Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

14 
QAN SISTEMI 
 
Qan  sisteminə  damarlarda  dövran  edən  qan  (periferik  qan), 
qan  əmələ  gətirən  orqanlar,  qan  hüceyrələrinin  parçalandığı  or-
qanlar  və  qan  sistemini  tənzim  edən  neyro-humoral  aparat 
daxildir.  
 
 
 
 
MÖVZU: QANIN TƏRKIBI 
 
Qanın  analizi  diaqnostikanın  əsas  bölmələrindən  biridir. 
Qanın analizi üç istiqamətdə aparılır: 
1. Bakterioloji və seroloji; 
2. Biokimyəvi; 
3. Morfoloji; 
Atdan,  inəkdən,  camışdan,  qoyundan,  maraldan  az  miqdar 
qan qulaqdan, çox miqdar qan isə vidaci venadan alınır. 
Qan,  limfa  və  toxuma  mayesi  ilə  birlikdə  orqanizmin  daxili 
mühitini  təşkil  edir.  Qan  plazma  və  formalı  elementlərdən  (erit-
rositlər, leykositlər, trombositlər) ibarətdir (şəkil 1).  
Cədvəl 1.  
Qаnın tərkibi və xаssələri 
Qаnın  tərkibi  (оrtа 
hеsаblа) 
Qаrаmаl 
Аt 
Qоyun 
Dоnuz 
Tоyuq 
Zülаl, q% 
7,5 
7,0 
6,5 
7,35 
4,8 
Şəkər, mq% 
55,0 
75,0 
60,0 
50,0 
120,0 
Xоlеstеrin, mq% 
110,0 
77,0 
100,0 
85,0 
120,0 
Duzlаr, mq% Nа 
333,0 
320,0 
325,0 
335,0 
375,0 

19,0 
18,0 
19,0 
20,0 
22,0 
Cа 
11,0 
12,0 
11,5 
12,0 
20,0 
Mg 
3,5 
2,5 
2,5 
3,0 
2,3 

11,0 
12,5 
11,5 
10,0 
33,0 
 
 


15 
İnək  qanının  plazmasında  8%-ə  qədər  zülal  (albumin,  qlo-
bulin,  fibrinogen)  olur.  Qlükoza  40-60  mq%,  yağ  0,15%,  duz 
0,9%,  həmçinin  hormonlar,  vitaminlər,  fermentlər  və  antitellər 
olur.  Qanın  plаzmаsının  90-92%-i  su,  8-10%-i  quru  maddədir 
(cədvəl  1).  Qanı  müayinə  etməklə  müxtəlif  xəstəliklərə  diaqnoz 
qoyulur. 
Məşğələni aparmaq üçün suallar: 
1. Qanın orqanizm üçün əhəmiyyəti
2. Qanın tərkibi və funksiyaları; 
3. Qanın formalı elementləri, onların miqdarı və funksiyaları; 
4. Faqositoz haqqında anlayış; 
5. Depo qanı və onun əhəmiyyəti
6. Qanın miqdarı və onun təyini üsulları; 
7. Qan plazması, zərdabı və onların bir-birindən fərqi
8. Qanın plazmasının tərkibi. 
 
 
Şəkil 1. Qаnın tərkibi və xаssələri 
 


16 
Laboartoriya iĢi 5.  
Qanın plazma və formalı elementlərə ayrılması. 
Qan  plazma  və  formalı  elementlərdən  ibarətdir.  Qanın  55-
60%-ni plazma, 40-45%-ni formalı elementlər təşkil edir (şəkil 2). 
Plazmanın tərkibində 90-92% su, 8-10% quru maddə olur. Qanın 
zülallarına albuminlər, qlobulinlər və fibrinogen aiddir. 
ĠĢ  üçün  lazımdır:  sitrat  qan,  sentrifuqa  və  onun  sınaq 
şüşələri. 
ĠĢin  gediĢi.  Sentrifuqanın  sınaq  şüşələrinə  sitrat  qan  töküb 
sentrifuqada  3000-4000  dövrlərdə  10  dəqiqə  fırladılır.  Plazma  və 
formalı elementlərin  həcm  nisbətinə fikir verilir  və  nəticə  dəftərə 
yazılır. 
 
Şəkil 2. Qаnın fоrmаlı еlеmеntləri 
 
İnsandan az və çox miqdar qan yeməkdən əvvəl götürülür. Az 
miqdar  qan  sol  əlin  IV  barmağından  alınır.  Bu  məqsədlə  xususi 
hazırlanmış  birdəfəlik  skarifikatorlardan  istifadə  edilir.  Birinci 


17 
damcı  pambıqla  silinir.  Sonrakı  damcılar  EGS-ni,  eritrositlərin, 
leykositlərin, hemoqlobinin (HB) miqdarını təyin etmək üçün, qan 
yaxması  hazırlamaq  üçün  istifadə  olunur.  Qan  götürüldükdən 
sonra barmağın ucuna yod məhlulunda isladılmış pambıq qoyulur 
və  xəstə  onu  sıxır.  Çox  miqdar  qan  götürmək  üçün  dirsək 
venalarından  istifadə  edilir.  Biokimyəvi  analiz  üçün  venadan  20 
ml qan götürülür. 
 
 
Laboratoriya iĢi 6.  
Qanda eritrositlərin və leykositlərin miqadarının təyini  
 Qanın  formalı  elementlərinin  (eritrositlərin  və  leykositlərin) 
miqdarı 1 mm

qanda saymaqla təyin edilir. 1 mm
3
 qanda eritrosit-
lərin  miqdarı  milyonlarla,  leykositlərin  miqdarı  isə  minlərlə  he-
sablanır. Normada sağlam kişidə 1 mm
3
 qanda 4,5-5 mln., qadında 
isə 4-4,5 mln. eritrosit olur. İnsanın cəmi qanında 25 trln. eritrosit 
olur.  
Heyvanlardan  az  miqdarda  qanı  qulağın  xırda  damarlarından 
götürmək olar; xəzdərili heyvanlardan -pəncədən (barmaqdan), quy-
ruğun  ucundan;  toyuqlardan  -pipikdən  və  saqqaldan;  ördək  və 
qazlardan -pəncənin yumşaq yerindən; siçanlardan -quyruqdan. Çox 
miqdarda qan qaramaldan, qoyun  və  keçidən,  atlardan,  dəvələrdən, 
camışlardan,  marallardan  vidaci  venadan  xüsusi  iynələrin  vasitəsi 
ilə  alınır;  donuzlardan  -quyruq  venasından  (quyruğun  ucunu  kəs-
məklə və  ya onun ventral səthində damarları kəsməklə), qulağın iri 
damarlarından, və ya kranial boş venadan; itlərdə -arxa ətrafın safen 
venasından və  ya  ön ətrafın saidin dərialtı venasından;  tülkülərdən 
və  şimal  tülkülərindən  -plantar  venadan;  dovşanlardan-qulaq  vena-
sından; hind donuzlarından – ürəkdən; toyuqlardan - qanadın daxili 
səthinin  venasından  (şəkil  3)  və  ya  ürəkdən;  bаlıqlаrdаn  -  quyruq 
аrtеriyаsındаn (şəkil 4) və yа ürəkdən.  
 


18 
 
Şəkil 3. Quşdаn qаn аlınmаsı. 1-qаnın аlınmа nöqtəsi. 
 
 
 
Şəkil 4. Bаlığın quyruq аrtеriyаsındа qаn аlınmаsı 
 
Heyvanlarda  yaşından,  cinsindən,  məhsuldarlıqdan,  ilin  fəs-
lindən  və  başqa  faktorlardan  asılı  olaraq  onların  miqdarı  dəyişir. 
Qanın  formalı  elementlərinin  miqdarının  təyini  diaqnostik  əhə-
miyyətə malikdir. 
Eritrositlərin funksiyaları: 1)Oksigeni ağ ciyərlərdən toxuma-
lara  daşıyır;  2)Karbon  qazını  toxumalardan  ağ  ciyərlərə  daşıyır; 
3)Qida  maddələrinin  daşınmasında  iştirak  edİr;  4)  Qanın  pH-nın 
sabit  saxlanmasında  iştirak  edir;  5)  Orqanizmdə  immunitetin 
əmələ gəlməsində iştirak edir. 
Qanda eritrositlərin və hemoqlobinin miqdarının azalması qan 
azlığı (a n e m i y a) xəstəliyinə səbəb olur. 
ĠĢ  üçün  lazımdır:  mikroskop,  Qoryayev  kamerası,  qanı  du-
rultmaq  üçün  qarışdırıcılar  (melanjerlər),  3%-li  natrium-xlor 
məhlulu,  metil  abısı  ilə  rənglənmiş  3%-li  sirkə  turşusu  məhlulu, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə