Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   53

165 
 
neftlə  çirkləndirilməsinin  qarşısmı  almaq  üçün  istifadə  olunur.  Xarici 
ölkələrdə  və  keçmiş  SSRİ  miqyasında  ən  çox  tətbiq  olunan  «CH-5»  neft 
yığıcısıdır.  «CH-5»  «neft  yığıcısı»  əsasən  ətraf  mühütün  mühafızəsi  üzrə 
təcili tədbir görmək lazım gəldikdə tətbiq olunur. 
Dənizə  tökülmüş  neftin  ləğvi  üçün  ən  çox  yayılmış  metod  DTNL 
(Dənizə Tökülmüş Neftin ləğvi) dispersləşdirmədir. 
Xəzər dənizində əsasən «OM-6» və «Koreksit 9527» dis-pergentlərdən 
istifadə olunur. Dispergentlərin təsir prinsipi müxtəlif səthi aktiv maddələrin 
təsirilə  irihəcmli  neftin  suda  yayılmasnı  yaratmaqdan  ibarətdir.  Göstərilən 
dispergentlərin suyun toksikliyinin artırılması ilə əlaqədar alimlərin bunların 
tətbiqi üzrə etirazlarnı qeyd etmək lazımdır. 
«Britiş Petrolium» tərəfındən işlənib hazırlanmış «Sinper-nik OSD 20» 
dispergenti  daha  təkmilləşmiş  dispergentdir.  Bu  dispergentin  toksiklik 
dərəcəsi  əvvəlkilərdən  2-3  dəfə  azdır.  Əvvəlki  dispergentlərin  yaratdıqları 
emulsiyada  neft  damlasının  diametri  0,01-1  mm  təşkil  edir.  «Britiş 
Petrolium» dispergentlərinin yaratdığı neft damlasının diametri 1 mkm təşkil 
edir. Belə emulsiyada neft hətta quş lələyinə belə yapışa bilmir. 
Su  səthində  olan  neftin  yığılmasmda  fiziki-kimyəvi  üsulla  mexaniki 
üsul  arasmda  yerləşən  metod  «Neftin  sorbent  üsulu»  ilə  yığılması 
metodudur.  Bu  metod  dənizə  gəmilərdən,  neft  platformalarından,  sahildən 
tökülən  neftlərin  ləğvi  zamanı  istifadə  olunur.  Müxtəlif  növ  sorbentlərdən 
istifadə olunur. Bunlardan «Matasorb» sorbentini, «Oil onlif», «Universal», 
«Ro,-CLEAN İNT A/S», «OLEOSORB» və s. göstərmək olar. 
Su  səthinə  tökülən  neftin  yayılmasnın  dərhal  qarşısı  alınmalıdır.  Bu 
məqsədlə  bonlardan  istifadə  olunur.  Bon  suda  üzən  elə  bir  tərkibdir  ki,  su 
səthində olan neftin onu aşaraq ondan kənara yayılmasına imkan vermir. Su 


166 
 
üzərinə  dağılmış  neftin  həcm  və  xüsusiyyətindən  asılı  olaraq  müxtəlif  növ 
bonlardan istifadə olunur. 
Su  üzərində  olan  neftin  yığılması  üçün  həmçinin  müxtəlif'  növ 
qurğulardan  istifadə  olunur.  Belə  qurğulardan  skimmerbn  göstərmək  olar. 
Bu  qurğuların  iş  prinsipi  su  səthindən  aşağı  səthdə  xüsusi  tutumlar 
yerləşdirilərək  neftin  oraya  axmasından  və  oradan  nasos  vasitəsilə  xüsusi 
çənlərə yığılmasmdan ibarətdir. 
Son  10-15  ildə  Azərbaycan  dövləti  Xəzərə  öz  ərazisindən  axıdılan 
çirkli  tullantı  sularını  təmizləmək  üçün  layihə  gücü  1,28  mln.m
3
/gün  olan 
təmizləyici  qurğular,  4,46  mln.m
3
  gücü  olan  təkrar  və  fasiləsiz-təkrar  su 
təchizatı  sistemi  istifadəyə  vermişdir.  Nəticədə  Xəzərin  ekoloji  vəziyyətinə 
mənfi  təsir  göstərən  0,5  mln.m
3
/gün  çirkab  sularınıın  axıdılması  azaldıl-
mışdır. Lakin görülən tədbirlərə baxmayaraq Azərbaycan ərazisindən Xəzərə 
0,3  milyard  m
3
  hədsiz  dərəcədə  çirkləndirilmiş  su  tullantısı,  300  mln  m
3
 
təmizlənmiş su, 4 min ton neft məhsulları 28 min ton asılı hissəciklər, 500-
550 min ton quru qalıq, 74 min ton sulfatlar, 155 min ton xloridlər, 300 ton 
səthi aktiv maddələr, 5 ton fenol və digər ekoloji cəhətdən zərərli birləşmələr 
atılmaqda davam edir. İstifadədən çıxarılmış mədənlər və tankerlər, 300-dən 
artıq hidrotexniki qurğu Xəzərin ikinci çirklənmə mənbəyi hesab olunur. 
1977-ci ildən başlayaraq Xəzərin səviyyəsinin 2,3 m qalxması sahilyanı 
ərazilərin 
hədsiz 
yuyulmasma, 
tikinti 
və 
mühəndis 
qurğularının 
dağıdılmasına,  ərazilərin  su  altında  qalmasına,  çimərlik  zonalarının  öz 
əhəmiyyətini  itirməsinə  səbəb  olmuşdur.  Texnogen  ərazilərin  su  altında 
qalması  isə  Xəzərin  təkrar  çirklənməsinə  gətirib  çıxarmışdır.  Xəzərin 
səviyyəsinin qalxması  ilə əlaqədar bu günə qədər Respublikaya dəyən zərər 
3-4 milyard ABŞ dolları məbləğində hesablanır. 


167 
 
Xəzər  gölünün  ekoloji  təmizliyinə  nail  olmaq  üçün  bütün  Xəzəryanı 
dövlətlərin  birgə  əməkdaşlğı  tələb  olunur.  Beynəlxalq  müqaviləyə  əsasən 
birgə nəzarət aparmaq, Xəzərə axıdılan bütün suların  yalnız təmizləndikdən 
sonra  atılmasna  nail  olmaq,  Xəzərin  təbii  ehtiyatlarının  mənimsənilməsi 
zamanı  ekoloji  qaydalara  tam  rəayət  olunmasına  çalışmaq,  birgə  kompleks 
elmi-tədqiqatlar  aparmaq,  Beynəlxalq  Maliyyə  Qurumlarını  və  Beynəlxalq 
təşkilatları  Xəzərin  ekoloji  təmizliyinə  cəlb  etmək  və  s.  bu  kimi  tədbirləri 
ardıcıl  həyata  keçirməklə  gələcəkdə  Xəzərin  əvvəlki  şöhrətini  özünə 
qaytarmaq olar. Bu vacib problemin həlli üçün 1991-ci ildə Bakıda Xəzərin 
ekoloji problemlərinə həsr edilmiş Birinci Beynəlxalq Konfrans çağırmış və 
onun yekun qətnaməsində Xəzərin  gələcəyi  ilə  bağlı bütün tədbirlər sistemi 
müəyyənləşdirilmişdir. Müəyyən xərc və vəsaitlə yerinə yetirilməsi mümkün 
olan bəzi tədbirlər ekoloji, iqtisadi, istirahət baxımından çox faydalıdır. 
Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  fərmam  ilə  Bakı 
buxtası sahillərindəki Dənizkənarı park «Milli park> elan olunmuşdur. Bakı 
şəhəri  əhalisinin əsas istirahət  yeri  olan bu ərazinin  ekoloji  təmizliyinə nail 
olmaq  üçün  ilk  növbədə  Bakı  buxtasmın  müasir  vəziyyətinə  nəzər 
yetirilməlidir. 
Bakı  buxtasının  əsas  çirklənmə  mənbələri  neftayırma  zavodları, 
Bibiheybət neftçıxarma mədənləri, şəhər kanalizasiyasının sənaye və məişət 
çirkab  suları,  həmçinin  neft  daşıyan  gəmilərin  yuyulmasından  yaranan 
çirkab sularıdrr. Buxtanжт dib çöküntülərində toplanmış neft qalıqlarınтdan 
ayrılan  karbo-hidrogenlər  də  sahil  sularının  əsas  çirklənmə  mənbələrindən 
biri hesab olunur. Hövsan su təmizləyici qurğusundan və Hövsan kanalından 
axıdılan  çirkab  suları  da  dəniz  cərəyanları,  küləklər  və  s.  vasitələrlə  Bakı 
buxtasının çirklənməsində iştirak edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə