Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə37/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   65

Tarazlı inkişaf ideyası BMT-nin 1992-ci ildə Rio-de-Janeyroda kecirilmiş ətraf muhit və inkişaf konfransında 

daha da inkişaf etdirilmişdir. Həmin ideya iqtisadi, sosial və siyasi coğrafiyanın muxtəlif sahələrində geniş istifadə 

olunur.  Məsələn,  regionların  tarazlı  inkişafı,  tarazlı  inkişaf  və  kənd  təsərrufatı,  tarazlı  inkişaf  və  olkənin 

təhlukəsizliyinin təmin olunması və s.  

Rio-de-Janeyroda  kecirilmiş  konfransda  planetimizin  qlobal  inkişaf  problemlərini  əhatə  edən  geniş  kompleks 

proqramlar qəbul olunmuşdur. Onlar beş əsas sənəddə əks olunmuşdur:  

1) ətraf muhit və inkişaf;  

2) dunya biliklərinin yaxın və uzaq perspektivlərini əhatə edən proqram;  

3) meşələrin qorunması və bərpası;  

4) bioloji muxtəliflik haqqında Konvensiya;  

5) Yerin iqliminin dəyişməsi haqqında Konvensiya.  

 

Yuxarıda  gostərilən  proqramların  hazırlanması  və  həyata  kecirilməsi  bizim  coğrafiya  elminin  XX  əsrdə 



qarşısında duran ən onəmli vəzifələrdəndir.  

Qlobal  əhəmiyyətli  həmin  proqramların  həyata  kecirilməsi  məqsədi  ilə  Qərbi  Avropa  olkələrində  90-cı  illərdən 

başlayaraq regional inkişaf və tənzimləmə istiqamətində aparılan tədqiqat işləri xeyli gucləndirilmişdir. Xususilə, Qərbi və 

Şərqi  Avropa  olkələrində  regional  inkişaf  təcrubələrinin  umumiləşdirilməsi  və  mubadiləsinə,  təsərrufatların  regional  və 

qlobal  miqyaslarda  baş  verən  transformasiyasının  təhlilinə  və  s.  aid  elmi  işlərin  sayı  artmışdır.  Bu  işlərdə  Avropa 

Planlaşdırma  Məktəbi  Assosiasiyanın  (AESOR)  xidmətləri  boyuk  olmuşdur.  Adıcəkilən  məktəb  1991-ci  ildən  Brussel 

şəhərində  fəaliyyətə  başlamışdır.  Burada  Avropa,  Amerika  və  Asiya  olkələrinin  130-dan  cox  elmi  və  tədris  ocaqları,  o 

cumlədən Bakı Dovlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrası təmsil olunmuşdur.  

Avropa planlaşdırma məktəbinin başlıca vəzifəsi aşağıdakı problemlərin həllindən ibarətdir:  

- Urbanizasiyalaşmış ərazilərin planlaşdırılması;  

- Regional planlaşdırma; - Nəqliyyatın planlaşdırılması;  

- Komunikasiya sistemlərinin planlaşdırılması;  

- Sahil zonalarının inkişafının idarə edilməsi;  

- Kənd təsərrufatının planlaşdırılması və s.  

Ozu də bu planlaşdırma ilə sovet mərkəzləşdirilmiş inzibati-amirlik planlaşdırılması arasında boyuk  

fərqlər vardır. Muasir planlaşdırma elmi-problem mahiyyəti daşıyır konkret və dərin təhlildən kecirilmiş təklif 

və məsləhətlər hazırlanıb dovlət orqanlarına, şəhər bələdiyyələrinə, şirkətlərə və s. verilir.  

Coğrafiya elmi tarixində beynəlxalq konqres, simpozium, qurultaylar və s. rolu həmişə boyuk olmuşdur. Belə 

ali  elmi  məclislərdə  coğrafiyanın  kecmiş  inkişaf  tarixi  umumiləşdirilir  və  gələcəyin  yeni  istiqamətləri 

muəyyənləşdirilir.  

Olkəmizin  butun  coğrafiya  aləmi  ucun  əhəmiyyəti  nəzərə  alınaraq  2000-ci  il  avqustun  14-18-də  Koreya 

Respublikasının  paytaxtı  Seul  şəhərində  kecirilmiş  XXIX  Beynəlxalq  Coğrafiya  Konqresi  haqqında  məlumat 

veririk.  Konqresin  əsas  movzusu  «Həyatın  rəngarəngliyi»nə  həsr  olunmuşdur.  Gostərilən  bu  movzu  Konqresin  28 

bolməsi uzrə geniş muzakirəsi kecirilmişdir. Bunların qlobal istiqamətləri aşağıdakılardır:  

I. Qloballaşma, iqtisadi inteqrasiya və regional inkişaf;  

II. Muasir modern cəmiyyətlər; mədəniyyət, yer və məkan;  

III. İnsan cəmiyyəti ekosistemdə və təbii muhit insan sistemində;  

IV. İnformasiya axını və coğrafi muhit;  

V. Texnoloji inkişaf və coğrafiya;  

VI. Ətraf muhitin dəyişməsi və gələcək dunya;  

VII. XXI əsrdə coğrafiya təhsilinin inkişafı;  

VIII. Geologiya və geomorfologiya xarakterli təbii fəlakət hadisələrinin tədqiqi və modelləşdirilməsi;  

IX. Sahillərinin və dəniz sahillərinin rəngarəngliyinin dəyişməsi;  

X. Yeni regional coğrafiyaya yanaşma;  

XI. Qlobal iqtisadi landşaftın mozaikası;  

XII. Dunya iqtisadiyyatının qloballaşdırılması və lokallaşdırılması;  

XIII. Qlobal şəhərlər XXI əsrdə;  

XIV. Yeni qlobal siyasi qaydalar;  

XV. Elm və texnika informasiya sistemində;  

XVI. Dunyanın xəritələşdirilməsi;  

XVII. Həyat və okean rəngarəngliyi;  

XVIII. Turizm, inkişaf və ətraf muhit;  

XIX. Qidalanma və ətraf muhit;  

XX. Şəhərlərin inkişafının idarə olunması və b.;  

Konqresdə  muzakirə  olunan  movzulardan  gorunur  ki,  bizim  elmin  əvvəlki  ənənəvi  fiziki  coğrafi  və  iqtisadi 

coğrafi  bolguləri  arasında  boyuk  fərq  qoyulmur.  Əsas  diqqət  təbiət  və  onun  komponentləri  sistemləri  ilə  əhali  və 

təsərrufat sahələri sistemlərinin qarşılıqlı təmasına, inteqrasiyasına və bunların regional və qlobal miqyasda təzahur 

forma və xususiyyətlərinin tədqiq edilməsinə yonəldilir.  




Yuxarıda  gostərilən  movzu  və  istiqamətlərin  belə  motəbər  məclisdə  Beynəlxalq  Coğrafiya  Konqresində 

muzakirəsi  və  elmi-praktiki  əhəmiyyətli  qərarlar  qəbul  edilməsi  coğrafiya  elminin  boyuk  nailiyyətlərindən, 

dunyəviliyindən və zəngin tarixindən xəbər verir.  

Muasir  dovrdə  qlobal  əhəmiyyətli  elmi  tədqiqatlar  daha  cox  vusət  almaqdadır.  Bu  cəhətdən  qarşıda  ən  vacib 

ekoloji problem, olkələrin qlobal iqtisadi inteqrasiyası, beynəlxalq əmək bolgusu, dunya təbii ehtiyatların kadastrın 

tərtibi, dunya ərzaq probleminin həlli, yanacaq və enerji problemləri və s. durur ki, bunların da həll edilməsi dunya 

coğrafiyacılarının birgə səyi və əməkdaşlığı ilə mumkun  

5.2 MDB məkanında muasir coğrafiyanın inkişafının birinci mərhələsi (1918-1945-ci illər)  

Məlumdur  ki,  sovet coğrafiyasında təbii  və  sosial-iqtisadi proseslərin  oyrənilməsi  həmişə  ictimai-iqtisadi  formasiya 

ilə əlaqələndirilirdi. Hər olkənin tarixi xususiyyətləri bu formasiya baxımından nəzərə alınırdı. Bunun əksinə olaraq burjua 

coğrafiyacıları  təbii  sosial  prosesləri  tədqiq  edərkən  muxtəlif  ictimai-iqtisadi  formasiyaları  nəzərə  almırdılar.  Onlar 



istehsal  usulunun  və  istehsal  munasibətlərinin  rolunu  qəbul  etmirdilər.  Postsovet  coğrafiyasının  metodologiyası 

gostərilən muhitdə formalaşdığına gorə xeyli siyasiləşdirilmişdir.  

Birinci  Dunya  muharibəsinin  fəlakətlərindən  cıxmış  Rusiya  xeyli  zəifləmişdir.  İnqilabdan  sonra  başlayan  vətəndaş 

muharibələri,  xarici  mudaxilələr  tez-tez  baş  verən  quraqlıq,  aclıq  və  s.  isə  cətinliklərlə  qarşılanan  Rusiyanın  xalq 

təsərrufatının həddən artıq bərbad hala duşməsinə səbəb olmuşdur. Rusiyanın iqtisadiyyatını bərpa etmək ucun hərtərəfli 

inkişaf etmiş qabaqcıl maddi-texniki bazanın yaradılması tələb olunurdu. Belə bazaya elmi cəhətdən qabaqcıl və inkişaf 

etmiş olkə malik ola bilərdi. Buna gorə də coğrafiya elminin qarşısında yeni vəzifələr qoyuldu.  

Dovlətin tapşırığı ilə ilk dəfə 1918-ci ildə Rusiyada EA-nın nəzdində təbii məhsuldar quvvələrin oyrənilməsi (KEPS) 

komissiyası  tədqiqat  işlərinə  başladı.  Bu  komissiyanın  nəzdində  sənaye  coğrafiyası  şobəsi  yaradıldı.  Bu,  Elmlər 

Akademiyasının  ilk  coğrafiya  muəssisəsi  idi.  Şobəyə  gorkəmli  rus  coğrafiya  alimi  A.Hetnerin  tələbəsi  A.A.Qriqoryev 

rəhbərlik  edirdi.  Hələ  inqilabdan  əvvəl  acılmış  ali  coğrafiya  kursu  yenidən  fəaliyyətə  başladı.  Bu,  Sovet  İttifaqında 

yaranmış  ilk  ali  coğrafiya  məktəbi  oldu.  Kursun  yenidən  fəaliyyətinin  təşəbbusculəri  və  onun  ilk  rəhbərləri  A.S.Berq, 

V.N.Sukacov, Y.S.Edelşteyn idi.  

1920-ci  ildə  Rusiyanın  ilk  elektirkləşdirmə  planı  (QOELRO)  hazırlandı.  Bu  planın  həyata  kecirilməsi 

coxsahəli  boyuk  elmi-tədqiqat  işlərinin  aparılmasını  tələb  edirdi.  Bunları  həyata  kecirmək  ucun  SSRİ  EA  butun 

quvvələri, o cumlədən movcud coğrafi quvvələr də səfərbərliyə alındı.  

Sovet Rusiyasının məhsuldar quvvələrinin bərpası və inkişafı, olkənin elektrikləşdirilməsi ilə əlaqədar olaraq iqtisadi 

rayonlar  şəbəkəsinə  yenidən  baxmaq  lazım  gəldi.  Belə  ki,  kohnə  rayonların  sərhədləri  xeyli  dəyişmiş  və  yeni  rayon 

əmələgəlmə  prosesləri  baş  vermişdir.  Olkədə  planlaşma  işini  duzgun  təşkil  etmək  ucun  elmi  prinsiplər  əsasında  yeni 

iqtisadi rayonlaşma aparmaq tələb olunurdu. Buna gorə də olkənin iqtisadi-coğrafi quvvələri Dovlət Plan Komissiyasının 

(DPK) ətrafında cəmləşərək  yeni rayonlaşdırma işinə başladı (1918-1921). Butun olkənin və onun hər rayonunun iqlimi, 

suları,  torpağı,  bitkisi,  faydalı  qazıntıları  və  digər  təbii-iqtisadi  imkanları  oyrənilir  və  məhsuldar  quvvələrin  ərazidə 

səmərəli yerləşməsi məsələləri dərindən təhlil edilirdi.  

DPK-da  planlaşdırmanın  ilk  muhum  işi  təsərrufatın  sahə  və  ərazi  uzrə  planlaşdırılmasını  birləşdirmək  oldu. 

Komissiyanın xususi qrupu 1921-ci ildə sahələr uzrə planlaşdırma ucun olkə ərazisində 21 iqtisadi rayon muəyyənləşirdi. 

Bu  rayonlaşmanı  başda  K.M.Krjijanovski  olmaqla  bir  qrup  tanınmış  alim  aparırdı.  İ.Q.Aleksandrov,  L.L.Nikitin, 

E.Y.Şulqin, N.N.Kolosovski və b. tərtib etdikləri həmin rayonlaşdırma sxemi ilk dəfə olaraq olkə miqyasında yaradılmağı 

layihələşdirilən  ixtisaslaşmış  ərazi-istehsal  komplekslərini  əhatə  edirdi.  Rayonlaşdırma  apararkən  ərazinin  təbiəti, 

təsərrufat  xususiyyətləri  coğrafi  əmək  bolgusunun  vəziyyəti  və  s.  nəzərə  alınmışdır.  Təsadufu  deyildir  ki,  belə 

rayonlaşdırma  coğrafiya  elminin  surətlə  inkişafına,  xususilə  iqtisadi  coğrafiyanın  rolunun  xeyli  yuksəldilməsinə  səbəb 

olmuşdur.  

Beləliklə,  Sovet  hakimiyyətinin  ilk  illərindən  etibarən,  olkədə  məhsuldar  quvvələrin  inkişafı  və  səmərəli 

yerləşdirilməsi  ilə  yanaşı,  iqtisadi-təbii  rayonlaşdırma  işlərinə  də  başlanmışdır.  Bu  işlərin  aparılmasında  coğrafiya 

elminin boyuk rolu olmuşdur.  

Moskvada  D.N.Anucinin  məktəbi  fiziki  coğrafiyanın  yenidən  qurulmasında,  muxtəlif  sahələrin  inkişafında 

boyuk muvəffəqiyyətlər qazandı. Bu məktəbin fəaliyyətinə A.A.Borzov rəhbərlik edirdi. Moskva coğrafiyacılarının 

elmi  tədqiqatları  əsasən  təbii  ehtiyatların  planlı  surətdə  mənimsənilməsinə  və  məhsuldar  quvvələrin  inkişafının 

təmin edilməsinə yonəldilmişdir.  

20-ci illərin ortalarında A.A.Borzovun rəhbərliyi ilə Moskva Dovlət Universitetinin nəzdində Xususi Coğrafiya 

Tədqiqat  İnstitut  yarandı.  İnstitutun  əsas  məqsədi  olkədə  fiziki  coğrafiyanı  inkişaf  etdirmək,  təbii  coğrafi 

elementlərin  və  hadisələrin  inkişaf  prosesinin  qarşılıqlı  əlaqələrini  oyrənmək  idi.  Bu  institut  və  dəqiq  kəmiyyət 

hesablamalarını nəzərə almaq məsələlərini irəli sururdu.  

1926-cı  ildə  N.N.Baranskinin  «SSRİ-nin  coğrafiyası»  əsəri  nəşr  edildi.  İlk  dəfə  yazılan  bu  kitab  QOELRO 

planı və Dovlət Plan Komissiyasının iqtisadi rayonlaşdırmaya dair materiallarına əsaslanırdı. Ozu də bu tədris kitabı 

olmaqla yanaşı, həm də olkənin planlaşdırma işlərində də geniş istifadə olunan elmi əsər idi. Ona gorə də DPK-nin 

əməkdaşları  həmin  kitab  haqqında  musbət  rəylər  soyləmişdilər.  Az  muddət  icərisində  adıcəkilən  kitab  iqtisadi 

coğrafiya elminin nufuzunu xeyli yuksəltmiş və Rusiyada bu elmin hərtərəfli inkişaf etməsi ucun şərait yaratmışdır. 

İqtisadi coğrafiya uzrə tədqiqat işləri aparmaq ucun istehsalatda və DPK tərkibində calışan təcrubəli mutəxəssislər 

cəlb  edilirdi  (A.L.Nikitin,  N.N.Kolosovski,  V.M.Cetirkin,  V.İ.Lavrov  və  b.).  Onlar  sonralar  olkə  coğrafiyasının 

qurucuları və nəzəriyyəciləri oldular.  

1923-cu  ildən  başlayaraq  N.N.Baranski  Moskva  Universitetinə  gəlir.  Onun  A.A.Borzovla  əməkdaşlığı 

nəticəsində coğrafiya qrupu yaradılır.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə