Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

maşınlarının,  daxili  yanacaq  muhərriklərinin  icad  olunması  guclu  təkan  verir.  Avropadan  ABŞ-a,  Kanadaya, 

Avstraliyaya kocən muhacirlərin axını kutləvi xarakter alır.  

XIX  əsrin  70-ci  illərindən  başlayaraq  kapitalizm  daha  yuksək  inkişaf  mərhələsinə  qədəm  qoyur.  Qabaqcıl 

olkələrdə  sənayenin  inkişafı  surətlənir.  Teleqraf,  telefon,  avtomobil  və  təyyarənin  meydana  gəlməsi  beynəlxalq 

əlaqələrin  imkanlarını  xeyli  genişləndirir.  İqtisadi  əlaqələr  butun  dunyaya  yayılır.  Olkələrin  və  regionların 

inkişafında qeyri-bərabərlik guclənir. Afrikada və Asiyada mustəmləkə olkələrinin sayı artır.  

Mustəmləkələr  və  yeni  nufuz  dairəsi  əldə  etmək  uğrunda  aparılan  mubarizə  materiklərin  daxili  hissələrinin 

oyrənilməsini surətləndirir. Bu məqsədlə boyuk səyahətlər: P.P.Semyonov-Tyanşanski, N.M.Prjevalski Mərkəzi və 

Daxili  Asiyanı  tədqiq  edirlər;  David  Livinqston  -cənubi  Afrikanı  qərbdən  şərqə  kəsib  kecir;  Henri  Stenli  –  Şərqi 

Afrikadan başlayıb Nilin yuxarı axınlarını, Viktoriya golunu və Konqo cayı boyunca Atlantik okeanına qədər olan 

marşrut  uzrə  tədqiqatlar  aparmış  və  bu  ərazilərdə  mustəmləkəciliyin  bərqərar  olmasında  Belcika  dovlətinin 

yardımcısı olmuşdur; N.N.Mikluxo-Maklay Yeni Qvineyada yaşayan yerli papuaslar arasında uzun illər antropoloji 

və  etnoqrafik  tədqiqatlar  aparır;  boyuk  səyyah-təbiətşunas  və  klassik  coğrafiyanın  banisi  hesab  olunan  Aleksandr 

Humbolt Mərkəzi və Cənubi Amerikada kompleks coğrafi tədqiqatları və s. davam etdirir.  



4.1 XIX əsrin yeni coğrafiyasının yaranması  

XIX  əsrdə  elmin,  texnikanın  coşğun  inkişafı  oz  təsirini  coğrafiyaya  da  gostərdi.  Bu  dovrdə  yeni  coğrafiyanın 

əsaslarını  qoyan  –  Aleksandr  Humbolt,  Karl  Ritter,  İohan  Tunen,  K.İ.Arsenyev  və  s.  kimi  gorkəmli  alimlərin 

ideyaları ilə tanışlıq cox vacibdir.  

XIX  əsrin  yeni  coğrafiyasının  boyuk  tədqiqatcısı,  səyyah,  təbiətşunas,  geoloq  muqayisəli  fiziki  coğrafiyanın, 

landşaftşunaslığın  banisi  Aleksandr  Humbolt  (1769-1859)  olmuşdur.  O,  coğrafiya  elminə  Cənubi  və  Şimali 

Amerika, Mərkəzi Asiya, Ural, Altay olkəsi və dunyanın başqa rayonlarına səyahət etməklə dərin elmi muşahidələr 

aparmaqla gəlmişdir. Həyata kecirdiyi iri elmi ekspedisiyalarda coxlu məlumatlar toplamış, yol qeydləri aparmış və 

sonra  bu  məlumatları  sintez  edərək  qiymətli  elmi  əsərlər  yazmışdır.  Onun  qələmindən  600-dən  artıq  coğrafiyanın 

muxtəlif  sahələrini  əhatə  edən  qiymətli  əsərlər  cıxmışdır.  Bu  əsərlərin  coxu  sanballı  monoqrafiyalar  və  elmi 

kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə 

aid 4 cildlik əsərlər nəşr etdirmişdir. Bu əsərlərdən başqa o, elmin tarixinə, təbiətdə insan fəaliyyətinə, coğrafiyanın 

tədqiqat  usullarına  aid  qiymətli  kitablar  yazmışdır.  Onun  nəzəri  coğrafi  goruşləri  ucun  səciyyəvi  olan  «Təbiət 

mənzərələri» kitabında coğrafiya nəzəriyyəsinə aid qiymətli mulahizələr var. O, bu kitabda qeyd edirdi ki, təbiətin 

mənzərəsini butov verməyə calışmışdır.  

Humbolt oz səyahətlərində muşahidə etdiyi muxtəlif yerlərin, o cumlədən Uralın, Altayın, Qazaxıstan collərinin 

və  s.  təbiətini  muqayisəli  təsvir  etməklə  təbii  hadisələrin  (iqlimin,  relyefin,  torpağın,  bitki  ortuyunun)  əlaqələrinin 

qanunauyğunluqlarını  tapmışdır.  O,  təbiətin  birliyini  yer  səthinin  muxtəlif  formalarının  qarşılıqlı  əlaqələrində  və 

qarşılıqlı yaranan birlikdə gorurdu.  

Alim landşaftların və zonaların təşəkkulundə uzvu aləmin, xususilə bitki ortuyunun, iqlimin roluna cox boyuk 

qiymət  verirdi.  O  yazırdı  ki,  uzvu  aləm  yer  kurəsinin  hər  bir  sahəsinə  xususi  xarakter  və  gorunuş  verir.  Yalnız 

muqayisə  metodu  vasitəsilə  hər  hansı  bir  landşaftda  bu  xarakteri  və  gorunuşu  muəyyən  etmək  olar.  O,  ayrı-ayrı 

olkələri bir-birindən fərqləndirən xususiyyətlərin muqayisəsini və bu muqayisənin nəticələrinin qısa şəkildə təsvirini 

verməyi umumi yerşunaslığın vacib vəzifəsi hesab edirdi.  

Muasir  dovrumuzdə  belə,  oz  əhəmiyyətini  itirməmiş  və  kəmiyyət  gostəricilərindən,  rəqəmlərdən  istifadə 

etməklə aparılan  muqayisə  metodu alimin  «Təbiət  mənzərələri» əsərində cox  geniş izah  olunmuşdur.  O  gostərərdi 

ki, hadisələrin dovru təkrarlanmasını əsaslandırmaq və yaxud təbiətin ardıcıl dəyişmələri qanunu başa duşmək ucun 

dəqiq qeydə alınmış noqtələrdə diqqətlə aparılan, muəyyən dovrlərlə bağlı olan, muqayisələr ucun rəqəm materialı 

verə bilən muşahidələr tələb edilir. Onun fikrincə, Yerin muxtəlif hissələrinin təbiətinin xarakterinin dərk edilməsi 

bəşər tarixi və onun mədəniyyəti ilə sıx surətdə əlaqədardır.  

Humbolt  səyahətlər  zamanı  yalnız  təbiətlə  yox,  insanların  fəaliyyəti  ilə  də  maraqlanmış  və 

muəyyənləşdirilmişdir ki, «saf» təbiət yoxdur. Təbiət insan fəaliyyəti ilə xeyli dəyişmiş və dəyişməkdədir. O, Aralıq 

dənizi  sahillərində  meşənin  az  olmasının  səbəbini  vaxtilə  burada  məskən  salmış  qədim  xalqların  əkincilik 

sahəsindəki  fəaliyyətlərilə  əlaqələndirirdi.  Burada  əkin  torpaqları  cox  yerdə  meşələrin  qırılması  hesabına  əldə 

edilmiş və bu sahələr cılpaq qayalığa cevrilmişdir.  

A.Humbolt  materialist  olsa  da,  muasirləri,  onu  həm  də  ateist  kimi  də  tanıyırdılar.  O,  coğrafiyaya  mutərəqqi 

sintez və tarixilik prinsiplərini gətirmişdir.  

Klassik  coğrafiyanın  ikinci  boyuk  numayəndəsi  A.Humboltun  muasiri  Karl  Ritter  (1779-1859)  olmuşdur. 

Muqayisəli  coğrafiyanın  tərəfdarı  olan  Karl  Ritter  dərin  bilikli,  geniş  dunyagoruşlu  alim  idi.  Almaniyada  Berlin 

universitetinin  ilk  coğrafiya  kafedrasını  təşkil  etmiş  və  onun  professoru  olmuşdur.  Onun  dərin  mənalı,  maraqlı 

muhazirələrini bir cox gorkəmli alimlər – isvecrəli A.Qyuye, fransız Elize Reklu, rus Pyotr Semyenov-Tyanşanski 

və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, 

zəngin  coğrafi  və  fəlsəfi  ədəbiyyatdan  istifadə  edərək,  coxlu  əsərlər  yazmışdır.  Bu  əsərlər  sırasında  19  cildlik 

«Təbiətə və insan tarixinə aid yerşunaslıq və ya umumi muqayisəli coğrafiya» adlı əsəri də var. Əsər boyuk həcmli 

olsa  da,  oradakı  mulahizələr  Afrikaya  və  Avropanın  bir  hissəsinə  aid  materiallar  uzərində  qurulmuşdur.  Ritterin 

nəzəri coğrafi goruşləri muqayisəli yerşunaslıq ideyası bu kitabda oz əksini tapmışdır.  

Ritter,  muəyyən  mənada  Kantın  davamcısı  olmuşdur.  O,  Kantın  coğrafi  xorologiya  və  Allahın  həlledici  rolu 

haqqındakı teoloji konsepsiyalarını iqtibas etmişdir.  Ritterin  fikrincə, dunya  Allah tərəfindən elə  yaradılmışdır ki, 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə