Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62


Dahi  fizioloq  I.P.Pavlov  demişdir:  «Аlimlər  üçün  geniş  im-
kanlar açılmışdır. Həm gənclər, həm də bizim üçün şərəf məsələsi 
vətənin elmdən gözlədiyi böyük ümidləri doğrultmaqdır». 
Fiziologiyanı  öyrənərkən  eyni  zamanda  tələbələrin  dialektik-
materialist  dünya  görüşləri  də  formalaşır.  Onlar  heyvan  orqaniz-
minin  orqan  və  sistemlərinin  funksiyalarını,  fizioloji  proseslərin 
sinir-humoral tənzimi mexanizmini öyrənirlər. Heyvan orqanizmi-
nin  dəyişkən  saxlanma,  yemləmə  şəraitinə,  mikroiqlimə  uyğun-
laşması (adaptasiyası), heyvanların davranışı (etologiya), haqqın-
da nəzəri biliklər alırlar. 
Canlı orqanizm özü-özünü qurma və özü-özünü qoruma xas-
səsinə malik olan bir sistemdir. Bu sistem özü-özünə nizamlanma 
prinsipi  üzrə  orqanizmdə  homeostaz  və  adapatasiya  adlanan  ən 
optimal və ən davamlı hal yaradır. 
Homeostaz - orqanizmin daxili mühitinin, kimyəvi tərkibinin 
və fiziki-kimyəvi xassələrinin sabitliyidir. 
Beləliklə,  orqanizmin  fizioloji  göstəriciləri  (bədən  tempera-
turu, qan təzyiqi, qanın osmotik təzyiqi, pH-ı və s.) yaşayış şərai-
tinin dəyişməsinə baxmayaraq fizioloji sərhəddə sabit saxlanır. 
Özü-özünə  nizamlanma  prosesləri-  toxuma  və  orqanların 
qarşılıqlı birgə fəaliyyətləri, orqanizmin xarici mühitə adaptasiyası 
sinir-humoral sistemlərlə tənzimlənir. Humoral nizamlanmanı əsa-
sən hormanlar və maddələr mübadiləsinin məhsulları təmin edir. 
Sinir  sisteminin  fəaliyyəti  şərtsiz  və  şərti  reflekslərlə  icra 
olunur.  Оna  görə  də  heyvan  orqanizmində  baş  verən  reflektor 
reaksiyalar, mürəkkəb reflektor reaksiyalardır. 
Оrqanizmdə  həzm,  ürək-damar,  tənəffüs,  endokrin  və  s. 
sistemlərin fəaliyyətləri əks əlaqə prinsipləri üzrə nizamlanır. 
Tələbələr  hər-hansı  bir  sistemin  fəaliyyətini  öyrənərkən 
həmin  sistemin  fəaliyyətinin  orqanizmin  tələbatına  uyğun  olaraq 
necə  nizamlanmasını,  istiqamət  almalarını,  dəyişməsini  və  necə 
normaya  qayıtmasını  aydınlaşdırmalıdırlar.  Məsələn,  ürək-damar 
və tənəffüs sisteminə xarici mühitin müxtəlif temperaturu, nəmliyi 
və orqanizmin stress halı necə təsir göstərir. 



Fiziologiya - fundamental elmi fənn olmaqla ali zoobaytarlıq 
təhsilinin nəzəri və ekspremental bazasını təşkil edir.  Burada qan 
dövranın,  tənəffüs  prosesinin  nizamlanmasına,  bədən  temperatu-
runa, daxili sekresiya vəzilərinə, çoxalmaya, südün əmələ gəlmə-
sinə  və  xaric  olunmasına,  orqanizmin  qidalanmasına  əsas  yer 
verilir.  
Heyvanların  fizilogiyasını  öyrənərkən  aşağıda  qeyd  olunmuş 
ədəbiyyatlardan dа istifadə etməyinizi məsləhət bilirik:  
1.Əliyev  A.I.-  Kənd  təsərrüfatı  heyvanlarının  fiziologiyası. 
Bakı, 2008. 
2. Cəfərov F.I. - Insan fizilogiyası. Bakı, 2001 
3.Rəhimzadə  X.I.,  Əliyev  A.I.,  Rzayev  R.I.  -  Heyvanların 
fiziologiyasından  laborator  təcrübə  məşğələlərinə  aid  metodik 
göstəriş. Bakı, 1990. 
4.Eyvazova  X.S.,  Tahirova  A.C.-Kənd  təsərrüfatı  heyvanla-
rının anatomiyası və fiziologiyası. Bakı, 1986 
5.Əliyev  Ə.H.  –  Azərbaycanda  fiziologiya  elminin  inkişaf 
tarixi. Bakı, 1999 
6. Quliyev Z.M. - Azərbaycanda əmtəə balıqçılığı. Bakı, 2006 
7.Голиков  А.Н.-Физиология  сельскохозяйственных  жи-
вотных. Москва, 1990. 
8.Георгиевский В.И. - Физиология сельскохозяйственных 
животных. Москва, 1990. 
9.Битюков  И.Р.,  Лысов  В.Ф.,  Сафаров  Н.А.-  Практикум 
по  физиологии    сельскохозяйственных  животных.  Москва, 
1990.  
10. Иванов А.А. – Физиология рыб. Москва, 2003.  
11.Современный 
курс 
классической 
физиологии. 
Избранные  лекции  под.ред.  Ю.В.Наточина  и  В.А.Ткачука, 
Москва, 2007.  
 



MƏġĞƏLƏLƏRIN APARILMA PLANI 
 
1.Laborator-təcrübə  məşğələlərinin  aparılmasına  və  tələbələ-
rin ona hazırlaşmasına aid ümumi göstəriş. 
2.  Laborator-təcrübə  məşğələlərində  tələbələri  təhlükəsizlik 
və əmək mühafizəsi texnikasi ilə tanış etmək. 
3.  Tələbələri  laborator-təcrübə  məşğələlərində  istifadə  edilən 
cihazlar  və  alətlərlə  tanış  etmək.  Onları  təcrübəyə  hazırlamaq  və 
normal hala salmaq. 
4.  Tələbələri  təcrübə  heyvanlarını  (qurbağa,  dovşan,  it  və  s.) 
təsbit etmək üsulu ilə tanış etmək. 
5.  Tələbələr  fiziologiyanın  əsas  tədqiqat  üsulları  ilə  (iti  və 
xroniki  təcrübələr, mühşahidə, qrafiki  qeyd üsulu, üzvlərin təcrid 
olunması,  çıxarılması,  köçürülməsi,  denervasiyası,  liqatura  və 
kateter  salmaq,  perfuziya  etmək  və  fistula  qoymaq,  bioloji 
cərəyanın qeydi, şərti reflekslər üsulu və s.) tanış edilməlidir. 
Tələbələri  fizioloji  proseslərin  öyrənilməsində  istifadə  edilən 
üsullar  ilə  tanış  etdikdə,  həmin  üsulların  bir  neçəsini  nümayiş 
etdirmək lazımdır: 
1. Sinir-əzələ preparatı hazırlamaq; 
2.Orqanların  təcrid  edilməsi  üsulu.  Qurbağanın  ürəyini 
bədəndən  ayırıb  içərisində  Rinker  məhlulu  olan  saat  şüşəsinə 
qoyub  onun  işləməsini  müşahidə  etmək  və  ya  Ştrauba  üsulu  ilə 
təcrid edilmiş ürəyin işinin yazısını almaq; 
3.  Qıcıqlama  və  denervasiya  üsulu.  Qurbağanın  pəncəsini 
normada  və  onun  oturaq  sinirini  kəsəndən  sonra  1%-li  sulfat 
turşusuna salmaq və ona qarşı alınan reaksiyanı müşahidə etmək
4. Qurbağada kapillyar qan dövranını müşahidə etmək (pəncə, 
dil); 
5.Sinir  lifinin  və  əzələ  toxumasının  xassələrinin  nümayiş 
etdirilməsi; 
6.Fiziolgiyanın  başqa  üsulları  ilə  tələbələri  tanış  etdikdə 
müvafiq filmlər və cədvəllər nümayiş etdirilməlidir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə