Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

10 
 
Üçüncü  mərhələ  ekologiyanın  kompleks  bir  elmə  çevrilməsi  dövrü 
adlandırıhr. 
Müasir  dövrdə  dünya  miqyasında  ekologiyanın  inkişafı  böyük 
alimlərdən  Y.Odum,  C.M.Andersen,  E.Pianka,  R.Riklefs,  M.Biqon, 
A.Şveyser,  C.Xarper,  R.Uitteker,  N.Borlauq,  T.Miller,  B.Nebel,  Y.İzrael, 
N.N.Moiseev, N.R.Naumov, S.S.Şvars və s. adları ilə bağlıdır. 
Təbiətin  mühafizəsinin  elmi  əsasları  V.V.Dokuçayev,  K.M.Ber, 
Q.A.Kojevnikov,  D.N.Anucin  və  başqa  görkəmli  alimlər  tərəfındən 
qoyulmuşdur. 
Keçmiş  Sovet  dövlətində  26  oktyabr  1917-ci  ildə  qəbul  olunmuş 
«Torpaq haqqında Dekretdə» təbiətdən istifadənin əsası qoyulmuşdur. Məhz 
bu andan təbiətin mühafızəsi məsələsi öz təşəkkülünü tapmışdır. 
Keçmiş əsrin 50-ci illərindən başlayaraq istehsal qüvvələrinin inkişafı 
insanların təbiətə olan neqativ təsirinin artmasına səbəb olmuşdur. Bu andan 
başlayaraq  cəmiyyət  və  təbiətin  qarşılıqlı  münasibətini  tənzimləyən 
«insanların məskun sahələrinin mühafızəsi» termini meydana gəlmişdir. 
Azərbaycan  Respublikasında  təbiətin  mühafızəsi  üzrə  bir  neçə 
qanunvericilik  aktları  qəbul  edilmişdir.  Lakin  qəbul  olunmuş  bu 
qanunvericilik  aktları təbiətə olan antropogen  təsirin  qarşısının  alınmasında 
hələlik lazımi rol oynaya bilmir. 
II FƏSİL. EKOLOJİ SİSTEMLƏR VƏ FAKTORLAR  
2.1. Ekosistemin konsepsiyası 
Ekosistem ekologiyanın əsas funksional vahididir. Bü haqda müxtəlif 
təyinatlar  olsada  belə,  onlarm  hamısının  mənası  eynidir.  Y.Oduma  görə 
«Canlı  orqanizm  və  onları  əhatə  edən  cansız  aləm  biri-birindən  ayrılmaz 
olaraq  həmin  sahədə  daima  qarşılıqlı  əlaqədə  və  fəaliyyətdədirlər.  Bunlar 
arasında olan enerji axını onların biotik strukturunu, maddələrin dövrü siste-


11 
 
mini  dəqiq  müəyyənləşdirir.  Bax  bu  münasibət  ekoloji  sistem  deməkdir». 
Deməli  ekoloji  sistemi  canlı  aləmlə  onların  məskunlaşdığı  mühit  arasında 
olan  birgə  fəalyyət  təşkil  edir.  Bunlarda  maddələr  və  enerji  mübadiləsi 
qarşılıqlı olaraq baş verir. 
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfindən 
təklif  olunmuşdur.  Lakin  orqanizmlə  mühitin  birgəliyi  konsepsiyası  çox 
qədimdən məlum olmuşdur. 
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən 
asılı  olmayaraq  təbiətdəki  fəaliyyətlər  eyni  qanunauyğunluqla  baş  verir. 
Məsələn,  dəniz  suyu,  yeraltı  su,  içməli  su  təbiətcə  vahidlik  sistemi  təşkil 
edir. 
Ekosistemin  ekologiyası  adlı  yeni  bir  sistemin  yaranması  ümumi 
sistem  və  sistemli  analizə  olan  təlabatdan  irəli  gəlir.  Bu  sistemin  baniləri 
C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır. 
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı 
təsirdə olan elementlərin birliyidir. 
Sistemin  hissələri  onun  elementləri  adlandırılır.  Sistemin  elementləri 
fıziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər. 
Sistemin  strukturunu  elementlərin  qarşılıqlı  təsir  münasibətləri  təyin 
edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaranmasına səbəb ola bilər. 
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir 
(aşağı  rütbələrin  yuxarı  rütbələrə  tabe  olması).Siyasət,  iqtisadiyyat,  hüquq, 
psixologiya və pedaqogika ilə sıx əlaqədə olaraq insanlarda yeni məzmunda 
ekoloji  təfəkkürün  yaranmasına  və  onlarda  təbiətə  qarşı  olan  münasibətin 
dəyişməsinə səbəb olmuşdur. 
Deyilənləri nəzərə alaraq ekologiya qarşısında duran aşağıdakı nəzəri 
və tətbiqi məsələləri göstərmək olar: 


12 
 
—  ekoloji  sistemlərin  dayanaqlığı  üzrə  ümumi  nəzəriyyənin 
işlənməsi; 
— mühitə alışmanın mexanizminin öyrənilməsi; 
— bioloji müxtəlifiiyin və onun mühafızə mexanizminin öyrənilməsi; 
— biosferdə gedən proseslərin tədqiqi; 
—  insanların  təsiri  ilə  ətraf  mühitdə  yaranan  neqativ  dəyişiklərin 
proqnozlaşdırılması və qiymətləndirilməsi; 
— ətraf mühitin keyfıyyətinin yaxşılaşdırılması; 
— təbii resurslardan səmərəli istifadə; 
—  ekoloji  qeyrisəmərəli  mühitlərdə  təhlükəsizliyin  təmini  üçün 
mühəndisi,  iqtisadi,  təşkilati-hüquqi  və  sosial  məsələlərin  həllinin 
optimallaşdınlması. 
Ekologiyanm strateji məsələsi təbiət və cəmiyyət arasında olan nəzəri 
qarşılıqlı  fəaliyyətin  inkişaf  etdirilməsindən  ibarətdir.  Bu  zaman  insan  və 
cəmiyyət biosferin birgə ayrılmaz hissəsi hesab edilməlidir. 
1.2. Ekologiyanın  inkişaf tarixi 
Canlı  orqanizmlərin  ətraf  mühitlə  münasibəti  və  onların  qarşılıqlı 
fəaliyyətinin öyrənilməsi tarixi uzaq keçmişə gedib çıxır. Hələ bizim eradan 
əvvəl Aristotel (384-322) və onun tələbəsi Teofast (371-280), Böyük Pliniya 
(23-79)  məskun  yerinin  orqanizmlərin  həyatına  olan  təsiri  məsələsi  ilə 
məşğul olmuşlar. 
Ümumiyyətlə ekologiya elminin inkişaf tarixini üç mərhələyə bölmək 
olar. 
Birinci  mərhələ  ekologiyanın  bir  elm  kimi  yaranması  və  təşəkkül 
tapması  (XIX  əsrin  60-cı  illərinə  qədər)  adlandırılır.  Bu  dövrə  qədər  canlı 
orqanizmlərin  məskun  mühiti  ilə  qarşılıqlı  əlaqələri  üzrə  mövcud  olan 
göstəricilər toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir. 


13 
 
XVII-XVIII  əsrlərdə  A.Remyar  (1734),  A.Tamble  (1744)  və  s. 
bioloqların  əsərlərində  ekoloji  məlumatlar  verilmişdir.  Rus  alimlərindən 
İ.İ.Lepexina,  A.F.Middendorf,  S.P.Kraşennikov,  Fransız  alimi  İ.Büffon, 
Alman alimi Q.Yeger öz tədqiqatlarında ekoloji problemlərə toxunmuşlar. 
Bu dövrdə İ.B.Lamark (1744-1829) və T.Maltus (1766-1834) ilk dəfə 
olaraq insanların təbiətə neqativ təsiri üzrə bəşəriyyəti xəbərdar etmişlər. 
İkinci  mərhələ  ekologiyanın  sərbəst  elm  kimi  formalaşması 
adlandırılır  (XIX  əsrin  60-cı  illərindən  sonrakı  dövr).  Bu  dövrün 
başlanğıcında  rus  alimləri  K.F.Rulye  (1814-1858),  N.A.Seversov  (1827-
1885),  V.V.Dokuçayev  (1846-1903)  öz  əsərlərində  bir  neçə  ekoloji  prinsip 
və anlayışlar  vermişlər.  Bu prinsip  və anlayışlar  öz  məna  və  qiymətini hal-
hazırda  da  itirməmişlər.  Bu  heç  də  təsadüfi  deyil  ki,  Amerika  ekoloqu 
Y.Odum  (1975),  V.V.Dokucayevi  ekologiya  elminin  yäradıcılarından  biri 
hesab etmişdir. 
Canlı  və  bitki  aləminin  sistemli  qeydiyyatı  ilə  müxtəlif  namralist 
alimlər  məşğul  olmuşdur.  Bu  baxımdan  Ç.Darvinin  «Növlərin  mənşəyi» 
(1859)  əsərini  xüsusi  qeyd  etmək  lazımdır.  Ç.Darvin  bu  əsərində 
orqanizmlərin qarşılıqlı münasibətlərinə xüsusi yer vermiş və bunu «yaşayış 
uğrunda mübarizə» adlandırmışdır. 
Alman  bioloqu  E.Hekkel  (1834-1919)  ilk  dəfə  olaraq  biologiyanın 
çox vacib və sərbəst bir sahəsi olmasmı və onun ekologiya adlandırılmasını 
göstərmişdir (1866). 
Ekologiya  sərbəst  bir  elm  kimi  öz  təşəkkülünü  XX  yüzilliyin 
əvvəlində  tapmışdır.  Bu  dövrdə  amerikalı  alim  Ç.Adams  (1913)  ilk  dəfə 
olaraq  ekologiya  üzrə  məlumatları  nəşr  etdir-mişdir.  Məşhur  Rus  alimi 
V.İ.Vernadski  (1843-1945)  geoloji  hadisələrdə  və  onlarm  inkişafmda  canh 
orqanizmlərin  və  onla-nn  həyat  fəaliyyətinin  məhsullarmm  böyük  rolunu 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə