Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

İsvecli  Jak  Pikar  və  amerikalı  Don  Uolsi  1961-ci  ildə  ilk  dəfə  olaraq  dunyanın  ən  dərin  Marian  cokəkliyinə 

enmişlər.  

Boyuk  alman  coğrafiyacısı  Haydelberq  Universitetinin  professoru  Alfred  Hetner  (1859-1941)  «Coğrafiya, 

onun  tarixi,  mahiyyəti  və  metodları»  əsərini  yazmışdır.  Bu  kitabda  coğrafiya  elminin  mustəqil  metodları  və 

coğrafiyanın bir sıra başqa nəzəri məsələləri haqqında cox maraqlı məlumatlar toplanmışdır.  

Hetner Humboltun bir sıra materialist ideyalarını, xususilə landşaftın obyektiv varlığı ideyasını qəbul etmişdir. Onun umumi 

coğrafiyanın butovluyu, vahid elmiliyi ideyası,  Kantın və Ritterin ideyalarına  cox  yaxın idi. Alimin  vahid coğrafiyasında  əsas 

yeri  diyarşunaslıq  və  landşaftşunaslıq  tuturdu.  O,  həm  də  insana  təbii  landşaftın  bir  komponenti  kimi  baxırdı.  Coğrafiyada 

butovluyun  itməsindən  narahat  olan  Hetner  coğrafi  tədqiqatların  digər  elmlər,  yəni  geologiya,  fizika,  zoologiya,  botanika  və 

ictimai  elmlər  tərəfindən  aparılmasına  razı  deyildi.  O,  muxtəlif  tərəflərə  parcalanmayan,  ozunəməxsus  mahiyyəti  və  məzmunu 

olan coğrafiya yaratmağa calışırdı. Bunun ucun o, Ritterin «yer cisimləri ilə doldurulmuş məkan» konsepsiyasını əsas goturərək 

qeyd  edirdi  ki,  coğrafiya  muxtəlif  boyuklukdə  olan  əraziləri,  məkanı  doldurmuş  obyektlərin,  əşyaların  ərazi  munasibətlərini 

oyrənir. Coğrafiyanın mahiyyətini sahə-ərazi munasibətlərində gorən Hetner iddia edirdi ki, təbiətdə rayon, landşaft xususiyyəti 

yoxdur,  onlar  tədqiqatcının  təfəkkurunun  məhsuludur.  Buna  baxmayaraq,  ozu  landşaft  və  rayon  haqqında  xeyli  zəngin 

məlumatlar  vermişdir.  Beləliklə,  Hetner  də  coğrafiya  elmi  ucun  duzgun  konsepsiya  tapa  bilməmişdir.  Onun  xronoloji 

konsepsiyasının ən boyuk noqsanı aşağıdakılar idi.  

1. O, amillərin mənşəyi, inkişaf tarixini nəzərə carpan, məkanı dolduran obyektlərin qarşılıqlı əlaqələrini 

oyrənməyi soyləməklə coğrafiyada xronoloji konsepsiyanı əsas goturmuşdur.  

2.  Həqiqi  varlıq  saydığı  tədqiqat  obyektinin  rayona  və  landşafta  subyektiv  munasibətini  gostərərək,  onu 

təfəkkurun inikası hesab etmişdir.  

Onun  ideyasının  quvvətli  tərəfi  hadisələrin  və  obyektlərin  qarşılıqlı  əlaqələrinə  boyuk  diqqət  verməsində  idi. 

Ərazi  aspekti  coğrafiya  elmlərinin  ana  xəttini  təşkil  edir  və  bu  elmin  butun  sahələrini  bir-birilə  əlaqələndirir.  Hetnerin 

fikrincə, bu aspekt coğrafiyanı vahid elmə cevirir. Lakin o, səhvə də yol verirdi, belə ki, ərazi aspekti coğrafiyanın vahid 

elmə  cevrilməsinə  deyil,  onların  birliyinə  səbəb  olur.  Bir  sozlə,  Hetnerin  vahid  coğrafiyası  geosiyasətin  təsirini  daha  da 

gucləndirir və onu daha cox sosial elmə cevirir, beləliklə də cəmiyyət təbiətdən təcrid edilmiş şəkildə oyrənilirdi.  

Bunu  biz  ABŞ  coğrafiyaşunası  İsay  Baumanın  (1878-1955)  fəaliyyətində  daha  aydın  goruruk.  O,  coğrafiyaya 

gorkəmli fiziki coğrafiyacı, geomorfoloq, biocoğrafiyacı kimi gəlmiş, And dağlarının Atakama səhrasının, Şimali Amerika 

meşələrinin  fiziki  coğrafiyasını  dərindən  oyrənmişdir.  Lakin  Birinci  Dunya  muharibəsindən  sonra  siyasi  və  sosial 

coğrafiya ilə məşğul olmuş, «Pioner sərhədləri», «Coğrafiyanın sosial munasibəti» və s. əsərlərini yazmışdır. İ.Baumana 

gorə,  insan  mutərəqqi  yaradıcı  və  təcrubəcidir.  Ən  muhum  təcrubə  insanın  ozudur.  O,  dunyanı  dəyişdirdikcə  ozu  də 

dəyişir.  

İ.Bauman  coğrafiyada  təsvirciliyin  əleyhinə  idi.  O,  hesab  edirdi  ki,  coğrafiyanın  vəzifəsi  inkişaf  prosesini 

oyrənməkdir. Onun belə mutərəqqi fikirləri ilə yanaşı, ziddiyyətli fikirləri də var. O, ABŞ prezidenti Vilsonun yaxın 

məsləhətcisi olmuş, 20 ildən artıq ABŞ-ın coğrafiya cəmiyyətinə rəhbərlik etmişdir.  

İ. Baumanın muasirləri Harlan Barrouz (1877-1960) və Karl Zauer (1889-1975) kimi ABŞ-ın gorkəmli fiziki 

coğrafiyacıları  ilk  dəfə  insan  ekologiyası  məsələləri  ilə  məşğul  olmuşlar.  Bu  məsələnin  qoyuluşu  ilə  onlar 

coğrafiyanın  vəhdəti  fikrinə  əsaslanmış  və  İ.Bauman  kimi  coğrafiyanın  vəzifəsini  insan  və  təbiət  arasındakı 

qarşılıqlı əlaqələrin oyrənilməsində gormuşlər.  

K. Zauer coğrafiyanın inkişafında cox boyuk rol oynamışdır. O, «Landşaftın morfologiyası», «Mədəni coğrafiya», «Mədəni 

bitkilərin  mənşəyi»,  və  s.  kimi  qiymətli  əsərlər  yazmışdır.  O,  elə  hesab  edirdi  ki,  coğrafiyanın  əsas  vəzifələrindən  biri  də  təbii 

landşaftların  mədəni  landşaftlara  cevrilməsini  oyrənməkdir.  Alim  coğrafiyada  tarixiliyə  cox  fikir  verərək  gostərir  ki,  yalnız 

kecmişi  yaxşı  oyrənməklə  insanın  landşaftlara  təsiri  prosesini  başa  duşmək  olar.  K.Zauerin  fikrincə,  coğrafiyanın  ən  muhum 

vəzifələrindən biri də insanın canlı və cansız aləmdən, butovlukdə muhitdən istifadə etmək vərdişlərini oyrənməkdir. Coğrafiya 

movcud  həyat  tipləri,  onların  bir-birilə  əlaqəsi  və  bu  əlaqələrdən  yaranan  mədəni  areallarla  maraqlanmalıdır.  Əhalinin 

vərdişlərini oyrənməklə insanların mədəni və təbii muhitlə munasibətlərini təyin etmək olar. O, coğrafiyada təbii muhitə ictimai 

həyat baxımından yanaşmaqla ilk dəfə olaraq fiziki coğrafiyanı sosial istiqamətə yonəltmişdir.  



Edvard Teyfomun rəhbərliyi ilə yazılan  «Coğrafiya» kitabında coğrafiya sosial elm hesab edilir və gostərilir 

ki, bu elm ərazilərin təşkili, həmin ərazilərdə olan şəhərlər, ətraf muhit və regional inkişaf, bizi  əhatə edən muhitə 

nəzarət və s. problemlərlə məşğul olmalıdır.  

ABŞ-da nəşr edilən «Sahə təşkili coğrafiyasından dunyaya baxış» əsəri bir qrup alimlər tərəfindən yazılmışdır. 

Bu əsərin ana xəttini sosial-coğrafiya təşkil edir.  

Ricard  Morilla  (1934-cu  ildə  anadan  olub)  «Cəmiyyətin  ərazi  təşkili»  kitabında  coğrafiya  aşağıdakı  uc 

baxımdan yanaşmışdır:  

1. Ənənəvi regional baxım, yaxud məhəlli baxım;  

2. Ekoloji, yəni ərazi ilə insanın qarşılıqlı munasibətinə baxım;  

3. Bixevioristik, yəni insanın ərazidə davranışına baxım.  

Bu  baxımlar  da  coğrafiyanın  əsas  obyekti  olmalıdır.  O,  coğrafiyanın  vəzifəsinə  sahə-məkan,  ərazi 

munasibətləri,  sahədə-məkanda,  ərazidə  baş  verən  dəyişikliklər,  fiziki  sahənin  tərkibi,  insanların  sahə  vasitəsi  ilə 

əlaqələri, cəmiyyətin sahələr uzrə təşkili, sahə dəyişikliklərindən istifadə zamanı biliklərimiz və s. kimi məsələləri 

daxil edir.  

Bixeviorizm: insanın gundəlik həyat kutləvi rəftarından, yaxud kutləvi davranışından danışan ən yeni metoddur.  

Muasir amerikan, ingilis və isvecli bixeviorist coğrafiya ədəbiyyatında insanların məkanda kutləvi hərəkəti, gundəlik 

miqrasiyası,  piyada  marşrutları,  insanlar  arasında  informasiya  mubadilələri,  poct  gondərişlərinin  məkan  analizləri, 

beynəlxalq  telefon  danışıqları  və  s.  kimi  problemlərdən  bəhs  olunur.  Bixeviorizm  bu  və  ya  digər  obyektin  sahədə 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə