Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   62



R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev 
 
 
 
 
 
 
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN 
PRAKTĠKUM 
 
 
 
 
 
 
 
 



 
 
 
R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev 
 
HEYVANLARIN FĠZĠOLOGĠYASINDAN 
PRAKTĠKUM 
 
Dərs vəsaiti 
 
Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  27 
fevral  2013-cü  il  tarixli  322  saylı  əmri  ilə  dərs  vəsaiti 
kimi təsdiq edilmiş və çapa icazə verilmişdir 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2014 
 
 
 



Müəlliflər: Rzayev Rza İsa oğlu,  
Fərzəliyev Vamik İmamverdi oğlu 
 Azərbaycan  Dövlət  Aqrar  Universitetinin  dosentləri, 
biologiya elmləri üzrə fəlsəfə doktorları 
 
 
Elmi redaktor: F.N.Nəsibov Biologiya elmləri doktoru  
 
 
Rəy  verənlər:  M.M.Əliyev  ADAU-  nun  professoru, 
biologiya elmləri doktoru 
 B.F.İsgəndərov  AETH  -  institutunun  şöbə  müdiri, 
biologiya elmləri üzrə fəlsəfə doktoru 
 
V.F.Məmmədova 
Gəncə 
Dövlət 
Universitetinin 
anatomiya,  fiziologiya  və  zoologiya 
kafedrasının  müdiri  biologiya  elmləri 
üzrə fəlsəfə doktoru, dosent 
Z.S.Əliyev  GDU  -  nin  dosenti,  biologiya  elmləri  üzrə 
fəlsəfə doktoru 
  
 
 
 
 
 
 



R.Ġ.Rzayev, V.Ġ.Fərzəliyev Heyvanların fiziologiyasından 
praktikum (dərs vəsaiti). 
 
Bakı-2014 
 
 
 
 
 
Dərs  vəsitində  sаğlаm  tоxumаnın  xаssələri,  fiziоlоji 
funksiyаlаrın  sinir-humоrаl  tənzimi,  qаn  sistеmi,  qаnın  fiziki-
kimyəvi  xаssələri,  ürəyin  fiziоlоgiyаsı,  həzmin,  tənəffüsün,  sidik 
əmələgəlmənin fiziоlоgiyаsı müxtəlif lаbоrаtоriyа işləri misаlındа 
gеniş şərh еdilmişdir. 
Dərs vəsaiti baytarlıq, zootexniya, əczaçılıq, balıqçılıq, bio-
logiya  ixtisasları  üzrə  ali  təhsilin  bakalavr  və  magistratura  pillə-
sində  təhsil  alan  tələbələr  üçün  nəzərdə  tutulmuşdur.  Dərs  vəsai-
tindən  həmçinin  doktorantlar,  elmi  işçilər,  praktik  baytar  həkim-
ləri,  zootexniklər,  əczaçılar,  bioloqlar,  ixtioloqlar,  heyvandarlıq 
sahəsində çalışan digər mütəxəssislər də istifadə edə bilərlər.  
 
 
 
 



GIRIġ 
 
Fiziologiya-  insan  və  heyvan  orqanizminin  hüceyrə,  toxuma, 
orqan  və  sistemlərinin  funksiyasını,  onların  bir-biri  ilə,  eləcə  də 
orqanizmin xarici mühitlə qarşılıqlı əlaqəsini, fizioloji proseslərin 
səbəbini və tənzimi mexanizmini öyrənir.  
Fiziologiya  yunan  sözü  olub,  Phusis  –  təbiət,  loqos  –  еlm, 
təlim  deməkdir.  Hər  bir  elm  metodlarının  nailiyyətindən  asılı 
olaraq  inkişaf  edir.  Müasir  dövrdə  fiziologiyanın  inkişafı  onun 
qarşısında  orqanizmin  quruluş  və  funksiyalarının  əsas  qanuna-
uyğunluqlarının  mexanizmini,  vəziyyətini  molekula,  subhüceyrə, 
toxuma,  üzv,  üzvlər  sistemi  və  tam  orqanizm  səviyyəsində 
analitik-sintetik üsullarla öyrənilməsini qoyur. 
Həkim xəstəni müayinə edir, pozulmuş fizioloji funksiyaların 
dərəcəsini  təyin  edir,  həmin  funksiyaları  normaya  qaytarmağı 
qarşısına məqsəd qoyur. 
Hazırda  suni  böyrək  (hemodializ  üçün),  süni  ürək,  süni  qan 
dövranı, süni tənəffüs (ən çox cərrahi əməliyyatlar zamanı istifadə 
olunur) aparatları hazırlanıb və onlardan geniş istifadə olunur.  
Bioloji  membranın  funksiyası  haqqında  elm  –  membrano-
logiya  adlanır  və  həmin  elm  fiziologiyanın  əsas  sahələrindən 
birinə  çevrilib.  Fiziologiya  və  texnika  elmlərinin  nailiyyətləri 
sayəsində yeni elm - bionika elmi yaradılıb. 
Fiziologiya  tibbin  və  baytarlığın  nəzəri  əsasını  təşkil  edir, 
sağlam  orqanizmin  və  onun  hissələrinin  həyat  prosesslərini 
öyrənir.  Insan  və  heyvan  fiziologiyası  bioloji  elmdir.  Onun  əsas 
metodu eksprementdir. Deməli, fiziologiya - ekspremental elmdir. 
Fizioloji  tədqiqatlar  klinik  diaqnostikanın,  müalicə  meto-
dunun effektliyinin qiymətləndirilməsinin və proqnozunun əsasını 
təşkil edir.  
Müasir  dövrdə  fiziologiyanın  əsas  sahələrindən  olan  idman 
fiziologiyası,  aviasiya fiziologiyası, kosmik  fiziologiya,  kosmetik 
fiziologiya, hərbi əmək fiziologiyası, ekoloji fiziologiya, qidalan-
manın fiziologiyası, əmək fiziologiyası, təkamül fiziologiyası, yaş 



fiziologiyası  sahəsində  dəyərli  elmi-tədqiqat  işləri  aparılır  və 
alınmış müsbət nəticələr geniş istifadə olunur. 
Оrqanizm  –xarici  mühitin  təsirlərinə  cavab  verən,  müstəqil 
mövcud  olan,  vahid  mürəkkəb  sistemdir.  Orqanizim  daim  xarici 
mühit  ilə  qarşılıqlı  əlaqədə  olur.  Bu  baxımdan  xarici  mühit 
orqanizmin varlığını təmin edir.  
I.M.Seçenov  və  U.P.Pavlov  orqanizmin  xarici  mühit  ilə 
qarşılıqlı əlaqəsinə böyük əhəmiyyət vermişlər. 
 I.M.Seçenov  qeyd  etmişdir  ki,  «orqanizm  onun  varlığını 
təmin edən xarici mühitsiz yaşaya bilməz, ona görə də orqanizmin 
elmi tərifinə ona təsir edən xarici mühit də əlavə edilməlidir».  
Fiziologiya  orqanizmin  funksiyalarına  yaşın,  cinsin,  məhsul-
darlığın, eləcə də saxlama texnologiyasının və istismarının təsirini 
öyrənir. Fiziologiya biologiya elminin əsas sahələrindən biridir və 
onun  son  naliyyətlərindən  biologiyada,  tibbdə,  baytarlıqda, 
əczaçılıqda geniş istifadə olunur.  
Göstərilənlərə əsasən, gələcəkdə baytar həkimi, bioloq, ixtio-
loq,  zootexnik  və  əczaçı  olan  tələbələr  kənd  təsərrüfatı  heyvan-
larının fiziologiyasını dərindən öyrənməlidirlər. 
 Heyvanların fiziologiyasını  öyrənərkən  tələbələr fiziologiya-
nın  əsasını  təşkil  edən  anatomiyanı,  histologiyanı,  zoologiyanı, 
bioloji  kimyanı,  fizikanı,  kimyanı  yaxşı  bilməlidirlər.  Belə  ki, 
orqanizmin  quruluşunu  və  onda  gedən  fiziki,  kimyəvi  prosesləri 
bilmədən  həmin  orqanizmin  funksiyalarını  öyrənmək  və  dərk 
etmək qeyri-mümkündür. 
Ümumiyyətlə,  fiziologiya  baytarlıq  və  zootexniklik  ixtisası-
nın  əsasını  təşkil  edir.  Оna  görə  fiziologiya  ərzaq  proqramının 
həyata  keçirilməsində,  heyvandarlığın  inkişafına  dair  dövlət  tərə-
findən qarşıya qoyulan mürəkkəb qərarları həll etməyə layiq olan 
baytar həkimlərinin, zootexniklərin və əczaçıların, ixtioloqların və 
bioloqların ümumi bioloji hazırlığında əsas yer tutur. 
Hər bir baytar həkimi, zootexnik və əczaçı orqanizmdə gedən 
fizioloji prosesləri dərindən bilməlidir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə