Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

Bununla  da  o,  iqtisadi  formasiyaları,  onlara  məxsus  məhsuldar  quvvələri  və  istehsal  munasibətlərini 

qiymətləndirmirdi.  

Mecnikov belə hesab edirdi ki, insanlar konullu və şuurlu olaraq birləşib təbiətlə mubarizə aparacaqlar. Tarixi 

proseslər  insanların  konullu  əməkdaşlığı  hesabına  baş  verəcəkdir.  Bu  fikir  Reklu  məktəbinə  xas  olub  idealizmə 

yaxın muddəalar ilə bağlı idi.  

4.3 XIX əsrin ikinci yarısında coğrafi ideyaların inkişafı  

XIX  əsrin  ikinci  yarısında  Rusiyada  coğrafiya  elminin  ən  gorkəmli  numayəndəsi  P.P.Semyonov-Tyanşanski 

(1827-1914) idi. O, Almaniyada coğrafi təhsil almış, Humboltun və Ritterin tələbəsi olmuşdur. Parlaq istedadı, geniş 

dunyagoruşu  ona  Rusiyada  və  Avropanın  bir  sıra  olkələrində  boyuk  şohrət  qazandırmışdır.  Əsrin  ən  mədəni 

ziyalılarından  olan  Semyonov-Tyanşanski  elmi  fəaliyyətə  Tyan-Şan  dağ  sisteminin  fiziki-coğrafi  cəhətdən  əsaslı 

surətdə  oyrənilməsilə  başlamışdır.  Bu  tədqiqata  təbiətşunas  kimi  başlayan  P.P.Semyonov-Tyanşanski  diqqətini 

sonralar tarix, tarixi coğrafiya, demoqrafiya, əhali coğrafiyası, iqtisadi coğrafiya məsələləri də cəlb etmişdir. Alimin 

apardığı tədqiqatın dərinliyi və  metodikası Tyan-Şan dağlarının cox yaxşı oyrənilməsinə  yonəldilmişdir. O, Tyan-

Şan dağ sisteminin rayonlaşmasını aparıb, burada təbii muhitin tiplərini gostərmiş, xususilə hundurluk qurşaqlarını 

təyin  etmişdir,  P.P.Semyonov-Tyanşanski  bu  tədqiqatı  yuksək  qiymətləndirilmiş  və  o  zamankı  Rusiya  Coğrafiya 

Cəmiyyətinin  xususi  qərarı  ilə  onun  familiyasına  Tyanşanski  sozləri  əlavə  olunmuşdur.  Tyanşanski  40  il  rus 

Coğrafiya Cəmiyyətinə rəhbərlik etmişdir.  

Tyanşanskinin  rəhbərliyi  ilə  Mərkəzi  və  Cənubi-Şərqi  Asiyanı,  Orta  Asiyanı,  Uzaq  Şərqi  oyrənmək  ucun 

onlarla  ekspedisiyalar  təşkil  olunmuşdur.  Tyanşanski  bu  ekspedisiyalara  N.M.Prjevalski,  Q.N.Potanin, 

M.V.Pevtsov,  A.L.Cekanovski,  N.N.Mikloxo-Maklay,  A.İ.Voyeykov,  İ.V.Muşketov  və  s.  kimi  tədqiqatcıları, 

gorkəmli alim və səyyahları dəvət etmişdir.  

Alim  eyni  zamanda  uzun  muddət  ərzində  Mərkəzi  Statistika  Komitəsinin  direktoru  olmuşdur.  O,  burada 

Rusiyanın coxcildli coğrafi statistika luğətini hazırlayır və statistika idarəsinin geniş imkanlarından istifadə edərək 

Rusiya  iqtisadiyyatının  statistik  və  coğrafi  tədqiqi  işlərinə  başlayır.  Rusiyada  ilk  dəfə  olaraq  elmi  əsaslar  uzərində 

qurulmuş  dəqiq  iqtisadi  rayonlaşma  aparmışdır.  Rusiya  əhalisinin  coğrafiyası,  torpaq  mulkiyyəti  coğrafiyası  və  s. 

aid  coxcildli,  geniş  məzmunlu  əsərlər  yazmışdır.  Onun  iqtisadi  və  sosioloji  xarakterli  əsərləri,  bilavasitə  iqtisadi 

coğrafi  işləri  1861-ci  ilə  qədər  və  islahatdan  sonrakı  dovrdə  Rusiyada  kapitalizmin  inkişafını  gostərən  qiymətli 

sənədlər olmuşdur.  

Tyanşanski  K.İ.Arsenyevin  Rusiyanı  rayonlaşdırma  işini  davam  etdirmiş,  rayonlaşdırma  metodunu  və 

prinsiplərini  praktik  cəhətdən  xeyli  zənginləşdirmişdir.  O,  təbii  rayonlaşdırmanı  təbii  muhitin  tiplərə  ayrılması 

metodu  ilə  aparmış,  Rusiyada  4  muxtəlif  col  (step  –  rus.)  tipini  əsas  goturmuş,  Zaalay  olkəsində  isə  hundurluk 

qurşaqları  ayırmışdır.  Təbii  rayonlaşmanı  təbii  elementlərin  və  butovlukdə  təbiətin  ərazi  uzrə  fərqləri  əsasında 

aparmışdır.  

Alim muasirləri sayılan Avropa coğrafiyacılarından fərqli olaraq elmi rayonlaşma işini aparmış və rayonun real 

varlıq  olduğunu  gostərmişdir.  O,  təhlili  coğrafiya  yaratmaqla  təbiət  və  təsərrufat  arasında  movcud  olan  qarşılıqlı 

əlaqələrdən yaranan sahə qanunauyğunluğunu muəyyən etmişdir.  

1880-ci  ildə  alim  olkənin  iqtisadi  rayonlaşdırılmasının  yeni  variantını  hazırlamışdır.  Elmi  ədəbiyyatda  bu 

rayonlaşma P.P.Semyonov-Tyanşanski adı ilə uzun muddət yaşamışdır. O, Rusiyanı 19 rayona bolmuşdu: 1. Ucqar 

Şimal; 2.Gollərətrafı (Şimal-Qərb); 3. Pribaltika; 4. Moskva (Mərkəz) sənaye; 5. Mərkəzi Qaratorpaq; 6. Priuralye; 

7.  Volqaboyu;  8.  Malorusiya;  9.  Novorusiya;  10.  Cənub-Qərb;  11.  Belorusiya;  12.  Litva;  13.Qərbi  Sibir;  14.  Orta 

Sibir; 15. Şərqi Sibir; 16. Uzaq Şərq; 17. Qırğızıstan  -(muasir  Orta  və  Şimali Qazaxıstan); 18. Turkmənistan; 19. 

Qafqaz.  Bu  boyuk  rayonların  daxilində  muxtəlif  səviyyəli  yarımrayonlar  (zolaqlar  və  digər  hissələr)  ayırmışdır. 

Gostərilən rayonlaşdırma iqtisadi əlamətlərin məcmusunu və qismən milli cəhətləri nəzərə almaqla aparılmış iqtisadi 

rayonlaşdırma idi. Təbii şəraitin xususiyyətləri və təbii ehtiyatlar iqtisadi gostəricilər vasitəsilə nəzərə alınmışdır.  

Tyan-Şanski  coğrafiyanın  nəzəri  məsələləri  ilə  də  məşğul  olmuşdur.  O,  coğrafiyanın  predmetini  geniş  və  dar 

mənada  izah  etmişdir.  Tyan-Şanskiyə  gorə,  «geniş  mənada  coğrafiya»  yer  kurəsini  hərtərəfli  tədqiq  edən  butov 

təbiət elmləri qrupudur. «Dar mənada coğrafiya» isə həm yer səthinin təbii xususiyyətlərini, həm də onu dəyişdirən 

insan fəaliyyətini oyrənir.  

«Rusiya Coğrafiya Cəmiyyətinin 1845-1895-ci illərdə yarıməsrlik fəaliyyəti tarixi» adlı uc cildlik əsərin birinci 

cildinə  girişdə  o,  «coğrafiya»  terminini  «yerşunaslıq»  termini  ilə  əvəz  etməyi  ustun  tutmuş  və  onun  tərkibinə 

kartoqrafiya,  oroqrafiya,  geologiya,  hidrologiya,  meteorologiya,  klimatologiya,  fito  və  zoocoğrafiyanı  daxil 

etmişdir.  Tyan-Şanskiyə  gorə,  yerşunaslığın  diqqət  mərkəzində  insan  durur.  Buna  gorə  o,  antropologiya,  tarixi 

arxeologiya,  etnoqrafiya,  demoqrafiya,  siyasi  və  tarixi  coğrafiya  və  statistikanı  (hazırki  iqtisadi  coğrafiyanı) 

yerşunaslığa aid etmişdir.  

Rusiyada  klimatologiyanın  əsasını  qoyan  rus  coğrafiyaşunası  A.İ.Voyeykov  (1842-1916)  Rusiyanın  Avropa 

hissəsini, Qafqazı, Krımı və Orta Asiyanı dəfələrlə gəzmiş, Qərbi Avropaya, Asiyanın bir cox rayonlarına, Şimali, 

Mərkəzi  və  Cənubi  Amerikaya  səyahət  etmişdir.  Cində,  Hindistanda,  Seylonda,  Şri-Lankada,  Yava  adasında, 

Yaponiyada və s. yerlərdə olmuş, bu yerlərin təbiətini, iqtisadiyyatını, əhalisinin yaşayış tərzini oyrənmiş, və zəngin 

məlumatlar  toplamışdır.  Onun  yazdığı  bir  cox  əsərlər  arasında  1884-cu  ildə  nəşr  edilmiş  «Yer  kurəsinin  iqlimi» 

kitabı daha boyuk əhəmiyyətə malikdir.  

Bu  kitabda  ilk  dəfə  murəkkəb  iqlim  proseslərinin  mahiyyəti  gostərilmiş,  həmin  proseslərin  strukturu  təhlil 

edilmiş,  ayrı-ayrı  iqlim  əmələgətirən  amillərin  rolu  aydınlaşdırılmış,  iqlimə  təbiətin  digər  komponentlərinin 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə