Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

əvvəlki  coğrafiyacıları  geridə  qoyaraq,  gələcəkdə  meydana  cıxacaq  coğrafi  problemlər  haqqında  bir  sıra  qabaqcıl 

fikirlər irəli surmuşdur. O, Rusiyanı spesifik təbii şəraitinə və əhalinin xususi təsərrufat fəaliyyətinə gorə 10 sahəyə 

ayırmışdır ki, bu da, Rusiyanın ilk elmi rayonlaşması və dunya coğrafiyasında rayonlaşma uzrə ilk tədqiqat idi. O, 

hər  bir  rayonu  hərtərəfli  xarakterizə  etmiş,  rayonların  təbiəti,  əhalisi  və  təsərrufatı  haqda  dolğun  məlumatlar 

vermişdir. Alim oz elmi fəaliyyətini təsviri statistika məktəbində başlamış, lakin sonrakı tədqiqatlarında məlumatlar 

toplayan və təsərrufatları təsvir edən bu məktəbdən xeyli irəli getmişdir.  

Arsenyev  Rusiyada  və  dunyanın  bir  sıra  olkələrində  coğrafiyanın  inkişafına  cox  boyuk  təsir  gostərmişdir.  O, 

Rusiya  Coğrafiya  cəmiyyətinin  təşkilatcılarından  biri  olmuşdur.  İqtisadi  coğrafiyaya  həsr  edilən  ilk  əsəri  – 

«Rusiyanın  statistik  ocerkləri»  (1848)  XIX  əsrin  birinci  yarısında  aparılmış  boyuk  tədqiqat  işinin  nəticəsi  idi. 

Muəllif,  Rusiyanı  rayonlara  (sahələrə),  yarımrayonlara  (qurşaqlara)  ayırmış,  hər  rayonun  geniş  fiziki  və  iqtisadi-

coğrafi  səciyyəsini  vermişdir.  Arsenyevin  coğrafi  elmi  fəaliyyətinin  coxtərəfliliyini  onun  «Rusiya  şəhərlərinin 

hidroqrafik-statistik  təsviri»,  «Rusiyanın  statistik  ocerkləri»,  «Cayların  Rusiya  şəhərlərinin  inkişafında  rolu»  və  s. 

əsərlərindən daha yaxşı gormək olar.  

İnqilabcı  demokrat  N.P.Oqaryov  (1813-1877)  iqtisadi  rayonlaşma  məsələsinə  dair  xeyli  qiymətli  fikirlər 

soyləmişdi.  Moskva  Universitetinin  yetirməsi  olan  Oqaryov  həm  yazıcı,  həm  jurnalist,  həm  də  siyasi  xadim  idi. 

Rusiyanın  geriliyini  aradan  qaldırmaq  ucun  sadəcə  gostəricilərlə  kifayətlənməyib  hər  bir  rayonun  iqtisadiyyatına 

dair  ətraflı  məlumat  toplamaq,  onun  inkişaf  yollarını  tapmaq  tələb  olunurdu.  Bunun  ucun  olkənin  duzgun 

rayonlaşdırması lazım idi. Bu məsələ ilə əlaqədar yazırdı ki, rayonların gələcək inkişafını nəzərə alaraq, məhsuldar 

quvvələrin  ərazi  uzrə  qruplaşdırmasını  aparmaq,  hər  rayonda  aparıcı  məhsuldar  quvvələr  sahəsini  ayırmaq, 

rayonlaşdırma  zamanı  yerli  şəraitdə  muvafiq olaraq eyni  sahə  uzrə  ixtisaslaşdırılmış, iqtisadi fəaliyyətin bu  və  ya 

digər novu ilə məşğul olan vilayətləri bir qrupda birləşdirmək lazımdır. Beləliklə, Oqaryov hər bir rayonu dinamik 

inkişafda goturur rayonlaşdırma ucun maddi bazanı, təbiətin və məhsuldar quvvələrin aparıcı komponentlərini əsas 

hesab edirdi. Rayonlaşdırmada o, nəinki hazırda burada yerləşən obyektləri və baş verən hadisələri əsas goturməyi, 

həm də onların gələcək inkişafını, əlaqələrini nəzərə almağı lazım bilirdi.  



4.2 XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı  

XIX  əsrin  ortalarında  Rusiyada  cox  maraqlı  və  dərin  məzmunlu  sənaye  xəritələri  nəşr  edilməyə  başlandı  ki, 

bunların  da  Pavel  Kryukov  tərəfindən  tərtib  edilməsi  ehtimal  olunur.  Xəritələr  «Rusiyanın  Avropa  hissəsində 

manufaktura  sənaye  quvvələri»  adlı  ocerklərə  əlavə  kimi  hazırlanmışdı.  Belə  xəritələr  ilk  dəfə  idi  ki,  sənayenin 

yerləşdirilməsi  haqqında  cox  mufəssəl  və  zəngin  məlumatlar  verirdi.  Həmin  ocerklərdə  coğrafiya  tarixinə  aid 

məlumatlar  da  vardı.  Ocerklərdə  Rusiyada  sənaye  istehsalının  səmərəli  yerləşdirilməsi  haqqında  qiymətli  fikirlər 

irəli  surulurdu.  Ocerklərin  muəllifləri  Rusiyada  yeni  sənaye  sahələrinin  yaradılmasını  təklif  edir,  ayrı-ayrı 

rayonların,  şəhərlərin sənayecə  inkişafının perspektivlərini  gostərirdilər. Ərazinin rayonlara  bolunməsində  təbii və 

iqtisadi gostəricilər əsas tutulurdu.  

XVIII  əsrin  sonu  XIX  əsrin  ortalarında  biologiya  elminin  inkişafında  təkamul  nəzəriyyəsinin  meydana 

gəlməsilə coğrafiya elminin inkişafı ucun daha bir əlverişli şərait yarandı. Coxəsrlik tarixi olan coğrafiya ilə yanaşı, 

gənc biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında boyuk rol oynadı.  

Təkamul  nəzəriyyəsinin  banilərindən  biri  fransız  təbiətşunası  və  filosofu  Lamarkın  (1744-1829)  biologiya 

elminin inkişafında  boyuk  xidmətləri olmuşdur.  «Biologiya» terminini ilk dəfə  elmə  gətirmiş; alim orqanizmlərin 

təkamulundə  ətraf  muhitin  roluna  boyuk  əhəmiyyət  vermiş,  bitki  və  heyvan  novlərinin  əmələgəlmə  prosesinin 

coğrafi aspektini ardıcıl surətdə şərh etmişdir. O, heyvan formalarının muxtəlifliyini xarici muhitin ərazi fərqləri ilə 

əlaqələndirmiş və gostərmişdir ki, bu muxtəliflik orqanizmlərin arasıkəsilməz təkamulundən meydana gəlir.  

Darvinə  qədərki  təkamul  nəzəriyyəsinin  gorkəmli  numayəndələri  arasında  rus  bioloqu  Karl  Rulyenin  (1814-

1858) adının cəkilməsi vacibdir.  

Uzun muddət Moskva Universitetində professor vəzifəsində calışan alim hələ ilk əsərlərində novlərin sabitliyi 

və  dəyişməzliyi  fikrini  tənqid  etmiş,  ətraf  muhitdən  asılı  olaraq  novlərin  dəyişməsi  movqeyində  durmuşdu.  O, 

heyvanların  həyat  tərzini  butun  təbiətlə,  onların  yaşayış  xususiyyətləri,  məkan  və  zamanla  əlaqədar  olaraq 

oyrənməyi  irəli  surmuşdur.  «Xarici  şəraitin  heyvanların  həyatına  təsiri  haqqında»  əsərində  butunlukdə  təbiət  ilə 

heyvanların  həyatı  arasındakı  munasibətlərin  tədqiqində  daha  irəli  getmiş  və  bir  sıra  yeni  ideyalar  soyləmişdir. 

Maraqlı  burasıdır  ki,  «xarici  muhit»  dedikdə  o,  təkcə  təbiətin  tərkib  hissələrini  deyil,  həm  də  heyvanların  və 

bitkilərin qarşılıqlı təsirini və insanın oz fəaliyyəti nəticəsində gostərdiyi təsiri də nəzərdə tutmuşdu.  

Rulye «Zoobiologiya» kursunda heyvanlar coğrafiyasına boyuk bir bolmə ayrılmışdır ki, burada da heyvanların 

muxtəlif coğrafi şəraitə  munasibəti on plana cəkilmişdir, ekologiyanın  əsasını qoyaraq  muəyyən şəraitdə bitkilərin 

və  heyvanların  orqanizmləri  və  onların  həyat  tərzlərinin  qarşılıqlı  inkişafını  oyrənməyi  tədqiqatcıların  muhum 

vəzifəsi  saymışdır.  Rulyenin  ardıcılı  və  tələbəsi  N.A.Severtsov  (1827-1885)  gorkəmli  təbiətşunas  alim  olmaqla 

yanaşı,  geniş  dunyagoruşunə  və  dərin  biliyə  malik  şəxs  idi.  O,  coğrafiyacı,  zooloq,  zoocoğrafiyacı,  həm  də  ilk 

ekoloq  kimi  tanınırdı.  N.A.Severtsova  qədər  hec  kəs  coğrafiya  ilə  biologiya  ideyalarını  uzvu  surətdə  birləşdirə 

bilməmişdir.  

Severtsov  «Voronej  quberniyası  heyvanlarının,  quşlarının  və  surunənlərinin  həyatında  «Dovru  hallar»»  adlı 

kitab yazmışdır. Tədqiqatcının məqsədi xarici muhitin heyvanların həyatına təsirini oyrənmək olmuşdur. Maraqlı və 

indi  də  oz  əhəmiyyətini  itirməmiş  yeni  elmi  fikirlər  irəli  surulmuşdur.  O,  ətraf  muhitdə  baş  verən  dəyişmələri 

oyrənmiş  və  bu  dəyişmələrin  muxtəlif  heyvanların,  xususən  quşların  həyatındakı  dovri  dəyişmələrin  əsas  səbəbi 

olduğunu gostərmişdir. Elə bu zaman Severtsov novun dəyişkənliyi haqqında bir necə nəzəri muddəa soyləmişdir ki, 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə