Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.

səhifə29/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

yaratmışdır.  Bu  məktəb  əvvəlcə  Moskva  Universitetində  yaranmış,  onun  təsiri  ilə  sonralar  Rusiyanın  digər 

universitetlərində məktəblər meydana gəlmişdir.  

1884-cu  ildə  Moskva  Universitetində  tarix  və  filologiya  fakultəsində  coğrafiya  kafedrası  acılır.  Ona  rəhbərlik 

etmək  ucun  D.A.Anucin  dəvət  olunur.  Sonralar  bu  kafedra  coğrafiya,  antropologiya  və  etnoqrafiya  kafedrasına 

cevrilir  və  fizika-riyaziyyat  fakultəsinin  təbiət  şobəsinə  kecirilir,  kafedranın  nəzdində  coğrafiyanın  muxtəlif 

sahələrini  əhatə  edən  yeni  fənnlərin  tədrisinə  başlanır.  Alim  burada  umumi  fiziki  coğrafiya,  Rusiyanın  fiziki 

coğrafiyası,  xarici  olkələrin  coğrafiyası,  yerşunaslığın  tarixi,  Rusiyanın  etnoqrafiyası,  umumi  etnoqrafiya, 

antropologiya  və  s.  kimi  fənnlərdən  muhazirələr  oxuyur.  Sonralar  Anucinin  səyi  sayəsində  coğrafiyanın  tarixi  və 

metodologiyası,  hidrologiya,  kartoqrafiya,  geomorfologiya,  diyarşunaslıq  və  başqa  fənnlər  də  tədris  planına  daxil 

edildi.  

Kafedrada  aparılan  ilk  elmi  iş  antropologiya  və  etnoqrafiyaya  aid  olmuşdur.  D.N.Anucin  insanın  mənşəyi, 

qədim  tarixi,  etnogenezisi  və  muxtəlif  xalqların  həyatı  və  mənşəyi  problemlərinin  oyrənilməsinə  boyuk  maraq 

gostərmişdir. Onun coğrafi əsərlərində insan problemləri on planda olub, həm umumi hissədə (yerşunaslıqda), həm 

də xususi hissədə (diyarşunaslıqda) cox muhum yer tutur. D.N.Anucin praktika ucun labud olan orijinal və konkret 

tədqiqatların  aparılmasını  coğrafiya  elminin  əsas  vəzifələrindən  və  onun  inkişafı  ucun  əsas  şərtlərindən  biri  hesab 

etmişdir. Bu məqsədlə o Volqanın və Qərbi Dvinanın yuxarılarını coğrafi cəhətdən oyrənmişdir. Bu cayların yuxarı 

axarının gəmicilik ucun və Rusiyanın Mərkəzi rayonunun icməli su ilə təmin edilməsi ucun boyuk əhəmiyyəti var 

idi. Həmin tədqiqatların nəticələri onun bir sıra əsərlərində şərh edilmişdir.  

Alim Rusiyada limnologiya (golşunaslıq) elminin əsasını qoymuş və oz tələbələrini də bu sahəyə yonəltmişdir. 

O,  golə  butov  coğrafi  sistem  kimi  baxıb  onun  relyefdən,  cay  şəbəkəsinin  konfiqurasiyasından,  yeraltı  suların 

rejimindən,  iqlimindən,  insanın  fəaliyyətindən  və  s.  amillərdən  asılı  olduğunu  qeyd  edirdi.  A.N.Anucinin 

coğrafiyanın metodologiyası və elmi tədqiqat metodları haqqındakı mulahizələri coğrafiya elminin tarixində muhum 

yer  tutur.  O,  qeyd  edir  ki  muasir  coğrafiya  qapalı  elm  olmayıb  hər  biri  ayrı-ayrılıqda  inkişaf  edə  bilən  bir  sıra 

elmlərin kompleksidir. Bu cəhətdən coğrafiya mustəsna deyildir. Bir cox elm sahələri də zaman kecdikcə yeni elm 

sahələrinə bolunmuşdur.  

Onun  fikrincə,  coğrafiya  iki  hissədən  –  umumi  coğrafiyadan  (yerşunaslığdan)  və  xususi  coğrafiyadan 

(diyarşunaslıqdan) ibarətdir. Umumi coğrafiyaya o, astronomik coğrafiyanı (riyazi coğrafiyanı), geofizikanı (yerin 

fizikasını),  fiziki  coğrafiyanı  (oroqrafiya,  okeanoqrafiya,  iqlimşunaslıq),  bioloji  coğrafiyanı  və  insan  coğrafiyasını 

aid edirdi.  

A.N.Anucin Rusiya coğrafiyasına xidmət edən boyuk elmi məktəb yaratmışdır. Bu məktəbin yetişdirmələrindən 

L.S.Berq, 

A.S.Barkov, 

V.V.Boqdanov, 

M.A.Boqolepov, 

M.S.Bodnarski, 

A.A.Borzov, 

S.Q.Qriqoryev, 

A.N.Cavaxaşvili,  A.A.İvanovski,  B.F.Dobrınin,  A.A.Kruber,  S.V.Cefranov,  İ.S.Şukin  və  b.  coğrafiya  elminin 

inkişafında boyuk rol oynamışlar.  

Rusiyada  coğrafiya  elminin  inkişafına  guclu  təsir  gostərmiş  alimlərdən  biri  də  V.V.Dokucayev  olmuşdur 

(1846-1903).  L.S.Berq  onu  yuksək  qiymətləndirmiş,  coğrafiyanın  muasir  istiqamətinin  banisi  hesab  etmişdir. 

B.B.Polınov isə Dokucayevi oz dovrunu qabaqlayan coğrafiyacı adlandırmışdır.  

Dokucayev  coğrafiyada  landşaftlar  nəzəriyyəsinin  ən  gorkəmli  numayəndələrindən  biri  idi.  Landşaftın 

mənşəyini və inkişafını oyrənən bu nəzəriyyə coğrafi obyektlərin murəkkəb qarşılıqlı əlaqələrini aydınlaşdırır, orada 

gedən  prosesləri  dərk  edir,  bu  prosesləri  yalnız  məkan  cəhətdən  deyil,  zamana  gorə  də  araşdırır.  Beləliklə  də  oz 

dovrunu xeyli qabaqlamış alim coğrafiyanı yeni baxımdan izah edir. 1879-cu ildə «Rus torpaqlarının kartoqrafiyası» 

adlı kitabını nəşr etdirən Dokucayev, hələ o zaman belə bir muddəa irəli sururdu ki, torpaqların tipləri və coğrafiyası 

planetimizin  tarixi  ilə  genetik  cəhətdən  sıx  bağlıdır.  Onun  rəhbərlik  etdiyi  ilk  boyuk  kollektiv  col  işlərindən  biri 

(1882-1885) Nijeqorodsk quberniyasının torpaqlarının iqtisadi cəhətdən qiymətləndirilməsi işinə həsr edilmişdir. Bu 

iş ucun hazırlanan proqram qiymətli tədqiqat usulunun numunəsi idi. Nijniy-Novqorod ekspedisiyasının materialları 

coxlu  xəritələrlə  birlikdə  14  cilddə  cap  olunmuşdur.  Ekspedisiyanın  gedişində  torpaqşunaslığın  əsas  muddəaları 

işlənib hazırlanmışdır. Bu muddəaların məğzi odur ki, torpaq iqlimdən, relyefdən, ana  suxurlardan (geologiya) və 

orqanizmlərin  fəaliyyətindən  asılı  olan  mustəqil  təbii-tarixi  cisimdir.  Sonralar  belə  bir  ekspedisiya  Poltava 

quberniyasında  da  (1888-1894)  aparılmışdır  ki,  onun  da  materialları  16  cilddə  iri  miqyaslı  xəritələrlə  nəşr 

olunmuşdur. Aparılan hər bir ekspedisiya Dokucayevin tələbələri və əməkdaşları ucun cox gozəl kompleks tədqiqat 

tərkibi  idi.  Peterburq  universitetində  bu  məlumatların  bazasında  xususi  torpaq  qiymətləndirmə  laboratoriyası 

yarandı.  

Ucuncu  boyuk  kollektiv  col  işi  Rusiyanın  collərində  su  və  meşə  təsərrufatının  oyrənilməsinə  və  saya 

salınmasına həsr olunmuş  xususi ekspedisiya  idi (1802-1897). 1891-ci  ilin guclu quraqlıq və  aclığından sonra  işə 

başlamış bu ekspedisiya quraqlıqla mubarizə aparmaq ucun cox iş gordu. O, collərin təbii təbii ehtiyatlarını, xususən 

su  ehtiyatlarını  və  torpaqlarını  oyrəndi  və  quraqlığın  qarşısını  almaq  ucun  dəyərli  təkliflər  irəli  surdu.  Bu 

ekspedisiyanın nəticələri 18 buraxılışdan ibarət «Əsərlərdə oz əksini tapdı.  

Dokucayevin  elmi  yaradıcılığının  və  ideyalarının  inkişafının  ən  yuksək  zirvələrindən  biri  onun  «Rus 

qaratorpağı» (1883) əsəridir. O, bu əsərində yazırdı ki, Qaratorpaqların dəqiq coğrafiyası olmadan onların mənşəyi 

haqqındakı  məsələni  duzgun  həll  etmək  olmaz;  Rusiyada  məlum  olan  yabanı  bitkilərin  və  vəhşi  heyvanların 

yayılması torpaqların coğrafiyası ilə əlaqədardır.  

Alim  ilk  dəfə  olaraq  oroqrafik,  geoloji  və  tarixi  xususiyyətlərinə  gorə  Rusiya  Qaratorpağının  təbii 

rayonlaşdırılmasını  aparmış,  hər  rayonun  dəqiq  xarakteristikasını  vermiş,  torpağın  quruluşu  və  qalınlığı  ilə  relyef 

arasındakı əlaqələri gostərmiş, qaratorpaqların məkan və zaman munasibətlərini aydınlaşdırmışdır.  





Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə