Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirliyinin 07. 05. 2012-ci IL tarixli



Yüklə 4,55 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix01.11.2017
ölçüsü4,55 Kb.
#8103
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   52


G.A.Əzizova 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
DÖVLƏT N 
NVEST S YA- NNOVAS YA 
S YASƏT  
 
Dərs vəsaiti 
 
 
       Azərbaycan  Respublikası  təhsil 
nazirliyinin  07.05.2012-ci  il  tarixli, 
771 №-li əmri ilə təsdiq edilmişdir.  
 
 
 
 
 
 
 
Bakı- 2012 
 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
2
 
Elmi redaktorlar:  
 
         iqtisad elmləri doktoru, professor Əhmədov M.Ə. 
         iqtisadi elmləri namizədi, dosent Hüseyn A.C.  
 
Rəyçilər:    
          iqtisad elmləri doktoru, professor Manafov Q. 
          iqtisad elmləri doktoru, professor Meybullayev M. 
          iqtisad elmləri doktoru, professor Rəhmanov F 
          iqtisadi elmləri namizədi, dosent Mahmudova  . 
 
 
 
Ə
zizova G.A. Dövlətin investisiya-innovasiya siyasəti/ 
                     Dərs vəsaiti. Bakı: “ qtisad Universiteti” 
Nəşriyyatı 2012. - 212 səh. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
©
 Əzizova G.A., 2012 
©
“ qtisad Universiteti” Nəşriyyatı, 2012 
 


Dövlətin investisiya-innovasiya siyasəti 
 
3
 
Giriş.  
 
2011-ci il Azərbaycan Respublikası müstəqilliyinin 20-ci 
il  dönümünü  qeyd  edir  və  qazanılan  bir  çox  uğurlar  arasında 
müvəffəqiyyətlə  həyata  keçirilən  investisiya  siyasəti  əsas 
yerlərindən  birini  tutur.  Makroiqtisadi  sabitliyin  və  iqtisadi 
artımın  təmin  olunmasında,  iqtisadi  təhlükəsizlik,  milli  iqtisa-
diyyatın rəqabət qabiliyyətini təmin edilməsində, əhalinin həyat 
səviyyəsinin  yaxşılaşdırılmasında,  bir  çox  sosial-iqtisadi  prob-
lemlərin  həllində  ölkədəki  investisiya  durumu,  investisiyaların 
innovasiya  yönümlü  olması  vacib  şərtlərdən  biridir.  qtisadi 
artımı və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə 
investisiyaları  iqtisadiyyatın  prioritet  sahələrinə  yönəltmək, 
iqtisadiyyatın  quruluşunda  elm  tutumlu  sahələrin  payını 
artırmaq zəruridir. Lakin bəzi hallarda investisiya resurslarının 
məhdudluğu  iqtisadiyyatın  texnoloji  bazasının  təzələnməsinə, 
müasir tələblərə cavab verməsinə imkan vermir, bu da iqtisadi 
geriləməyə gətirir.  nvestisiya imkanlarının, xüsusilə də innova-
siya  yönümlü  investisiyaların  artması  istehsalın  strukturunun 
dəyişən bazar konyunkturasına müvafiq olmasını təmin edir.  
Azərbaycan  Respublikası  müstəqilliyini  əldə  edəndən 
sonra keçid  dövrünün ilk illərində böhranla bağlı ölkə daxilin-
də investisiya resursları, demək olardı ki, yox səviyyəsində idi. 
qtisadi  əlaqələrin  qırılması  nəticəsində  sənaye  müəssisələri 
dərin  tənəzzül  vəziyyətinə  düşmüşdülər.  Yaranan  vəziyyətdə 
istehsal  müəssisələri  gəlir  əldə  edə  bilmirdi,  milli  valyutanın 
dəyərdən  düşməsi  və  yüksək  inflyasiya  templəri  müəssisələrin 
amortizasiya  fondlarının,  əhalinin  əmanət  və  yığımlarının 
dəyərdən  düşməsi  ilə  nəticələnmişdir.  Beləliklə,  daxili  investi-
siya  resurslarının  çatışmaması  fonunda  iqtisadiyyatın  böhran-
dan  çıxması  üçün  xarici  investisiya  mənbələrinə  üstünlük 
verilməsini qaçılmaz etdi. Bu səbəbdən ölkədə birinci növbədə 
1992-ci ildə «Xarici investisiyaların fəaliyyəti haqqında», sonra 
Dövlətin investisiya-innovasiya siyasəti 
 
4
isə  1995-ci  ildə    « nvestisiya  fəaliyyətinin  qorunması  haqqın-
da» AR Qanunları qəbul edilmişdir.  
Müasir dünyada ölkənin davamlı iqtisadi inkişafın əsasla-
nan  strategiyaların  formalaşması  və  reallaşdırılması  istiqamə-
tində tədbirlər görünməsi müşahidə olunur. Davamlı iqtisadi in-
kişafın əsas təminatı kimi isə innovasiyaların tətbiqinin artırıl-
ması  çıxış  edir.  Məlumdur  ki,  dövlətin  investisiya-innovasiya 
siyasəti  –  investisiya  mənbələrini  tapıb,  onların  səmərəli,  elm 
tutumlu,  innovasiyalara  bağlı  sahələrə  yönəldilməsidir.  Bu 
siyasət isə bütövlükdə ölkənin iqtisadi siyasətinin tərkib hissə-
sidir  və  struktur,  vergi,  maliyyə-kredit,  amortizasiya,  qiymət, 
gəlir və d. siyasətlərlə əlaqəlidir.  
Dərs  vəsaitinin  əsas  məqsədi  –  tələblərə  dövlətin  inves-
tisiya-innovasiya  siyasəti  haqqında  geniş  məlumat  verməkdir. 
Bunun  üçün  dövlətin  investisiya-innovasiya  siyasətinin  əsas 
istiqamətləri,  forma  və  metodları  izah  edilib,  dövlətin  inves-
tisiya  mühitinin  formalaşmasında  rolu  göstərilir,    investisiya-
innovasiya  modelləri,  milli  innovasiya  sisteminin  və  intel-
lektual kapitalın formalaşması xüsusiyyətləri haqqında məlumat 
verilir.  Dərs  vəsaitində  investisiya  fəaliyyətinin  maliyyə 
mənbələri,  investisiya  layihələrinin  səmərəliyinin  qiymətlən-
dirilməsi  və  investisiya  risklərinin  idarə  edilməsi,  bunlardan 
başqa, portfel investisiyaların və fond bazarının tənzimlənməsi 
məsələləri  izah  edilir.  Dərs  vəsaitinin  sonuncu  hissəsi  xarici 
investisiyaların  iqtisadiyyatda  rolu,  xarici  ölkələrdə  investisiya 
siyasətinin öyrənilməsinə və Azərbaycanda investisiya-innova-
siya siyasətinin əsas istiqamətlərinin təhlilinə həsr edilib.  
“Dövlətin  investisiya-innovasiya  siyasəti”  dərs  vəsaiti 
“ qtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə oxuyan tələbələrdə 
bu  fənn  üzrə    tamamlanmış  bilik  sistemini  formalaşdırmağa 
kömək edəcək.   
 
 


Yüklə 4,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə