Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30. 06. 2010-cu il tarixli



Yüklə 27,48 Kb.
Pdf görüntüsü
səhifə26/37
tarix21.04.2018
ölçüsü27,48 Kb.
#39600
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

da məlumdur.  Adı su  ilanı yüzlərlə,  hətta minədək fərdi  yumaq 
halda  yığışır;  gürzə  və  qalxansifətin  bir  yerdə  onlarla  fərdinin 
qışlaması  müşahidə  edilib;  Türkmənistanda  qızılı  mabuyanın 
böyük  toplusu qeydə  alınıb.  Respublikamızda  yayılan  cılız  ko­
ramal (Arıgius fraqilis)  10-15 fərd olmaqla birgə qışlayır.
Reptililərin  qışladığı  sığınacaqlar  çox  fərqlidir.  Bataqlıq 
tısbağaları  su  hövzələrinin  dibində  qışlayır,  aralıqdəniz  tıs­
bağası  -   yuvalarda,  və  ya  çox  dərin  olmayan  çalalarda  qış- 
layır.  Adətən erkən  fevral-martda ayılırlar.  Ən  tez qış yuxusu­
na Orta asiya tısbağası (Testudo horsfieldi) gedir.  Artıq  iyunda 
efemer  bitki  örtüyü  yandığına  görə  yetkin  tısbağalar  yuxula- 
mağa  tələsir.  Payızda  bəzi  tısbağalar  yuxudan  ayılaraq  payız 
göyərtiləri ilə ehtiyatlarını  möhkəmləndirirlər.  Yayın sonu,  ya­
zın  əvvəli  yumurtadan  çıxan  tısbağalar  yerin  səthinə  qalxmır, 
qışı torpaqda keçirir.
Hatteriyaların  qış  yuxusu  möhkəm  olmur.  Günəşli  gün­
lərdə onları yuvalarının ağzında müşahidə etmək olar.
Qabıqdəyişmə.  Bütün  reptililərdə  qabıqdəyişmə  dövründə 
pulcuğun  üst  buynuz  təbəqəsi  atılır  və  yenisi  ilə  əvəz  olunur. 
Kərtənkələlərin  qabıqdəyişməsi,  ilanlardan  fərqlidir.  Onlar 
dəriüstlüyünü  birdən  atmır,  hissə-hissə,  bəzən  hətta  pulcuqları 
bir-bir  atır.  Məsələn,  lentşəkilli  gekkon  (Coleonyx  variegatus
çənələri  vasitəsilə  dəri  parçalarını  qopardıb  udmaqla  dərisini 
dəyişməyə  kömək  edir.  Pəncəsində  isə  hər  barmaqdan  ayrı- 
ayrı dərini siyirib atır, sanki əlcəklərini soyunur.
Lakin  istisna  hallar  da  vardır.  Avstraliyada  yaşayan  adi 
pulcuqayaqlı  (Pygopus  lepidopodus)  və  qısaquyruq  qabıqdəy- 
işmə dövrü ilan kimi qabıqdan çıxaraq köhnə dərini bütövlüklə 
atır.
İlanlarda  ayrılmış  epidermis  qatı  əvvəlcə  sifətin  ön  tərə­
fində  qopur,  sonra  isə  corab  kimi  bədəndən  çıxır.  Qabıqdəyi- 
şən ilan fəal hərəkət edərək,  başını torpağa sürtür, yarıqlardan 
keçərək üzərindəki köhnə dəridən azad olur.
94
downloaded from KitabYurdu.org


Kor  ilanların  qabıqdəyişməsi özünəməxsusdur.  Laylanmış 
epiteli  əksər  ilanlarda  olduğu  kimi  başdan  deyil,  quyruqdan 
sürüşüb çıxır.  Epiteli  bədəndən uzun borular şəklində qopur və 
qabıq cildi tərs üzünə çevrilmir.
Bəzi  növ  ilanlar  qabıqdəyişmə  dövrü  suya gedir.  Anakon- 
da  (Eunectes  murinus)  su  altında  qabığım  dəyişir.  Herpeton 
adlı şirin si ilanı isə nadir hallarda dərisini dəyişir.
Adi  gürzənin  qabıq  dəyişməsi  fərqlidir.  Yeni  dünyaya 
gəlmiş  fərdlər  doğulduqları  ərazini  tərk  etmirlər.  Doğuldu­
qdan  bir neçə saat və ya gün sonra artıq  ilk  qabıqdəyişmə  baş 
verir.  Kiçik gürzələr  qabıqdan çıxan  kimi dağılaraq yem axta­
rışına  yollanırlar,  hərçənd  ki,  onlar  hələ  bir  neçə  həftə  qida­
lanmaya  bilər  (belə  halda  yumurta  sarısı  ehtiyatını  istifadə 
edirlər).  Sonralar cavan  fərdlərin  qabıqdəyişməsi,  ilanın  halın­
dan  asılı  olaraq ayda  1-2  dəfə baş  verir.  Qabıqdəyışmədən  əv­
vəl,  təxminən  1  həftə öncə,  ilanın  rəngi  solur,  gözlərində  bula- 
nıqlıq əmələ gəlir.  Sağlam və güclü ilanlar tez -   1,5-2  saat, zəif 
və xəstə  fərdlər  isə 2  həftə  ərzində  qabığını  dəyişir.  Qabıqdəy- 
işmə  dövrü  ilanlar  çox  ehtiyatlı  olub,  öz  sığınacaqlarında  giz­
lənir,  qidalanmır  və  az  hərəkətli  olurlar.  Çöl  (bozqır)  gürzəsi 
temperatur  həddi  15°  -dən  aşağı,  nisbi  rütubət  isə  35%-dən 
aşağı olmamaq  şərti  ilə  ildə  3  dəfə  qabıq  dəyişir.  Sağlam ilan­
lar  köhnə qabıqdan  15  dəqiqəyə  çıxır,  xəstə  və  zəifləmiş  fərd- 
lərdə bu proses uzanır və əksər hallarda onlar məhv olurlar.
2  Amerika  cinsinə  (Sistrururs  və  Crotalus)  mənsub  olan 
növlərdə  quyruq  xüsusi  törəmə  -   zınqırov  ilə  nəhayətlənir.  O 
sanki  biri  digərinə  geydirilmiş  bir  neçə  sərt  dəri  seqmentdən 
ibarət  olur.  Hər  növbəti  qabıqdəyişmə  zamanı  yeni  seqment 
formalaşır.  Hürkmüş  və  ya  qıcıqlandırılmış  ilan  quyruğunun 
ucunu qaldıraraq,  onu  titrədir.  Bu  halda  zınqırovun  seqment­
ləri  bərk  cingiltili  səs  çıxardığından,  həmin  ilanları  da  «zınqı- 
rovlu»  ilan  adlandırırlar.  Belə  zınqırov  ilan  üçün  həm  də 
müdafiə vasitəsidir.
95
downloaded from KitabYurdu.org


Tısbağalar  da  öz  örtüklərini  dəyişir.  Bəzi  növlərdə  zireh 
üzərindəki buynuz lövhələr düşür, digərlərində qalınlaşır,  lakin 
zaman  keçdikcə  köhnəlsə  də,  kənarlarında  artan  illik  halqala­
rın izi sezilir.
Yerdəyişms.  Yerdəyişmə dedikdə reptililərin nisbətən kiçik 
ərazidə adi hərəkəti  nəzərdə tutulur.  Bu yerdəyişmələr yem ax­
tarışı,  çoxalma  dövrü  digər  cinsdən  olan  fərdlərin  axtarışı, 
yayılma və s.  hadisələrlə əlaqəli olur.  Yerdəyişmənin uzunluğu 
geniş  hüdudlarda  dəyişə  bilər.  Bu,  biotopun  xarakteri,  bəzən 
yem bolluğu və onun paylanması, düşmənlərin  mövcudluğu  ilə 
də bağlı ola bilər.  Müşahidələr göstərir ki, dişilərdən fərqli ola­
raq  erkəklər  daha  hərəkətli  olub,  məsafəli  köçmələr  edir  (ca­
van fərdlər də özünü eyni tərzdə aparır).
Qışlamadan  sonra  yay  yaşama  sahələrini  tutub,  ilanlar 
bəzi  rayonlarda  yüzlərlə metr,  hətta 2-5  km uzağa yerini  dəyi­
şir.  Bu  qisim  miqrasiyalar  zamanı  gürzələr  enli  çay  və  göllər­
dən üzüb keçirlər.  Gürzələrin köçü dağ rayonlarında da məlum 
hadisədir,  belə ki,  ilin müxtəlif fəsillərində və fərqli  illərdə  əra­
zilərin  yem ehtiyatı  dəyişdikdə  ilanlar yamaclarla  bir neçə  km 
məsafəni qət edir.
Respublikada geniş yayılan gürzə (Macrovipera lebetina) il 
ərzində  əhəmiyyətli  məsafədə  yerdəyişmə  edir.  Dağ  yamacla­
rında yaşayan ilanlar üçün fəsli yerdəyişmələr xarakterdir. Yay 
istiləri  yaxınlaşdıqca,  gürzələr  suya  yaxın  yerlərə  -   dərələrin 
aşağı hissələrinə enirlər.  Qızmar yay günlərində gürzələr həvəs­
lə suda çimir və çoxlu miqdarda su içirlər.
Miqrasiya. Miqrasiya dedikdə heyvanların  müddətli  və ki­
fayət  qədər  uzaq  məsafəyə  yerdəyişməsi  nəzərdə  tutulur.  M i­
qrasiyalar  quraqlıqdan,  mövsümdən  asılı  olaraq  yemin  dəyiş­
məsindən,  yuxuya  getmə,  çoxalma  və  s.  ilə  əlaqədar  ola  bilər. 
Miqrasiyalar  zamanı  quru  sürünənləri  istiqaməti  hava  mühiti­
nə  uyğunlaşan  görmə  orqanı  vasitəsilə  müəyyən  edirlər.  Bu 
reptililər  forma  və  vəziyyətini  saxlayan  ətrafdakı  müxtəlif ob-
96
downloaded from KitabYurdu.org


Yüklə 27,48 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə