  adlanır.  Oksiten  təmizləmə  prosesi  aeroten  təmizləmə 
prosesindən 2-2,5 dəfə intensiv olur. Suyun daha effektli təmizlənməsi üçün 
aerob və anaerob prosesləri növbələşdirilir. Anaerob prosesi ağac  qırıntıları 
ilə  doldurulmuş  ayrıca  biofiltrdə  aparılır.  Bu  filtrlə  su  yüksək  dərəcədə 
təmizlənir, köpük əmələ gəlmir və pis iyi olmur. 
Suyun 
bioloji 
təmizlənməsini 
sürətləndirmək 
üçün 
biosti-
mulyatorlardan istifadə edir, aerasiya sistemini təkmilləşdirirlər. 
7.3. Bərk tullantı maddələrinin zərərsizləşdirmə yolları 
 Bərk tullantılar yer səthində daha çox sahə tutur. Bunlar üçün qazılan 
xəndəklər yararlı torpaq sahəsini azaldır. Təkcə onu göstərmək kifayətdir ki, 


101 
 
hər il faydalı qazıntıların istismarı və emalı zamanı ətraf mühitə 8,5 milyard 
ton  bərk  formalı  tullantı  maddələr  atılır.  Bu  qədər  tullantının  cəmi  10 
faizindən  istifadə edilir. Bu tullantılar böyük torpaq sahələrini yararsız hala 
salır.  Digər  tərəfdən  həmin  tullantıların  tərkibində  olan  qiymətli 
komponentlər  fayda  vermədən  tullantıya  çevrilir.  Bərk  tullantı  maddələr 
başlıca  olaraq  geoloji-kəşfiyyat  işlərində  və  faydalı  qazıntıların  istismarı 
zamanı  əmələ  gəlir.  Geoloji-kəşfiyyat  işlərinin  aparılması  zamanı  külli 
miqdarda torpaq fondu istifadəsiz qalır və ətraf mühit tullantılarla çirklənir. 
Kəşfıyyat xəndəkləri bir tərəfdən torpaq fondunu azaldır, digər tərəfdən 
həmin  xəndəkləri  doldurmadıqda  əmələ  gələn  yarğanlar  torpaq  eroziyasma 
səbəb  olur.  Xəndəklərin  dərin  qazılması  yeraltı  suların  səviyyəsinə  də  təsir 
edir.  Xəndəkləri  doldurmadıqda  və  təhlükəsizlik  texnikası  qaydalarına 
düzgün  əməl  etmədikdə  onlar  insan  və  heyvanlar  üçün  təhlükəli  quyulara 
çevrilir.  Kəşfıyyat  işləri  apanlarkən  rekultivasiya  işlərini  səmərəli  həyata 
keçirmək  üçün  süxurların  çıxanlması  işini  selektiv  aparmaq  lazımdır.  Belə 
olanda  xəndəklər  yalnız  qeyri-məhsuldar  süxarlar  hesabına  doldurulur.  Bu 
da iqtisadi cəhətdən faydalı olan mllantı komponentlərindən istifadə etməyə 
imkan  verir.  Bərk  tullantıların  digər  mənbələrindən  sement,  gips  və  əhəng 
zavodların göstərmək olar. 
Tullantılardan  istifadə  etmək  problemi  həllini  gözləyən  əsas  məsələ 
kimi qarşıya çıxmışdır. ,Bu məqsədlə faydah qazmtı yataqlarından kompleks 
şəkildə  istifadə  edilir.  Əmələ  gələn  tullantılardan  həm  dağ-mədən 
sənayesində,  həm  də  xalq  təsərrüfatının  başqa  sahələrində  istifadə  olunur.\ 
Sənayenin  inkişafı  ilə  əlaqədar  olaraq  tullantıxanaların  sayı  ildən-ilə  artır. 
Deməli, tullantılardan sənayedə ikinci xammal kimi istifadə etmək məsələsi 
günün  vacib  probleminə  çevrilmişdir.  Bir  neçə  fakta  nəzər  salaq.  Təkrar 


102 
 
emaldan sonra birillik sement  itkisindən 30 min ton sement, gips itkisindən 
1,2 min ton gips alınmışdır.  
Bərk  tullantıların  ilkin  mənbələri  sənayeinin  inkişaf  etməsi  ilə 
genişlənir. Həmin mənbələrdən cəmiyyət xeyrinə istifadə edilmədikdə onlar 
ətraf  mühiti  korlayır,  ekoloji  tarazlığı  pozur,  torpaq  fondunu  azaldır  və 
faydalı torpaq sahələrinin eroziyasını genişləndirir. 
İndi  mütəxəssislərə  məlumdur  ki,  tulantılarda  yığılıb  qalmş  faydalı 
xammal yeni açılmış şaxtalardakı faydalı xammaldan çoxdur. Məsələn, qara 
metallurgiya  şlamların  tərkibindəki  dəmir  təzə  dəmir  filizlərində  olan 
dəmirdən çoxdur. Bu belə bir nəticəyə gəlməyə imkan verir ki, yeni faydalı 
qazmtılar  axtarmaq,  külli  miqdarda  xərc  qoymaq,  ətraf  mühiti  korlamaq 
əvəzinə həmin tullantılardan istifadə etmək daha sərfəlidir. 
Artıq tullantılardan ikinci xammal kimi istifadə etmək məsələsi iqtisadi 
və  ekoloji  cəhətdən  öz  səmərəsini  göstərmişdir.  Sübut  olunmuşdur  ki, 
tullantıdan istifadə olunma xərci, yeni xammalın əldə edilməsi xərcindən 2-3 
dəfə azdır. 
İnşaat  materialları  sənayesi  və  tikinti  sənayesi  hər  il  3,5  mlrd.  tondan 
çox  qeyri-fıliz  xammalmdan  istifadə  edir.  Halbuki  mllantıardan  istifadə 
etməklə  onun  böyük  bir  qismi  əvəz  edilə  bilərdi.  Əvəzində  isə  bu 
sənayelərin özləri böyük tullantı mənbələrinə çevrilməzdi. 
Metallurgiya  müəssisələri,  kömür  zənginləşdirən  fabriklər,  istilik 
stansiyaları  və  yüzlərlə  digər  müəssisələr  öz  işlərini  tulantılardan  təkrar 
istifadə  etmək  istiqamətində  deyil,  yeni  tullantı  yataqlari  yaratmaq 
istiqamətində qururlar. Bununla da ətraf mühitə həm iqtisadi, həm də ekoloji 
cəhətdən böyük  zərbə  vururlar.  Tullantıın  müəssisədən  uzaqlaşdırmaq üçün 
əlavə  nəqliyyat  xərci  tələb  olunur.  Digər  tərəfdən  həmin  tullantı  faydalı 
torpaqları istifadəsiz edir və ətraf mühit zibilliyə çevrilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə