Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

118 
 
— Çirkləndirici tullantıların və istehsal olunan məhsulların ətraf mühitə 
və əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi; 
—  Çirkləndirici  tullantıların  buraxıla  bilən  normalarının  müəyyən 
edilməsi; 
—  Müəssisə  tərəfındən  təbiəti  mühafızə  tədbirlərinin  planlaşdınlması 
və onun effektliyinin qiymətləndirilməsi; 
— Müəssisənin yenidənqurma layihələrinin ekspertizası; 
—  Müəssisə  tərəfındən  təbiətin  mühafızəsi  üzrə  qanunvericiliyə  necə 
riayət olunmasma nəzarət. 
Ekoloji  pasport  müəssisə  layihə  edilərkən  layihəçi-təşkilat  tərəfındən 
işlənib hazırlanır. 
Ekoloji  pasport  istehsalat  müəssisəsi  tərəfindən  layihələndirilən 
«Tullantıların buraxılabilən həddi» (TBH), qaz-su təmizləyici avadanlığın və 
qurğuların xüsusiyyətləri, tullantılardan istifadə normativ-texniki sənədlər və 
s. əsasında hazırlanır. 
Tərtib olunmuş ekoloji pasport təbiətin mühafızəsi üzrə yerli təşkilatlar 
ilə razılaşdırıhr. O, iki nüsxədə tərtib olunur. Bunun bir nüsxəsi müəssisədə, 
digər nüsxəsi «Qulluq üçün istifadə olunur» qrifi ilə yerli təbiətin mühafızəsi 
komitəsində saxlanılır. 
Ekoloji  pasportun  birinci  bölməsində  müəssisənin  yerləşdiyi  yer  və 
onun  əhatəsində  olan  obyektlərin  xarakteri  qeyd  edilir,  həmçinin 
müəssisənin  xəritə-sxemi  verilir.  Onun  üzərində  atmosferə  atılan 
çirkləndiricilərin  mənbəyi,  yerüstü  sular,  tullantılar  toplanan  anbar,  sanitar 
mühafizə  zonasının  sərhəddi,  yaşayış  massivi,  kənd  təsərrufat  sahələri, 
nəqliyyat magistral, istirahət zonası göstərilir. 
İkinci  bölmə  «Müəssisənin  yerləşdiyi  rayonun  təbii  iqlim  xarakteri» 
adlandırılır.  Bu  bölmədə  meteoroloji  vəziyyətin  xarakteri,  çirkləndici 


119 
 
maddələrin  yayılma  istiqaməti  və  çirkləndirmə  əmsalı,  su  təchizatı  və 
tullantı  sularının  mənbəyi  haqqında  məlumatlar  qeyd  olunur.  Bu 
məlumatlarıın  hamısını  Dövlət  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyindən 
götürmək olar. 
Üçüncü bölmə «Müəssisənin qısa xarakteristikası  və  məhsul haqqında 
məlumat»  adlandırılır.  Burada  xammal,  ilkin  istehsal,  istehsalat  proqramı, 
buraxılan  məhsulun  növu  və  həcmi  haqqında  məlumat  verilir.  Hər  bir 
istehsal növü üzrə material axıının balans sxemi verilir. 
Sxemdə atmosferi çirkləndirən mənbəyin nömrəsi dəyişməz qalmalıdır. 
Yeni çirkləndirici mənbə aşkar edildikdə ona əvvəl istifadə olunmayan yeni 
nömrə  verilir.  Mənbə  ləğv  olunduqda  onun  nömrəsi  yenidən  istifadə 
olunmur.  Mütəşəkkil  tullantı  mənbəyləri  0001-5999,  qeyri  mütəşəkkil 
tullantı mənbələri 6001-9999 həddində nömrələnir. 
Dördüncü bölmə «Məhsul növü üzrə enerji sərfi» adlandırılır. Burada 
məhsulun növü və hər bir vahid məhsul üçün sərf olunan daş kömür və digər 
yanacaqların növü göstərilir. 
Beşinci  böimə  «Atmosferə  atılan  tullantıların  xarakteristikası» 
adlandırılır. Burada tullantılar haqqında və «TBH» layihə normasına uyğun 
təmizləyici qurğular haqqında məlumat verilir. 
Altıncı bölmə «Su təchızatı, tullantı sulann təmizlənməsi» adlandırılır. 
Burada sudan istifadə üzrə balans sxemi ilə əlaqədar informasiya verilir. 
Yeddinci  bölmə  «Müəssisədə  yaranan  tullantıların  xarakteristikası» 
adlanrr.  Burada  tullantının  dəqiq  adı,  təhlükəlilik sinfı,  miqdarı,  birləşmədə 
əsas  kimyəvi  element,  onların  yanğın-partlayış  təhlükəsi,  aqreqat  halı 
(tozşəkilli.  iri  dənəli  və  ya  parçalı,  maye,  özlülüyü),  həlloluna  qabiliyyəti, 
nəmlilik  dərəcəsi  göstərilir.  Burada həmçinin  müəssisədə xüsusi  anbarlarda 
saxlanılan  tullantıların  miqdarı,  hesabat  dövründə  onlardan  istifadə  olunma 


120 
 
vəziyyəti,  başqa  müəssisələrə  verilən  miqdar,  məhv  edilən  miqdar  da 
göstərilir. 
Səkkizinci  bölmə  «Tullantıların  saxlanılması,  basdrrılma  sahələrinin 
xarakteristikası»  adlanır.  Burada  müəssisənin  balansında  olan  saxlanma  və 
basdırılma  sahələrinin  sayı,  onların  sahəsi,  saxlanma  həcmi,  sanitar-
mühafızə  zonasının  ölçüləri,  fəaliyyətə  başlanma  və  nəzərdə  tutulan 
bağlanma  vaxtı  qeyd  olunur.  Bu  bölmədə  həmçinin  anbar,  torpağının 
fıltrasiyası  əleyhinə  tətbiq  olunan  konstruksiya,  həmin  əhatənin  mühitinə 
nəzarət və  saxlanılmaya  sərf  olunan  vəsaitin  miqdarı  göstərilir. 
Doqquzuncu  bölmə  «Çirklənməyə  məruz  qalmış  torpaq  sahəsinin 
rekultivasiyası» 
adlandınlır. 
Burada 
müəssisənin 
tullantılarından 
keyfıyyətini 
itirmiş 
torpaq 
sahəsinin 
ümumi 
sahəsi 
və 
onun 
rekultivasiyasının vəziyyəti  göstərilir. 
Onuncu  bölmə  «Müəssisənin  nəqliyyatı»  adlandırılır.  Burada 
tullantıların  nəqliyyat  vasitəsilə  daşınması  və  bu  zaman  ətraf  mühitə  olan 
təsir göstərilir. 
Onbirinci bölmə «Ətraf mühiti çirkləndirən maddələrin ətrafa atılması 
və yerləşdirmə xərcləri» adlandırılır. Burada mövcud qaydalar əsasında ətraf 
mühitə zərərli təsir üçün ödəmələr göstərilir. 
9.2. Yaşayış sahələrinin ekoloji pasportlaşdınlmasının 
xüsusiyyətləri. 
Çirkləndirici 
mənbələrin 
şəhər 
əhatəsində 
qeyri 
müntəzəm 
yerləşdirilməsinə görə ətraf mühitə olan texnogen təsir eyni dərəcədə olmur. 
Təbii  mühitin  normal  halında  optimal  ekoloji  şəraitin  yaradılmasına 
ehtiyac duyulmur. Ətraf mühitin vəziyyəti qeyri-qənaətbəxş olduqda hər bir 
konkret sahə üçün texnogen təsirə qarşı xüsusi tədbir işlənib hazırlanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə