Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə10/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   65

Şərqi  Avropada  yayılmış  slavyan  xalqları  (slovenlər,  dreqoviclər,  drevlyanlar,  kriviclər,  vyaticilər  və  b.)  oz 

aralarında  və  qonşuları  ilə  əlaqələrində  yeni  ərazilərin  mənimsənilməsində  hərəkət  vasitəsi  kimi  caylardan  geniş 

istifadə edirdilər. Xususilə Volqa, Dnepr, Qərbi Dvina və onların qolları yayda gəmilər və sallarla, qışda isə xizəklə 

hərəkət  etmək  ucun  istifadə  olunurdu.  Bu  cayların  yuxarı  axınları  İlmen  golu  və  Valday  yuksəkliyində  biri-birinə 

xeyli  Yaxınlaşdığına  gorə  gəmiləri  bir  caydan  surukləyib  digərlərinə  kecirməyi  asanlaşdırırdı.  Belə  ki,  cayların 

mənbələrinin  biri-birinə  yaxınlaşan  yerlərində  voloklar-surukləmələr  yaradılırdı,  yəni  gəmilər  girdə  ağacların  ustu 

ilə  suruşdurulərək  bir  cay  sistemindən  digərlərinə  kecilirdi.  Vışnıy-Volocok,  Volokalamsk  və  b.  şəhərlər  həmin 

surukləmə yerlərində salınmışlar.  

Sonralar yeni ərazilərin – Avropa Şimalının, Sibir və Uzaq Şərqin mənimsənilməsində, qədim ticarət yollarının 

salınmasında ruslar belə usullardan geniş istifadə etmişdilər.  

Eramızın VI-XI əsrlərində Şərqi Avropanın ərazisində əhalinin uc istiqamətdə kutləvi yerdəyişməsi baş verir: 

bu axınlardan biri aşağı Dunay və Balkanlar istiqamətində; ikincisi şimal və şimal şərq – Belorusiya və Volqa-Oka 

cayarası istiqamətinə; ucuncusu cənub col rayonlarına yonəlmişdir.  

Slavyanların  məskunlaşması  bu  yerlərin  toponimikasında  da  oz  əksini  tapmişdır.  Belə  ki,  onlar  yeni 

məskunlaşdıqları  ərazilərdə  olan  kicik  caylara  slavyan  adları  verirdilər.  İri  caylar  isə  daha  qədim  xalqların  onlara 

verdiyi kohnə adlarını saxlayırdılar. Belə toponimlərə Şərqi Avropanın hər yerində rast gəlinir.  

Cənub  col  zonasının  mənimsənilməsində  peceneqlər  və  qıpcaqların  rolu  boyuk  olmuşdur.  Azov  sahilləri  və 

Aşağı  Volqada  məskunlaşan  kocəri  peceneq  və  qıpcaq  tayfaları  VII  əsrdə  Xəzər  xaqanlığının  təsiri  altında 

parcalandı.  Onların  bir  hissəsi  Bessarabiyaya,  aşağı  Dunaya  kocub  getdilər.  Digərləri  isə  Orta  Volqa  və  Kamaya 

gələrək  burada  yerli  uqro-fin  tayfaları  ilə  birləşib  X  əsrdə  Volqa-Kama  Bulqariyasını  yaratdılar.  Bu  dovlət  birliyi 

turkdilli  dovlət  idi,  onun  mərkəzi  hazırkı  Kazan  şəhəri  olmuşdur.  Eramızın  X  əsrinə  yaxın  Avrasiyanı  qədimdən 

movcud  olan  iki  boyuk  Rus  ticarət  yolları  kəsib  kecirdi  (şəkil  3).  Onlardan  biri  «Varyaqlardan  yunanlara»  gedən 

tarixi yol idi. Bu yol Baltik dənizindən Qərbi Dvina cayına oradan Dneprə kecirdi və bu cayla Pont dənizinə (Qara 

dənizə) və Yunanıstana gedib. İkinci istiqamətlə Qərbi Dvina cayından İlmen golunə və oradan gəmiləri surukləyib 

Valday  yuksəkliyindən  başlayan  Volqaya  (həm  də  Oka  qoluna)  kecirdilər  və  bu  cayla  Xvalın  (Xəzər)  dənizinə 

cıxırdılar. Bu yolla həm ruslar və həm də Volqa-Kama Bulqarları şərq olkələri ilə intensiv ticarət əlaqələri həyata 

kecirirdilər, elə Afanasi Nikitin də Hindistana bu yolla getmişdir.  

Baltik  dənizindən  Volqa  su  yoluna  həm  də  Neva  cayı,  Ladoqa  və  Oneqa  cay-gol  sistemi  ilə  cıxırdılar. 

Gostərilən bu boyuk ticarət yolları ilə şimaldan cənuba meşə materialları xəz-dəri, bal, kətan parca, mum, cənubdan 

isə bahalı ipək parca, silah, ikon, kitablar, meyvə və tərəvəz, şərab, ədviyyat və s. gətirilirdi.  

Vikinq mənşəli olan Rusiya knyazları xaricdəki qohumluq xətti ilə Avropa və xristian dininin tarixi mərkəzləri 

hesab  olunan  Roma,  Quds  və  Konstantinopolla  daimi  əlaqələr  saxlayırdılar.  Ozu  də  belə  səyahətlər  zamanı 

getdikləri yollar və olkələr haqqında salnamələr («Xojdenie») yazılması ilə muşaiyət olunmalı idi. Belə ki, Rusiyada 

qəbul  olunmuş  dovlət  qaydalarına  gorə  səfirlər,  numayəndələr  xaricdən  qayıtdıqdan  sonra  mutləq  ezamiyyət 

hesabatı verməli idilər. Belə hesabatlarda olduqları olkələr, onların şəhərləri, əhalisinin adət-ənənəsi və s. haqqında 

mufəssəl  məlumatlar  verilirdi.  Məsələn,  1389-cu  ildə  Konstantinopola  yola  duşən  moskvalı  Pimeninin  və 

Florensiyada  olmuş  (XV  əsrin  30-cu  illərində)  mitropolit  İsidorun  apardıqları  yol  qeydləri  qiymətli  coğrafi 

məlumatlarla zəngin idi. Beləliklə, bu qaydalarla Rusiya ozu ucun orta əsr Avropasını kəşf edirdi.  

Tver  taciri  Afanasi  Nikitin  1466-1472-ci  illərdə  Hindistanda  olmuş  ilk  rus  səyyahıdır  (şəkil  4).  Tverdə  olan 

Şirvanşah  tacirlərinə  qoşulan  A.Nikitin  Volqa  cayı  ilə  Həştərxana,  oradan  Xəzər  dənizi  Azərbaycana  (Şamaxı  və 

Bakı) və İrana gedir, Elbrus sıra dağlarını aşaraq İran korfəzi sahillərindəki Hormuz şəhərinə gəlir və oradan gəmi 

ilə Hindistana – Kambeyndən cənubi şərqdə yerləşən Cuala şəhərinə gedir.  

O,  Portuqaliyalı  Vasko  da  Qamadan  30  il  əvvəl  Hindistanın  qərb  sahillərini  başdan-başa  gəzmiş,  Dekan 

yaylasının  lap  icərilərinə  doğru  girmiş  və  bu  olkə  haqqında  doğru  durust  məlumat  verən  ilk  avropalı  olmuşdur. 

Vətəninə  qayıtmağa  can  atan  Afanasi  Nikitin  Hindistanın  Dabulu  limanından  yola  duşur,  Hind  okeanı  ilə  hətta 

Afrika  sahillərinə  gedib  cıxır  və  sonradan  Hormuzə  qayıdır.  Oradan  isə  quru  yolla  Maskat,  Şiraz,  Təbriz  və  Şərqi 

Anadoludan  kecərək  Trabzona  və  Qara  dəniz  vasitəsilə  Kafa  (Feodesiya)  şəhərinə  gəlib  cıxır.  Burada  butun  qışı 

ozunun  yol  qeydləri  uzərində  işləyərək  «Uc  dəniz  arxasına  səyahət»  əsərinin  əlyazmasını  tamamlayır.  Oradan 

Moskva tacirlərinə qoşularaq Rusiyaya  yola duşən  Afanasi  Nikitin Smolensk  yaxınlığında xəstələnir və vəfat edir. 

Yol yoldaşları onun əlyazmasını Moskvaya catdırırlar və bununla da Afanasi Nikitinin Hindistana səfəri haqqında 

xəbər  yayılır.  Beləliklə,  Afanasi  Nikitin  uc  qitədə  –  Avropa,  Asiya  və  Afrikada  olmuş  və  uc  dəniz  –  Xəzər 

(Xvalınski), Ərəbistan (Hind) və Qara (İstanbul) dənizləri arxasına, səyahət etmişdir.  

Rusiya  tədricən  oz  ərazilərini  şimala  Pomoryeyə  və  Şərqə–Sibirə  doğru  genişləndirirdi.  Əhalinin  qədimdən 

məskunlaşdığı  şimal-şərqi  Rusiya  ərazilərindəki  caylar  uzərində  və  kecid  məntəqələrində  coxlu  şəhərlər  salınırdı. 

On  ikinci  əsrdə  belə  şəhər  toplusuna:  Kiyev,  Pereyaslav,  Cerniqov,  Rostov-Suzdal,  Polotsk-Smolensk,  Qalisiya-

Volın  və  Ryazan  torpaqlarında  daha  cox  rast  gəlinirdi.  Bu  dovrdə  Rusiya  torpaqlarında  268-ə  qədər  şəhər 

yaranmışdır.  Monqol  hucumlarından  Rusiyanın  şəhərləri,  kənd  təsərrufatı  və  sənətkarlığı  qismən  zərər  cəkdi. 

Xususilə, cənub col zonasında kənd təsərrufatı fəaliyyəti demək olar ki, tamamilə dayandırılmışdır. Okadan cənubda 

orta Dneprdən orta Volqaya qədər uzanan və hec kim yaşamayan belə geniş ərazilər «Vəhşi col» adlanırdı. Bununla 

belə,  məhz  Qızıl  Ordanın  himayəsi  altında  Rusiyada  ticarət  və  yollar  inkişaf  etdirildi  və  İvan  Kalitə  (Moskva 

Knyazı) kimi pul toplayan tacirlər peyda olurdu. Rusiyanı Qafqaz və Orta Asiya ilə birləşdirən qədim ticarət yolları 

turk  tacirlərinin  koməyi  ilə  dircəlməyə  başlayır.  XIII  əsrin  ikinci  yarısından  başlayaraq  Baltik  və  Qara  dənizləri 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə