Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

karvan  yolları  şəbəkəsinə  deyilirdi.  E.ə.  II  əsrdən  yaranaraq  XVI  əsrdə  qədər  fəaliyyət  gostərən  bu  yol  Orta 

Asiyadan  kecərək  Cini,  On  Asiya  və  Aralıq  dənizi  olkələri  ilə  birləşdirirdi.  Bu  yolla  muxtəlif  istiqamətlərdə  ipək 

parcalar, ədviyyat, xalca, silah, zinət malları, pambıq, və s. daşınırdı.  

Şaxəli  şəkildə  şərqdən  qərbə  uzanan  tarixi  İpək  yolu  Sakit  okeanın  Cin  sahillərində  yerləşən  Sinan 

şəhərlərindən başlayaraq Lancjoudan kecib Dunxuana  uzanırdı (şəkil 7). Dunxuan boyuk və şanlı mənasında olub 

e.ə.  111-ci  ildə  Cinin  xan  sulalələri  tərəfindən  olkənin  qərbində  mohkəmləndirilmiş  qala  kimi  bina  edilmişdir. 

Gorunduyu kimi sonralar bu şəhər həm Cinin qərbi ilə şərqini əlaqələndirir və həm də tarixi Boyuk İpək Yolunun 

başlanğıcına cevrilir.  

Boyuk  İpək  Yolu  Cin  kimi  qədim  və  qudrətli  bir  olkədən  başlasa  da  bu  dovlətin  ozu  hec  də  həmişə  ticarətə 

boyuk  həvəs  gostərmirdi.  Xan  sulalələri  olkəni  qapalı  saxlamağa,  onun  ipək,  saxsı  qablar  və  s.  məhsullarının 

hazırlanması sirlərini qorumağa calışırdılar. Tacirlər isə o zaman qiymətli ipəyi muxtəlif yollarla əldə edə bilirdilər.  

Dunxuandan  iki  yerə  hacalanan  Boyuk  İpək  Yolunun  şimal  qolu  Turfan  cokəkliyindən  və  Alay  vadisindən 

kecərək  Orta  Asiyanın  iri  mərkəzləri  olan  Səmərqənd  və  Buxara  şəhərlərinə  daxil  olur  və  oradan  isə  qərbə 

istiqamətlənərək Mərv şəhərində əsas yolla birləşirdi.  

İpək  Yolunun  təsiri  altında  baramacılıq  ucun  əlverişli  təbii  şəraiti  olan  Orta  Asiya  vadiləri  iri  ipək 

istehsalcılarına  cevrilirdilər.  Burada  istehsal  olunan  keyfiyyətli  ipəklər  nəinki  Avropaya,  həm  də  Səmərqənd-Sır-

Dərya vadisi Muqocari dağları istiqamətində Volqa (İtil) su yolu vasitəsilə Rusiyaya gondərilirdi. Məhz ipək ticarəti 

nəticəsində şimali Qafqaza, Don cayına, Krıma və Balkanlara qədər uzanan yollar gedirdi.  

Boyuk İpək Yolunun Dunxuandan ayrılan cənub qolu Təklə-Məkan səhrasının kənarı ilə Xotana, Yarkəndə və 

Pamir dağlarının vadilərindən kecərək Mərv şəhərində əsas yola cıxırdı. İpək Yolunun bu iki istiqamətinin Yarkənd-

Kaşqar arasında birindən digərinə kecid var idi. Bundan başqa, İpək Yolunun uzərindəki Bəlx şəhərindən cənuba-

Hindistana boyuk bir qol ayrılırdı.  

Mərv  şəhərində  birləşərək  qərbə  uzanan  İpək  Yolu  Nisa-Ekbatan-Knesifon-Bağdad-Nsibin  və  Aralıq  dənizi 

sahilində yerləşən Suriyanın Antioxiya limanına gəlib cıxırdı. Oradan isə dəniz yolu ilə Venesiya, Genuya və Qərbi 

Avropaya gedirdi.  

İpək  Yolu  ilə  aparılan,  ticarəti  əldə  saxlamaq  uğrunda  hələ  lap  qədimlərdən  Roma  və  Parfiya  imperiyası 

arasında qızğın mubarizə getmişdir. Ərəb xilafəti yaranana qədər bu ticarət yolu əsasən İran və Soqdiana tacirlərinin 

əlində  olmuşdur.  Karvan  yolları  ilə  Orta  Asiyadan,  Azərbaycandan,  Cindən  coxlu  vasitəcilərlə  Avropaya  ipək 

parcalar, metal əşyaları, saxsı qablar, zərgərlik məmulatları aparılırdı. Cinə dəvə karvanları ilə qiymətli daşlar, şuşə 

məmulatları, ətir və s. gətirilirdi.  

İpək Yolunun boyuk hissəsini oz nəzarətində saxlayan monqol-turk xanlarının yanına Avropadan coxlu elcilər 

gəlirdi. Bu elcilərin gəldikləri və qayıtdıqları yollar uzərində yerləşən olkələr, şəhərlər, xalqlar, o cumlədən Şamaxı, 

Təbriz,  Xəzər  dənizi  və  s.  haqqında  coxlu  biliklər  toplanır,  xəritə  təsvirləri  verilirdi.  Deməli,  uzun  tarixi  kəsim 

daxilində fəaliyyət gostərən Boyuk İpək Yolu coğrafiyanın tarixində də dərin izlər qoymuşdur.  

İpək Yolunu Azərbaycanla ərazilərini əlaqələndirən şəxsi yol Ekbatandan Təbrizə, Xəzər sahilindən isə Ərəş, 

Şirvan  və  Bərdəyə  gedirdi.  Şimal  istiqamətində  gedən  İpək  Yolunun  bir  qolu  Dərbəndə  və  Volqaya  cıxırdı. 

Bərdədən Tiflis və Batumi istiqamətində qərbə cıxan qolu da var idi.  

Bərdə  və  Ərəş  mahallarından  başlayan  İpək  Yolunun  muhum  bir  istiqaməti  Araz  boyunca  Naxcıvana  və 

Culfaya qədər uzanırdı, oradan isə Təbrizə və Yenə də Qərbə yonəlirdi. Culfada iri ipək anbarları yaradılmışdır və 

buraya Azərbaycanın hər yerindən xam ipək gətirilirdi.  

Butun bu geniş şaxəli İpək  yollarının  koməyi  və  həmcinin  əlverişli təbii şəraiti nəticəsində  Azərbaycan uzun 

illər dunyanın iri ipək istehsalcısı və ticarəti mərkəzi rolunu oynamışdır.  

Boyuk  İpək  Yolunun  qovşağında  yerləşən  Təbriz  şəhəri  o  zamanlar  Asiya-Avropa  ticarətini  tənzimləyirdi. 

Təbrizdən kecən ticarət karvanları Azərbaycanı Trabzon, Bursa, Hələb, Beyrut, Dəməşq və s. kimi o dovrun ticarət 

mərkəzləri ilə əlaqələndirirdi.  

Asiya  və  Avropa  tacirləri  və  onların  gətirdikləri  malların  tez-tez  gorunduyu  bu  ticarət  mərkəzində  Qərb 

olkələrindən  gələn  tacirlər  muxtəlif  Şərq  mallarını,  xususən  Hindistan  ədviyyatlarını,  nadir  boyaları,  qiymətli  daş-

qaşı, xam ipəyi və ipək parcaları alırdılar.  

Bu ticarət yolu ilə avropalıların ən cox alıb apardıqları Azərbaycan və İran ipəyi idi. Avropaya aparılan yuksək 

keyfiyyətli  xam  ipəyin  əsas  alıcıları  isə  İtaliya  tacirləri,  xususən  venesiyalılar  idi.  Bu  da  səbəbsiz  deyildi.



  Qərbi

 

Avropanın  butun  saraylarını  ipək  parca  ilə  təchiz  edən  Venesiya  oz  manufakturalarını  surətlə  inkişaf  etdirirdi. 



Onların təmin edilməsində Karvan yolları ilə Azərbaycan və digər Şərq olkələrindən gətirilən xam ipək başlıca rol 

oynayırdı.  

Oz  əhəmiyyətini  təxminən  XVI  əsrdə  itirən  Boyuk  İpək  Yolu  XX  əsrin  90-cı  illərinə  yaxın  yenidən  bərpa 

olunmağa başlandı. Avropa-Qafqaz-Asiya (TRASEKA) dəhlizi adı altında bərpa olunan bu tarixi yolun mərkəzində 

yerləşən Azərbaycan iqtisadi və geosiyasi cəhətdən yenidən boyuk ustunluklər qazanmaqdadır.  

* * *  


Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

III fəsil  



YENİ DOVRUN COĞRAFİYASI (XV-XIX)  


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə