Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən təsdiq edilmişdir. Əmr jsfe 510. 07. 06. 2004-cü IL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/53
tarix18.04.2018
ölçüsü5,01 Kb.
#39314
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

31 
 
Biosfer  bir  sistem  kimi  bir  neçə  xüsusiyyətlərə  malikdir.  Bunlardan 
başlıcası  mərkəzləşdirilmiş  sistemdir.  Bu  sistemin  mərkəzi  bölməsini  canlı 
orqanizmlər  təşkil  edir.  Bu  xüsusiyyət  V.I.Vernadski  tərəfindən  hərtərəfli 
təhlil  edilmişdir.Biosferin  və  ya  onun  əsas  bölməsinin  mərkəzində  ancaq 
insan qoyulur (antroposentrizm) 
Biosferin ikinci xüsusiyyəti onun açıq sistem olmasıdır. Ona kənardan 
enerji  daxil  olur  və  o,  kosmik  təsirə  məruz  qalır.  Bu  təsirin  əsasını  günəş 
aktivliyi  təşkil  edir.  Müəyyən  edilmişdir  ki,  yer  kürəsində,  o  cümlədən 
biosferdə baş verən hadisələrin əksəriyyəti günəşin aktivliyi ilə əlaqədardır. 
Belə  bir  fikir  mövcuddur  ki,  günəş  aktivliyi  bir  çox  geoloji  proseslərin 
(kataklizm, katastrof) yaranmasına səbəb olur. 
1989-cu  ildə  1,5-2,0  ay  ərzində baş  vermiş zəlzələ (İturup adasında), 
Çelyabinski  boru  xəttindəki  qəza,  «Komsomoles»  sualtı  atom  qayığının 
məhv olması, Tbilisi hadisələri, Dağlıq Qarabağ müharibəsinin aktivləşməsi 
hadisələrini yüksək güəş aktivliyinin baş verməsi ilə də izah edirlər. 
Biosferin  üçüncü  bir  xüsusiyyəti  onun  özünü  tənzimləmə  sisteminin 
olmasıdır.  Bu  xüsusiyyət,  «homeostazm»  adlandırılır  Özünütənzimləmə 
sistemi  baş  vermiş  hər  hansı  bir  həyəcan  və  ya  çaxnaşmanın  qarşısını 
müəyyən  mexanizm  vasitəsilə  alır,  yaranmış  dəyişikliyi  öz  əvvəlki 
vəziyyətinə  qaytarır.  Tarix  boyu  biosferdə  belə  hallar  çox  baş  vermişdir. 
Bunlara  misal  vulkan  püskürməsini,  asteroidlərlə  qarşılaşma,  zəlzələ,  dağ-
əmələgəlmə və s. göstərmək olar. 
«Homeostazm»  hal-hazrrda  «Le  Şatelye-Brayn»  prinsipi  kimi 
adlandırılır. 
Bu  prinsipə  əsasən  «Xarici  qüvvə  tərəfındən  öz  müvazinət 
vəziyyətindən  çıxan  sistem qüvvənin az təsiri  istiqaməti  üzrə  yerdəyişməyə 
məruz  qalır».  Le-Şatale-Brayn  prinsipinin  müasir  dövrdə  ayrı-ayrı 


32 
 
regionlarda  pozulması  halı  baş  verir  ki,  bu  da  ekoloji  krizisin  yaranmasına 
səbəb olur (məs. səhraların yaranması və s.) 
 Biosferin  dördüncü  xüsusiyyəti  onun  «müxtəlifliyidir».  Yəni,  o, 
müxtəlif  yaşayış  məskəni  (su  hövzəsi,  yerüstü,  torpaqdaxili  və  s.),  iqlim 
xüsusiyyətinə görə fərqlənən müxtəlif təbii zonalar, geokimyəvi sahələr və s. 
xüsusiyyətlərə  malikdir.«Müxtəliflik»  ekosistemin  və  biosferin  dayanaqlığı 
şərtlərindən  biridir.  Biosferin  əsas  xassələrindən  biri  onda  olan  ayrı-ayrı 
maddələrin dövretməsini yaradan mexanizmin olmasıdır. Bu xassə biosferdə 
ayrı-ayrı  kimyəvi  elementlərin  və  onların  birləşmələrinin  tükənməzliyini 
təmin edir.j 
3.2. Biosferdə maddəlirin dövretməsi 
Maddələrin dövretməsini iki yerə ayırmaq olar: 
—  İrihəcmli  və  ya  geoloji  (quru  vo  okean  arasında)  və  kiçik  və  ya 
bioloji (ekosistem həddində). 
Kiçik  dövretməyə geoloji dövretmənin  bir  elementi  kimi baxmaq  olar. 
Həyat  üçün  istifadə  olunan,  biosferdə  dövr  edən  kimyəvi  elementlərin  və 
qeyri-üzvü  birləşmələrin  hərəkətinə  elementlərin  dövr  etməsi  və  ya  biogen 
elementlərin dövretməsi deyilir. 
Dövretmə  «dövretmə  sürəti»  və  «dövr  vaxtı»  ilə  xarakterizə  olunur. 
«Dövretmə  sürəti»  müəyyən  zamanda  əsas  hissədən  ayrılan  maddənin 
miqdarıdır.  «Dövr  vaxtı»  maddənin  tam  dəyişilməsinə  sərf  olunan  vaxtdır. 
Məsələn,  komponentin tərkibində 1000  ədəddən  ibarət  maddə  varsa,  ondan 
bir  saat  ərzində  10  ədəd  ayrılırsa,  onda  «dövrü  sürət»  10/1000,  yəni  1  % 
olacaqdır. «Dövr vaxtı» isə 1000/10, yəni 100 saat olacaqdır. 
 Biosferin  mövcudluğunun  təmini  baxımından  biokimyəvi  dövretməni 
iki yerə bölürlər: 


33 
 
—  Atmosferdə və hidrosferdə olan ehtiyat fondu ilə birlikdə qazşəkilli 
məddələrin dövretməsi; 
—  Yer  qabığının  ehtiyat  fondu  ilə  birlikdə çökmə  dövrü.  Ekosistemdə 
maddələrin  dövretməsi  dedikdə  əsasən  maddələrin  dövretməsi  yox,  onları 
təşkil edən kimyəvi elementlərin: C, O, N və P dövretməsi başa düşülür. Bu 
elementlər biogen, yəni həyat yaradan elementlər adlandırılır. 
Karbonun  dövretməsi.  Karbon  biosferin  bütün  sahələrində  və  bizi 
əhatə  edən  bütün  mühitdə  mövcuddur.  O,  atmosferdə  karbon  qazı  (CO
2

kimi mövcuddur. 
Antropogen  təsirdən  atmosfer  havasının  tərkibində  CO
2
-nin  miqdarı 
daima artır. Karbon yer üzərində olan bütün üzvü blrləşmələrin strukturuna 
daxildir. Deməli, bütün canlıların tərkibində karbon mövcuddur. Həyat üçün 
lazım olan enerjini almaq üçün orqanizmin üzvü maddələri oksidləşərək CO
2
 
və  CO
2
  yaradır  Bu  prosesi  «nəfəsalma»  adlandırırlar.  Bütün  canlı 
orqanizmlər  öldükdən  sonra  çürüməyə  başlayırlar.  Bu  zaman  ayrılan  C 
oksigenlə birləşərək CO
2
 şəklində «dövretmə sisteminə» daxil olur. Oksigen 
çatışmazlığı  səbəbindən  karbonun  dövretməsi  dayana  bilər.  Bu  zaman 
torpağın tərkibində olan üzvü  maddələr torf, daş kömür və ya neft şəklində 
torpaqda toplana bilər. Hidrosferdə CO
2
 həll olmuş formada olur.  O burada 
kalsium  duzu  yarada  bilir.  Bu  proses  karbonun  dövretməsinə  mane  olur. 
Karbonun dövretməsi aşağıda göstərilən sxemdə daha aydın görünür: (Şəkil 
3.1.) 


34 
 
 
Şəkil 3.1. Karbonun dövretmə sisteminin sxemi. 
Karbonun  dövretməsi  üzrə  iri  həcmli  tədqiqat  «Beynəlxalq  geosfer-
biosfer  proqramı»  çərçivəsində  1986-1996-cı  illərdə  aparılmışdır.  Bu 
tədqiqatda  əsas  məqsəd  CO
2
-nin  atmosferə  tullanmasından  «parnik» 
effektinin yaranması və onun iqlim dəyişməsinə təsirini müəyyən etməkdən 
ibarət  olmuşdur.  Hal-hazırda  ekosistemdə  karbonun  dövretməsi  təxmini 
olaraq  müvazinət  vəziyyətindədir.  Belə  bir  fikir  irəli  sürülür  ki,  yaxın 
yüzillikdə  atmosferə  atılan  CO
2
-nin  artımı  iqlimin  istiləşməsi  təsirindən 
destruksiya prosesi ilə əlaqədar azala bilər. 
Azotun  dövr  etməsi.  Azot  (N)  karbon  kimi  atmosfer  havasının 
tərkibində  molekul  (N
2
)  formasında  yer  tutur.  Atmosfer  havasınm  78%-ə 
qədəri N
2
-dən ibarətdir. 
Azotun dövretməsi sxemi aşağıda göstərilmişdir: 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə