Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   53

183 
 
Azərbaycan 
Respublikasnın 
qanunvericiliyindən 
fərqli 
qaydalar 
müəyyənləşdikdə,  beynəlxalq  müqavilələrin  qaydalarının  tətbiq  edilməsinə 
yol verilməsi öz əksini tapmışdır. 
Su  təchizatı  və  tullantı  sular  haqqında  Azərbaycan  Res-
publikasının  qanunu  28  oktyabr  1999-cu  ildə  (N°723  -  İQ)  təsdiq 
olunmuşdur.  Qanunun  məqsədi  əhalinin,  müəssisə,  idarə  və  təşkilatların 
dövlət standartlarının tələbinə cavab verən keyfıyyətli və lazımi miqdarda su 
ilə  təmin  edilməsi  və  tullantı  sularınn  axıdılması  sahəsində  münasibətlərin 
tənzimlənməsidir. 
Qanunda  su  təchizatı  müəssiselərinin  vəziyyəti,  məişət-içməli, 
istehsalat,  ictimai  ehtiyaclar  üçün  lazım  olan  su  ilə  təchizat  məsələləri,  su 
təchizatı  üzrə  sanitar  mühafizə  zonaları,  su  təchizatının  sabitliyi,  su 
təchizatının keyfıyyəti, sudan istifadəyə müvəqqəti qaydalar və s. ətraflı şərh 
edilmişdir. 
Tullantı  sularının  axıdlması  üzrə  kanalizasiya  müəssisələrinin 
vəzifələri,  yeni  kanalizasiya  qurğularının  istismara  verilməsi,  ümumi 
istifadədə  olan  kanalizasiya  sistemlərinə  qoşulma  və  tullantı  sularının 
axıdılması 
məsələlərinin 
razılaşdırılması, 
kanalizasiya 
sistemlərinin 
istismarının  dayandırılması,tullantı  su  müəssisələri  ilə  kanalizasiya 
müəssisəsi arasında olan münasibətlər və s. bu qanunda öz əksini tapmışdır. 
Torpağın  münbitliyi  haqqında  Azərbaycan  Respublikası  qanunu 
30 dekabr 1999-cu  ildə (N9788-İQ) təsdiq olunmuşdur. Bu qanunda dövlət, 
bələdiyyə  və  xüsusi  mülkiyyətdə  olan  torpaqların  münbitliyinin  bərpasının, 
artırılmasının və mühafizəsinin hüquqi əsasları verilmişdir. 
Torpağın  münbitliyinin  mühafizəsinin  təşkili,  münbitliyi  itirilən 
torpağın  təsərrüfat  dövriyyəsindən  çıxarılması  və  konservasiyası,  torpağın 
münbitliyinin  bərpası,  artırılması  və  mühafızəsi  sahəsində  ekoloji  tələblər, 


184 
 
torpağın  münbitliyinin  təmin  olunmasına  dövlət  himayəsi,  torpaqların 
münbitliyi  haqqında,  qanunvericiliyin  pozulmasına  görə  məsuliyyət  və 
mübahisələrin  həlli  və  s.  hüquqi  və  təşkilati  məsələlər  qanunda  aydın 
verilmişdir. 
Torpağın  münbitliyinin  bərpası,  artırılması  və  mühafizəsi  sahəsində 
ekoloji  tələblər  üzrə  qanunvericilikdə  göstərilir  ki,  torpaqda  aqrokimyəvi, 
meliorativ,  fitosanitar,  eroziyaya  qarşı  mübarizə  və  digər  tədbirlər  həyata 
keçirildikdə  müəyyən  olunmuş  ekoloji  təhlükəsizlik  normativləri  və  ətraf 
mühitin mühafizəsi tələbləri nəzərə alınmalıdır. 
Əhalinin 
radiasiya 
təhlükəsizliyi 
haqqında 
Azərbaycan 
Respublikasmın  30  dekabr  1997-ci  ildə  qəbul  etdiyi  qanun  (№423-İQ) 
ralioaktiv  şüa  mənbələri  sahəsində  qəzasız  fəaliyyətin,  əhalinin  radiasiya 
təhlükəsindən  qorunması  və  sağlamlığının  mühafizə  edilməsinin  hüquqi 
əsaslarını müəyyən edir. 
Qanunda  radiasiya  təhlükosizliyinin  təmin  edilməsi  sahəsində  hüquqi 
tənzimləmə, 
təhlükəsizliyin 
təmin 
olunmasının 
əsas 
prinsipləri, 
təhlükəsizliyin  təmin  olunması  və  bu  sahədə  dövlət  orqanlarının,  yerli 
özünüidarə  orqanlarının  vəzifələri  verilmişdir.  Qanunda  həmçinin  radiasiya 
təhlükəsizliyi şəraitinin  qiymətləndirilməsi,  ionlaşdırıcı  şüa  mənbələri  ilə  iş 
zamanı  radiasiya  təhlükəsizliyinin  təmin  edilməsinə  dair  tələblər,  təbii 
radionuklidlərin  təsirindən  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsi,  qida 
məhsuları  istehsalı  və  istifadəsi  zamanı  radiasiya  təhlükəsizliyinin  təmin 
edilməsinə  tələblər,  tibbi  rentgen-radioloji  prosedurlar  kecirilən  zaman 
əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi, fərdi şüalanma dozasının 
uçot və ona nəzarət və s. öz əksini tapmışdır. 


185 
 
İonlaşdırıcı  şüa  mənbələrindən  istifadə  edildikdə  Azərbaycan 
Respublikası 
hüdudlarında 
şüalanmanın 
aşağıdakı 
əsas 
gigiyenik 
normativləri müəyyənləşdirilmişdir: 
—  Əhali  üçün  illik  yol  verilən  doza  0,001  zivertə  bərabərdir.  İnsan 
ücün  bütün  hayatı  dövründə  (70  il)  yol  verilən  doza  0,07  zivert  (zv)  qəbul 
olunur.  Ardıcıl  5  il  ərzində  orta  illik  yolverilən  doza  0,001  zivertdən  artıq 
olmamalıdır. 
Radiasiya qurğularında  işləyənlər üçün  yol verilən orta  illik doza  0,02 
zivertə və ya həyatının müəyyən fəaliyyəti dövründə (50il) yol verilən doza 
1 zivertə bərabər götürülür. 
Əgər  ardıcıl  beş  il  ərzində  orta  illik  yol  verilən  doza  0,02  zivertdən 
böyük olmazsa, onda bu beş ilin ayrı-ayrı illərində orta illik yol verilən doza 
0,05  zivertə  çata  bilər.  Əhalinin  müəyyən  olunmuş  dozadan  artıq 
şüalanmasına,  həmçinin  radiasiya  qəzası  ilə  əlaqədar  onların  sağlamlığına, 
əmlakına və həyatına dəyən zərərə görə maddi ödəniş almaq hüququ vardır. 
Bu qanunla müəyyən olunmuş yol  verilən  şüalanma dozasının həddinə 
radiasiya  fonunu  və  ya  texnogen  təsirlə  dəyişilmiş  radiasiya  fonunun 
yaratdığı  dozalar,  habelə  vətəndaşların  (xəstələrin)  diaqnostika  və  müalicə 
zamanı  rentgen-radioloji  və  digər  mənbələrdən  aldıqları  dozalar  daxil 
edilmir. Şüalanma dozalarının qəbul olunmuş hədləri insan orqanizminin və 
onun  ayrı-ayrı  orqanlarının  şüalanmaya  məruz  qalması  zamanı  yol  verilə 
bilən dozaların müəyyənləşdirilməsi üçün ilkin hədlər kimi qəbul edilə bilər. 
Qanunda eyni zamanda göstərilir ki, radiasiya qəzası şəraitində məhdud 
zaman 
intervalında 
sanitariya-gigiyena 
norma 
və 
qaydaları 
ilə 
müəyyənləşdirilmiş dozadan artıq dozalara da yol verilə bilər. 
Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  vətəndaşları  ilə 
yanaşı  əcnəbilər,  vətəndaşlığı  olmayan  şəxslər  də  radiasiya  təhlükəsizliyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə