Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

177 
 
Lənkəran-Astara 
zonasında 
tərəvəzçiliyin 
inkişaf 
etdirilməsi 
nəticəsində  torpaqlara  çoxlu  miqdarda  mineral  gübrə,  zəhərli  kimyəvi 
maddələr  verilmiş  və  nəticədə  torpaqların  aqreqat  halı  dəyişmiş,  onlarda 
zəhərli  kimyəvi  maddələrin  və  ağır  metalların  normadan  artıq  toplanması 
prosesi  baş  vermişdir.  Ümumiyyətlə,  torpaq  örtüyündə  ağır  metalların 
toplanması çox təhlükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur. 
Əhali  məskunlaşma  sahələrində  yaradılan  müxtəlif  məqsədli  .  tikinti 
sahələri,  yolların,  kanalların,  süni  göllərin  yaradılması  ilə  əlaqədar  indi 
respublikada  olan  yararlı  torpaqların 10%-i  kənd təsərrüfatı  dövriyyəsindən 
çıxmışdır.  Respublikada  çirkləndirilmiş,  dağıdümış  və  zibilləndirilmiş 
torpaqlar 200 min ha artıq ərazi tutur. Belə torpaqlar Naxçıvan MR, Yuxarı 
Qarabağ,  Daşkəsən-Qazax,  Abşeron  regionlarında  daha  çoxdur.  Təkcə  neft 
və  qazçıxarma  mədənlərinin  tullantıları  nəticəsində  50  min  ha  çox  ərazi 
yararsız  hala  düşmüşdür.  Abşeron  yarımadasında  neft  emalı,  neft-qaz 
istehsalı  sahələrində  yaranan  tullantı  suları  ilə  7-8  min  ha  torpaq  sahəsi 
gölməçələrə çevrilmişdir. 
Respublikamızın  iri  sənaye  şəhərləri  olan  Bakı,  Sumqayıt,  Gəncə, 
Mingəçevir  və  Əli-Bayramlı  şəhərlərinin  ətraf  torpaq  sahələrinin  ağır  və 
əlvan  metal  qalıqları  ilə  çirklənməsi  nəticəsində  həmin  torpaqlarda 
qurğuşunun,  misin,  sinkin,  flor,  xlor,  alüminium,  benzopirenlər  və  kükürd 
birləşmələrinin miqdarı yol verilən norma həddindən ayrı-ayrı ərazilərdə 10-
20 dəfəyə qədər yüksəkdir. 
Respublikamızm iri yaşayış məntəqələri ətrafmda hər il 5 mln.ton bərk 
məişət  tullantısı  toplanır  ki,  bunun  da  50%-i  Abşeron  sənaye  rayonunun 
payına düşür. Bakı şəhəri ətrafında 400 ha, Sumqayıt ətrafında 120 ha ərazi 
tutan tullantıların yalnız 10-12%-i emal edilir, qalan hissəsi isə ətraf mühitin 
çirklənmə mənbələrindən biri olaraq qalırlar. 


178 
 
Şəhərlərdə fəaliyyət göstərən yüzlərlə zavod və fabriklərin ətraf mühitə 
atdıqları  sənaye  tullantıları  da  müxtəlif  yollarla  torpaqlara  qayıdır  və  əsas 
çirklənmə  mənbələrindən  birinə  çevrilirlər.  Bütün  bu  tullantıların  zərərli 
təsirlərini  aradan  qaldırmaq  üçün  həmin  tullantıların  emalı,  utilizasiyası  və 
zərərsizləşdirilməsini həyat keçirmək lazımdrr. 
Abşeron  sənaye  zonasının  müəssisələrində  hər  il  tərkibində  zəhərli 
maddələr olan 97 min ton bərk formalı mllantı yaranrr ki, bunun da 47 min 
tondan çoxu Sumqayıt şəhərinin payına düşür. 
Respublikanın  sənaye  tullantıları  ilə  örtülmüş  yararlı  torpaqlarını 
zibilliklərdən,  sənaye  və  məişət  tullantılarından,  neft  tullantılarından 
təmizləmək  yolu  ilə  əlavə  olaraq  100  min  ha,  o  cümlədən  Abşeron 
yarımadasında  40  min  ha  yaxın  torpaq  sahələrini  kənd  təsərrüfatı 
dövriyyəsinə qaytarmaq olar. 
Abşeron  yarımadasının  torpaqları  neft  mədənlərinin  lay  sularının 
tərkibində 
olan 
radioaktiv 
elementlərlə 
də 
çirklənirlər. 
Abşeron 
yarımadasının  normal  radioaktiv  fonu  Xəzəryanı  ərazilərdə  3  mkr/saat, 
textonik  pozuntu  sahələrində  isə  9  mkr/saat  təşkil  edir.  Lakin  yarımadanın 
bəzi  neft  istehsalı  mədənlərinin  yaxınlıqlarında  500-600  mkr/saat  olan 
çirkləndirilmiş  zonalara  da  rast  gəlinir.  Belə  sahələrin  mövcudluğu  ərazidə 
yaşayan insanların həyatı üçün olduqca təhlükəlidir. Qeyd etmək lazımdır ki, 
radioaktiv elementlərlə çirklənmiş torpaqların dezaktivizasiyası respublikada 
müvafiq avadanlıq və texnologiyanın olmaması səbəbindən aparılmır. 
Respublikanm torpaq  fondundan  səmərəli  istifadə  etmək  və onun  təbii 
məhsuldarlığını  qoruyub  saxlamaq  üçün  müxtəlif  səbəblərdən  çirklənmiş, 
dağılmış, korlanmış, zibillənmiş, eroziyaya uğramış və şorlaşmış torpaqların 
məhsuldarlığını  təbii  və  süni  yollarla  bərpa  etmək,  onları  rekultivasiya 
etmək,  torpaq  -iqlim  şəraitinə  uyğun  növbəli  əkin  sistemini  tətbiq  etmək, 


179 
 
eyni  zamanda  təsərrüfat-təşkilati,  aqrotexniki,  hidrotexniki,aqromeliorasiya, 
fitomeliorasiya və digər tədbirləri həyata keçirməklə torpaq mühafizə işlərini 
həyata keçırmək ən vacib problem kimi qarşıda durur. 
Nəzərə  almaq  lazımdır  ki,  eyni  ərazilərə  uzun  ıllər  boyu  zəhərli 
kimyəvi maddələrin normadan artıq səpilməsı, aqro-texniki qaydalara riayət 
olunmaması,  dövriyyəlı  əkm  sıstemınin  aparılmaması,  suvarma  rejiminin 
pozulması torpaq fonduna ağır ekoloji ziyan vurmuşdur. 
XII FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA ƏTRAF 
MÜHİTİN MÜHAFİZƏSİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ 
Ekoloji  Problemlərin  həlli  və  ekoloji  təhiükəsizliyin  təmini  məsələləri 
Azərbaycan Respublikasmın Konstitusiyası və onun əsasında qəbul olunmuş 
müvafiq qanunvericilik aktları ilə tənzim olunur. 
Azərbaycan  Rcspublikasının  1995-ci  il  noyabr  ayının  27-də  qüvvəyə 
minmiş  Konstitusiyasına  Ekologiya  üzrə  aşağıdakı  maddələr  daxil  edil 
mişdir. 
Maddəl4.  Təbii ehtiyatlar.  Təbii  ehtiyatlar hər  hansı fıziki  və hüquqi 
şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gəlmədən  Azərbaycan 
Respublikasına mənsubdur. 
Maddə  39.  Sağlam  ətraf  mühitdə  yaşamaq  hüququ.  I.  Hər  kəsin 
sağlam ətraf mühitdə yaşamaq hüququ vardrr. II. Hər kəsin ətraf mühitin əsil 
vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüququ pozma ilə əlaqədar 
sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. 
Maddə  78.  Ətraf  mühitin  qorunması.  Ətraf  mühitin  qorunması  hər 
bir şəxsin borcudur. 
Maddə  112.  Fövqəladə  vəziyyət  tətbiq  edilməsi.  Azərbaycan 
Respublikasının  Prezidenti  təbii  fəlakət,  epidemiyalar,  epizootiyalar,  böyük 
ekoloji  və  başqa  qəzalar  baş  verdikdə,  habelə  Azərbaycan  Respublikasının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə