Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə32/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   65

«Tarixi  coğrafiyanın  əsasları»  adlı  kitabında  coğrafi  movqeyin  hər  hansı  bir  dovlətin  taleyində  həlledici  rolunu 

şişirtmişdir. Onun coğrafiyasındakı ətalət ideyası movcud dovlətlərin ağalığını saxlamaq siyasətini gudurdu.  

Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isvecli sosialist  Yohan Kyellen  (1864-1922) də məşğul olmuşdur. O, 

«Boyuk məmləkətlər» kitabında coğrafi movqeyin dovlətlərin həyatında həlledici rolunu isbat etməyə calışmışdır. O 

gostərmişdir ki, imperialist dovlətlərinin vəzifəsi coğrafi bloklar, ozu də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır.  

Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dovlətini 

yaratmış  və  imperialist  muharibələri  torətmişdir.  Faşist  Almaniyası  akademiyasının  prezidenti  Karl  Haushoferin 

(1869-1946)  «Hərbi  geopolitika»  əsərində  əsas  məqsəd  faşizmin  planlarının  həyata  kecirilməsinə  ideoloji  baza 

yaratmaq  idi.  Bu  məsələdə  Haushofer  vulqar  coğrafiyadan  istifadə  etmiş,  coğrafi  movqeyin  guya  həlledici  rol 

oynaması ideyasını əsaslandırmışdır.  

* * *  

Coğrafiya tarixi, 

 

Tapdıq Həsənov,  



Əbdurrəhim Hacızadə  

V fəsil  



MUASİR DOVRUN COĞRAFİYASI 

 

5.1 Xarici olkələrin muasir dovrunun coğrafiyası  

Qərb olkələrində iqtisadiyyatı yuksəltmək və onu bohranlardan qurtarmaq ucun ştandort nəzəriyyəsi kimi bir sıra yeni 

ideyalar  meydana  gəlmişdi.  Almaniyada  sənaye  ucun  ştandort  nəzəriyyəsi  muvafiq  olaraq  Launqard  tərəfindən  1882-

1885-ci,  Lori  tərəfindən  isə  1885-1888-ci  illərdə  yaradılmış,  sonra  (1909)  A.Veber  tərəfindən  sadələşdirilərək  təbliğ 

olunmuşdur. Kapitalist istehsalının səmərəli yerləşdirilməsinə həsr edilmiş bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, 

istehsalı ərazidə ən az xərc sərf etməklə yerləşdirmək olar. Burada antaqonist ziddiyyətlər, inhisarların yuksək qazanc əldə 

etmək  məqsədilə  apardıqları  mubarizə  və  məhsuldar  quvvələrin  muxtəlif  inkişaf  səviyyələri,  kapitalist  təsərrufatının 

qanunauyğunluqları nəzərə alınmırdı. Bu nəzəriyyə xəyalən duşunulmuş, kapitalist təsərrufat sistemindən təcrid olunmuş, 

xəyali ərazi ucun nəzərdə tutulmuşdur.  

A.Veber  xammal  və  yanacaq  mənbələri,  hazır  məhsulları  istehlak  edən  rayonlar  arasında  muəssisənin 

yerləşdirilməsində istehsal xərclərinin minimuma endirilməsini nəzərdə tuturdu. Muəssisənin yerləşdirilməsində: 1) 

nəqliyyat amili, 2) fəhlə amili, 3) aqlomerasiya amili əsas olmalıdır. O bu amillərin təsirini muəyyənləşdirmək ucun 

riyazi  hesablamalardan  geniş  istifadə  etmişdir.  Əlbəttə,  onun  hesablamalarından  hər  hansı  bir  olkədə  istehsalın 

yerləşdirilməsi  işində  istifadə  edilə  bilərdi.  1933-cu  ildə  alman  alimləri:  iqtisadi  coğrafiyacı  V.Kristaller  yaşayış 

məntəqələrinin  qarşılıqlı  əlaqədə  yerləşdirilməsi  və  mərkəzi  yer  nəzəriyyəsini  (şəkil  12.),  1943-cu  ildə  isə  A.Lyoş 

bazarların məkan nəzəriyyəsini yaratmışlar. Gorunduyu kimi, ştandort nəzəriyyəsinin inkişafında alman alimlərinin 

boyuk xidmətləri olmuşdur.  

Mərkəzi  yer  nəzəriyyəsinin  banisi  V.Kristaller  belə  hesab  edirdi  ki,  məskunlaşmanın  ən  kicik  hissələri  bərabər 

səpələnmələrdir  və  duz  ucbucaq  şəbəkəsi  yaratmalıdır.  Bərabər  satış  zonası  isə  duz  altıkunclu  fiqur  icərisində 

paylanmalıdır. Alimin fikrincə, mərkəzə getmə  məsafəsi ən qısa  yolla secilməlidir. Cunki hər hansı bir mərkəzin ondan 

asılı olan bərabər miqdarda yaşayış məntəqəsi var. V.Kristaller xidmət və satış mallarından səmərəli istifadə radiusunu da 

hesablamışdır. Bu radiusun mərkəzə munasibətilə qazancın əlverişliliyi təyin olunur. Həmin  altıkunclu fiqurlar arasında 

mərkəz  şəhərdir.  Bu  şəhərə  şəhər  tipli  məntəqələr  tabedir.  Hər  bir  məntəqə  mərkəzinə  isə  kəndlər  tabedir.  Əmtəənin  və 

xidmətin xarakterindən asılı olaraq optimal mərkəz secilir. Məsələn, corək almaq ucun mərkəz kənddir, qənd almaq ucun 

mərkəz şəhər tipli məntəqədir. Kostyum tikdirmək ucun mərkəz şəhərdir.  

Yaşayış məntəqələrinin həcmi satışa, nəqliyyata, inzibatı idarəetməyə gorə muəyyən edilir. Əlbəttə, bu bolgu şərtdir. 

Həyatda  isə  bu  cur  mərkəz  və  ona  tabe  olan  məntəqələrdə  satış  və  xidmət  hec  də  həmişə  belə  qanunauyğunluqla 

paylanmır. Ona gorə ki, yaşayış məntəqələrinin boyukluyu və kicikliyi var. Onlar cox pərakəndə paylanmışdır. Altıkunclu 

fiquru  hər  yerə  tətbiq  etmək  olmur  V.Kristallerin  sxemi  cəmiyyətin  ictimai  quruluşunu  nəzərə  almır,  istehsal  usulunun 

yerləşmədəki həlledici rolunu gorurdu.  

Deyilənlərdən  aydın  olur  ki,  bu  dovrdə  coğrafiya  məktəbləri  sayca  artsa  da,  onların  numayəndələri  əksərən  yanlış 

movqe  tutmuşlar.  Butovlukdə  isə  coğrafiya  elmində  muxtəliflik,  hərc-mərcilk,  nəzəri  bohran  hiss  edilmişdir.  Coğrafiya 

sanki  oz  yolunu  itirmişdi.  Onun  problemlərini  kənar  elmlərin  numayəndələri  həll  etməyə  calışırdılar.  Onlar  da 

coğrafiyanın  elmi-nəzəri  əsaslarını  bilmədiklərindən,  boyuk  səhvlərə  yol  verirdilər.  Gostərilən  dovrdə  dunyanın  bir  cox 

yerlərində coğrafi axtarış və kəşflər davam etdirilmişdir.  

Belə ki, bu dovrdə dunyanın bir sıra Yer kurəsində hələ də insan ayağı dəyməmiş yerlər qalmaqda idi. Elə təkcə 

onu  demək  kifayətdir  ki,  Venesuela  təyyarəcisi  dunyanın  ən  hundur  Anhel  (1054m)  şəlaləsini  yalnız  1935-ci  ildə 

kəşf etmişdir.  

Hec  indinin  ozundə  də  bilinmir  ki,  Yerin  «ucuncu  qutbu»  sayılan  Comolunqmanın  (Everest)  kəşf  olunma  şərəfi 

kimə  məxsusdur.  Belə  ki,  Yer  kurəsinin  ən  hundur  zirvəsi  (8848  m)  olan  Comolunqma  (yerli  tibet  dilində  «dağlar 

olkəsinin anası» deməkdir) hələ 1825-ci ildə şimali Hindistanda aparılan topoqrafik cəkiliş zamanı məlum olmuşdur. Ona 

gorə  də  bu  zirvəni  Hindistan  topoqrafiya  xidməti  rəisinin  şərəfinə  1856-cı  ildə  Everest  adlandırırlar,  halbuki,  onun  bu 

kəşfə hec bir aidiyyatı yox idi.  

Yalnız 1053-cu ildə Yeni Zelandiyalı alpinist Edmund Helari ozunun Nepaldan olan bələdcisi Tinq Sinqlə ilk 

dəfə  Everest  zirvəsinə  qalxmışdır.  Bu  kəşfdən  sonra  Everest  dunya  alpinistlərinin  əsl  Məkkəsinə  cevrilir  və  30  il 

muddətində burada 18 olkədən 133 nəfər olmuşdur.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə