Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   62

23 
5.Qanın pH-ı və bufer sistemi. 
6.Hemoqlobin və onun orqanizmdə rolu. 
7.Mioqlоbin və onun orqanizmdə əhəmiyyəti. 
8.Qanın osmotik təzyiqi. 
9.Qanın onkotik təzyiqi. 
10.Homeostaz və onu təmin edən sistemlər 
11.Eritrositlərin çökmə sürəti və onun mexanizmi. 
12.Müxtəlif heyvanlarda və insanda hemoqlobinin miqdarı. 
 
 
Laboratoriya iĢi 7.  
Müxtəlif maddələrin təsirindən qanın hemolizi 
Eritrositlərin  parçalanaraq  hemoqlobinin  xaricə  çıxmasına 
hemoliz  deyilir.  Hemoliz  -  ərimə  deməkdir.  Hemolizin  aşağıdakı 
növləri vardır: 
1.Mexaniki hemoliz, 
2.Kimyəvi hemoliz, 
3.Osmotik hemoliz, 
4.Bioloji hemoliz. 
ĠĢ  üçün  lazımdır:  mikroskop,  sınaq  şüşələri,  ştativ,  əşya  və 
örtük  şüşələri,  pipet,  0,3%,  0,9%,  3%-li  natrium  xlor  məhlulları, 
saf  su,  0,1%-li  xlorid  turşusu  məhlulu,  ammonyak,  Qoryayev 
kamerası, sitrat qan. 
ĠĢin gediĢi. Nömrələnmiş 5 ədəd sınaq şüşəsi ştativə qoyulur. 
Birinci sınaq şüşəsinə 5 ml fizioloji məhlul tökülür; ikinciyə - 5ml 
0,3%-li natrium xlor məhlulu; üçüncüyə - 5 ml saf su, dördüncüyə 
- 4,5 ml fizioloji məhlul və 0,5 ml ammonyak məhlulu, beşinciyə - 
4,5  ml  fizioloji  məhlul  və  0,5  ml  0,1%-li  xlorid  turşusu  məhlulu 
tökülür.  Sonra  hər  sınaq  şüşəsinə  2  damcı  qan  əlavə  edilib 
çalxalanır. 
Sınaq  şüşələrindəki  qarışığa  işiqda  baxılaraq  hansında 
hemoliz getməsi (qarışığın şəffaf olması) müəyyən edilir. 


24 
Cisim şüşəsi üzərinə bir damcı sitrat qan qoyub  üzəri örtücü 
şüşə  ilə  örtülür,  ona  mikroskopun  əvvəl  kiçik,  sonra  da  böyük 
böyüdücü altında baxılır. 
Nazik  pipetlə  örtücü  şüşənin  altına  1-2  damcı  saf  su  əlavə 
edilir  və  eritrositlərin  forması  müşahidə  edilir.  Başqa  preparatın 
örtücü şüşəsi altına 1-2 damcı 3%-li natrium xlorid məhlulu əlavə 
edilib,  yenə  də  eritrositlərin  formaları  müşahidə  edİlİr.  Alınan 
nətİələr dəftərə yazılır. 
 
 
Laboratoriya iĢi 8.  
Eritrositlərin osmotik davamlılığının (ЕОD) təyini. 
 
ĠĢ üçün lazımdır: 5 ədəd sınaq şüşəsi, pipetlər, fibrinsizləş-
miş  və  ya  sitrat  qan,  1%-li  natrium  xlorid  məhlulu,  saf  su, 
senrifuqa. 
ĠĢin  gediĢi.  Müxtəlif  konsentrasiyalı  natrium  xlor  məhluları 
cədvəldə (cədvəl 3) göstərilən kimi hazırlanır və təcrübə aşağıdakı 
sxem üzrə aparılır. 
Hər bir sınaq şüşəsinə 5 damcı qan əlavə edilir. Çalxalanır və 
2 saata ştativə qoyulur və ya sentrifuqada 15-20 dəqiqə fırladılır. 
Hansı  sınaq  şüşəsində  qismən  hemoliz  getmişsə,  o  eritrositlərin 
minimal  davamlılığı,  hansında  tam  hemoliz  getmişsə  -  maksimal 
davamlılığı olacaqdır. 
Cədvəl 3.  
Müxtəlif konsentrasiyalı natrium xlor məhlularının 
hаzırlаnmаsı 
Məhlullar 
Sınaq şüşələrinin №-ləri və 
maddələrin ml-lə miqdarı 
Qeyd: hansı 
konsentrasiyada 
eritrositlərin 
dağılması müəyyən 
edilir. 





1 %-li NaCl məhlulu 





 
Saf su 





 
Məhlulun cəmi 
miqdarı 
10 
10 
10 
10 
10 
 


25 
Məhlulun 
konsentrasiyası 
0,1 
0,3 
0,5 
0,7 
0,9 
 
 
Laboratoriya iĢi 9.  
Qan zərdabının bufer xassəsinin təyini. 
 
ĠĢ üçün lazımdır: 25 ml-lik iki büret, 4 kiçik stəkan, 1 ml-lik 
dərəcəli pipet, 0,1 n xlorid turşusu məhlul, 0,1 n natirum hidroksid 
məhlulu, 0,1%-li metiloranj və 0,1%-li fenolftalein məhlulları, saf 
su, at və ya inək qanının zərdabı. 
ĠĢin gediĢi. 
1.  Qələvi  buferin  təyini.  Iki  stəkan  götürülür.  Bir  stəkana  10 
ml saf su, ikinci stəkana 10 ml saf su və 1 ml zərdab tökülür. Hər 
bir  stəkana  2  damcı  metiloranj  indikatoru  əlavə  edilir.  Sonra 
qarışıq,  damcıları  saymaqla  0,1  n  xlorid  turşusu  məhlulu  ilə 
itməyən  zəif  qırmızı  rəng  alınana  qədər  titrlənir.  Titrləmə  bufer 
xassəsi olmayan nəzarət rolu görən sudan başlanmalıdır. 
2.Turş buferin təyini. İki təmiz stəkan götürülür. Birinə 10 ml 
saf su, ikincisinə isə 10 ml saf su və 1 ml zərdab tökülür. Hər bir 
stəkana 2 damcı fenolftalein əlavə edilir və 0,1 n NaCl məhlulu ilə 
itməyən  cəhrayı  rəng  alınana  qədər  titrlənir.  Titirləmə  nəzarət 
məqsədilə su ilə də aparılır. 
 
 
Laboratoriya iĢi 10.  
Qanda hemoqlobinin miqdarının təyini. 
 
Hemoqlobin  (HB)  mürəkkəb  zülaldır  və  eritrositlərin  tərki-
bində olur. Hemoqlobinin 96%-ni qlobin (zülal), 4%-ni hem (bo-
yayıcı  maddə)  təşkil  edir  (şəkil  6,  7).  Hemoqlobin  oksigenin  və 
karbon qazının daşınmasını təmin edir. Hemoqlobin oksinegeni və 
karbon  qazını  birləşmə  halında  daşıyır.  Oksigen  ilə  birləşmiş 
hemoqlobin  oksihemoqlobin  (HbO
2
),  karbon  qazı  ilə  birləşmiş 
hemoqlobin  karbohemoqlobin  (HbCO
2
),  dəm  qazı  ilə  birləşmiş 
hemoqlobin  karbooksi-hemoqlobin  (HbCO)  adlanır.  Hemoqlоbin 


26 
dəm  qazı  ilə  asan  birləşir.  Qanda  hemoqlobinin  və  eritrositlərin 
miqdarının  azalması  qanazlığı  xəstəliyinə  (anemiya)  səbəb  olur 
(cədvəl 4). 
 
Cədvəl 4.  
Müxtəlif hеyvаnlаrın qаnındа hеmоqlоbinin miqdаrı 
Hеyvаnın növü 
Sаliyə görə 
(%) 
Tərəddüd 
еtməsi 
100 ml qаndа 
hеmоqlоbinin miqdаrı (q) 
Аt 
80 
50-100 
13,6 
Qаrаmаl 
65 
56-74 
11,0 
Dəvə 
90 
66-114 
15,2 
Cаmış 
49 
28-70 
8,3 
Kеçi 
63 
45-81 
10,7 
Yаk 
57 
36-78 
9,0 
Qоyun 
68 
54-80 
11,6 
Dоnuz 
60 
51-99 
10,6 
It 
80 
65-95 
13,7 
Pişik 
65 
47-83 
11,0 
Dоvşаn 
69 
51-87 
11,7 
Tоyuq 
75 
51-99 
12,7 
Qаz 
95 
80-150 
16,1 
 
 
Şəkil 6. Hеmin kristаllаrı 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə