Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

14 
 
qeyd  etmiş  və  biosfer  anlayışmm,  onun  mövcudluğunun,  qanunauyğunlu-
ğunun möhkəmliyi və inkişafı haqqmda elmin banisi olmuş-dur. 
İngilis alimi A.Tensli (1935) elmə «Ekosistem». terminini gətirmişdir. 
Hal-hazırda bu anlayış ekologiyanın müəyyənedi-ci anlayışıdır. 
XX  əsrin  ikinci  yarısında  ətraf  mühitin  kəskin  çirkləndiril-məsi  və 
insanlann  təbiətə  ncqativ  təsirinin  yüksəlməsi  ilə  əla-qədar  ekologiyaya 
xüsusi bir tələbat yaranmışdır. 
Üçüncü  mərhələ  ekologiyanm  kompleks  bir  elmə  çevril-məsi  dövrü 
adlandırıhr. 
Müasir  dövrdə  dünya  miqyasında  ekologiyanm  inkişafı  bö-yük 
alimlərdən  Y.Odum,  C.M.Andersen,  E.Pianka,  R.Riklefs,  M.Biqon, 
A.Şveyser,  C.Xarper,  R.Uitteker,  N.Borlauq,  T.Mil-ler,  B.Nebel,  Y.İzrael, 
N.N.Moiseev, N.R.Naumov, S.S.Şvars və s. adları ilə bağlıdır. 
Təbiətin  mühafizəsinin  elmi  əsasları  V.V.Dokuçayev,  K.M.Ber, 
Q.A.Kojevnikov,  D.N.Anucin  və  başqa  görkəmli  alimlər  tərəfındən 
qoyulmuşdur. 
Keçmiş  Sovet  dövlətində  26  oktyabr  1917-ci  ildə  qəbul  olunmuş 
«Torpaq haqqmda Dekretdə» təbiətdən istifadənin əsası qoyulmuşdur. Məhz 
bu andan təbiətin mühafızəsi məsə-ləsi öz təşəkkülünü tapmışdır. 
Keçmiş əsrin 50-ci illərindən başlayaraq istehsal qüwələ-rinin inkişafı 
insanlarm təbiətə olan neqativ təsirinin artmasma səbəb olmuşdur. Bu andan 
başlayaraq  cəmiyyət  və  təbiətin  qarşıhqh  münasibətini  tənzimləyən 
«insanların məskun sahələrinin mühafızəsi» termini meydana gəlmişdir. 
Azərbaycan  Respublikasında  təbiətin  mühafızəsi  üzrə  bir  neçə 
qanunvericilik  aktları  qəbul  edilmişdir.  Lakin  qəbul  olunmuş  bu 
qanunvericilik  aktları təbiətə olan antropogen  təsirin  qarşısmın  alınmasında 
hələlik lazımi rol oynaya bilmir. 


15 
 
II FƏSİL. EKOLOJİ SİSTEMLƏR VƏ FAKTORLAR  
2.1. Ekosistemin konsepsiyası 
Ekosistem ekologiyanın əsas funksional vahididir. Bü haqda müxtəlif 
təyinatlar  olsada  belə,  onların  hamısının  mənası  eynidir.  Y.Oduma  görə 
«Canlı  orqanizm  və  onları  əhatə  edən  cansız  aləm  biri-birindən  ayrılmaz 
olaraq  həmin  sahədə  daima  qarşılıqlı  əlaqədə  və  fəaliyyətdədirlər.  Bunlar 
arasında  olan  enerji  axını  onların  biotik  strukturunun,  maddələrin  dövrü 
sistemini  dəqiq  müəyyənləşdirir.  Bax  bu  münasibət  ekoloji  sistem 
deməkdir». Deməli ekoloji sistemi canlı aləmlə onların məskunlaşdığı mühit 
arasında  olan  birgə  fəalyyət  təşkil  edir.  Bunlarda  maddələr  və  enerji 
mübadiləsi qarşılıqlı olaraq baş verir. 
Ekosistem anlayışı birinci dəfə olaraq ingilis alimi A.Tensli tərəfmdən 
təklif  olunmuşdur.  Lakin  orqanizmlə  mühitin  birgəliyi  konsepsiyası  çox 
qədimdən məlum olmuşdur. 
XX əsrin əvvəllərində belə bir ideya inkişaf etdirilmişdir ki, mühitdən 
asılı  olmayaraq  təbiətdəki  fəaliyyətlər  eyni  qanunauyğunluqla  baş  verir. 
Məsələn,  dəniz  suyu,  yeraltı  su,  içməli  su  təbiətcə  vahidlik  sistemi  təşkil 
edir. 
Ekosistemin  ekologiyası  adlı  yeni  bir  sistemin  yaranması  ümumi 
sistem  və  sistemli  analizə  olan  təlabatdan  irəli  gəlir.  Bu  sistemin  baniləri 
C.E.Xatçinski, R.Marqelf, K.Uatt, V.Petten, Y.Odum sayılır. 
Sistem nədir? Sistem müəyyən tərzdə bir-biri ilə əlaqədə və qarşılıqlı 
təsirdə olan elementlərin birliyidir. 
Sistemin  hissələri  onun  elementləri  adlandırılır.  Sistemin  elementləri 
fıziki, kimyəvi, bioloji və ya qarışıq şəkildə ola bilər. 
Sistemin  strukturunu  elementlərin  qarşıhşlı  tesir  münasibətləri  təyin 
edir. Qarşılıqlı təsirin özü yeni sistemin yaranmasına səbəb ola bilər. 


16 
 
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik tabeçiliyidir 
(aşağı rütbələrin yuxarı rütbələrə tabe olması). 
Ekologiyada  elementar  vahid  fərdin  populasiyasıdır.Populyasiyanı 
cins,  yaş,  ərazi  və  digər  növ  strukturlara  ayırırlar.  Yaşa  görə  populyasiya 
növü əsas göstəricilərdən biridir. Uzunömürlü populyasiyalar normal, doğub 
törəmə prosesinə təsir edən mənfı faktorlar olduqda tez qocalama baş verən 
populyasiyalar  reqresiv  və  ya  ölən  populyasiya  adlanır.  Cavan  populyasiya 
«tətbiqolunan» populyasiya adlanır. Bu növ populyasiyalar təhlükə yaratmır, 
onların  artım  ehtimah  yüksək  olur,  lakin  onların  trafilki  və  digər  əlaqələri 
tam  formalaşmış  olmur.  Əgər  populyasiya  normal  və  ya  normal  vəziyyətə 
yaxınsa, onda insanlar həmin populyasiyadan istənilən qədər biokütlə götürə 
bilər. Bu zaman populyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır. 
Populyasiyanın  əsas  xüsusiyyətlərindən  biri  onun  fərdlərinin  sayının 
dinamikası və tənzimlənmə mexanizmidir. Fərdlərin sayının optimal saydan 
fərqlənməsi  onun  mövcudluğuna  tesir  edən  mənfi  təsirdən  asılıdır.  Adətən 
populyasiya  mühitəalışma  mexanizminə  malik  olur.  Bu  xüsusiyyət  onun 
optimal saydan artıq və ya az olmasmı yaradır. 
Hər  populyasiya  və  növ  «biotik  potensial»  xüsusiyyətinə  malikdir. 
Yəni  hər  bir  cüt  fərddən  bioloji  olaraq  yeni  nəsl  yaranmahdır.  Orqanizmin 
yaranma  (təşkil)  səviyyəsi  aşağı  olduqca  biotik  potensial  yüksək  olur. 
Məsələn droj kletkaları bir neçə saatda surətlə artaraq yer üzərini tuta bilər. 
İri orqanizmlər az biotik potensiala malik olduqları üçün onlarm artımı uzun 
illər çəkir. 
Populyasiya fərdlərinin sayının kəskin artması «populyasiya dalğası», 
«həyat  dalğası»,  «say  dalğası»  adlandırılır.  Belə  dalğanın  səbəbi  hələ  tam 
aydınlaşdırılmamışdır.  Bəzən,  bunu  iqlim  şəraiti,  yem,  bəzən  də  günəşin 
aktivliyi ilə izah edirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə