Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə25/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

optimal mühit temperaturu 26-42°C-dir.
Bizquyruqlara  (Uromastix cinsi)  aid  aparılan  müşahidələr 
göstərdi  ki,  istiliyi  53-57°  olan  qaynar  daşlı  torpaq  üzərində 
bədən  temperaturu  43-45° çatan  bu canlılar  aktivliyini  itirmir. 
Bu  cinsdən  olan  iran  bizquyruğu  {U.  zoricatus)  üçün  böhran 
temperatur həddi 49-50°C-dir ki,  belə temperatur bir çox digər 
kərtənkələlər üçün məhvedici normadan da yüksəkdir.
Geniş  yayılmış  növlərin  üstünlük  verdiyi  temperatur 
mövsümdən,  yaşayış  sahəsindən  və  digər  amillərdən  asılı  ola­
raq  dəyişir.  Qeyd  etmək  lazımdır ki,  ətraf mühitdə  temperatu­
run hədsiz yüksək olması, əksər reptililər üçün məhvedici təsirə 
malikdir.  Məsələn,  bəzi  psammofil  kərtənkələcik  növləri  qu­
mun  üzərində  55°C-temperaturda  gizlənməyə  sığınacaq  tap­
mazsa  1,5-4  dəqiqədən  artıq  sağ  qalmır.  İstidən  canını  qur­
tarmaq üçün reptililər yuvalarda gizlənir, kolların  budaqlarına 
dırmaşır,  bəziləri  hətta  gecə  həyat  tərzinə  keçirlər.  Azər­
baycanda  yayılan  bəzi  növ  tısbağa,  gekkon  və  ilanlar  da  tem­
peratur yüksək olduqda alaqaranlıq-gecə aktivliyinə keçirlər.
Yüksək  temperatura  ən  yaxşı  alışan  reptililərdən  biri  -  
xallı  təlxədir (Coluber tyriä).  Naturalistlər onun  termofıl xüsu­
siyyətini  belə  təsvir  edirlər:  bütün  canlıları  əzən  ağır  səhra 
bürküsündə  xallı  təlxə  qaynar  qum  və  toz  içində  öz  aktivliyi, 
pulcuqlarınm  tər parıltısı  və canlılığı ilə hər zaman naturalistin 
gözünü oxşayır.
Bəzi  reptililər  arasında  temperatura  münasibət  cinsə  görə 
fərqlənir.  Məsələn, adi gürzənin erkəkləri üçün ( Vipera berus) op­
timal  temperatur 25°,  hamilə dişilər üçün 28°-dir.  37°-dən yuxarı 
temperaturda gürzələri «isti vurur» və onlar keyləşərək ölür.
Bəzi  növlər  stenotermliyi  ilə  seçilir.  Bu əsasən dəniz orqa­
nizmlərinə  xasdır.  Belə  ki,  süni  şəraitdə  enhidrina  (Enhydrina) 
dəniz  ilanı  üçün  optimal  istilik  22-24°-dir,  20°-də  isə  o  qida 
qəbulunu dayandırır.
90
downloaded from KitabYurdu.org


Aşağı  temperaturda  aktivliyini  saxlayan  müstəsna  növlər 
də var.  Məsələn,  hatteriyanın  aktiv  temperatur həddi  -  6°-dən 
18°-yədək  (orta  temperatur  12,5°)  dəyişir.  Müasir  sürünənlər 
arasında  başqa  heç  bir  növ  belə  aşağı  temperaturda  aktiv  ol­
mur.  Kayman  tısbağaları  da  soyuğa  davamlıdırlar.  Alimlər, 
onların  suda  buz  altında  üzdüklərini  və  buzda  süründüklərini 
müşahidə etmişlər.
Peru  dəyişkən  iquanası  (Liolaemus  multiformes)  kəskin 
dağ  iqlimində,  dəniz  səviyyəsindən  5000  m  hündürlükdə  məs­
kunlaşıb.  Bu  kərtənkələnin  yayıldığı  Kordilyer  dağlarının 
yüksəkliklərində  bəzən  hətta  yay  aylarında  da  qar  yağır  və 
torpaq  örtüyünün  istiliyi  0°-yədək  düşür.  Belə  ekstremal  şəra­
itdə həyat davamlı dövr ərzində formalaşır.
Qeyd  etmək  lazımdır  ki,  reptililərin  temperatur  hədləri 
əsasən 20-40° arasında dəyişir.
Uzun müddət  alimlər  hesab edirdilər ki,  reptililərin termo- 
tənzimləmə  qabiliyyəti  olmadığından,  onların  temperaturu 
həmişə  ətraf  mühitdən  asılıdır.  Lakin  40-cı  illərdə  Amerikalı 
alimlərin  apardığı  tədqiqatlar  göstərdi  ki,  reptililərin  bədən 
temperaturu  mütləq  şəkildə ətraf mühitdən  asılı deyil,  istiliyin 
ayrılması  və  paylanması  yolu  ilə olmasa da,  gah qızmış qrunt, 
gah  da  kölgə  axtarışında  hərəkətlə  bir  yerdən  digərinə  yerini 
dəyişməklə,  onlar  öz  istiliyini  kifayət  qədər  yaxşı  tənzimləyir. 
Bu,  davranışla  termotənzimləmə  adlanır  və  fiziki  termotən- 
zimləmənin  bir  növüdür.  Bundan  əlavə  fiziki  istiliyi  tənzimlə­
mə  həm də  şüalanma və buxarlanma  yolu  ilə də həyata  keçiri­
lir.  Bəzi  reptililər  bədəndən  ifraz  olunan  rütubətin  25%-dən 
50%-dək hissəsini dəri vasitəsilə buxarlandırır.
istiliyin  tənzimlənməsində  tənəffüs  mühüm  rol  oynayır. 
Məsələn,  Sceloropus  kərtənkələsinin  tənəffüs  tezliyi  15°-də  26 
akta,  25°-də  31,  35°-də  isə  37  tənəffüs  aktına  bərabər  olur. 
Havanın  temperaturu  16-42°C-dək  yüksəldikdə diribaladoğan
91
downloaded from KitabYurdu.org


kərtənkələnin tənəffüs  aktının  tezliyi  31-dən  114 dəfəyədək ar­
ta  bilər  və  nəticədə  artıq  istilik  orqanizmdən  tənəffüslə  xaric 
olunur.
Bədən  soyuduqda  qanda  olan  şəkər  istilik  yaranmanı  ar­
tırmaqla,  bədən  temperaturunu  bir  müddət  optimal  saxlayır 
(kimyəvi  termo tənzimləmə).  Lakin  belə  «istiqanlılıq»  çox  şər­
tidir.
92
downloaded from KitabYurdu.org


SÜRÜNƏNLƏRİN  HƏYƏTİNDƏ 
DÖVRİ  HƏDİSƏLƏR
(yay və qış yuxusu, qabıqdəyişmə, 
yerdəyişmə, miqrasiyalar və s.)
Sürünənlərin  həyatında  bəzi  dövri  hadisələr  ilin  müəyyən 
fəsillərində  təkrarlanır.  Bu  -   qabıqdəyişmə,  yuxuya  getmə  və 
miqrasiyadır.  Belə  hadisələrə  mülayim  qurşaqlarda  yaşayan 
reptililərin  əsasən yaz dövrünə  uyğunlaşan  çoxalmasını  da  aid 
etmək olar.
Yuxuya getmə. Tropik qurşaqda yayılan reptililərdə aktiv­
lik  və  sakitlik  dövrünün  fəsilə  görə  dövri  dəyişilməsi  yoxdur. 
Mülayim qurşaqda yaşayan  növlərdə  bu  daha  bariz ifadə olu­
nur, yəni onlar qış, bəzən hətta yay yuxusuna da gedirlər.
Coğrafi  yayılmasından  asılı  olaraq  aktiv  dövrün  müddəti 
də dəyişir.  Məsələn,  Orta Asiya  tısbağası  reproduktiv dövrünü 
başa  vurduqdan  sonra,  artıq  iyunda  yuxuya  gedir,  çünki,  bu 
vaxt  efemer  bitki  örtüyü  qurumuş  (yanmış)  olur.  Bizim  res­
publikamızda  yayılan  aralıqdənizi  tısbağasının  da  yayda 
yuxuya  getməsi  müşahidə  olunur  və  əlverişsiz  şərait  davam 
etdikdə yay yuxusu qış yuxusuna keçir.
Temperaturun  yüksək  həddi  (42°-dən  yuxarı)  uzun 
müddət davam etdikdə əksər kərtənkələlər aktivliyini dayandı­
rır və yay yuxusu halına keçir (estivasiya).
Yay  yuxusuna  ox  ilan  da  keçir.  Anakonda  quraqlıq 
dövrünü  yağış  yağanadək  lil  içərisində  keçirir.  Bataqlıq  tim­
sahları  (Crocodylus palustris)  cəngəllik  bataqlıqlarında  passiv 
halda, möhkəm yuxuya getmədən yağışı gözləyirlər.
Qış  yuxusunun  müddəti  növün  soyuğa  davamlılığından 
asılıdır.  Temperatur  şəraiti  əlverişli  olduqda  reptililər  qış  yu­
xusuna getməyə də bilərlər.
Əksər reptililər tək-tək  və ya 2-3  fərddən ibarət kiçik  qrup­
larla qışlayır.  Müxtəlif növ  ilanların  bir yerə  toplaşması  halları
93
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə