Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə21/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   65

ekspedisiyalarda  iştirak  etmiş  F.F.Bellinshauzeni  sonuncu  boyuk  dəniz  səyyahı  adlandırmaq  olar.  Yerin  axırıncı 

materiki artıq kəşf olunmuşdur.  

Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatcıların işləri hələlik başa catsa da, səyahətcilərin işləri davam edirdi. Belə 

ki, butun materiklərdə hələlik oyrənilməmiş coxlu «ağ ləkələr» qalırdı. Onlar iki qutb dairəsində daha cox idi.  

Rusiyanın  ozundə  olan  sosial-iqtisadi  vəziyyət  olkənin  təbii  şəraiti  və  təbii  ehtiyatlarının  hərtərəfli 

oyrənilməsinə  diqqəti  artırmağı  tələb  edirdi.  Bu  məqsədlə  təşkil  olunan  akademiya  ekspedisiyaları  (1768-1774-cu 

illərdə)  Rusiyada  yeni  tipli  tədqiqatın  aparılmasının  əsasını  qoydu.  Tədqiqatlar  geniş  əraziləri  əhatə  edirdi: 

P.S.Pallasın marşrutu Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı kəsib kecirdi; İ.Q.Georqi Baykalın ilk 

tədqiqini apardı; S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi.  

Pallas  ilk  dəfə  Rusiyanın  oroqrafiyasının  şəklini  verir.  Xəzər  ətrafında  cavan  relyefin  olduğunu  gostərir, 

kecmişdə Xəzər-Qara dəniz hovzəsinin bir olması fərziyyəsini irəli surur.  

Kanada  ərazisinin  oyrənilməsi  davam  etdirilir:  A.Makkenzi  sonralar  onun  adı  verilən  cayla  uzu  aşağı  enərək 

Şimal Buzlu okeanına cıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan kecərək Sakit okeana enir.  

Cənubi  Amerika  təbiətinin  həqiqi  oyrənilməsi  1799-1804-cu  illərdə  Aleksandr  Humboltun  və  E.Bonplanın 

buraya  olan  səyahətlərindən  sonra  başlanmışdır.  Onların  apardıqları  tədqiqatlar  Orinoko  hovzəsini,  ekvatorial 

Andları və həmcinin Meksika yaylasını əhatə edirdi. Ozunun coğrafi nəticələrinə gorə bu XVIII əsrin sonu və XIX 

əsrin başlanğıcında aparılan tədqiqatların ən gorkəmlisi hesab olunurdu.  

İngiltərə  hokuməti  Daxili  Afrikanın  oyrənmək  ucun  şirkətlər  təşkil  edir.  Bu  şirkətlər  tərəfindən  Qərbi 

Afrikanın, xususilə Niger cayı hovzəsinin tədqiqi aparılır.  

Aparılan butun bu səyahətlərin nəticələri təhlil edilir, umumiləşdirilir  və  coğrafi ideyaların sonrakı inkişafına 

guclu təkan verir.  

XVIII  əsrin  ortalarında  Fransada  klassik  coğrafi  materializm  cərəyanı  meydana  gəldi  ki,  bu  cərəyanın  da  gorkəmli 

numayəndəsi  fransız  filosofu  və  Boyuk  Fransa  inqilabının  ilhamcısı  Şarl  de  Monteskyo  (1689-1755)  olmuşdur.  Onun 

«Qanunların ruhu haqqında» kitabı təbii şəraitin ictimai inkişafa təsirinə həsr edilmişdir. Bu əsrin ayrı-ayrı fəsillərində o, 

xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi şəraitin muxtəlifliyinin 

qanunvericiliyə  təsirinə  xususilə  diqqət  yetirən  filosof  həmin  kitabda  «İqlimin  xususiyyətlərinə  qanunların  munasibəti 

haqqında», «Torpaqların təbiətinə qanunların munasibəti haqqında» adlı xususi fəsillər verməsi hec də təsadufu deyil. O, 

təbiətin dəyişdirilməsində insanların rolu haqqında mutərəqqi fikirlər soyləmişdir.  

Bu dovrun humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər əmələ 

gəlirdi.  Kant,  Hegel,  Feyerbax  kimi  filosoflar,  Adam  Smit  və  David  Rikardo  kimi  iqtisadcılar  meydana  cıxırdı. 

Fəlsəfə  və  siyasi  iqtisaddakı  yeni  fikirlər  elmin  başqa  sahələrinə  təsir  etdiyi  kimi,  coğrafiyanın  inkişafında  da 

muəyyən  rol  oynayırdı;  filosoflar  və  siyasi  iqtisadcılar  coğrafiyanın  nəzəri  məsələləri  haqqında  da  coxlu  fikirlər 

soyləyirdilər.  

Umumiyyətlə, bu yeni dovr coğrafiya elmində də hərtərəfli yuksəliş dovru oldu. Təsadufu deyildir ki, XIX əsrin 

ortaları klassik dunya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dovrdə A.Humbolt, K.Ritter, İ.Tunen, İ.Kant, 

kimi nəhəng, dunya şohrətli coğrafiyacılar meydana gəldi. Onlardan sonrakı dunya coğrafiyasının inkişafı bu klassik 

coğrafiyacıların adları ilə bağlıdır. İndiyə qədər də bir cox olkələrdə onların təsiri hiss edilməkdədir.  

Boyuk  alman  filosofu  İmmanuil  Kant  (1724-1804)  bir  sıra  əsərlərində  coğrafiyaya  da  aid  qiymətli  fikirlər  irəli 

surmuşdur.  Koniqsberq  universitetində  fiziki  coğrafiyadan  muhazirələr  oxuyan  alim  coğrafiyanın  elmlər  sistemində 

tutduğu  yeri  muəyyənləşdirmişdir  və  gostərmişdir  ki,  obyektləri  (hadisələri)  oyrənmək  ucun  onları  iki  usulla 

qruplaşdırmaq olar: birincisi, harada və nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə gorə, yaxud bu 

və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı movqeyinə və yerinə (coğrafiya) gorə və ya zamana gorə 

(tarix)  yaxud  fiziki  təsnifat  əsasında  təbiət  obyektlərinin  məkanındakı  movqeyinə  gorə  oyrənilməsinə  əvvəllər  də  boyuk 

əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni xorologiyanın əsasını qoymuş, təbiətin 

sahə cəhətdən oyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.  

Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xususiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid 

edilmiş  şəkildə  oyrənmiş,  təbiəti,  əhalini  və  təsərrufatı  ayrılıqda  təhlil  etmişdi.  Filosofun  coğrafiyaya  aid 

muhazirələrində alman statistik coğrafiyasının istiqaməti  hiss olunurdu, onun apardığı tədqiqatlar isə diyarşunaslıq 

xarakteri daşıyırdı.  

Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa catdırılır, butun materiklərin (Antarktida 

istisna  edilməklə)  sahil  xəttləri  muəyyənləşdirilir  və  xəritəyə  kocurulur,  quru  və  su  sahələrinin  bolgusu 

aydınlaşdırılır, dunyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.  

* * *  


Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

IV fəsil  



MUASİR DOVRUN COĞRAFİYASININ YARANMASI  

(XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)  

XIX  əsr  boyu  Qərbi  Avropa  olkələrində  və  ABŞ-da  sənaye  inqilabı  başa  catır,  beynəlxalq  əmək  bolgusu 

genişlənir,  olkələrarası  iqtisadi  əlaqələr  inkişaf  edir.  Buna  nəqliyyat  sahəsində  baş  verən  texniki  tərəqqi,  buxar 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə