Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   65

bəşəriyyətin  gələcək  inkişafının  əsası  təbiətin  ozundə  qoyulmuşdur;  Allah  insanların  həyatını  materiklərin  və 

okeanların  umumi  forması  ilə  qabaqcadan  muəyyənləşdirmişdir,  sonralar  isə  təbiət  ozu  insanları  idarə  etməyə 

başlamışdır. Buradan da istər-istəməz təbiət bəşəriyyətin «rəhbəri» və «murəbbisi» kimi cıxış etmişdir.  

K.Ritter  coğrafiya  elminin  predmetini  də  muəyyənləşdirmişdi.  O,  bu  zaman  Dekartın  fəzanın  bu  və  ya  digər 

olculu muxtəlif cisimlərlə dolu olması muddəasına əsaslanmışdır. Alimin fikrincə, bir halda ki, fəza yer cisimləri ilə 

(bu  cisimlərin  hansının  təbiət  aləminə  məxsus  olmasından  və  hansı  şəkildə  təzahur  etməsindən  asılı  olmayaraq) 

doludur,  bu  elmlər  ayrı-ayrı  yerlərin  qarşılıqlı  əlaqələrinə,  həmcinin  ən  umumi  dunyəvi  formalarda  təzahur  edən 

əlaqələrini  oyrənir.  Həm  də  coğrafiya  elmlərində  hadisələr  onların  ardıcıl  dəyişməsi  və  inkişafı  tarixi  tədqiq 

edilmədən  oyrənilir.  Bununla  da  coğrafiya  elmləri  tarix  elminə  qarşı  qoyulmuşdu.  Lakin  Ritter  elə  buradaca 

soylədiyi  əvvəlki  fikrə  zidd  olaraq  qeyd  etmişdi  ki,  coğrafiya,  əgər  o,  yer  uzərindəki  sahələrin  qarşılıqlı 

əlaqələrindən  danışan  həqiqi  elm  olmaq  istəyirsə,  tarixi  unsursuz  kecinə  bilməz.  Coğrafiya  sadəcə  olaraq  yerin 

mucərrəd  şəklini  cəkməklə  kifayətlənə  bilməz.  Yer  haqqındakı  elm  onun  daxili  və  xarici  qanunlarını  oyrənmədən 

elm ola bilməz. Alim coğrafiyanı yalnız fiziki coğrafiya sahəsindəki tədqiqlərlə məhdudlaşdıran və onun tarixiliyini 

inkar edən tədqiqatcıları tənqid etmişdi.  

Ritterin elmi yaradıcılığı murəkkəb və bəzən də ziddiyyətli idi. Bir tərəfdən o, adi təsvir etmədən qanun kəşf 

edilməsinə,  sadə  sadalamadan  muxtəlif  təbii  sahələr  arasındakı  və  onların  daxilindəki  munasibətlərin,  əlaqələrin, 

qarşılıqlı təsirlərin dərk edilməsinə  səy  gostərir, digər tərəfdən isə  inkişaf qanunları ilə  məhdudlaşdırılması lehinə 

cıxış  edirdi.  Ritter  coğrafiyasının  daha  bir  muhum  cəhəti  ondan  ibarətdir  ki,  o,  hadisələrin  məkan  nisbətlərinə, 

uyğunluğuna, əlaqələrinə kəmiyyət cəhətdən qiymət verməyə calışmışdır. O, nəinki olkələrin, həm də təbii sahələrin 

coğrafi  movqeyini,  olculərini  və  konfiqurasiyasını  kəmiyyətcə  qiymətləndirmək  sahəsində  curətli  təcrubələr 

aparmışdır.  Muxtəlif  sahələrin  nisbətlərini,  onların  qonşuluğunu  və  sərhədlərini,  zaman  kecdikcə,  tarixi  inkişaf 

gedişində  həmin  nisbətlərdə  baş  verən  dəyişmələrin  miqdar  cəhətdən  muəyyən  edilməsinə  Ritterin  calışması  cox 

qiymətli haldır. Təbii konfiqurasiyaların həndəsi fiqurlar ilə muqayisə edilməsi də coğrafiyada yenilik idi.  

O,  sahə  nisbətlərini,  olculərini  muəyyənləşdirmək  ucun  riyazi  təhlildən  geniş  istifadə  edirdi.  Nəhayət  o,  sahə 

nisbətləri,  «boyuk  butovluk  və  başlıca  hissələr»,  anlayışlarına  yaxınlaşdırmışdır  ki  bu  da  gələcəkdə  coğrafiyanın 

sistem usuluna kecməsinin başlanğıcı idi.  

Təbiət ilə xalqların tarixi arasındakı əlaqələri izah edərkən, Ritter idealizmə qapılmışdır. Onun fikrincə, təbiətin 

xassələri  nəinki  xalqların  tarixinə  və  muasir  dovrə  təsir  edir,  həm  də  qanunauyğunluq  kimi  gələcəyi  də 

muəyyənləşdirir.  Ritterə  gorə,  təbiətin  bəzi  xassələri  xalqların  inkişafını  surətləndirir,  digər  xassələri  isə  onları 

durğunluğa gətirib cıxarır. Bu xassələr hansılardır, harada və nə vaxt ozlərini buruzə verirlər suallarına Ritter cavab 

vermir. O, hesab edir ki, bu, Allahın işidir, onu bilmək olmaz.  

Humbolt və Ritterin coğrafiya tarixindəki rolu boyukdur. Onların yaradıcılığı ilə coğrafiyanın «klassik» inkişaf 

dovru başa catır, yeni dovr coğrafiyasının əsası qoyulur.  

Klassik  coğrafiyanın  gorkəmli  numayəndələrindən  biri  də  alman  mulkədarı,  ilk  sahə  modelinin  yaradıcısı 



İohann Tunen (1783-1850) olmuşdur. O, kənd təsərrufatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk 

sxem  tərtib  etmiş,  «Təcrid  olunmuş  dovlət»  (1826)  kitabında  bu  modelləşdirmə  ideyasının  izahını  vermişdir.  O, 

kənd  təsərrufatının  yerləşdirilməsinə  təsir  edən  3  amili  –  1)  istehsalın  xarakterini,  2)  torpaqların  munbitliyini  və 

bitkilərin xususiyyətlərini, 3) bazar qiymətləri ilə muqayisədə nəqliyyat xərclərini əsas goturmuşdur (şəkil 11).  

Sonra Tunen kənd təsərrufatının yerləşdirilməsinə bazar mərkəzinin təsirini oyrənməklə bu sxemi 

mucərrədləşdirərək belə nəticəyə gəlmişdir ki, muxtəlif kənd təsərrufat sahələrini həmin mərkəz ətrafında torpaqdan 

səmərəli istifadə etmək prinsipi əsasında yerləşdirmək lazımdır. Onun fikrincə, bazar mərkəzini əhatə edən ən yaxın 

dairədə bazar ucun ucuz və daşınması cətin olan məhsul istehsal edən sahələr, xususən tovlə şəraitində saxlanan təzə 

sud verən maldarlıq və istixana tərəvəzciliyi yaradılmalıdır.  

İkinci dairəni meşə təsərrufatı tutmalıdır. Bu təsərrufatı bazar mərkəzinə yaxın yerləşdirərək meşə 

məmulatının yanacaq kimi boyuk əhəmiyyəti, meşəcilik məhsullarının (odun, taxta və s.) daşınmasının cətinliyi 

nəzərə alınmalıdır.  

Ucuncu  dairədə  toxumculuq,  taxılcılıq  sahələrinin  yerləşdirilməsi  nəzərdə  tutulmalıdır.  Burada  mərkəzə 

gondərmək ucun mal-qaranın kokəltmə məntəqələri saxlanmalıdır.  



Dorduncu dairədə sudluk və ətlik heyvanlar saxlanması, yeddi tarlalı əkincilik və oruş yerləri olmalıdır.  

Beşinci dairədə uctarlalı oruş yerləri və taxılcılıq təsərrufatı yerləşməli.  

Altıncı dairəni isə yardımcı əkincilik təsərrufatı, otlaq heyvandarlığı, ot, yun, yağ istehsalı təşkil etməlidir.  

Nəhayət, dairədən kənarda qalan sahələrdə ibtidai ovculuq və balıqcılıq təsərrufatı yerləşdirilməlidir.  

Tunen  kənd  təsərrufatı  sisteminin  ərazidə  yerləşməsini  yalnız  bazar  mərkəzi  munasibəti  ilə,  yəni  nəqliyyat 

şəraitinin dəyişməsi ilə izah edir.  

Onun  fikrincə, təsərrufat  mərkəzdən nə qədər uzaqda  yerləşirsə, bir o qədər sadələşir və onun səviyyəsi aşağı 

enir. Əlbəttə, nəqliyyatın kənd təsərrufatının ixtisaslaşdırılmasına və onun gəlirliyinə təsiri var, lakin bu təsir yeganə 

amil  deyil.  Beləliklə,  Tunen  cəmiyyətin  tələbatı  və  istehsal  imkanları  ilə  əlaqədar,  təbii  şəraitlə  sıx  bağlı  olan 

murəkkəb  və  tarixən  dəyişən  kənd  təsərrufatı  sisteminin  yaradılmasını  mucərrəd  və  tarixi  reallıqdan  kənar  bir 

sxemlə  izah  edir.  Bununla  belə,  onun  ərazi  qanunauyğunluqlarının  təhlilində  riyazi  prinsipləri  işlətməsi,  ərazidə 

zonaların optimal əlaqələrini tapmaq prinsipi təqdirəlayiqdir.  

XIX  əsrin  başlanğıcında  Rusiyada  dunya  klassik  coğrafiyasının  banilərindən  biri  K.İ.Arsenyev  (1789-1805) 

olmuşdur. O, dunya coğrafiyasında rayonlaşdırmanın əsasını qoymuşdur. K.İ.Arsenyev oz muasirlərini və onlardan 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə