Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə14/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   65

olkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizci Afrikanın qərb sahili boyu gəmilər gondərib bu zəngin olkələrə 

catmağa can atırdı. O, butun omrunu belə məqsədlərin həyata kecirilməsinə həsr etmişdir.  

Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizcilik məktəbləri təşkil edir və 

Avropanın  hər  yerindən  buraya  ən  yaxşı  kartoqrafları,  astronomları,  naviqasiya  cihazlarından  başı  cıxan  mutəxəssisləri 

dəvət  edir.  Səyahətlər  zamanı  səmt  kuləkləri,  dəniz  axınları,  burunlar  və  adalar  haqqında  toplanan  ən  yeni  məlumatlar 

burada  qeydiyyata  alınırdı.  Hindistana  dəniz  yolu  axtarmaq  ucun  Henrix  məktəbi  tərəfindən  ilbəil  Afrikanın  sahilləri 

boyuna Portuqaliya gəmiləri gondərilirdi.  

Okean qarşısında qorxu hissi insanlarda hələ boyuk idi və hətta bəzən hec nə ilə nəzərə carpmayan adi bir burun 

kecilməz  maneəyə  cevrilirdi.  Henrix  Dənizci  adamları  məcbur  edirdi  ki,  bu  qorxunu  aradan  qaldırsınlar,  o  əsl 

dənizcilər  tərbiyə  edirdi.  Elə  Afrikanın  cənub  ucqarındakı  Umid  burnunu  kecməyin  qorxu  xofunu  məhz  onun 

yetişdirdiyi dənizcilər aradan qaldırdılar.  

Portuqaliyalılar  hələ  lap  qədim  zamanlardan  başlayaraq  Afrikanın  qərb  sahillərini  qarış-qarış  oyrənirdilər. 

Henrix  Dənizcinin  yetişdirmələri  isə  bu  prosesi  surətləndirirdilər.  Tezliklə  Alvize  de  Kadamosto  Yaşıl  Burun 

adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hundur dağlar 

gorur, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona gorə də bu dağa Syerra-Leone (Pələng dağı) 

adını  verir.  1470-1473-cu  illərdə  portuqaliyalılar  Qvineya  korfəzinin  sahillərini  mənimsəməyə  başlayırlar  və  bu 

zəngin  yerlərə  muxtəlif adlar verirlər: Fil Dişi Sumuyu  sahilləri, Qızıl sahil, Golə sahil və s.. İlk dəfə 1441-ci ildə 

buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir cox 

ekspedisiyaların  başlıca  məqsədi  rusvaycı  və  qeyri-insanı  qul  ovu  idi,  belə  ki,  qul  alveri  boyuk  gəlir  gətirirdi. 

Qvineya  korfəzindən  cənuba  hərəkət  edən  portuqaliyalılar  sahilin  gorkəmli  yerlərində  daş  sutunlar-padranlar 

qoyurdular. Onun yuxarı hissəsi xac şəklində olurdu, uzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə cıxan 

dəniz səyyahının adı yazılırdı.  

Padranlar  gələcək  dəniz  səyahətləri  ucun  oriyentir  (mayak)  rolunu  oynayırdı  və  Portuqaliyanın  bu  yerlərin 

kəşflərində olan ustunluklərini subut edirdi.  

Hindistana  yol  axtaran  Diaş  Bartolomeu  (1450-1500)  ilk  dəfə  1487-1488-ci  illərdə  Afrikanın  cənub 

ucqarlarından kecərək indiyə qədər qapalı hesab olunan Hind okeanına cıxır. Lakin guclu fırtınalar onun gəmilərini 

əldən  elə  salır  ki,  o,  həmən  burnu  «Fırtına  burnu»  adlandırır.  Amma  indi  biz  coğrafiya  xəritələrində  bu  ada  rast 

gəlmirik,  ona  gorə  ki,  Portuqaliya  Kralı  II  Juan  «Fırtına  burnu»nu  «Umud  burnu»  adlandırmağı  əmr  edir.  Cunki 

Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib cıxmaq umidini verirdi və doğrudan da bundan 

on il sonra Vasko da Qamanın səyahəti bu umidi doğrultdu.  

Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Cinə qərb dəniz 

yolunun  axtarılması  ideyası  yetişirdi.  Bu  ideya  antik  coğrafların  ideyaları  ilə  tanışlıq  əsasında  yaranan  umumi 

coğrafi baxışlar idi.  

3.3 Boyuk coğrafi kəşflərin birinci dovru (1492-1550-ci illər)  

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını uzub kecməsi Boyuk coğrafi kəşflərin başlanğıcı 

kimi qəbul olunur (şəkil 10). Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci 

ildə  sahildə  qurunu  gorurlər  və  sonrakı  gun  ozlərinin  kəşf  etdikləri  torpağa  ayaq  basaraq  onu  Vest-İndiya 

adlandırırlar.  Bu,  birinci  səyahəti  zamanı  (1492-1493-cu  illər)  X.Kolumb  Baham,  Kuba  və  Haiti  (Espanyola) 

adalarını kəşf edir.  

Onun  ikinci  səyahəti  (1493-1496-cı  il)  Kicik  Antil  adalarının  bir  qrupunun,  Puerto-Riko  və  Yamayka 

adalarının  kəşfinə  gətirib  cıxarır;  bundan  başqa  Kubanın  cənub  sahillərini  tədqiq  edir  (materikin  bir  hissəsi  kimi 

başa duşurdu).  

Ucuncu  səyahəti  (1498-1500-cu  il)  zamanı  cənubi  Amerika  materikinin  şimal  sahillərindəki  Orinoko  cayının 

ağzı və Trinidad adası kəşf olunur.  

Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Kohnə Dunyanın bir adası hesab edirdi və Yeni 

Dunyanı kəşf etdiyini hec təsəvvurunə belə gətirmirdi.  



Dorduncu  səyahəti zamanı (1502-1504-cu ildə) o, Mərkəzi  Amerikanın 2  min  km. uzunluğundakı  sahillərini 

kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, Kosta-

Rika və Panama sahilboyu uzərək cənub-şərqə gedib Daryen korfəzinə cıxır.  

Kolumbun  hələ  sonuncu  səyahəti  başa  catmamış,  1497-ci  ildə  İspan  dovləti  tərəfindən  yeni  torpaqların 

mənimsənilməsinə  icazə  verilir  və  buraya  avropalıların  –  konkistadorların  boyuk  axını  başlayır.  Tarixcilərin  qeyd 

etdiyi kimi, «onlar buraya əllərində xac və urəklərində qızıla olan hərisliklə gəlirdilər».  

Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım surətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha 

sonra isə Portuqal gəmiləri gedirdi.  

Varlı  İspan  gəmi  sahibləri  1499-1500-cu  illərdə  Ameriqo  Vespuccinin  iştirakı  ilə  cənubi  Amerikaya  dord 

ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri oyrənirlər və Amazon cayının ağzını kəşf edirlər.  

1500-cu  ildə  Hindistana  yollanan  portuqaliyalı  Pedro  Kabralın  gəmilərini  fırtına  Braziliya  sahillərinə  atır, 

buranı  o  Santa-Krus  adası  adlandırır.  Sonralar  Portuqaliya  tacirləri  buraya  boyaq  ağacı  (Braziliya)  ucun  uzməyə 

başlayırlar.  

Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başcılığı ilə 1497-ci ildə 

Hindistana  dəniz  yolu  acmaq  ucun  qərbə  gəmilər  gondərir.  Kabot  Kolumbdan  əvvəl  Şimali  Amerika  materikində 

(ehtimal  ki,  bu  yerlər  Nyufaundlend  adası  və  Labrador  yarımadası  imiş)  olmuşdur.  Beləliklə,  məlum  olur  ki, 

normanlardan  sonra  Şimali  Amerikanı  həqiqi  kəşf  edən  Kabot  olmuşdur.  1498-ci  ildə  olan  ikinci  səfərində  Kabot 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə