Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

ildə  tarixi  coğrafi  xəritə  və  atlasları  nəşr  etdirdi.  Onun  ardınca  1567-ci  ildə  İtaliya  (Florensiya)  taciri  Lyudoviko 

Qviccardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı capdan cıxdı.  

Əsərin birinci  hissəsində Niderlandın butovlukdə təbiətindən, əhalisindən və təsərrufatından danışılır. Muəllif 

coğrafi movqeyin, cayların və dənizlərin olkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmcinin olkədə movcud 

olan  sənətkarlıq  və  ticarətin  vəziyyəti,  olkənin  idarə  olunması  haqqında  geniş  məlumat  vermişdir.  İkinci  hissədə 

Niderlandın  17  əyalətinin  hər  biri  haqqında  ayrı-ayrılıqda  sohbət  acılır.  Qviccardini  bu  hissədə  şəhərlərin 

coğrafiyasına  daha  cox  diqqət  yetirmiş,  iqtisadi-coğrafi  hadisələri  və  muxtəlif  proseslərin  səbəblərini  daha  geniş 

gostərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcumə edilmişdir.  

XVII-XVIII  əsrlərdə  təbiiyyat  elmində  metafizika  (mexaniki)  materializm  hokm  sururdu  ki,  bunun  da  əsasını 

Bekonun  və  Dekartın  fəlsəfi  sistemi  təşkil  edirdi.  Empirik  təbiətşunaslıq  təbiət  və  sosial  hadisələrin  oyrənilməsi 

proseslərini  bir-birindən  ayırırdı.  Bu  dunyagoruşun  mərkəzində  təbiətin  dəyişməzliyi  haqqında  muddəa  dururdu: 

madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan 

gundən  bəri  necə  var,  elə  də  qalmışdır.  Təbiət  və  sosial  hadisələrin  oyrənilməsi  proseslərini  bir-birindən  ayıran 

empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi.  

Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya 

coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Umumi coğrafiya» adlı elmi əsəri nəşr 

olundu.  Bu  kitabla  tarixdə  ilk  dəfə  olaraq  Yer  haqqında  bilikləri  sistemləşdirən  coğrafiya  elmi  meydana  gəldi.  Bu 

əsərdə iqtisadi coğrafiya ilə bağlı coxlu fikirlər var.  

Varenius  ilk  dəfə  olaraq  coğrafiyanı  butunluklə  (umumi  coğrafiya),  iri  zonalar  (xoroqrafiya)  və  kicik  sahələr 

uzrə  (topoqrafiya)  oyrənən  təbiiyyat  elmi  kimi  muəyyən  etdi.  Onun  əsərində  coğrafiya  vahid  bir  elm  kimi  qalır, 

cunki tədqiqat olunan obyektlərin miqyasına gorə bolunməsi onların oyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə, 

muəllif  ilk  dəfə  olaraq  Yer  barəsindəki  biliklər  sistemindən  umumi  coğrafiyanı  və  xususi  (regional)  coğrafiyanı 

ayırırdı.  

Vareniusa  gorə,  coğrafiya  riyazi  elm  olub,  Yer  kurəsinin  xususiyyətləri,  forması,  olculəri,  onda  baş  verən 

hərəkətlər,  hadisələrin  dinamikası,  quru  və  dənizlər  haqqında  riyazi-coğrafi  məlumatlar  verir,  enlik  və  uzunluq 

dairəsini  təyin  edir.  «Umumi  coğrafiya»  xəritədə  məsafəni  olcmək,  xəritədən  və  kompasdan  istifadə  qaydaları, 

gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir.  

Xususi coğrafiyanı (muasir mənada, diyarşunaslığı) alim uc yerə bolur:  

1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;  

2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);  

3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət;  

Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu 

məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur 

munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur.  

Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla  əlaqədar coxlu 

xəritələr  və  qrafiklər  verilir.  Kitab  metodoloji  baxımdan  fərqlənir.  Bir  cox  antik  coğrafi  yazılara  xas  olan  tarixilik 

burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru 

və  su  hissələrinin  nisbəti,  relyef,  filizlər  və  s.  haqda  məlumatlar  vermiş,  Yerin  5  qurşağını,  iqlim  muxtəlifliyini, 

başqa  əlamətlərini  ilk  dəfə  geniş  izah  etmişdir.  Lakin  onun  kitabında  əsrin  fəlsəfəsi  təsirindən  asılı  olaraq,  insan 

məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri 

və  praktiki  yeniliklər,  sistemləşdirmə,  təhlil  etmə  onu  coğrafiya  elminin  banisi  etmişdir.  Vareniusdan  sonra  yeni 

elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya 

məktəbləri meydana gəlir.  

3.5 Yeni Dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)  

Avropada  baş  verən  ingilis  burjua  inqilabı  (1642-1660)  kapitalizm  dovrunun  başlanmasından  xəbər  verdi. 

İngiltərə  sənayesinin  inkişafına  ciddi  fikir  verir,  əvvəlcə  Hollandiyanı  və  sonralar  isə  muəyyən  muddətə  Fransanı 

satış  bazarlarından  sıxışdırıb  cıxarır.  İngiltərə  iri  mustəmləkəci  dovlətə  cevrilir.  Lakin  buna  baxmayaraq  məhz 

Fransa bu dovrdə coğrafiya və xəritəşunaslıq sahəsində gorkəmli işlər gorur.  

Avropa  olkələrində  inkişaf  etməkdə  olan  kapitalizmə  coğrafi  biliklər  lazım  idi.  Dəniz  yollarını  idarə  etmək, 

ticarəti  nizama  salmaq,  fabrik,  zavod  muəssisələrini  yaratmaq  və  onları  xammalla  təmin  etmək  və  s.  ucun  coğrafi 

məlumatlar tələb olunurdu. Boyuk kəşflərin surəti XVII əsrin ortalarına zəifləyir. Bu muddətdən sonra materiklərin 

daxili  hissələri  və  onların  təbii  sərvətlərinin  oyrənilməsinə  daha  cox  diqqət  yetirilir.  Materiklərin  təbii  zonalarının 

bitki, heyvan aləmi, faydalı mineralları oyrənilir və əhalinin demoqrafik vəziyyəti uzərində muşahidələr aparılır.  

Gostərilən dovrdə ən cox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və 

Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi.  

Rusiyanı  boyuk  dəniz  olkəsinə  cevirmək  haqqında  I  Pyotrun  cəhdlərilə  bağlı  olaraq  olkədə  coğrafi 

ekspedisiyaların  sayı  artırılır.  Onun  təkidi  ilə  1717-1720-ci  illərdə  Qotlib  Şober  Volqaboyuna,  Xəzər  sahilinə  və 

Qafqaza səyahətlər edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini oyrənir. I Pyotr Xəzərə və Xəzərsahili 

vilayətlərə  boyuk  maraq  gostərirdi.  Buradan  Cinə  və  Hindistana  qısa  yollar  axtarışına  və  səpinti  qızıl  yataqlarına 

xususilə əhəmiyyət verilirdi. 1703-1726-cı illərdə bu boyuk gol-dənizin artıq xəritəsi cəkilir və Amu-Dərya cayının 

Xəzərə tokulmədiyi muəyyənləşdirilir.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə