Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   62

27 
 
Şəkil 7. Bəzi hеyvаnlаrdа hеmоqlоbin kristаllаrı.  
А-аtdа, B-dоnuzdа, V-itdə 
 
ĠĢ üçün lazımdır: Sali hemometri, 0,1 n HCl məhlulu, saf su, 
skаrifikаtоr,  yod  məhlulu,  pambıq,  sitrat  qan  və  ya  qan  almaq 
üçün heyvan. 
ĠĢĠn  gediĢi.  Sali  hemometrinin  (şəkil  8)  dərəcəli  sınaq 
şüşəsinin 2 bölgüsünə qədər 0,1 n HCl məhlulu tökülür. 
Hemometrin  mikropipetinə  20  mm
3
  (0,02  ml  bölgüsünə 
qədər)  qan  çəkilir.  Mikropipetin  ucu  pambıqla  silinir,  sonra 
dərəcəli sınaq şüşəsindəki xlorid turşusuna salınaraq qan məhlulu-
nun  dibinə  əlavə  edilir,  mikropipet  xlorid  turşusunun  üst  təmiz 
qalmış hissəsi ilə bir neçə dəfə yuyulur. 
Sınaq  şüşəsindəki  qarışıq  şüşə  çubuq  ilə  qarışdırılır.  Sonra 
həmin  sınaq  şüşəsi  5-10  dəqiqə  müddətində  hemometrdə  yerinə 
qoyulur.  Bu  müddətdə  hemoqlobin  xlorid  turşusu  ilə  reaksiyaya 
girərək hematin-xlorid alınır ki, bu da qarışığa tünd qəhvəyi rəng 
verir. 
Hematin-xlorid məhlulu olan sınaq şüşəsi hemometrə qoyulur 
və  qarışığın  rəngi  standart  məhlulların  rənginə  bərabərləşənə 
qədər onun üzərinə damcı-damcı saf su əlavə edilərək qarışdırılır. 
Rənglər bərabərləşəndən sonra hesablama aparılır. Hesablama 
əgər müayinə aparılan sınaq şüşəsinin üzərindəki rəqəmlər 2-dən, 
23-ə qədərdirsə, o zaman qanın şüşədə üst səviyyəsinin yanındakı 
rəqəm hemoqlobinin qram faizlə miqdarı olacaqdır. 


28 
Əgər  dərəcəli  sınaq  şüşəsi  üzərindəki  rəqəm  10-dan  140-a 
qədər olarsa (buna Sali vahidi deyilir) onda həmin rəqəm hemoq-
lobinin vahidlə miqdarını göstərir. Sali vahidini qram faizə çevir-
mək  üçün  tənasüb  qurulmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  100 
Sali  vahidi  100  ml  qanda  16,67  qram  hemoqlobinin  olmasını 
göstərir. 
 
 
Şəkil 8. Sаli hеmоmеtri:  
1-hеmоmеtrin kоrpusu; 2-stаndаrt 
məhlullаr; 3-bölgülü sınаq şüşəsi; 
4-qаn götürmək üçün pipеt. Sаğ 
tərəfdə hеmоmеtrin şkаlаsı (qrаm-
fаizlə – nisbi hеmоqlоbin ədədi) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məsələ:  Fərz  edək  müayinə  olunan  qanın  durultmadan  sonra 
dərəcəli  sınaq  şüşəsində  səviyyəsi  80  Sali  rəqəminə  bərabər 
olmuşdur,o zaman 
100 - 16,67 
80 - X 
X=
       
 
    
   
 = 13,33 q% olacaqdır. 
Təcrübənin nəticəsi analiz olunaraq dəftərdə qeyd olunur. 


29 
İnsanda hemoqlоbinin miqdarı sağlam kişidə 13-16 q% (14,5 
q%), qadında 12-14 q% (13q%) olur. Alman kimyaçısı Xane Fişer 
40  yaşında  müstəqil  elmi-tədqiqat  işi  apararaq  müəyyən  etmişdir 
ki,  qanın  hemoqlobini  zülaldan  və  hemdən  ibarətdir.  Xane  Fişer 
1929-cu  ildə  hemin  quruluşunu  (strukturunu)  müəyyən  etmişdir. 
1930-cu ildə bu kəşfə görə ona Nobel mükafatı verilmişdir. 
Heyvanlarda  hemoqlоbinin  miqdarı  heyvanın  növündən, 
yaşından,  fizioloji  vəziyyətindən,  dəniz  səhtinə  nisbətən  hündür-
lükdən asılıdır (cədvəl 4). 
 
 
Laboratoriya iĢi 11.  
Hemoqlobinin və onun törəmələrinin spektral müayinəsi. 
 
ĠĢ  üçün  lazımdır:  Spektroskop,  saf  su,  qan,  natrium 
hidrosulfit kristalı. 
Müəyyən  məhlulda  hemoqlobin  və  ya  onun  törəmələrinin 
olması onların udulma spektrinə görə təyin edilə bilər. 
ĠĢin gediĢi.10 ml saf suya 1-2 damcı qan əlavə edilərək, zəif 
hemoqlobin  məhlulu  hazırlanır.  Bu  məhluldan  spektrin  xüsusi 
sınaq  şüşəsi  doldurulub  işiq  mənbəyi  ilə  spektraskopun  arasına 
qoyulur. Spektrin sarı, yaşıl rəngi (DE xətti) arasında görünən iki 
nazik udma xətti oksihemoqlobinin spektridir. 
Hemoqlobini  reduksiya  etmək  və  onun  spektrini  müşahidə 
etmək üçün  müayinə olunan məhlula  bir neçə  natrium  hidrosulfit 
kristalı salınır. Bundan 3-4 dəqiqə keçmiş həmin məhluldan spek-
trin  sarı-yaşıl  rəngi  üzərində  enli  tünd  zolaq  alınır.  Bu  zolaq  re-
duksiya olunmuş hemoqlobinin spektridir. 
 
MÖVZU: QANIN LAXTALANMASI. 
Qanın  laxtalanma  xassəsinin  pozulması  xəstəlikdir  və 
hemofiliya adlanır. 
Qanın  laxtalanması  fermentativ–kimyəvi  prosesdir  və 
orqanizm  üçün  müdafiə  əhəmiyyəti  vardır.  Belə  ki,  müxtəlif 


30 
zədələnmələr  zamanı  orqanizmi  çox  qan  itirməkdən  qoruyur. 
Qanın  laxtalanması  plazmada  həll  olunmuş  halda  olan 
fibrinogenin  həll  olunmayan  fibrinə  çevrilməsidir  (şəkil  9)  və  5 
mərhələdən ibarətdir: 
1.Tromboplastinin əmələ gəlməsi. 
2.Trombinin əmələ gəlməsi. 
3.Fibrinin əmələ gəlməsi. 
4.Əmələ gəlmiş laxtanın həcmən kiçilməsi.  
5.Əmələ gəlmiş laxtanın əriməsi. 
 
MəĢğələyə hazırlaĢmaq üçün suallar. 
1.Qanın laxtalanmasının orqanizm üçün əhəmiyyəti. 
2.Qanın laxtalanmasının müasir nəzəriyyəsi. 
3.Qanın laxtalanmasını zəiflədən, sürətləndirən faktorlar. 
4.Qan laxtalandırıcı və əks laxtalandırıcı sistemləri. 
5.Qanın laxtalanmasının tənzimi. 
6.Müxtəlif heyvanlarda və insanda qanın laxtalanma sürəti. 
7.Qanaxmalar zamanı ilk yardım. 
 
 
Laboratoriya iĢi 12.  
Qanın fibrinsizləĢdirilməsi. 
 
Fibrinogeni  alınmış  qan  fibrinsizləĢdirilmiĢ  qan  adlanır. 
Fibrinogen qanın zülalıdır.  
ĠĢ üçün lazımdır: heyvan, 50 ml-lik stəkan, çöp dəstəsi, içə-
risinə  muncuq  salınmış  kolba,  cərrahi  alətlər,  tənzif,  sınaq 
şüşələri, qıf. 
ĠĢin  gediĢi.  Stəkana  və  içərisinə  şüşə  muncuq  salınmış  kol-
baya heyvanın vadaci venasından qan alınır. Kolbadakı qan 10-15 
dəqiqə  sürətlə  çalxalanır.  Stəkandakı  qan  isə  çöp  dəstəsi  ilə 
qarışdırılır. Əmələ gələn fibrin lifləri muncuqlara və çöp dəstəsinə 
dolaşır.  Kolbadakı  və  stəkandakı  qan  tənzifdən  süzülür  və  alınan 
qan fibrinsiz olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə