Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

yerləşməsi  haqqında  verilən  qərarları  təhlil  edir.  Bixeviorizmin  meydana  gəlməsində  alman  alimləri  V.Kristaller  və 

A.Lyoşin da təsiri olmuşdur.  

Son zamanlar bixeviorist coğrafiya və ekologiya ABŞ coğrafiyasında muhum yer tutur. Bu cəhətdən əsrimizin 

ən  qiymətli  kitablarından  biri  Piter  Haqqetin  (1933-cu  ildə  anadan  olub)  «Coğrafiya:  muasir  biliklərin  sintezi» 

əsəridir. Coğrafiyanın nəzəri əsasının daha dolğun verildiyi bu əsər insan ekologiyasına və bixeviorizmə istinad edir. 

Muəllif  muasir  biliklərin  coğrafi  sintezinə,  hazırda  surətlə  yayılmaqda  olan  «sosial  fizika»  və  «regional  analiz» 

məsələlərinə  də  geniş  yer  vermişdir.  XX  əsrin  birinci  yarısında  amerikan  və  ingilis  coğrafiyaşunasları  və 

iqtisadcıları  arasında  regional  ideya  yayılmağa  başlayır.  Bu  ideya  hələ  1905-ci  ildə  İngiltərədə  yaranmışdır.  O 

zamankı alimlər arasında Helbertson ilk dəfə iqlimi əsas goturərək Yerin butun səthini təbii regionlara ayırmışdır. 

Sonralar təbiətin digər elementlərinin oxşarlığına gorə də belə regionlar ayrılmışdır.  

Amerikan  alimi  R.Hartşorn  on  illərlə  coğrafiyanın,  xususilə  onun  muhum  sahəsi  olan  xorologiyanın  (yun. 

sahə-ərazi  haqqında  təlim)  nəzəri  problemləri  uzərində  calışmışdır.  Ozunun  ingilis  dilində  nəşr  etdirdiyi  iki 

kitabında:  «Coğrafiyanın  predmeti:  muasir  nəzəriyyələrin  tənqidi  təhlili»  (1939),  və  «Coğrafiyanın  predmetinin 

perspektivləri» (1959), xronologiya istiqamətini daha da dərinləşdirmişdir.  

Birinci kitabda R.Hartşorn Qərbi Avropa coğrafiyaşunaslarının nəzəri fikirlərinin inkişaf tarixini təhlil edir və 

ikincisində isə kəskin şəkildə qoyulmuş bir sıra suallara cavab verir:  

1. Coğrafiya nə deməkdir? Coğrafiya sahə (ərazi) təzadları (fərqləri) haqqında elmdir. Onun fokus noqtəsində 

coxsaylı yer fərdləri (landşaftlar, ərazi, məhəlli və s.) durur. Coğrafiyanın başlıca məqsədi dunyanın ərazi 

diferensiasiyası haqqında biliklər toplamaq, belə diferensiasiyaya əsaslanan unikal xususiyyətlərə malik olan ərazilər-

regionlar ayırmaq və onların elementlərinin qarşılıqlı sintezinə nail olmaqdır. R.Hartşorn yazırdı ki, biz Yer kurəsinin 

hər bir ərazisinin unikal olmasını qəbul etməliyik, belə ki, onun Yerdəki coğrafi movqeyi digər ərazilərə nisbətən 

təkrarolunmazdır. Region (rayon) oxşar əlamətlərinə gorə digər ərazi hissələrindən fərqlənir.  

İki tip region ayrılır: formal (yekcins) və qovşaq və yaxud funksional. Formal regionda oyrənilən hadisələr 

hər yerdə bir-birinə oxşardır. Qovşaq regionlarında isə bu oxşarlıq hadisələrin qovşaq ətrafında birləşməsi 

əsasında təmin olunur. Qovşaq regionları olkənin mərkəzində yerləşərək ətraf əraziləri ozunə meyl etdirir.  

2.  «Yer  səthi»  nə  deməkdir?  Yer  səthi  litosfer,  hidrosfer,  atmosfer,  biosfer  və  antroposfer  bir-birilə 

əlaqələndirən Yerin xarici təbəqəsidir. Məhz coğrafiya dunyası budur.  

3.  Muxtəlif  mənşəli  (geterogen  –  yun.  tərkibi  yekcins  olmayan)  hadisələrin  inteqrasiyası  coğrafiyanın 

xususiyyətləridirmi?  Coğrafiyanın  məqsədi  digər  elmlərlə  muqayisədə  bəlkə  də  daha  cox  yer  səthini  butovlukdə 

(Y.Q.Sauşkin,  Tarix  və  metodologiya,  1976.  səh.  273-275):  əhatə  etməkdir,  qarşılıqlı  əlaqədə  olan  muxtəlif 

xarakterli hadisələrin analiz və sintezini verməkdir.  

4. Biz təbii və insan amillərini  mutləqmi fərqləndirməliyik? Fərdi xususiyyətlərin  və  elementlərin təsvirini  və 

təhlilini verərkən biz ictimai və yaxud təbii mənşəli olmasına baxmayaraq sərbəst surətdə təsnifləşdirmənin istənilən 

anlayışlarından istifadə edə bilərik.  

5. Coğrafiyanın fiziki və iqtisadi coğrafiya sahələrinə bolunməsi məqsədəuyğundurmu? Coğrafiyanın  ənənəvi 

olaraq iki hissəyə – «fiziki» və «insan» coğrafiyasına, onların isə daxili hissələrə ayrılması bu elmlərin obyektlərinin 

oxşar əlamətlərinə gorə aparılır.  

6. Zaman  və genezisin (yaranma  mənşəyin) coğrafiyada nə kimi əhəmiyyəti  vardır? Dəyişməkdə olan coğrafi 

kombinasiyaların tarixini oyrənməyin tarixə nisbətən coğrafiyaya daha cox aidiyyatı vardır.  

7.  Coğrafiya  «sahə»  və  «regional»  coğrafiyaya  bolunurmu?  Coğrafi  tədqiqatlar  gostərilən  bu  iki  qruplara 

bolunmurlər.  Lakin  ən  elementar  kombinasiyaları  oyrənərkən  tədricən  elmin  sahə  tədqiqatlarından  tam  coğrafi 

kombinasiyaları oyrənən regional tədqiqatlarına kecilir.  

Beləliklə,  yuxarıda  cavablanan  suallardan  aydın  olur  ki,  bizim  qarşımızda  sadə  təsvirdən  tədricən 

murəkkəbləşən, tədqiqatların yuxarı pillələrinə qalxan coğrafi konsepsiyanı gorə bilərik.  

«Sosial fizika» coğrafiyaya  Amerika alimləri – astronom Con Styuart və coğrafiyacı Vilyam Vornttes  tərəfindən 

gətirilmişdir.  Onlar  bir  sıra  demoqrafik  gostəricilərdən  demoqrafik  potensialın  xəritələşməsində  fizikanın  metodlarından 

istifadə  edərək  tədqiqatlar  aparmışlar  və  «Əhalinin  yerləşməsinin  fizikası»  kitabında  coğrafiyaya  demoqrafik  potensial 

məfhumunu  gətirmişlər.  Əlbəttə,  demoqrafik  potensial,  yaxud  sahə  potensialı  əhalinin  sıxlığı  məfhumuna  nisbətən  daha 

geniş mənada olub, elmi cəhətdən daha durust sayıla bilər. Şəhərlərin əhalisinin sayından asılı olaraq ətraf əraziləri maqnit 

potensial quvvəsi kimi ozunə cəlb edirlər.  

Sosial  fizika  anlayışını  nəzəri  cəhətdən  şərh  edərkən  nəzərə  almalıyıq  ki,  bu,  bixeviorizmin  ozunəməxsus 

təzahurudur. Bu sahədə işləyən alimlər calışırlar ki,  əhalinin sosial intensivliyini və sosial hərarətini təyin etsinlər. 

Onlar  beynəlxalq  telefon  şəbəkəsi  yaratmaq  və  onu  işləmək  ucun  qrafometrik  modellər  tərtib  edir  və  buna  bənzər 

əməli əhəmiyyətli tədqiqatlar aparılır.  

Regional  elm  anlayışı  əsasən  Amerika  iqtisadcılarına  mənsubdur.  İlk  dəfə  Uolter  Ayzard  (1966)  geniş 

məzmunlu regional tədqiqat işlərinə başlamışdır. O, mərkəzində fəlsəfə duran regional elm assosiasiyası yaratmış və 

bununla da mustəqil regional elmini yaratmışdır. Bu elm sosial-iqtisadi tədbirləri ərazi baxımından oyrənir. Adətən 

belə  tədqiqatlar  riyazi  metodlarla  aparılır.  Regional  elmin  məzmunu  rayon  planlaşdırılması,  şəhərlərin  inkişafı, 

rayonlararası əlaqələr, əhalinin yerləşdirilməsi, istehsal və qeyri-istehsal sahələrinin ərazi təşkili və s. kimi məsələlərdən 

ibarətdir.  Lakin  burada  rayonların  təşkili  və  inkişafı  kimi  real  varlıqdan  danışılmır.  Bu  regional  elmin  əsaslı 

metodologiyası  olmadığına  gorə,  riyaziyyata  istinad  edir.  Bununla  belə  U.Ayzardın  elmi  işləri  coğrafiyanın  praktiki 

tədqiqatlar  da  istifadə  edilmək  baxımından  maraqlıdır.  Xususilə,  bir  sıra  sahə  ərazi  məsələlərinin  həllində  coğrafi 




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə