Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə39/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   65

xeyli dərinləşdirdi. Burada tədqiqat aparan 12 olkə arasında əldə olunan razılığa əsasən Antarktida hərbi xarakterli 

hər  hansı  bir  tədbirin  həyata  kecirilməsi  qadağan  olunur,  butun  olkələr  materik  haqqında  topladıqları  məlumatları 

bir-birilə mubadilə edirlər.  

5.3 MDB məkanında muasir coğrafiyanın inkişafının ikinci mərhələsi (1945-1980- ci illər)  

İkinci  Dunya  muharibəsindən  sonra  olkə  coğrafiyacıları  qarşısında  dağıdılmış  rayonların  xalq  təsərrufatının  bərpası  və 

inkişafını  təmin  edən  təbii  ehtiyatların  və  təbii  şəraitin  dərindən  oyrənilməsi,  onların  mənimsənilməsi  yolları,  ərazi  istehsal 

komplekslərinin  (ƏİK)  tədqiqi  problemləri  dururdu.  Bu  dovrdə  ərazi  planlaşdırılması,  əhali  məskunlaşdırılması,  şəhər  və 

kəndlərin  yenidən  qurulması  kimi  coğrafi  tədqiqat  sahələrinə  daha  cox  fikir  verilirdi.  Olkənin  təbii  rayonlaşdırılmasının 

dəqiqləşdirilməsinə və zonalarının tədqiqinə, təbii komplekslərin kəmiyyət və keyfiyyət gostəricilərinin geokimyəvi, geofiziki və 

riyazi usullarla oyrənilməsinə başlandı. Bunlarla bağlı təbii şərait və təbii ehtiyatlar haqqında geniş və dəqiq məlumatlar verən 

muhəndis  coğrafiyası  kimi  yeni  sahə  yarandı.  Qar  ortuyu,  buzlaqlar,  yağmurlar,  sel,  eroziya  kimi  təbii  fəlakətləri  torədən 

hadisələrin mənşəyi tədqiq edilərək bu bəlalara qarşı mubarizə yolları axtarılmağa başlandı.  

Sovet  elmi  okeanların  və  dəniz  dibinin  morfologiyasını,  okeanların  təbii  prosesləri  və  iqtisadi  potensialının 

oyrənilməsi işində xeyli muvəffəqiyyətlər əldə edildi. Olkədə təbii coğrafi problemləri insan ekologiyası ilə əlaqəli 

surətdə həll edilirdi. Butun bunları əks etdirən tematik xəritələr tərtib olunurdu.  

Dunya  və  SSRİ-nin  fiziki  və  iqtisadi  coğrafiyasının  spesifik  xususiyyətlərini  əks  etdirən  boyuk  atlaslar  nəşr 

edilirdi.  Riyazi  metodlar,  modelləşdirmə,  elektron  hesablama  maşınlarından  geniş  istifadə,  aerofotoşəkillərdən, 

Yerin  kosmik  gəmilərdən  aparılan  muşahidələrindən  və  kosmik  şəkillərdən  istifadə  olunması  coğrafi  tədqiqatlarda 

geniş vusət aldı.  

Olkənin coğrafiya elmi qabaqcıl elmlər sırasında surətlə inkişaf edir, beynəlxalq coğrafi konqreslərdə  yuksək nufuz 

qazanırdı. Bu elm sahəsində aparılan işlərin nəticələri kecmiş SSRİ-nin coğrafiya cəmiyyətinin qurultaylarında, muttəfiq 

respublikaların coğrafiya cəmiyyətlərinin iclaslarında, elmi  muşavirələrdə  və seminarlarda  muzakirə olunurdu. Məsələn, 

«Antropogen  dəyişikliklərin  elmi  proqnozları  və  ətraf  muhitin  qorunması»,  «Regional  inkişafın  elmi  əsasları», 

«Urbanizasiyanın  coğrafi  əsasları  və  şəhərlərin  coğrafiyası»,  «Muasir  elmi-texniki  tərəqqi  dovrundə  coğrafiya  elminin 

vəzifələri», «Ərazi istehsal kompleksinin modelləşdirilməsi» və s. kimi movzuların muzakirələri kecirilmişdir.  

Son  zamanlar  coğrafiya  praktiki  əhəmiyyətli  məsələlərin  həllinə  daha  cox  diqqət  yetirir.  Bu  elm  ərazi 

baxımından  təsərrufatın  təşkili,  əhalinin  məskunlaşması,  təbii  ehtiyatlar  potensialının  təyini,  muxtəlif  ekoloji 

problemlərin  həlli  kimi  məsələləri  yeni  metodlarla  daha  dərindən  tədqiq  edir.  Getdikcə  daha  cox  qlobal  coğrafi 

problemlərin həllinə, okeanların, atmosferin, biosferin, ekologiyanın oyrənilməsinə diqqət artırılır.  

Kecmiş  SSRİ  məkanında  puxtələşmiş,  dunya  miqyasında  tanınmış  boyuk  nəzəri  və  praktiki  əhəmiyyəti  olan 

coğrafiya  məktəbləri  yaranmışdır.  Sankt-Peterburq  və  Moskva  Fiziki  coğrafiya  məktəblərin  əsas  elmi  istiqaməti 

landşaftların tədqiqinə yonəltmiş və coğrafi muhitin, təbii unsurlərin qarşılıqlı əlaqələrindən yaranmış kompleksləri (təbii 

kompleksləri) və onların istehsala, insan həyatına necə təsir etməsini qiymətləndirmək ucun elmi əsaslar hazırlamışdır.  

Fiziki  coğrafiya  landşaft  metodu  vasitəsilə  təbiətin  muxtəlif  tərəflərini,  elementlərini,  hadisə  və  proseslərini 

tədqiq edərək, təbii komponentlərin qarşılıqlı əlaqələrini, muasir coğrafi prosesləri tarixi inkişafda oyrənir. L.S.Berq 

və  A.A.Borzov  landşaftları  oyrənərkən  adda-buddalığı  (diskretliyi),  fasiləsizliyi  və  komponentliyi  bir-birilə 

əlaqələndirərək  tədqiqat  kompleksi  yaratmış,  landşaftları,  onların  komponentlərini  tarixi  və  coğrafi  qanunların 

zəminində oyrənməyi təklif etmişlər.  

L.S.Berq  ozunun  qiymətli  əsərlərində  landşaftşunaslığın  və  fiziki  coğrafiyanın  muhum  problemlərini  həll 

etmişdir.  

A.A.Borzov  oz  əsərlərində  təbiətdə,  xususilə  insaniləşən  təbiətdə  baş  verən  dəyişmə  proseslərinə  cox  boyuk  fikir 

vermişdir.  O,  yaradıcılığında  fiziki  coğrafiyanın  nəzəri  məsələlərinin  dialektik  həllinə  boyuk  səy  gostərmiş,  təbiətdən 

səmərəli  istifadə  olunmasını,  onun  gələcək  nəsillər  ucun  muhafizəsini  tovsiyə  etmişdir.  Fiziki  coğrafiya  ilə  iqtisadi 

coğrafiyanı  sıx  əlaqələndirməyi,  elmdə  geniş  sintez  aparmağı,  coğrafi  hadisələrin  və  obyektlərin  proqnozlarını  verməyi 

lazım bilən alim, coğrafiya nəzəriyyəsinə əməli coğrafiyanı və xəritəşunaslığı da bağlamağı zəruri hesab edirdi.  

Bu  iki  alimin  təsiri  ilə  fiziki  coğrafiya  elmi  xeyli  inkişaf  etmiş,  şaxələnmiş,  onlarla  yeni  sahələri  əmələ  gəlmişdir 

(geomorfologiya,  iqlimşunaslıq,  hidrologiya,  qlasiologiya,  biocoğrafiya  və  s.).  Bu  sahələrin  muhum  xususiyyətləri 

insanların təsərrufat fəaliyyətinə musbət təsir edən tədqiqatlara ustunluk verilməsidir. Hazırda fiziki coğrafiya sahəsində 

fəaliyyət  gostərən  alimlər  calışırlar  ki,  yeni  metodlarla,  kəmiyyət  və  keyfiyyət  gostəriciləri  ilə  təbii  muhitə  antropogen 

təsirləri  qiymətləndirməklə  fiziki  coğrafiya  elmində  ekolojiləşdirmə  prosesini  quvvətləndirsinlər.  L.S.Berq,  A.A.Brozov 

həm də yaxşı geomorfoloq idi.  

Sovet  geomorfologiyasının  inkişafında  Y.S.Edlşteyn,  İ.S.Şukin,  İ.P.Gerasimov,  K.K.Markov  və  başqaları 

boyuk rol oynamışdır.  

Son  zamanlar  fiziki  coğrafiyada  B.B.Polınovun  rəhbərlik  etdiyi  geokimya  istiqaməti  bu  elmin  tərəqqisində 

boyuk əhəmiyyət kəsb etmişdir. Bu istiqamət landşaftşunaslığın nəzəri əsaslarını xeyli mohkəmləndirmişdir.  

Geomorfoloqlar  litosferdə  maddələrin  hərəkət  qanunauyğunluğu,  litosferin  səth  quruluşu,  relyefin  ərazi 

formaları və onların dinamikası və s. kimi problemlər uzrə boyuk elmi-tədqiqat işləri aparmışlar.  

Geokimyəvi,  bioloji  resursşunaslıq  (L.N.İlin),  ekzogen  proseslərin  oyrənilməsi  kimi  yeni  istiqamətlər 

genişlənməkdədir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, hazırda coğrafiyanın bu və digər sahələrində də tədqiqatlar yeni 

dəqiq metodlara (o cumlədən kosmik, muxtəlif riyazi metodlar) yiyələnməklə, zəngin informasiya bazasına malik olmaqla 

aparılır.  Bu,  muasir  iqlimşunaslıq  tədqiqatlarında  daha  yaxşı  hiss  edilir.  İqlimşunaslıq  xalq  təsərrufatı  ucun  əhəmiyyətli 

olan qar və buzların mənşəyi və ehtiyatı məsələlərini, daimi donuşluğun atmosfer və okeanlarla əlaqəsini diqqətlə oyrənir. 

İqlimindən və meteoroloji şəraitdən asılı olaraq buzlaqların dəyişməsi, dəniz buzlarının, qar ortuyunun təkamulu və s. kimi 

məsələlər  həll  edilir.  Muasir  iqlimşunaslıqda  korrelyasiya  metodundan  istifadə  edərək,  qədim  iqlim  şəraitinin  bərpa 

edilməsinin mumkunluyu problemləri oyrənilir.  




Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə