Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

qarşılıqlı  əlaqələri oyrənilmişdir. İqlim və  təbiət  hadisələrini oyrənərkən alim ilk dəfə  balans  metodundan istifadə 

etmiş,  qar  ortuyunun  havaya  təsirini  oyrənmiş  və  paleoklimatologiyanın  əsasını  qoymuşdur.  O,  torpaqların 

meliorasiyasının  və  kənd  təsərrufatı  bitkilərinin  məhsuldarlığının  artırılmasının  elmi  əsaslarını  işləyib  hazırlamış, 

cay  bitkisi  və  sitrus  bitkiləri  əkinləri  ucun  Cənubi  Qafqazda,  qiymətli  pambıq  bitkisi  becərilməsi  ucun  isə  Orta 

Asiyada əlverişli imkan və şərait olduğunu qabaqcadan soyləmişdir.  

1891-ci ildə Rusiyada baş verən quraqlığa həsr edilmiş «İqlim və xalq təsərrufatı» əsərində collərin quraqlıqdan 

qorunması ucun meşələr salmağı, şumlamada yeni qaydadan istifadə etməyi, suvarma şəbəkələrini genişləndirməyi, 

su  və  ərzaq  ehtiyatları  yaratmağı  təklif  etmişdi.  Alimin  əsərlərinin  boyuk  bir  silsiləsi  əhali  coğrafiyasına  və 

iqtisadiyyata, insanın təbiətə fəal təsirinə həsr edilmişdir. A.İ.Voyeykov Marşdan fərqli olaraq insanın təbiətə daha 

geniş miqyasda təsirini gostərə bilmişdir. O, insanın butun təbii unsurlərə təsirini ayrı-ayrılıqda gostərməklə dəqiq 

təhlil aparmış, təbiətə sənayenin daha cox təsir etdiyini gostərmişdir.  

Aral  golu,  Orta  Asiya,  Qafqaz  və  s.  rayonlar  haqqında  A.İ.  Voyeykovun  bir  sıra  əməli  təklifləri  var  idi  ki, 

bunların  bəziləri  qlobal  xarakterlidir.  O,  bəşəriyyətin  kortəbii  quvvələrin  qarşısını  ala  bilmək  imkanlarını 

gostərmişdir.  

Boyuk  rus  kimyacısı,  elementlərin  dovru  sistemini  kəşf  edən  D.İ.Mendeleyev  (1834-1907)  Rusiyada 

coğrafiyanın  inkişafına  xeyli  komək  etmişdir.  O,  Rusiya  iqtisadiyyatının,  sənaye  və  kənd  təsərrufatının  yuksəlişi 

ucun  zəngin  təbii  ehtiyatları  istehsal  dovriyyəsinə  cəlb  etməyin  yollarını  axtarmışdır.  Rusiyanın  təbii  cəhətdən 

zəngin  olan  muxtəlif  rayonlarını  gəzmiş,  onlarda  kənd  təsərrufatı  və  sənayenin  inkişaf  etdirilməsi  imkanlarını 

oyrənmişdir.  Qafqazda  neft  istehsalı  və  neft  emalını  inkişaf  etdirmək,  Uralda,  Sibirdə,  Ukraynada  dağ-mədən 

sənayesi,  komur istehsalı, kimya  sənayesi sahələrinin  yaradılması  və s.  məsələlərlə  məşğul olmuşdur. O, Rusiyada 

iqtisadi əlaqələrin genişləndirilməsi, komurun  yeraltı qazlaşdırılması, quraq collərin  suvarılması  haqqında qiymətli 

təkliflər  vermişdir.  Alim  Rusiyada  coğrafi  rayonlaşma  və  məhsuldar  quvvələrin  yerləşdirilməsi  problemləri  ilə 

məşğul  olmuş,  Rusiya  iqtisadi  rayonlarını  yenidən  səmərəli  boluşdurməyi  irəli  surmuşdur.  O,  hər  rayonun  mutləq 

sənaye  imkanlarını  oyrənmiş,  hər  bir  rayonun  təbii  şəraiti  və  ehtiyatlarının  istehsalın  inkişafına  necə  təsir 

gostərməsini  aydın  şəkildə  təsvir  etmişdir.  Mendeleyev  hər  bir  rayonun  inkişaf  yollarını  əks  etdirən  xəritələr, 

sxemlər və cədvəllər hazırlamışdı. O, olkədə rayonları yaxşı oyrənmək ucun aşağıdakı gostəriciləri əsas goturmuş, 

onları  bir-birilə  tutuşdurmuş  və  muqayisə  etdirmişdir:  1)  əhalinin  sayı;  2)  taxıl  istehsalının  artıqlığı  və  yaxud 

catışmazlığı; 3) hər nəfərə  duşən sənaye  məhsulunun dəyəri; 4) hər nəfərə  gorə  istehsal  edilən taxılın  miqdarı; 5) 

əsas  sənaye  məhsulları,  rayonun sənaye  məhsuluna  gorə  ixtisaslaşdırılması; 6) ticarətin  səviyyəsi,  daxili və  xarici 

siyasət. Bu gostəricilər hər bir rayonun simasını duzgun  əks etdirməyə, onun xususiyyətini acıb gostərməyə imkan 

verirdi.  

Coğrafi  problemlərin  həllində  Mendeleyev  riyazi  usullardan  geniş  istifadə  edirdi.  Bu  munasibətlə  o, 

«sentroqrafiya» anlayışını tətbiq edərək, olkə ərazisi, əhalisi, təsərrufat sahələrinin mərkəzlərini hesablamış, vaxtdan 

asılı olaraq bu mərkəzlərin yerdəyişmələrini qeydə almış və sonra təhlil etmişdir.  



4.4 Coğrafiya XX əsrin əvvəllərində (1900-1918-ci illər)  

Bu  dovrdə  soyuq  və  şaxtalı  təbiəti  olduğuna  gorə  Yerin  indiyə  qədər  az  oyrənilmiş  qutb  zonalarına  diqqət 

artırılır. Avropadan Hindistana və Cinə şimal yolunun axtarışı bu məsələni surətləndirir. Bununla bağlı Murmansk 

və  Arxangelskinin  kicik  limanlarında  tez-tez  iri  xarici  gəmilər  gorunməyə  başlayır.  Butun  cəhdlərə  baxmayaraq 

yalnız 1878-1879-cu illərdə İsveclərin təşkil etdikləri ekspedisiya Şimal yolu ilə Berinq boğazına qədər gedib cıxa 

bilir. Arktikanın mənimsənilməsi ilə bağlı aparılan belə ciddi işlərdə norvecli səyyah Frityof Nansenin (1861-1930) 

xidmətləri  danılmazdır.  Nansenin  itlər  qoşulmuş  xizəkləri  Qrenlandiya  sahillərini  gəzmiş,  onun  buz  topalarını 

oyrənmiş  və  sonralar  gəmi  ilə  Qara  dənizindən  Laptevlərə  qədər  hərəkət  etmiş  və  buzların  dreyfinin  istiqamətini 

muəyyənləşdirmişdi. Bu boyuk səyyah-coğrafiyaşunas  Rusiyanın  Volqaboyunda quraqlıqdan aclıq cəkən insanlara 

əvəzsiz yardım gostərmişdir. Yenə də norvecli səyyah Raul Amundsen «Yoa» gəmisində (1903-1906) Amerikanın 

şimal  sahillərini  dolanaraq  Berinq  boğazından  kecib  San-Fransiskoya  gəlmişdir.  Beləliklə,  Amundsen  ilk  dəfə 

Şimal-Qərb kecidi (Hindistana və Cinə gedən yol) adlanan yola cıxmışdır.  

XIX  əsrin  sonuna  yaxın  Yerin  qutblərini  kəşf  etmək  uğrunda  mubarizə  ozunun  kulminasiya  noqtəsinə  catır. 

Ozu də bu yarışda on plana elmi maraqlardan daha cox yox, milli və şəxsi nufuzlar cəkilmişdir.  

Amerikalı  Robert  Piri  (1856-1920)  həyatının  23  ilini  Şimal  qutbunun  oyrənilməsinə  həsr  etmişdir.  Bir  necə 

ciddi cəhətlərdən sonra Robert Piri nəhayət, 1909-cu ildə tarixdə ilk dəfə olaraq Şimal qutbundə olur.  

Cənub qutbunə isə kimin tez catacağı uğrunda gedən mubarizə faciə ilə nəticələnir. Norvecli Raul Amundsenin 

başcılıq etdiyi ekspedisiya itlər qoşulmuş xizəklərlə 1911-ci ilin dekabrında Cənub qutbunə catır, orada məktub və 

cadır  qoyub  geri  donur.  At  qoşqu  heyvanları  qoşulmuş  xizəklə  yola  duşən  ingilis  Robert  Skotun  (1868-1912) 

ekspedisiyası bir aydan sonra gəlib cənub qutbunə catır və burada Norvec bayrağını gorur. İngilislər gecikdiklərinə 

gorə mənəvi cəhətdən dərin sarsıntı kecirirlər və geri qayıdarkən yolda həlak olurlar.  

Beləliklə, qutblərin  kəşfi  uğrunda gedən boyuk  epopeya başa catır, lakin  həmin dovrdə onların elmi cəhətdən 

oyrənilməsi  hələ  aparılmırdı.  Yalnız  sonralar  yeni  texniki  avadanlıqlarla  təchiz  olunan  ekspedisiyalar  Arktika  və 

Antarktikanın əsaslı oyrənilməsinə başlayırlar.  

XIX  əsrin  sonu,  XX  əsrin  başlanğıcında  Rusiyada  coğrafiya  elminin  inkişafı  rus  coğrafiya  məktəbinin  əmələ 

gəlməsi  ilə  səciyyələnirdi.  Bu  baxımdan  rus  alimi  D.N.Anucinin  (1843-1923)  yaratdığı  məktəb  xususilə  secilirdi. 

Anucin  yuksək  ixtisaslı  kadrların  yetişdirilməsində  boyuk  əhəmiyyəti  olan  universitet  coğrafiya  məktəbini 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə