Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix29.05.2018
ölçüsü2,8 Kb.
#46531
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

31 
Əgər  fibrinsiz  qan  saxlanarsa,  o  laxtalanmır,  ancaq  onun 
formalı elementləri qabın dibinə çökür, üst qatda isə qanın zərdabı 
qalır. 
 
 
Laboratoriya iĢi 13. 
 Müxtəlif Ģəraitdə qanın laxtalanma  sürətinin təyini. 
 
Müxtəlif  faktorlar  qanın  laxtalanma  sürətinə  təsir  göstərir. 
Qanın laxtalanmasına təsir göstərən faktorlar iki qrupa ayrılır. 
1.Qanın laxtalanmasını ləngidən faktorlar.  Bu qrupa avitami-
noz  K,  mühitinin  temperaturunun  aşağı  olması  və  s.  aiddir.  Bəzi 
maddələr  qanın  laxtalanma  xassəsini  tam  itirir.  Heparin  qara 
ciyərdə,  ağ  ciyərlərdə,  əzələdə  sintez  olunur  və  qanın  təbii  əks 
laxtalandırıcı sistemdir. Limon turşusunun natrium duzu (natrium 
sitrat) da qanın laxtalanmasını tam itirir.  
2.  Qanın  laxtalanmasını  sürətləndirən  faktorlar.  Bu  qrup 
faktorlara  zədələnmiş  damarın  səthinin  nahamar  olması,  mühitin 
temperaturunun yüksək olması, qıcıqlar və s. aiddir. 
 
Şəkil 9 . Qаnın lаxtаlаnmаsı 
 


32 
ĠĢ  üçün  lazımdır:  sınaq  şüşələri,  limon  turşusunun  natrium 
duzunun 5%-li məhlulu, içərisində buz, qar və isti su olan stəkan-
lar,  su  termometri,  qan  almaq  üçün  steril  iynə,  yod,  heyvan,  saat 
şüşəsi. 
ĠĢin gediĢi. Beş ədəd saat şüşəsi nömrələnir.1 №-li saat şüşəsi 
içərisində  buz  və  ya  qar  olan  stəkanın  üzərinə  qoyulur,  2  №-li  - 
otaq  temperaturunda  saxlanılır,  3  №-li  -  içərisində  isti  su  (37-40 
C
0
)  olan  stəkanın  üzərinə  qoyulur,  4  №-li  -  saat  şüşəsinin  çökək 
tərəfinə 1-2 damcı 5%-li limon turşusunun natrium duzu məhlulu 
tökülür,  5№-li  saat  şüşəsinin  içərisinə  isə  nazik  parafin  qatı  çə-
kilir. 4 və 5 №-li şüşələr otaq temperaturunda saxlanır. Saat şüşə-
lərinin hər birinə heyvanın damarından 2-3 damcı qan əlavə edilir. 
Qanın  saat  şüşələri  üzərinə  alınması  vaxtı  ilə  onun  laxtalan-
ması arasında keçən vaxt hesablanır (saat şüşəsini əydikdə  damcı 
hərəkət etməsə qan laxtalanmışdır). Nəticə dəftərə qeyd olunur. 
 
 
 
MÖVZU: QANAXMALAR, ONLARIN TƏSNIFATI VƏ 
ILK YARDIM. 
 
Qanın, qan damarlarından xaricə çıxmasına qanaxma deyilir. 
Orqanizmdə olan qanın 1/3 -2/3 hissəsinin itirilməsi ölümə səbəb 
olur. Bütün qanaxmalar iki böyük qrupa bölünür: 
 1.Qan  damarlarının  divarının  bütövlüyünün  görünməyən 
şəkildə pozulması nəticəsində baş verən qanaxmalar. 
2.Qan  damarlarının  divarının  bütövlüyünün  görünən  şəkildə 
pozulması nəticəsində olan qanaxmalar. 
Birinci  qrup  qanaxmalara  səbəb  qan  damarlarının  divarının 
keçiriciliyinin  pozulmasıdır.  Damarların  divarının  anatomik  bü-
tövlüyünün pozulması irinli infeksiyalar, iltihablar, şişlər, nekroz-
lar zamanı baş verir və  nəticədə qanaxma olur. Orqanizmin pato-
loji vəziyyətində (avitaminoz, sepsis, intoksikasiya) qan damarla-
rının  divarının  keçiriciliyi  pozulur  və  qanın  formalı  elementləri 
damardan yumşaq toxumalara çıxır. 


33 
İkinci  qrup  qan  axmalar,  orqan  və  toxumalara  mexaniki 
təsirlər  nəticəsində  baş  verir  (müharibələrdə  yaralanma,  təbii 
fəlakətlər, avtomobil qəzaları, cərrahi əməliyyatlar və s.). 
İri  və  orta  mənfəzli  arteriyalardan  qanaxmalar  zamanı  ilk 
yardım məqsədi ilə birinci növbədə qanaxma dayandırılmalıdır. 
Zədənləmiş  damarın  anatomik  quruluşundan,  fizioloji 
xüsusiyyətindən asılı olaraq bir neçə növ qanaxma vardır: 
 
1. Arterial qanaxma. 
 
2. Venoz qanaxma
 
3. Qarışıq qanaxma 
 
4. Kapillyar qanaxma. 
 
5. Parenximatoz qanaxma. 
Arterial  qanaxma  zamanı  qan  al  qırmızı  rəngdə  olur  və 
damardan fontan şəkildə çıxır. Qanın itirilmə intensivliyi zədələn-
miş damarın həcmindən və yaranın xarakterindən asılıdır. Arterial 
qanaxma  həyat  üçün  qorxuludur,  ona  görə  ki,  az  müddətdə  çox 
miqdar qan itirilir. 
Venoz qanaxma zamanı qan yaradan tədricən axır. Qan tünd 
rəngli  olur.  Ürəyə  yaxın  iri  venalar  zədələndikdə  həyat  üçün 
qorxuludur. 
Kapillyar qanaxma – eyni vaxtda dərinin, selikli qişaların və 
əzələnin zədələnməsi nəticəsində baş verir. Kapillyar qanaxmada 
qan  yaranın  bütün  səthinə  yayılır.  Sadə  və  ya  yüngül  sıxıcı  sarğı 
qan axıntısını dayandırır. 
Parenximatoz qanaxma – qara ciyər, böyrəklərin və dalağın 
zədələnməsi zamanı baş verir. 
Qanın  hara  axmasından  asılı  olaraq  xarici,  daxili  və  gizli 
qanaxmalar vardır. 
Xarici  qanaxma  qanın  damardan  xarici  mühitə  axmasına 
deyilir.  Bu  növ  qanaxmanın  diaqnozu  çətin  olmur.  Xarici  qan-
axma ən çox ətrafların, başın və boyunun zədələnməsi zamanı baş 
verir. 


34 
Daxili  qanaxma  qanın  təbii  boşluqlara  (kəllə,  qarın,  döş), 
boşluqlu  orqanların  daxilinə  (mədə,  bağırsaqlar)  və  ətraf 
toxumalara axmasıdır. 
Döş  boşluğuna  qanaxma  döş  qəfəsinin,  ürəyin,  iri  qan 
damarlarının, ağciyərlərin zədələnməsi zamanı baş verir. 
Qarın  boşluğuna  qanaxma  isə  qarın  divarının  və  qarın 
boşluğu orqanlarının zədələnməsi nəticəsində baş verir. 
Daxili  qanaxmanın  diaqnozu  ümumi  əlamətlərə  əsasən 
qoyulur:  dəri  örtüyünün  ağarması,  qan  təzyiqinin  aşağı  düşməsi, 
ürək  vurğularının  sayının  artması  (taxikardiya),  nəbzin  zəif 
olması, qanda hemoqlоbinin (HB) miqdarının azalması və s. 
Gizli  qanaxmaların  diaqnozu  çətin  olmaqla,  orqanizmdə 
zəiflik, tez yorulma, müvazinətin pozulması, yuxulu vəziyyət və s. 
müşahidə olunur. 
Mədənin  boşluğuna  axmış  qan  kofe  rəngində  olur,  səbəb 
mədə  şirəsinin  tərkibində  olan  xlorid  turşusunun  (HCl) 
hemoqlоbinə təsiri ilə əlaqədardır. 
Vaxtdan asılı olaraq birinci və ikinci qanaxmalar olur. Birinci 
qanaxma yaralanma zamanı olur. İkinci qanaxma yaralanmadan 3-
5 gün, bəzən 10-15 gün sonra ola bilir. Səbəb yarada metal parça-
sının  qalması,  sınmış  sümüyün  qan  damarını  zədələməsi,  irinli 
yara əmələ gəlməsidir. 
Ona  görə  də  birinci  cərrahi  işləmə  zamanı  yara  yaxşı 
təmizlənməli,  çirklənmədən  qorunmalı,  antibakterial  preparat-
lardan  (dərmanlardan)  düzgün  istifadə  edilməli,  aseptika  və 
antiseptika qaydalarına ciddi riayət edilməlidir. 
Ümumiyyətlə, аğırlıq dərəcəsinə görə qan itirmənin  üç növü 
аyırd еdilir: 
1. Yüngül dərəcəli qan itirmə 
2. Orta dərəcəli qan itirmə 
3. Ağır dərəcəli qan itirmə 
Yüngül  dərəcəli  qan  itirmə  –  damar  sistemində  dövran  edən 
qanın  təxminən  10-15%-nin  itirilməsidir.  Bu  növ  qan  itirməni 
orqanizm  yüngül  keçirir.  Klinik  əlamətlər  kəskin  nəzərə  çarpmır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə