Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

ABŞ  alimi,  gorkəmli  diplomat,  siyasi  xadim,  filoloq  Georq  Marş  (1801-1882)  tərəfindən  insan  və  təbiət 

probleminə aid cox maraqlı tədqiqatlar aparılmışdır. Marş uzun muddət Turkiyədə, İtaliyada və başqa olkələrdə səfir 

işləmiş, prezident A.Linkolnın məsləhətcisi olmuşdur. Marş gəzdiyi butun olkələrdə geniş muşahidələr aparmış və 

xeyli  məlumat  toplamışdır.  «İnsan  və  təbiət»  kitabında  o,  təbiətdən  vəhşicəsinə  istifadə  edilməsini,  meşələrin 

amansızcasına  qırılmasını,  torpaqların  eroziyaya  məruz  qalmasını,  kənd  təsərrufatı  ziyanvericilərinin  əkinciliyi 

bərbad etməsini və s. bu kimi neqativ halları təsvir etmişdir. O, bu acınacaqlı hallara qarşı həyəcan siqnalı verməklə 

yanaşı,  təbiəti  məqsədyonlu  şəkildə  bərpa  etmək  ucun  nəhəng  muhəndis  qurğuları  tikməyi,  meliorasiya  və 

meşəsalma işləri aparmağı, fauna və floranı zənginləşdirmə tədbirlərini həyata kecirməyi məsləhət gorurdu.  

Onun ilk əsəri təbiətdən istifadə edilməsi işinə həsr edilmişdir. O, Ritterin əsərləri ilə tanış idi. Lakin Ritterdən 

fərqli  olaraq,  xalqların  həyatından,  insanlarla  coğrafi  muhit  arasındakı  əlaqələrdən  geniş  bəhs  etmişdir.  Marş 

omrunun  son  illərində  Amerika  universitetlərində  professorluq  etmiş,  mutərəqqi  muhakimələr  soyləmiş,  insanların 

xoşbəxtliyi,  onların  ehtiyaclarının  təmin  edilməsi,  yaşayış  və  əmək  fəaliyyətlərini  yaxşılaşdırması  ucun  tovsiyələr 

vermişdir.  Onun  əsərlərində  coğrafiyanın  nəzəri  məsələləri,  insan-təbiət  munasibətləri  gorkəmli  yer  tutur.  Eyni 

zamanda bu əsərlərdə Yerin təbiətinin dəyişdirilməsinə həsr edilən qlobal əhəmiyyətli boyuk təkliflər var. Bununla 

belə, Marşın əsərlərində tarixilik problemi zəif verilmişdir. Onun fikrincə, təbiət uzun muddət ərzində cuzi, insanın 

həyatı  isə  cox  surətlə  dəyişir.  Təbiətin  dəyişilməsinin  coğrafi  məsələlərinə  hec  toxunmamasına  baxmayaraq,  Marş 

coğrafiyanın klassik alimlərindən biri hesab olunur.  

İnsan və təbiət munasibətlərini oyrənən alimlər sırasında P.A.Cixacev və A.F.Middendorf kimi mutərəqqi fikirli 

rus alimləri də var idi. Onların hər ikisi Rusiyada Marşın ideyalarının davamcısı olmuşdur.  

P.A.Cixacev  (1808-1890)  insan  tərəfindən  təbiətin  dəyişdirilməsini  əsaslı  surətdə  tədqiq  etmişdir.  O  da  Marş 

kimi diplomatik xidmətlər sayəsində coğrafiyaya gəlmişdir. Cixacev Turkiyədə, İtaliyada, Fransada, Almaniyada və 

bir sıra olkələrdə olmuş, geniş coğrafi muşahidələr aparmışdır. O, təkcə coğrafiyaya aid deyil, geologiya, botanika, 

zoologiya  və statistikaya da aid tədqiqatlar aparmışdır.  Altay olkəsini, Kuzbas  hovzəsini oyrənmiş,  Kicik  Asiyanı, 

İspaniyanı,  Aralıq  dənizinin  Afrika  sahillərini  tədqiq  etmiş  və  Fransız  dilində  qiymətli  kitablar  yazmışdır.  O,  oz 

əsərlərində  dəyişməkdə  olan  təbiətə  insan  fəaliyyətinin  təsiri  məsələsini  on  planda  vermişdir.  Bu  təsiri  və 

dəyişmələrin  xarakterini,  miqyasını  Aralıq  dənizi  sahillərindən  başlamış  Mərkəzi  Asiyaya  qədər  dəqiq  faktlar 

əsasında oyrənmişdir.  

Şərqi  Asiyanı,  Uzaq  Şərqi,  Orta  Asiyanı  (Fərqanə  vadisini)  oyrənən  digər  rus  alimi  A.F.Middendorf  (1815-

1894)  olmuşdur.  Onun  «Fərqanə  vadisi»  adlı  ocerklərində  təbiətin  dəyişməsində  insanın  roluna  xususi  fikir 

verilmişdir.  

Təbiətdə dəyişmələrin cox  yavaş  və zəif getməsini iddia edən, təbiət tarixini bəşər tarixindən ayıran Marşdan 

fərqli olaraq, Cixacev və Middendorf təbiətin və cəmiyyətin tarixini biri-biri ilə əlaqədar goturmuşlər.  

XIX  əsrin  ortalarında  Avropada  da  insanla  təbiətin  qarşılıqlı  munasibətlərinə  dair  qiymətli  və  mutərəqqi  elmi 

tədqiqatlar  aparılmışdır.  Bu  tədqiqatların  təşkilatcısı  məşhur  fransız  coğrafiyacısı  Elize  Reklu  (1830-1905)  idi.  O, 

vaxtilə  Berlin  universitetində  oxumuş,  Ritterin  tələbəsi  olmuşdur.  Lakin  Reklu  oz  muəllimindən  xeyli  irəli 

getmişdir.  O,  qazanc  dalınca  İrlandiyaya,  ABŞ-a,  Cənubi  Amerikaya  getmiş  insanların  həyatı  ilə  tanış  olmuşdur. 

1857-ci ildə Fransaya qayıtmış və o zamanki inqilabı hərəkata qoşulmuşdur, burada bir sıra gorkəmli inqilabcılarla 

tanış olmuşdur. Həmin illərdə Reklu coğrafiya ilə məşğul olub təbiətin və onu ram edən insanın fəaliyyətini olduğu 

kimi acıb  gostərmişdir.  Alim  20 il  ərzində  (1873-1893)  «Yer və  insanlar» adı altında  «Umumi coğrafiya»  əsərini 

yazmışdır. 19 cilddən ibarət olan bu əsərdə planetimizin tayı-bərabəri olmayan coğrafi təsviri verilmişdir. 1890-cı 

illərin  sonunda  yazdığı  «İnsan  və  Yer»  adlı  6  cildlik  yeni  kitabında  insanın  qudrətinə  və  istedadına,  yaradıcılıq 

bacarığına boyuk qiymət vermiş, təbiətin butun insanların xeyrinə şuurlu dəyişdirilməsi ideyasını əsas goturmuşdur.  

Reklunun  muxtəlif  olkələrdə  coxlu  dostları  və  ardıcılları  var  idi.  Rus  alimləri  L.İ.Mecnikov  (1838-1888)  və 



P.A.Kropatkin (1842-1921) onun həmfikirlərindən idilər.  

Rus  demokratı  və  siyasi  muhaciri  L.İ.Mecnikov  oz  vətənində  və  sonralar  isə  xaricdə  inqilabi  fəaliyyətdə 

olmuşdur.  O,  İtaliyada  «Min  Haribaldicilər»  dəstəsində  vuruşmuş,  İnternasionalın  uzvu  olmuş,  Hertsen  və 

Oqaryovun «Kolokol» jurnalında əməkdaşlıq etmişdir. Bunlarla yanaşı, Mecnikov «Xalq ucun yerin təsviri» kitabın 

muəlliflərindən biri olmuş, Reklunun «Yer və insanlar» kitablar kulliyyatının yazılmasında da iştirak etmişdir. Onun 

ən  boyuk  əsəri  «Sivilizasiya  və  boyuk  tarixi  caylar»  kitabıdır.  Bu  kitab  muəllifin  olumundən  sonra  Reklunun 

redaktəsi altında və onun yazdığı girişlə nəşr olunmuşdur.  

Mecnikov  belə  hesab  edirdi  ki,  bəşər  tarixi  insanları  əhatə  edən  muhitlə  sıx  əlaqədardır.  Lakin  ətraf  muhit 

dedikdə, o, ilkin təbiəti deyil, əvvəlki nəsillərin əməyi ilə dəyişilən təbiəti nəzərdə tuturdu. O, coğrafi fatalizmi rədd 

edib gostərirdi ki, coğrafi fatalizm yalnız təbiətin insan cəmiyyətinə təsirini gorur, insan fəaliyyətinin təbiətə təsirini 

isə  nəzərə  almır,  təbiətlə  cəmiyyət  arasındakı  əlaqəyə  səthi  munasibət  muxtəlif  dini  fanatik  fikirlərin  meydana 

gəlməsinə səbəb olurdu. Mecnikov qeyd edirdi ki, bu sahədə daha dəqiq olmaq lazımdır.  

Suvarma əkinciliyinin inkişaf etdiyi Misir, Mesopotamiya və Hindistanın qədim «boyuk cay sivilizasiyasından» 

danışarkən,  Mecnikov  gostərirdi  ki,  bu  boyuk  sivilizasiyaların  cicəklənməsinin  səbəbi  suvarma  əkinciliyinin 

inkişafıdır.  Suvarma  əkinciliyi  cay  sahilindəki  torpaqları  milyonlarla  adamı  ərzaqla  təmin  edən  taxıl  anbarına 

cevirmişdir. Bu yerlərdə sərf olunan əmək insanı xeyli qaldırmış və təbiəti onun xeyrinə dəyişdirmişdir.  

Əlbəttə, Reklu məktəbinin səhvləri də az deyildi, Mecnikovun əsərlərindəki, ziddiyyətlər bunu bir daha subut 

edirdi. Məsələn, Mecnikov bəşər tarixinin inkişafını sosial-iqtisadi formasiyaların qanunauyğunluqla bir-birini əvəz 

etməsində  deyil,  təbii  əsaslarda  gorurdu.  O,  bəşər  tarixini  cay,  dəniz  və  okean  sivilizasiyaları  dovrunə  bolurdu. 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə