Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci IL tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix24.12.2017
ölçüsü1,29 Mb.
#18028
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

aid  nəzəriyyələr  irəli  surmuşdur.  O,  səyahətlər  zamanı  topladığı  bitki  numunələri  əsasında  qiymətli  və  zəngin  herbari 

fondu yaratmışdır.  

Sonrakı illər N.İ.Vavilov Aralıq dənizi sahili olkələrinə, Daxili Afrika olkələrinə, Cinə, Yaponiyaya, Tayvana, 

Koreyaya,  Mərkəzi,  Şimali  və  Cənubi  Amerika  olkələrinə  ekspedisiyalara  cıxmış,  həmcinin  MDB-nin  muxtəlif 

rayonlarını oyrənmişdir. O, 52 olkədə apardığı ekspedisiyalardan 160 min bitki novu numunələrini, o cumlədən 28 

min taxıl bitkisi novlərinin numunələrini gətirmişdir.  

Alim ekspedisiyada olduğu olkələrin və rayonların coğrafiyasını dərindən oyrənmiş və orada mədəni bitkilərin 

yerləşməsini  və  yayılmasını  coğrafi  cəhətdən  dərin  tədqiq  etmiş,  eyni  zamanda  butun  bu  olkələrdən  gətirilmiş 

toxumların fondunu yaratmışdır. O, dunyanın 5 qitəsindən 200 min toxum novu yığmışdır.  

Sankt-Peterburqun  ən  cətin  dovrlərində  belə  bir  toxumlar  muhafizə  edilmiş  və  xeyli  artırılmışdır.  İndi  toxum 

fondunda 270 minə qədər muxtəlif bitki toxumları saxlanır. Bunlardan bəziləri artıq yer uzərində yoxdur. Yalnız son 

illərdə  bu  toxumlardan  istifadə  edilərək  900  yeni  mədəni  bitki  novu  yaradılmışdır.  Vavilov  həm  də  vətəninin  ən 

bacarıqlı elmi təşkilatcılarından idi. O, 1920-ci ildə Sank-Peterburq kənd təsərrufatı elmi laboratoriyasını və az sonra 

Dovlət  Təcrubə  Aqronomiya  İnstitutu  və  Tətbiqi  Botanika  İnstitutunu  təşkil  etmişdir.  Uzun  muddət  Kənd 

Təsərrufatı  Elmlər  Akademiyasının  prezidenti,  omrunun  son  illərində  kecmiş  SSRİ  Coğrafiya  Cəmiyyətinin  sədri 

olmuşdur.  

Vavilovun  biologiya  və  biocoğrafiya  sahəsindəki  dunya  əhəmiyyətli  fikirləri  350-dən  artıq  elmi  əsərində 

toplanmışdır.  Bu  əsərlərin  arasında  «Əfqanıstanda  əkincilik»,  «Kolumbdan  qabaq  Amerikada  əkincilik 

mədəniyyəti»,  «Novlərin  əmələ  gəlməsinin  mərkəzləri»,  «Ətraf  muhitin  bitki  aləminə  təsiri»,  «Bitkilərin 

yayılmasının qanunauyğunluqları» və s. daha cox nəzərə carpır.  

Olkə  coğrafiya  elminin  inkişafında  V.P.Qluşkov-S.D.Muraveyski  hidrologiya  məktəbinin  də  muhum  rolu 

olmuşdur.  

Dovlət  Hidrologiya  İnstitutunu  yaradan  V.P.Qluşkov  daha  cox  olkənin  cay-su  rejimlərinə  insanların  boyuk 

dəyişdirici təsirinə xususi diqqət yetirmiş, «insan fəaliyyətinin hidrologiyasını» yaratmaq lazımdır təşəbbusunu irəli 

surərək yazmışdır ki, hidrologiya dəyişilmiş landşaftlarda gedən prosesləri oyrənməlidir. Cunki onlar getdikcə təbii 

landşaftları sıxışdıracaqlar. V.P.Qluşkovun L.K.Davıdov, B.A.Apollov kimi ardıcılları olmuşdur.  

Coğrafiyada hidrologiya məktəbinin yaradıcılarından biri də S.D.Muraveyski (1894-1950) idi. Boyuk ictimaiyyətci, 

coxtərəfli  biliklərə  malik  hidroloq-alim  Muraveyski  həm  də  filosof,  bioloq,  limnoloq,  riyaziyyatcı  və  xəritəşunas  kimi 

məşhur  idi.  Muraveyski  axım  prosesini  coğrafi  amil  kimi  tədqiq  etmiş,  coğrafi  komplekslərin  təşəkkulundə  coğrafi 

amillərin,  o  cumlədən  axımın  rolunu  nəzəri  cəhətdən  oyrənmiş,  axımı  murəkkəb  tarixi  proses  kimi  səciyyələndirərək 

gostərmişdir  ki,  qurudakı  suların  qarşılıqlı  əlaqələrini  muəyyənləşdirən  və  ozunəməxsus  xususi  maddələr  dovranının  bir 

prosesidir.  

Muraveyskiyə gorə, axım təbiətin, o cumlədən uzvu aləmin inkişafına guclu təsir edir; uzvu aləm də oz novbəsində 

axım  prosesini  xeyli  dəyişdirir.  O,  coğrafiyanın  ən  murəkkəb  problemlərindən  biri  olan  coğrafi  tamlıq  problemini  irəli 

surmuş, butov coğrafi sistemin məntiqi struktur modelini təklif etmişdir. O, uc muhum coğrafi amili – iqlim, axım, relyef 

və  uc  təbii  prosesi  –  aşınma,  torpaqəmələgəlmə  və  uzvu  aləmi  bu  modeldə  birləşdirmişdir.  Muraveyski  uc  coğrafi  amil 

arasında axımı birinci yerə qoymuş, bu axım nəinki su kutləsini bir yerdən başqa yerə daşıyır, həm də suda həll olunan 

duzları nəql edir, kimyəvi elementləri miqrasiya etdirir.  

«Qlobal  coğrafiyanın problemləri»  əsəri  ilə  tanınan olan  Q.P.Kalinin;  «Cayların  mənsəbi» kitabının  muəllifi 

İ.V.Samoylov və s. kimi gorkəmli alimlər hidrologiya məktəbinin işini davam etdirmişlər.  

Y.M.Şokalski-N.N.Zubov okeanologiya məktəbi dunya elmində fovqəladə hadisə hesab olunur. Bu məktəb qurunun 

təbii-ərazi sistemlərinin  kompleks  tədqiqat  metodunu  okeanlara  da  aid  etdi.  Y.M.Şokalskinin  (1856-1940)  rəhbərliyi  ilə 

okean  və  dənizlərin  fiziki-coğrafi  xususiyyətlərini,  burada  baş  verən  prosesləri  oyrənmək  kimi  boyuk  işlər  gorulmuşdur. 

O, dunya şohrəti qazanmış «Okeanlar atlası»nın tərtibcisidir. Əsərlərində butun Dunya okeanını  əhatə etmiş alim Şimal 

Buzlu  okean  dənizlərini,  Baltik  və  Qara  dənizlərini  daha  dərindən  oyrənmişdir.  Onun  «Okeanoqrafiya»,  «Fiziki 

okeanologiya» və s. əsərləri coğrafiya ədəbiyyatının qızıl fonduna daxildir.  

N.N.Zubov  (1885-1960) okeanların  və  dənizlərin  tədqiqinin  coğrafi  istiqamətini  daha  cox  inkişaf  etdirmişdir. 

«Dəniz suları və buzları», «Arktika buzları», «Dinamiki okeanologiya», «Dunya okeanı boğazları haqqında təlimin 

əsasları» kimi əhəmiyyətli kitablar yazmışdır.  

Okeanların bioloji həyatı hidrobioloq L.A.Zenkevic (1889-1970) və V.Q.Boqorov (1904-1971) tərəfindən daha 

ətraflı oyrənilmişdir.  

Son zamanlar Dunya  okeanını dənizdibi landşaftlarının və  dəniz şelflərinin oyrənilməsi,  dənizlərin sualtı təbii 

ehtiyatlarının mənimsənilməsi kimi yeni coğrafi problemlər həll edilməkdədir. Bu sahədə K.M.Petrov xeyli elmi-

praktiki əhəmiyyəti olan tədqiqatlar aparmışdır.  



Umumi  yerşunaslıq  Yer  kurəsinə  aid  fiziki-coğrafi  və  riyazi  problemləri,  Yer  qabığının  təbəqələri  arasındakı 

qarşılıqlı  munasibətləri,  yerin  bioloji  məhsuldarlığını,  xammal-yanacaq  ehtiyatlarını,  umumiyyətlə,  yerə  məxsus  coğrafi 

prosesləri  oyrənir.  Sovet  umumi  yerşunaslığının  gorkəmli  numayəndəsi  S.V.Kalesnik  (1901-1977)  Yerin  coğrafi 

qabığının  inkişaf  qanunauyğunluqlarını  landşaft  nəzəriyyəsi  ilə  bağlamışdır.  Onun  «Umumi  yerşunaslığın  əsasları»  adlı 

əsəri sovet ali məktəbləri ucun qiymətli tədris vəsaiti olmuşdur.  

Sovet  coğrafiyasının  muhum  nəzəri  və  metodiki  problemlərinin  həllində  A.A.Qriqoryevin  (1883-1968)  də 

boyuk rolu olmuşdur. O, SSRİ-nin Şimalını, Cənubi Uralı, Yakutiyanı və Kola yarımadasını, Yer kurəsinin coğrafi 

Təbəqələrinin fiziki coğrafi səciyyəsini, bu təbəqələr arasındakı qarşılıqlı əlaqələri, ətraf muhitin tiplərini oyrənmiş 

və bir sıra coğrafi qanunlar kəşf etmişdir.  



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə